Month: December 2025

  • “Maska”nın aktyoru öldü

    Məşhur amerikalı aktyor Peter Qrin 60 yaşında vəfat edib.

    Median.Az “The New York Post”a istinadən xəbər verir ki, bu barədə onun meneceri məlumat yayıb.

    Aktyor Nyu-Yorkdakı mənzilində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmır.

    Qeyd edək ki, Qrin “Kriminal qiraət”, “Maska”, “Şübhəli şəxslər”, “Mühasirə 2”, “Təlim günü” və digər filmlərdə rol alıb. Qrin daha çox mənfi rolların mahir ifaçısı kimi tanınırdı.

    Yanvar ayında o, Miki Rurkla birlikdə “Maskotlar” adlı filminin çəkilişlərinə başlamalı idi.

  • SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb

    “Azerbaijan Rigs” MMC nizamnamə kapitalının azaldıldığını elan edib.

    Median.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalının 70 milyon manat hissəsi təsisçilərə geri qaytarılmaqla, kapital 950 milyon manatdan 880 milyon manata endirilib.

    “Azerbaijan Rigs” MMC neft‑qaz sənayesində müasir qazma qurğularına olan tələbatı ödəmək məqsədilə 2013-cü il iyunun 21-də yaradılıb. Şirkətin təsisçiləri Dövlət Neft Şirkəti (SOCAR) və Dövlət Neft Fondudur (ARDNF).

  • Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı

    2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub.

    Median.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur.

    Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.5 milyon ədəd təşkil edib.

    Eyni zamanda, 1 786.1 ton tütün istehsal olunub, bu göstərici isə illik müqayisədə 56.6 faiz azalıb. Tütün üzrə hazır məhsul ehtiyatı 486.9 ton səviyyəsində olub.

    Spirtli içkilərin istehsalında fərqli dinamika müşahidə edilib. 2025-ci ilin yanvar-noyabr aylarında 395.4 min dekalitr viski və brendi istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48.2 faiz azdır. Üzüm şərabının istehsalı 554.7 min dekalitr təşkil edərək 50.1 faiz azalıb. Araq istehsalı 1 422 min dekalitr olub və 5.1 faiz azalma qeydə alınıb. Pivə istehsalı isə 4 972.9 min dekalitr səviyyəsində olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.5 faiz artıb.

    Cari il dekabrın 1-i vəziyyətinə spirtli içkilər üzrə hazır məhsul ehtiyatları viski və brendi üçün 317.2 min dekalitr, üzüm şərabı üzrə 618.5 min dekalitr, araq üzrə 175.1 min dekalitr, pivə üzrə isə 200.4 min dekalitr təşkil edib.

  • “Zirə” “Şamaxı”ya məğlub oldu

    Misli Premyer Liqasında XV tura start verilib.

    İlk oyun günündə “Şamaxı” doğma meydanda “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib.

    Qonaqların heyətində Georgi Papunaşvili hesabı (8) açıb. Bölgə təmsilçisinin qollarını isə Alfons Msanqa (54) və Karim Rossi (61) vurublar.

    “Şamaxı” 20 xalla 7-ci, “Zirə” isə 27 xalla üçüncü pillədə qərarlaşıb.

    Qeyd edək ki, XV tura dekabrın 15-də yekun vurulacaq.

  • Ötən gün işğaldan azad olunan bölgələrdə silah-sursat aşkarlanıb

    Azərbaycanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə dekabrın 12-də silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında, eləcə də işğaldan azad olunan bölgələrdə 3 avtomat silahı, 1 tapança, 6 tüfəng, 10 patron darağı, 882 ədəd müxtəlif çaplı patron, 23 ədəd top mərmisi, 18 mina və 28 ədəd giliz aşkar edərək götürüblər.

  • Bu şəxslər də gələn ildən daha çox vergi ödəyəcək

    “Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3 faizlik dərəcə 5 faizə, 5 faizlik dərəcələr isə 8 faizə çatdırılacaq”.

    Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Vüqar Bayramov bildirib.

    Onun sözlərinə görə, bu o deməkdir ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət üçün ödəniş minimum aylıq əməkhaqqının 5 faizi miqdarından 8 faizədək artırılır: “Digər sabit qəbz tələb olunan fəaliyyət növlərində isə dərəcələr 3 faizdən 5 faizə çatdırılır. Bu fəaliyyət növləri üzrə regional əmsalların tətbiqini də nəzərə aldıqda, paytaxt və bir sıra iri şəhərlərdə ödənilən məbləğ daha yüksək olur. Belə ki, Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2,0, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 və digər şəhər və rayonlarda is 1,0 əmsalından istifadə edilir”.

    Deputat bildirib ki, yeni dəyişikliklərdən sonra, sözügedən fəaliyyətlə məşğul olanların ödənişlərində artımlar qeydə alınacaq: “Məsələn bərbər fəaliyyəti ilə məşğul olanlar əvvəl Bakıda 24 manat (400 manat (minimum əmək haqq) x 3 faiz x 2 əmsal) ödəyirdisə, 2026-ci ildən etibarən 40 manat (400 manat (minimum əmək haqqı) x 5 faiz x 2 əmsal) ödəyəcəklər. Yəni bərbərlərin aylıq ödənişində Bakı şəhərində 16 manat artım qeydə alınacaq. Belə 2 faizlik artım x2 əmsal = 4 faiz edir. Minimum əməkhaqqı da 400 manat olduğu üçün 16 manat (400 manat x 4 faiz) artım qeydə alınır.

