Month: December 2025

  • Şənbə gününün hava proqnozu

    Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 6-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.

    Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə güclənəcək.

    Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.

  • В Шамкире на ремонт одной улицы потратят 1.5 млн манатов

    Определен победитель тендера на ремонт автомобильных дорог в городе Шамкир.

    Как сообщает Oxu.Az, победителем конкурса закупок, проведенного представительством главы Исполнительной власти Шамкирского района по административно-территориальному округу города Шамкир, стало ОАО Gəncə Körpü Tikinti-2.

    Компания выполнит ремонтные работы на сумму 1 531 093 маната 87 гяпиков.

    Предстоящие работы включают создание основы дороги из щебня и песчано-гравийных слоев на улице Наримана Нариманова, применение клеящих материалов и укладку асфальтобетонного покрытия.

    Согласно реестровым данным Государственной налоговой службы при Министерстве экономики, ОАО Gəncə Körpü Tikinti-2 было зарегистрировано 16 октября 2024 года. Уставный капитал составляет 143 104 маната. Юридический адрес: город Баку, Наримановский район, улица Ахмед бея Агаоглу, дом 10А. Законным представителем компании является Магеррам Зейналлы.

  • Şəmkirdə bir küçədə yol təmirinə 1,5 milyon manat sərf olunacaq

    Şəmkir şəhərində avtomobil yollarının təmiri ilə bağlı keçirilən tenderin qalibi müəyyənləşib.

    Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən satınalma müsabiqəsinin qalibi “Gəncə Körpü Tikinti-2” ASC olub.

    Şirkət yol təmir işlərini 1 milyon 531 min 93.87 manat məbləğində həyata keçirəcək.

    Görüləcək işlərə şəhərin Nəriman Nərimanov küçəsində yol əsasının qırmadaş və qum-çınqıl qatları ilə qurulması, yapışdırıcı materialların tətbiqi və asfalt-beton örtüyünün döşənməsi aiddir.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Gəncə Körpü Tikinti-2” ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 min 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-dır. Şirkətin qanuni təmsilçisi Məhərrəm Aslan oğlu Zeynallıdır.
    //oxu.az

  • Али Асадов посетил Монумент Нейтралитета Туркменистана

    Премьер-министр Азербайджанской Республики (АР) Али Асадов принял участие в международном форуме, посвящённом Международному году мира и доверия, Международному дню нейтралитета и 30-летию постоянного нейтралитета Туркменистана.

    Об этом проинформировал Кабинет министров АР.

    Отмечается, что премьер-министр возложил цветы к Монументу Нейтралитета Туркменистана.

  • Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət edib

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Aşqabadda keçirilən Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forumda iştirak edib.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Bildirilib ki, Baş nazir Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsinin önünə gül dəstəsi qoyub.

  • Niyə hələ də koronavirusun simptomlarını daşıyırıq? – Rəsmi açıqlama

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID-19-dan sağalan insanların təxminən 6%-i uzunmüddətli simptomlar yaşamağa davam edir.

    Bunu ÜST-ün səhiyyə fövqəladə hallarına cavab şöbəsinin rəhbəri Abdirahman Mahmud Cenevrədə keçirilən brifinqdə bildirib.

    “100 nəfərdən altısı hələ də infeksiyanın yüngül yorğunluqdan yaddaş pozğunluğuna və “beyin dumanlanmasıı”na qədər davam edən nəticələrini yaşayır”, – deyə Mahmud qeyd edib.

    O, mövcud tədqiqatların koronavirus peyvəndi ilə yaddaş pozğunluğu kimi simptomlar arasında əlaqə tapmadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür təzahürlər peyvəndlərdən deyil, infeksiyanın özündən qaynaqlanır.

    ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus da peyvəndin bu cür nəticələrlə əlaqələndirilməsi cəhdləri ilə bağlı çaşqınlıqlarını ifadə edərək, COVID-19-un artıq pik həddə çatmasa da, yayılmağa, mutasiyaya uğramağa və risk qrupuna daxil olan qruplar üçün ciddi təhlükə yaratmağa davam etdiyini xatırladıb.

