Month: December 2025

  • Ucarda canavarlar kəndə hücum ediblər

    Ucarda vəhşi heyvanlar kəndə hücum ediblər.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib.

    Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar altı baş qoyunu parçalayıblar. Ev sahibinin dediyinə görə, ona təxminən 2 500 manat maddi ziyan dəyib.

    Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.

  • İcra başçısının müavini ilə dalaşan şəxs – Həbs edildi

    Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən həftə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında baş verib.

    İşsiz olduğu üçün qəbula yazılan rayonun Soltannuxa kənd sakini 1968-ci il təvəllüdlü S. Məmmədovla (şərti soyadlı) icra başçısının müavini Arif Abdullayev arasında insident baş verib. Onları icra hakimiyyətinin digər əməkdaşları ayırıblar. S. Məmmədov oraya dəvət edilmiş polis əməkdaşları tərəfindən saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

    RİH əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktda qeyd edilib ki, S. Məmmədov əvvəllər dəfələrlə icra başçısının, başçının müavini və digər vəzifəli şəxslərin qəbulunda olub: “5 dekabr 2025-ci il tarixdə, saat 09:20 radələrində Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında olarkən S. Məmmədovun psixoloji durumu yerində olmayıb, özünü idarə edə bilməyərək nə istədiyini bilmədən səs tonunu olduqca yüksəldib, əsassız ittihamlar səsləndirərək qəbula gələn digər vətəndaşlara problem yaradaraq ictimai asayışı kobud şəkildə pozub, habelə başçının müavini Arif Allahverdiyevə əl-qol atmağa cəhd göstərib və hədə-qorxu gəlib”.

    S. Məmmədov isə ifadəsində iddia edib ki, ilk olaraq başçının müavini ona hücum edib: “Bu il Qəbələ rayon Peşə Təhsil Mərkəzində yataqxana növbətçisi vəzifəsindən işdən çıxarıldım. Ali təhsilli iqtisadçı olmağıma baxmayaraq, hazırda günəmuzd fəhlə işləyirəm. Amma sağlamlığım imkan vermədiyindən həmin məşğuliyyəti davam etdirə bilmirəm. İxtisasına uyğun işlə təmin edilməkdən ötrü dəfələrlə məmurların qəbulunda olmuşam, amma indiyədək işlə təmin olunmamışam. İcra başçısının qəbuluna da işə düzəlmək məqsədilə getmişdim. İcra başçısının müavini Arif Abdullayevin qəbulunda oldum və ona gəlişinin məqsədini bildirərək başçı ilə görüşmək istədiyimi bildirdim. Həmin vaxt Arif Abdullayev heç bir səbəb olmadan mübahisə etməyə başladı, qəfildən üzərimə hücum edərək iki əli ilə boğazımdan tutaraq məni boğmağa cəhd etdi. Qəbələ RİH-nin şöbə müdiri Abdullayevi tutub kənara çəkərək bizi bir-birimizdən ayırdı. Həmin vaxt özümü itirdim, səhhətimdə narahatlıq yarandığı üçün xəstəxanaya getdim”.

    Qəbələ Rayon Məhkəməsinin qərarı ilə S. Məmmədov 10 sutkalıq inzibati həbs edilib.

  • Путин встретился с Эрдоганом на полях форума в Ашхабаде

    Президент России Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган провели двустороннюю встречу в Ашхабаде.

    Об этом сообщает Median.Az со ссылкой на ТАСС.

    Путин и Эрдоган находятся в постоянном контакте. В прошлый раз очно они встречались 1 сентября в Тяньцзине в КНР. После этого лидеры дважды говорили по телефону – 7 октября и 24 ноября.

    Встреча Путина и Эрдогана прошла на полях Международного форума мира и доверия. Как ранее рассказал журналистам пресс-секретарь президента РФ Дмитрий Песков, на заседании форума Эрдоган говорил о готовности Турции дальше заниматься посреднической деятельностью, оказывать содействие мирному процессу по Украине.

    Переговоры длились 40 минут.

  • Ərdoğan Putinlə görüşdü

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.

    Məlumatı “TGRT Haber” yayıb.

    Türkiyə prezidentinin rusiyalı həmkarı ilə təkbətək görüşü 40 dəqiqə çəkib.

    R.T.Ərdoğanın Türkmənistandakı görüşlərinin davam etdiyi bildirilir.

    Xatırladaq ki, Türkiyə rəhbəri bir sıra həmkarları ilə birgə Aşqabadda təşkil olunmuş Beynəlxalq Sülh və Etimad İli, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirak edir.

