Month: December 2025

  • Tbilisidə bu gün Uşaq Avroviziya müsabiqəsinin finalı keçiriləcək

    Tbilisidə bu gün Uşaq Avroviziya Mahnı Müsabiqəsinin finalı keçiriləcək.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, müsabiqənin final şousu bu gün, yerli vaxtla saat 20:00-da baş tutacaq.

    Avropanın ən nüfuzlu uşaq musiqi yarışmasının final mərhələsində 18 Avropa ölkəsindən olan iştirakçılar səhnəyə çıxacaqlar.

    Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva təmsil edəcək.

    Tamaşaçılar jesc.tv saytı vasitəsilə səs verə bilərlər.

    Səsvermə bu gün canlı yayımın başladığı vaxt – saat 20:00-da müvəqqəti olaraq dayandırılacaq. Bütün 18 iştirakçı səhnəyə çıxdıqdan sonra isə səsvermə 15 dəqiqəlik ikinci mərhələ üçün yenidən açılacaq.

  • Sabah Bakıya sulu qar yağacaq

    Bakıda və Abşeron yarımadasında dekabrın14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

  • Atasının 7 300 dollarını oğurlayan şəxs SAXLANILDI

    Qubada evdən 7 300 dollar oğurlanıb.

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı vəsaiti götürən şəxsin ailənin yeniyetmə üzvü olduğu müəyyən edilib.

    O, ifadəsində pulları oğurladığını və xərclədiyini etiraf edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxsi POLİS SAXLADI (Video)

    Dekabrın 7-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, bir qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. O bu yolla qadına məxsus 1 300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50 manatını talayaraq hadisə yerindən qaçıb.

    Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və quldurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 55 yaşlı Zaman Bayramov polis əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək saxlanılıb.

    Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum olub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Перечислены группы повышенного риска для гонконгского гриппа

    Гонконгский грипп не должен вызывать паники, но существует группа людей, для которой эта инфекция представляет реальную угрозу.

    Как передает Median.Az, об этом заявил РИА Новости академик РАН Геннадий Онищенко.

    По его словам, основной опасности подвержены не все, а конкретные категории граждан с тяжелыми хроническими заболеваниями. Речь идет о патологиях, затрагивающих ключевые системы организма, пояснил ученый.

    “Сказать, что не бывает смертельных случаев, нельзя, это, к сожалению, бывает. Как правило, это у людей с хроническими заболеваниями легких, сердечно-сосудистой, эндокринной системы”, – сказал Онищенко.

  • Rusiyada “Honkonq qripi”ndən ölüm hallarının baş verməsi təsdiqlənib

    Rusiyada “Honkonq qripi”ndən ölüm hallarının baş verməsi təsdiqlənib.

    Bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib.

    “Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər, ürək-damar və endokrin xəstəliklərdən əziyyət çəkən insanlarda olur”, – deyə akademik bildirib.

    O qeyd edib ki, “Honkonq qripi”nin yayılması əhali arasında təşvişə səbəb olmamalıdır: “Bu infeksiyanın real təhlükə yaratdığı bir qrup insan var. Xəstəliyin yayılması epidemioloqlar tərəfindən gözlənilən və proqnozlaşdırılan idi. Lakin əsas risk hər kəs üçün deyil, ağır xroniki xəstəlikləri olan müəyyən kateqoriyalı insanlara aiddir”.

  • Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb

    Şirvan şəhərində noyabrın 27-də hamamda yıxılan qadın dekabrın 12-də xəstəxanada ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin L.İbrahimov küçəsindəki evdə baş verib.

    Belə ki, 1958-ci il təvəllüdlü Xuraman Nəsir qızı Səfərova hamam otağında yıxılandan sonra xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və qadın ötən gün xəstəxanada ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Национальную библиотеку Беларуси окрасили в цвета флага Азербайджана (ФОТО)

    Здание Национальной библиотеки в Минске подсветилось цветами флага Азербайджана.

    Об этом сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ.

    Отмечается, что подсветка библиотеки в сине-красно-зеленых тонах была приурочена к 12 декабря – Дню памяти общенационального лидера Гейдара Алиева.


  • Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)

    Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 12 Dekabr – ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunub.

    Dekabrın 12-də axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb və “12 Dekabr – Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günüdür” şüarı yayımlanıb.


  • Dörd gün əvvəl səhvən sirkə turşusu içən kişi xəstəxanada öldü

    Bakıda 4 gün öncə səhvən sirkə turşusu içən 47 yaşlı kişi xəstəxanada ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

    Məlumata görə, rayonun Babək Prospektində 1978-ci il təvəllüdlü Asif Nadir oğlu Əliyev yaşadığı evdə səhvən sirkə turşusu içib.

    O, ötən gün xəstəxanada ölüb.