    O, ÜST-ün koronavirus təhlükələrinə – COVID-19, MERS və potensial gələcək koronaviruslara qarşı mübarizə aparmaq üçün yeni strateji plan təqdim etdiyini açıqlayıb. Qebreyesus sənədin koronavirus xəstəliklərinin təcili reaksiya rejimindən uzunmüddətli sistemli idarə olunmasına keçidi qeyd etdiyini söyləyib.

  • В Казахстане раскрыли группировку, занимавшуюся продажей младенцев

    В Казахстане правоохранители пресекли деятельность преступной группы, которую подозревают в торговле новорожденными.

    Об этом сообщили в Министерстве внутренних дел страны.

    По данным ведомства, в Алматы выявили организаторов схемы, которые, как утверждается, использовали сложные жизненные обстоятельства молодых женщин и склоняли их к передаче детей третьим лицам за вознаграждение.

    В МВД отметили, что все участники группы задержаны. В рамках расследования открыто более 20 уголовных дел. Подозреваемым может грозить до 18 лет лишения свободы с конфискацией имущества.

    Кроме того, в области Абай расследуется деятельность группы, вовлекавшей людей в принудительный труд. По этому эпизоду возбудили 11 уголовных дел. Во время проверок ночных заведений в Шымкенте, Актюбинской, Жамбылской, Западно-Казахстанской, Карагандинской и Костанайской областях силовики выявили факты эксплуатации граждан, включая несовершеннолетних.

    В Астане полиция вместе с прокуратурой провела рейды в районе железнодорожного вокзала на улице Гёте. По итогам проверок восемь человек привлекают к уголовной ответственности за организацию и содержание притонов, где, по версии следствия, происходила сексуальная эксплуатация.

    В Акмолинской области также выявили деятельность религиозной группы, организовавшей духовный центр, который, по данным следствия, пропагандировал беспорядочные связи и отказ от семейных ценностей. Во время обысков обнаружили религиозную литературу и ритуальные предметы. Назначены экспертизы, следствие продолжается.

  • Qazaxıstanda körpələri satan mütəşəkkil cinayətkar dəstə aşkarlandı

    Qazaxıstan hüquq-mühafizə orqanları yeni doğulmuş körpələrin ticarəti ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar qrup aşkarlayıb.

    Bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Qurumdan verilən məlumata görə, təşkilatçılar gənc qadınların çətin vəziyyətindən sui-istifadə edərək onları uşaqlarını müəyyən ödəniş müqabilində üçüncü tərəflərə təhvil verməyə məcbur ediblər.

    Daxili İşlər Nazirliyi qrupun bütün üzvlərinin saxlanıldığını qeyd edib. Araşdırma çərçivəsində 20-dən çox cinayət işi açılıb. Şübhəliləri əmlakları müsadirə olunmaqla 18 ilədək həbs cəzası gözləyir.

  • “Qobu Park”dakı yanğında ölənlərin sayı artdı

    Dekabrın 5-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksində yerləşən yaşayış binasındakı yanğında ölənlərin sayı beşə çatıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənmiş Təbərrük İsmayılova xəstəxanada vəfat edib.

    Qeyd edək ki, doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən, digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.

  • Али Асадов: Баку поддерживает инициативу Туркменистана об открытии Университета по нейтралитету

    Азербайджан поддерживает инициативу Туркменистана об открытии Университета по нейтралитету под эгидой ООН.

    Об этом заявил премьер-министр Азербайджана Али Асадов, выступая на Международном форуме мира и доверия, приуроченному к 30-й годовщине нейтралитета Туркменистана.

    “В Туркменистане создается Университет по нейтралитету под эгидой ООН. Азербайджанская Республика высоко оценивает инициативу Туркменистана по его созданию и выражает готовность принимать активное участие в деятельности университета”, – сказал Асадов.

    Премьер подчеркнул, что Азербайджан неизменно поддерживал резолюции, продвигаемые Туркменистаном в ООН, связанные с нейтралитетом, и присоединился к резолюции “Международный год мира и доверия – 2025” в качестве соавтора.

    “Мы рассматриваем эти инициативы братского Туркменистана в качестве важного вклада в глобальную архитектуру мира и безопасности”, – подчеркнул глава правительства.