Month: December 2025

  • Gizli mikrokameraların satışına qanun icazə verir? – Dələduzluğun yeni növü (Video)

    Sosial şəbəkələrdə gizli kameraların, GPS-lərin reklamı və satışı geniş yayılıb. Belə ki, vint, maşın açarı, qələm və s. şəklində mikrokameralar ucuz qiymətə təklif olunur.

    Bu cür satış təklif edənlər həm də kiberdələduzluqla məşğul olurlar.

    Baku TV-nin əməkdaşı “TikTok”da ucuz gizli kamera təklif edən bir şəxslə əlaqə saxlayıb.

    O isə jurnalistdən “WhatsApp”ı olan nömrə istəyib, daha sonra həmin nömrəyə gələn “OTP” kodunu yazandan sonra sifarişini göndərəcəyini bildirib. Ardınca isə həmin şəxsin nömrəsini ələ keçirib.

    “Mənim “WhatsApp” nömrəmi ələ keçirərək “TikTok” səhifəsinə əlavə edib və vətəndaşları aldatmaqla məşğuldur”, – deyə o qeyd edib.

    İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov məsələ ilə bağlı bildirib ki, Azərbaycanda gizli kameraların satışı qeyri-qanuni fəaliyyət növüdür:

    “Sosial şəbəkələrdə bu cür cihazların satışının geniş vüsət aldığını görürük. Bu, çox vaxt anonim səhifələr üzərindən həyata keçirilir. Şirnikləndirici çağırışlarla vətəndaşları kiberdələduzluğa məruz qoyurlar”.

    Daha ətraflı videomaterialda:

  • La Liqada ən bahalı futbolçuların adı məlum oldu

    Transfermarkt portalı futbolçuların bazar dəyərlərini yeniləyib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, yenilənmədən sonra “Real”ın hücumçusu Kilian Mbappenin qiyməti 20 milyon avro artaraq 200 milyon avroya yüksəlib.

    Bununla da fransalı futbolçu “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal və “Mançester Siti”nin hücumçusu Erlinq Holandla eyni səviyyəyə çatıb. Hazırda bu üç futbolçu dünyanın ən bahalı oyunçuları hesab olunur.

    La Liqada ən çox bahalaşan futbolçu isə “Real”ın yarımmüdafiəçisi Arda Güler olub. Türkiyəli oyunçunun dəyəri 30 milyon avro artaraq 90 milyon avroya yüksəlib.

  • Azərbaycan boksçusu ermənəsilli rəqibinə qalib gələrək dünya çempionu oldu

    Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

    Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

    Bildirilib ki, idmançı finalda erməniəsilli Rusiya təmsilçisi Edmond Xudayana qalib gəlib.

    Qeyd edək ki, Azərbaycan yarışda 11 boksçu ilə təmsil olunub. Daha əvvəl Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medala sahib çıxıblar.

  • İmtahana gizli kamera ilə girənlərin aqibəti necə olub?

    Dövlət İmtahan Mərkəzi (DİM) köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər məsələsinə münasibət bildirib.
     
    Median.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”nın sorğusuna Dövlət İmtahan Mərkəzindən cavab verilib.
     
    Bildirilib ki, həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübhə yaratdığı üçün, ümumiyyətlə, elan edilməyib və nəticə ilə bağlı səhifələrində “Sizin imtahan nəticələriniz araşdırılır” bildirişi göstərilib:
     
    “Daha sonra həmin nəticələr şübhə doğuran məqamlarla birlikdə araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. Onların araşdırmasından sonra həmin şəxslərin əməlləri üzə çıxıb və materiallar istintaqa təqdim olunub”.
     
    Qeyd edək ki, abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıqla məşğul olan şəxs və təhsil ekspertinin buraxılış imtahanlarının gedişində abituriyentlərə testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib. Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslər məhkəmə qarşısına çıxarılıb.
     
    Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə kurs rəhbəri barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, təhsil eksperti barədə isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

  • Azərbaycandakı rəsmi işsizlərin sayı açıqlandı

    Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb.

    Median.Az xəbər verir ki, modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci il dekabr ayının 1-i vəziyyətinə 239,3 min nəfər işsiz kimi qeydiyyata alınıb.

    Onların 51,5 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 494,3 manat olub.

  • Tiktoker Nahid Nəsirov saxlanıldı

    Tiktoker Nahid Nəsirov saxlanılıb.

    Median.Az “Teleqraf” xəbər verir ki, onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər edilib.

    O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunub.

    Fakt üzrə araşdırma aparılır.

  • İranlıdan aldıqları narkotiki satmaq istəyən keçmiş məhkumlar saxlanıldılar

    Salyanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Müşfiq Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, Anar Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb.

    Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Qapısı açıq “Hyundai”dan oğurluq edən şəxs saxlanıldı

    Paytaxtın Nəsimi rayonunda “Hyundai” markalı avtomobildən pul və bank kartı oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Bayramov saxlanılıb.

    Araşdırmalarla onun avtomobilin qapısının açıq olmasından istifadə edərək talama cinayəti törətdiyi məlum olub. Bununla kifayətlənməyən E.Bayramov oğurladığı bank kartından da 479 manatı çıxararaq talayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Evi yararsız vəziyyətə düşdü, çadır qurub verdilər – Video

    Kürdəmir rayonunun Sığırlı kənd sakini Ağamalıyev Rza Qardaşxan oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşüb. Nəticədə ailənin yaşayış yeri olmayıb. 
     
    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
     
    Bildirilib ki, daxil olan məlumat əsasında FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

  • Kriştiano Ronaldo filmdə rol alacaq

    Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun “Sürətli və Qəzəbli” film seriyasının yeni hissəsində rol alacaq.
     
    Bu barədə amerikalı aktyor və prodüser Vin Dizel sosial şəbəkə X-də etdiyi paylaşımda bildirib. Onun sözlərinə görə, Ronaldonun filmdə çəkilməsi artıq qərarlaşdırılıb:
     
    “Hamı onun “Sürətli və Qəzəbli” filmində olub-olmayacağını soruşur. Deməliyəm ki, bu, həqiqətən də baş verəcək. Biz onun üçün rol yazmışıq”, – deyə Vin Dizel qeyd edib. Məlumata görə, “Sürətli və Qəzəbli”nin 11-ci hissəsinin 2026-cı ildə nümayiş olunması planlaşdırılır. Bu film eyni zamanda serialın son ekran işi olacaq. Xatırladaq ki, Kriştiano Ronaldo rəsmi oyunlarda 900 qol vuran ilk futbolçu kimi tarixə düşüb.
     
    O, həmçinin milli komandalar, Avropa çempionatı və Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçudur. Portuqaliyalı ulduzun aktivində beş Çempionlar Liqası titulu, 2016-cı il Avropa çempionatının qızıl medalı və iki UEFA Millətlər Liqası kuboku var. Ronaldo 2006–2022-ci illər arasında ardıcıl beş Dünya Kubokunda qol vuran yeganə futbolçu olaraq qalır.
     
    Hazırkı seçmə mərhələ Portuqaliya millisinin Dünya Kubokunun final mərhələlərində yeddinci iştirakı ilə yadda qala bilər. Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın da Kriştiano Ronaldo ilə telefon danışığı apardığı bildirilmişdi.
    //sfera.az