Month: December 2025

  • Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi İranda saxlanıldı

    İran təhlükəsizlik qüvvələri 2023-cü ilin Nobel Sülh Mükafatının laureatı Nərgiz Məhəmmədini saxlayıb.

    Median.Az bu barədə “The Guardian” nəşrinə istinadən xəbər verir.

    Bildirilir ki, o, Məşhəddə hüquq müdafiəçisi Xosrov Əlikürdinin yas mərasimində iştirak edərkən saxlanılıb. Əlikürdi bu yaxınlarda naməlum şəraitdə ölü halda tapılmışdı.

    Qeyd edilir ki, Nərgiz Məhəmmədi ilə birlikdə daha iki fəal da saxlanılıb.

    Məhəmmədi 2021-ci il noyabrından etibarən dövlət təhlükəsizliyinə qarşı qəsd və İran hökumətinə qarşı təbliğat aparmaq ittihamı ilə 13 il doqquz ay həbs cəzası çəkirdi.

  • Ermənistan prezidenti sülh üçün əsas şərti açıqladı

    Sülh sadəcə müharibənin olmaması demək deyil. Sülh dialoqu, ədaləti, insan haqlarını və ləyaqətini təşviq etmək üçün davamlı səylər tələb edir. Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir.

    Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Türkmənistanda “Sülh və inam: sabit gələcək naminə birliyin məqsədləri” adlı plenar iclasda çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, BMT Nizamnaməsini və beynəlxalq hüququn prinsiplərini rəhbər tutan Ermənistan hökuməti Cənubi Qafqazda sülhü təmin etmək əzmindədir. “Bildiyiniz kimi, bu il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri iki ölkə arasında sülh sazişini parafladılar. Həmin gün Ermənistan, Azərbaycan və Amerika Birləşmiş Ştatları liderləri şahid qismində regional nəqliyyat əlaqələrinin tam açılmasına imkan verəcək Birgə Bəyannamə imzalayıblar. “Dünyanın kəsişməsi” təşəbbüsünün və onun tərkib hissəsi olan TRIPP layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsi iqtisadi inkişafa, xalqlar arasında dialoq və təmaslara, qarşılıqlı etimadın, sabitliyin və rifahın möhkəmləndirilməsinə kömək edəcək. Bu tarixi nailiyyət əminlik yaradır ki, biz Cənubi Qafqazda davamlı sülh, firavanlıq, təhlükəsizlik və iqtisadi əməkdaşlıqda yeni səhifə açırıq. Biz sülhün təşviqində beynəlxalq tərəfdaşlarımızın dəstəyinə ümid edirik”, – deyə Xaçaturyan bildirib.

  • “Çelsi”nin baş məşqçisi ən yaxşısı seçildi

    “Çelsi”nin baş məşqçisi Entso Mareska noyabr ayının İngiltərə Premyer Liqasında (İPL) ən yaxşı məşqçisi seçilib.

    Bu barədə turnirin Mətbuat Xidməti məlumat yayıb.

    Noyabr ayında “Çelsi” İngiltərə çempionatında dörd oyun keçirib və onlardan üçündə qələbə qazanıb.

    Qeyd edək ki, hazırda “Çelsi” 15 turdan sonra 25 xalla İPL cədvəlində 5-ci pillədədir.

  • Naxçıvanda 20-dən çox şəxs dəm qazından zəhərləndi

    Babək rayonunun Kültəpə kəndində yas mərasimində kütləvi zəhərlənmə baş verib.

    İlkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.

  • Albaniyada faciəli şəkildə ölən şəxs Biləsuvarda dəfn olundu

    Albaniyanın Dürres limanında bədbəxt hadisə nəticəsində ölən dənizçi Əvəz Cəfərov dəfn olunub.

    2001-ci il təvəllüdlü Ə.Cəfərov Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.

    Qeyd edək ki, ilkin məlumata əsasən, bədbəxt hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib və onu cərəyan vurub.

    Qeyd edək ki, mərhum subay idi, o, 15 il öncə hər iki valideynini də yol-nəqliyyat hadisəsində itirmişdi.
    //oxu.az

  • Astarada itkin düşən balıqçılar tapıldı

    Astarada dənizdə itkin düşən 30 yaşlı Turan Həsənov və 26 yaşlı Ağadədə Həsənovun axtarışları yekunlaşıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, balıqçılar İran sahillərində yük gəmisi tərəfindən sağ tapılıblar.

    Xatırladaq ki, dekabrın 9-da Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında 3 nəfər heyət üzvü olan balıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

    Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində bu gün saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları, Neftçala rayon sakinləri – 1990-ci il təvəllüdlü Səmədov Cəlal Məhərrəm oğlu, 1997-ci il təvəllüdlü Babayev Sənan Elçin oğlu və 1980-ci il təvəllüdlü Fətullayev Kənan Rafiq oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.

    Qeyd edək ki, dekabrın 9-da Astarada balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar – Turan Həsənov və Ağadədə Həsənovun tapılması üçün helikopter cəlb edilmişdi.