  • Lütvəli Babayev oğlu ilə bağlı məhkəmədə ifadə verib

    Sabiq icra başçısı Lütvəli Babayevin oğlu Babəli Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyən şəxslər, sabiq baş həkim Aruz Əliyev və tanışı Ehtiram Kərimovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda zərərçəkənin vəkili vəsatət verərək, məhkəmənin qapalı keçirilməsini istəyib. Buna səbəb kimi mediada həqiqətləri əks etdirməyən məlumatların və sosial şəbəkələrdə təhqiredici ifadələrin yer almasını, bunun isə ailəsinə mənfi təsir etməsi göstərilib. Təqsirləndirilənlərin vəkilləri isə buna etirazlarını bildiriblər.

    Vəsatət təmin edilməyib.

    Daha sonra iş üzrə şahidlər məhkəmənin və vəkillərin suallarını cavablandırıblar. Şahid kimi dindirilən sabiq icra başçısı Lütvəli Babayev ilkin istintaqda verdiyi ifadəni təsdiqlədiyini deyərək, təqsirləndirilən A.Əliyev və E.Kərimovun ən ağır cəzaya məhkum edilməsini məhkəmədən istəyib:

    “Bu işdə ən böyük zərərçəkən elə mən özüməm”.

    Müdafiə vəkilləri təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıblar. Məhkəmə bu vəsatəti də təmin etməyib.

    Növbəti proses yanvarın 15-nə təyin edilib.

    Xatırladaq ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını iki milyon manata satıb pulu mənimsəməkdə ittiham olunur. Bu hadisə baş verməzdən əvvəl isə Babəli Babazadənin sahibi olduğu tikinti şirkətinin bir milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənməli olduğu xatırladılıb. Məsələ ilə bağlı Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub. İddia olunur ki, Aruz Əliyev külli miqdarda vergi borcu yaranmış Babəli Babazadəyə ölkədən çıxmağı məsləhət bilib.

    O, tanışı Ehtiram Kərimovla əlbir şəkildə sabiq icra başçısının oğlunun Türkiyəyə qaçmasını təşkil edib. Babəli Babazadə Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə etibarnamə verib, əmlaklar satışa çıxarılıb. Onun dediyinə görə, Aruz Əliyev onun etibarından sui-istifadə edib. Aruz Əliyev və Ehtiram Kərimov Babəli Babazadənin əmlakını ümumilikdə iki milyon manata satıblar, pulu sahibinə vermədən şəxsi mənafeləri üçün sərf ediblər. A.Əliyev bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub. Zərərçəkmiş şəxsin şikayəti əsasında Aruz Əliyev və Ehtiram Kərimov tutulublar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 maddəsi (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham irəli sürülüb.

    Qeyd edək ki, Babəli Babazadənin atası Lütvəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-2019-cu illərdə isə Zərdab rayonunun icra başçısı olub.
    //oxu.az

  • В село Гасанриз Агдеринского района возвращаются 16 семей

    Сегодня в село Гасанриз Агдеринского района возвращаются 16 семей в составе 74 человек.

    Как передает Report, это семьи бывших вынужденных переселенцев, которые ранее временно были размещены в различных районах республики, в основном в общежитиях, санаториях и административных зданиях.

    Таким образом, общее число жителей села достигнет 1 009 человек.

  • Ağdərənin Həsənriz kəndinə daha 16 ailə yola salınıb

    Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə kəndə 16 ailə (74 nəfər) köçürülür.

    Qeyd edək ki, bununla Həsənrizə qayıdan ailələrin sayı 161-ə (1 009 nəfər) çatacaq.

  • Nikah və boşanma sayı məlum oldu

    Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40739 nikah və 17254 boşanma halları qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşmüşdür.

  • Azərbaycan və Ermənistan Kəlbəcərdə demarkasiyaya başladı

    Azərbaycan və Ermənistan tərəfləri bir neçə gün öncə Geqarkunik bölgəsindəki Zod mədənində demarkasiya işlərinə başlayıb.

    Bu barədə Erməni KİV yazıb.

    Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi məlumatı təsdiqləyib: “Zod mədəninin sərhəd hissəsində Ermənistan və Azərbaycan Respublikasının nümayəndələri tərəfindən birgə sahə tədqiqat işləri aparılmışdır.

    Sərhəd demarkasiyası ilə bağlı işlər Ermənistan Respublikasının qanunvericiliyi və parlament tərəfindən təsdiq edilmiş “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət sərhədinin demarkasiyası və Sərhəd Təhlükəsizliyi Məsələləri üzrə Komissiyanın və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnamə ilə tənzimlənir”.

    Qeyd edək ki, Zod qızıl yatağnın bir hissəsi Kəlbəcər rayonunun ərazisinə düşür.
    //unikal.az

  • Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı

    Dekabrın 11-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 268, o cümlədən borclu şəxs qismində axtarışda olan 239 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.