EvSiyasətBelarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)

Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)

Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 12 Dekabr – ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunub.

Dekabrın 12-də axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb və “12 Dekabr – Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günüdür” şüarı yayımlanıb.

SON XƏBƏRLƏR
Mövzu üzrə