  • Bakıda marşrut avtobusunda dava, sürücü döyüldü

    Bakıda avtobusda dava düşüb.

    Hadisə paytaxtın Nizami rayonu, Babək prospekti, 32 ünvanında baş verib.

    İmişli rayon sakini, 2000-ci il təvəllüdlü Elşən Məmmədov (soyadı şərtidir) səhər saatlarında işə getmək üçün 49 saylı marşrut xətti üzrə hərəkət edən avtobusa əyləşib. Avtobus Babək prospekti, 32 ünvanındakı dayanacaqda dayanıb. Bu vaxt bir neçə sərnişin avtobusun arxa qapısından içəri girmək istəyib. Sürücü onlara qabaq qapıdan girməyi xahiş edib. Bu vaxt avtobusda olan E.Məmmədov sürücünü təhqir edərək, arxa qapını açmağı tələb edib. Sürücü isə ona məhəl qoymayıb və arxa qapını açmayıb. Bundan qəzəblənən E.Məmmədov qabaq qapıya yaxınlaşaraq sürücüdən avtobusdan düşməyi tələb edib. Sürücü isə düşməyib. E.Məmmədov sürücüyə bir neçə yumruq zərbəsi endirməklə ona xəsarətlər yetirib və qaçıb.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının tədbirləri ilə E.Məmmədov saxlanılıb.

    Nizami Rayon Məhkəməsinin hökmü ilə E.Məmmədov 1 500 manat cərimə edilib.
    //oxu.az

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hal-hazırda yollardakı vəziyyət:

    1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    3. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    10. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

  • 35 лет служил в органах: в Екатеринбурге появился новый глава азербайджанской диаспоры?

    В Екатеринбурге появился новый лидер азербайджанцев, который активно набирает сторонников. После ареста Шахина Шихлинского (обвиняют в причастности к покушению на убийство) и его противника Видади Мустафаева (обвиняют в мошенничестве) на это место сейчас претендует 69-летний Керим Гасымов.

    Как передает Median.Az со ссылкой на e1.ru, в мечетях азербайджанцам уже массово раздают листовки с призывами поддержать земляка.

    35 лет служил в органах

    Как указано в листовке, Керим Гурбан оглу Гасымов родился в многодетной семье (16 детей) в поселке Борадигях Масаллинского района Азербайджанской ССР. С мая 1976 года живет в России, окончил спецшколу МВД СССР и Свердловский филиал Академии МВД РФ. 35 лет служил в органах, полковник милиции. Женат, пять детей (четверо имеют высшее юридическое образование, одна – высшее медицинское). Девиз: “Единство азербайджанцев и дружба с Россией – гарантия успешного процветания науки, образования, культуры, спорта и бизнеса”.

    Керим Гасымов считался человеком, близким к задержанному по тяжким статьям экс-лидеру диаспоры Шахину Шихлинскому. Общественная организация последнего “Азербайджан Урал” неоднократно награждала Гасымова на своих собраниях.

    Однако сам Гасымов в личном разговоре отрицает близкую связь с Шихлинским.

    В своей программе он предлагает сохранять традиции, самобытность языка, развивать науку, физическую культуру и спорт, адаптировать мигрантов, развивать международные отношения и многое другое.

    “Азербайджанцы, которые считают себя действительно азербайджанцами, они выдвинули инициативу. Я, старый, больной, пожилой человек, осмыслил и принял решение на время взять на себя такую тяжелую ответственность. Подготовить молодежь, создать хороший фундамент. Чтобы молодежь наша дальше развивала идею единства, объединения и так далее”, – рассказал E1.RU сам Гасымов.

    В скором времени планируется съезд старейшин азербайджанцев, которые будут обсуждать его кандидатуру, отмечает издание.

  • Yekaterinburqda Azərbaycan diasporunun sədrliyinə yeni namizəd irəli sürüldü

    Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin həbsindən sonra quruma yeni namizədlərin adı hallanmaqdadır.

    E1.ru saytı Azərbaycan diasporunun sədrliyinə yeni namizədin Kərim Qasımov olduğunu bildirir.

    Nəşrin yazdığına görə, 14 məsum məscidinin rəhbəri, 69 yaşlı K.Qasımovun tərəfdarları onun lehinə çağırış vərəqələri yayırlar.

    Onun həbsdə olan Şahin Şıxlinskiyə yaxın olduğu bildirilsə də, şəxsi söhbətləri zamanı K.Qasımov bunu təkzib edib.

    K.Qasımov Azərbaycanın Masallı rayonunun Boradigah kəndində anadan olub. 1976-cı ildən Rusiyada yaşayır. Rusiya Daxili İşlər Nazirliyinin xüsusi məktəbini və DİN Akademiyasının Sverdlovsk filialını bitirib. 35 il polis orqanlarında xidmət edib. Milis polkovniki olub.

    “Azərbaycanlıların həmrəyliyi və Rusiya ilə dostluq – elmin, təhsilin, mədəniyyətin, idmanın və biznesin uğurla çiçəklənməsinin təminatıdır”, – nəşrin yazdığına görə, K.Qasımovun şüarı belədir.