    Və ya fərdi foto fəaliyyəti ilə məşğul olan şəxslər əvvəl Bakıda 40 manat (400 manat (minimum əmək haqq) x 5 faiz x 2 əmsal) ödəyirdisə, 2026-ci ildən etibarən 64 manat (400 manat (minimum əmək haqqı) x 8 faiz x 2 əmsal) ödəyəcəklər. Yəni həmin şəxslərin ödənişlərində 24 manat artım olacaq.

    Gözlənilir ki, yeni dərəcələr sabit qəbzin tətbiq edildiyi sahələrdə xərcləri artıracaq. Adətən isə sahibkarlar məcburi öhdəliklər üzrə xərclər artan zaman qiymət artımlarına gedirlər”.

  • 27 yaşlı qadın abortdan sonra öldü

    Sumqayıtda 27 yaşlı qadının ailəsi onun abortdan sonra öldüyünü bildirib.

    Hadisə Sumqayıt Şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verib.

    Bildirilib ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədilə xəstəxanaya müraciət edib. Tibbi prosedurdan sonra qadının vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir./Report

  • ГЭЦ: Ответы некоторых абитуриентов не были объявлены, поскольку они вызвали сомнения

    Государственный экзаменационный центр (ГЭЦ) выразил свою позицию по вопросу абитуриентов, использовавших вспомогательные средства во время вступительных экзаменов.

    Об этом сообщили в ГЭЦ.

    Было отмечено, что ответы этих абитуриентов вообще не были объявлены, поскольку вызвали подозрение согласно специальным алгоритмам проверки при обработке результатов экзаменов ГЭЦ, и на страницах с результатами было показано уведомление “Ваши результаты экзамена расследуются”.

    “Впоследствии эти результаты вместе с вызывающими подозрение моментами были представлены правоохранительным органам для расследования. После их расследования действия этих лиц были раскрыты, и материалы были переданы для следствия”, – говорится в информации.

    Отметим, что были установлены обоснованные подозрения в отношении частного предпринимателя, занимавшегося подготовкой абитуриентов, и эксперта по образованию, которые незаконно изготавливали технические средства, предназначенные для тайного получения (передачи) информации с целью помощи абитуриентам в ответах на тесты во время выпускных экзаменов, установив эти технические средства в общей сложности на 15 человек и оказав им помощь на экзаменах. Обвиняемые по уголовному делу об использовании незаконных технических средств на вступительных экзаменах предстали перед судом.

    На основании собранных доказательств обвиняемым были предъявлены обвинения по статьям 302.3 (незаконное производство, продажа или приобретение для продажи технических средств, предусмотренных для тайного получения информации) и 308.1 (злоупотребление должностными полномочиями) Уголовного кодекса, решением суда в отношении руководителя курсов на основании ходатайства следственного органа и представления прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, была избрана мера пресечения в виде ареста, а в отношении эксперта по образованию – подписка о невыезде.

  • DİM: “Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib”

    Dövlət İmtahan Mərkəzi (DİM) köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər məsələsinə münasibət bildirib.

    Bu barədə DİM məlumat yayıb.

    Bildirilib ki, həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübhə yaratdığı üçün, ümumiyyətlə, elan edilməyib və nəticə ilə bağlı səhifələrində “Sizin imtahan nəticələriniz araşdırılır” bildirişi göstərilib:

    “Daha sonra həmin nəticələr şübhə doğuran məqamlarla birlikdə araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. Onların araşdırmasından sonra həmin şəxslərin əməlləri üzə çıxıb və materiallar istintaqa təqdim olunub”.

    Qeyd edək ki, abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıqla məşğul olan şəxs və təhsil ekspertinin buraxılış imtahanlarının gedişində abituriyentlərə testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib. Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslər məhkəmə qarşısına çıxarılıb.

    Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə kurs rəhbəri barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, təhsil eksperti barədə isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

  • Azərbaycanda stadiondan elektrik naqilləri oğurlandı

    Şəmkir Olimpiya Kompleksinin stadionunda oğurluq hadisəsi baş verib.

    Median.Az sportinfo.az-a istinadən xəbər verir ki, arenadan elektrik naqilləri oğurlandığı bildirilib.

    İddialara görə, gecə saatlarında yaşanan hadisə “Şəmkir”in ev oyunlarını keçirdiyi məkanın işıqlandırma sistemini yararsız hala salıb. Çünki stadionda quraşdırılmış proyektorların kabelləri də oradan daşınıb.

    Qeyd edilib ki, hadisə zaman futbolçular kompleksin ərazisindəki katejlərdə olsalar da, heç kim onların üzünü görməyib. Hadisədən bir qədər öncə ərazinin işıqları söndüyündən oyunçular qaldıqları yerdən çıxmayıblar.