Month: December 2025

  • Yardımlı sakini Rusiya-Ukrayna müharibəsində həlak olub

    Rusiya-Ukrayna müharibəsi bölgəsində azərbaycanlı həlak olub.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edən, Yardımlı rayonu Əfçədulan kənd sakini Raqif Hüseynqulu oğlu İsgəndərov döyüş əməliyyatları zamanı həlak olub.

  • Vəfat edən şəxsin sığorta məbləği ailəsinə veriləcək? – AÇIQLAMA

    “Vəfat edən şəxsin sığorta məbləğinin ailəsinə verilməsini könüllü sığorta qüvvəyə minəndən sonra, yəni, özəl pensiya fondları yaranandan sonra könüllü müqavilə əsasında etmək olar”.

    Bunu “Unikal”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

    Komitə sədri bildirib ki, indiki halda Dövlət Sosial Müdafiə Fondu bunu edə bilmir:

    “Bunu etsə, fondun maliyyə imkanları tükənə bilər. Çünki bu gün işlədiyimiz dövrdə əməkhaqqımızdan tutulan sığorta haqları gələn ay pensiyaçılara verilir. Alternativ olaraq bu məsələ gündəlikdə var, hökumət üzərində işləyir. Özəl pensiya fondları yarananda bu imkanlar ola bilər”.

  • Sabiq bankirin oğlu ilə bağlı iş məhkəmə araşdırmasına verildi

    Hazırda lisenziyası ləğv olunmuş “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov və tanışı İlham Abbasovun külli miqdarda dələduzluq faktı üzrə cinayət işinin məhkəməsi keçirib.

    Oxu.Az-ın məlumatına görə, iclas Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilib.

    İclasda zərərçəkənlərin vəkilləri İlham Abbasov barəsində verilmiş həbs olmayan qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması üçün vəsatət veriblər.

    Məhkəmə vəsatəti təmin etməyib. Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Növbəti proses dekabrın 26-na təyin edilib.

    Qeyd edək ki, keçmiş bankir oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur. İstintaqla müəyyənləşdirilib ki, İ.Yusifov tanışı İlham Abbasovla əlbir olaraq vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

    Onlar altı nəfərin yarım milyondan çox pulunu ələ keçirilməsində şübhəli bilinirlər.

    Onu da qeyd edək ki, “Texnikabank” ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində, oğlu İslam Yusifov isə eyni iş üzrə dələduzluq epizodunda iştirakçı kimi təqsirli bilinərək həbs olunmuşdular. Zal Yusifov həmin vaxt 15 il, oğlu İslam Yusifov isə səkkiz il azadlıqdan məhrum ediliblər. Onların milyonlarla manatlıq əmlakı müsadirə edilib. Beş il sonra İslam Yusifov, bundan illər sonra isə atası Zal Yusifov azadlığa buraxılıblar.

    İndi isə İslam Yusifov və İlham Abbasova qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4-cu maddəsi ilə ittiham irəli sürülüb.

  • Bu rayonlarda məhsullar daha ucuz qiymətə satışa çıxarılır

    “Regionlarda bazarlar inkişaf edib və ən ucuz obyektlər məhsulun çeşidinə görə fərqlənir”.

    Bu sözləri Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

    AQC sədri əlavə edib ki, Qarabağ və Aran rayonlarında daha çox ət məhsulları bazarları məşhurdur. Bu rayonlarda qiymətlər digərlərin çox fərqlənir:

    “Cənub zonasında tərəvəz məhsullarının bazarı digərlərinə nisbətən ucuzdur. Naxçıvanda ərik, şaftalı meyvələri digər bazarlardan ucuz satışa çıxarılır. Yəni hər bir bölgəmiz öz spesifik məhsuluna görə digərlərindən fərqlənir və ixtisaslaşmış artıq regionlardır. Bu baxımdan düşünürəm ki, regionlarda ən ucuz bazarı müəyyən məhsulun növünə görə dəyişir.

    Ümumiyyətlə, region bazarları şəhər bazarına nisbətən daha ucuz mallar təklif edir. Bu təbii faktordur ki, məhz kənd təsərrüfatı regionlarda inkişaf etdiyinə görə məhsulun başa gəlmə xərcləri az olur və yükdaşıma, yükboşaltma və digər xərclər tələb olunmadığına görə bazara daha ucuz qiymətə çıxarılır”.

  • Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi

    Azərbaycanda 2025-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.

    Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.

    Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplamaqla, 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

    Sorğuda iştirak edənlərdən 2-si son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, 1-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 1-i “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 1-i isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib.

    “Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluq sevinci yaşayıb. Bundan başqa, Qurbanovun komandası tarixində ikinci dəfə UEFA Çempionlar Liqasında əsas mərhələyə yüksəlib. Hazırda da bu turnirdə çıxışını davam etdirən “köhlən atlar” “Benfika”, “Kopenhagen” kimi komandaları məğlub edib, “Çelsi” ilə oyunda bərabərə qalıb.

    QEYD: İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi dekabrın 15-də keçiriləcək. “Fairmont otel”in (“Üç alov qülləsi”) “Səttar Bəhlulzadə zalı”nda təşkil olunacaq tədbir saat 11:30-da başlayacaq.

  • Осмотр Зодского месторождения: Армения не ведет каких-либо работ по добыче или эксплуатации

    Делегация Азербайджана провела осмотр территории Зодского золоторудного месторождения – установлено, что в настоящее время Армения не ведет там каких-либо работ по добыче или эксплуатации.

    По информации Report, ранее у азербайджанской стороны имелись опасения относительно возможного продолжения горнодобывающей деятельности Арменией на этом месторождении.

    Осмотр территории показал, что Армения не ведет каких-либо работ на месторождении, возникшие ранее сомнения сняты.

    Напомним, 28 ноября в Габале состоялось 12-е заседание комиссий по делимитации Азербайджана и Армении под председательством вице-премьеров Шахина Мустафаева и Мгера Григоряна. Стороны договорились организовать осмотр территории Зодского золоторудного месторождения.

    Известно, что в период армянской оккупации Кельбаджарского района Азербайджана месторождение Зод эксплуатировалось армянской стороной, при этом еще со времен СССР все буровые работы осуществлялись с территории Армении.

    Район месторождения характеризуется сложными климатическими условиями. В настоящее время Азербайджан создает там транспортную и логистическую инфраструктуру, после завершения этих работ месторождение будет эксплуатироваться ЗАО AzerGold.

  • Ermənistan Zod qızıl yatağında qazıntı və istismar işləri aparmayıb

    Zod qızıl yatağına baxış orada Ermənistan tərəfindən hər hansı bir qazıntı və istismar işlərinin aparılmadığını göstərib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bundan əvvəl Azərbaycan tərəfində həmin yataqda Ermənistanın qazıntı və istismarı davam etdirməsi ilə bağlı narahatlıq olub.

    Əraziyə keçirilən baxış həmin ərazidə hər hansı işin aparılmadığını göstərib və bununla da bütün şübhələr aradan qalxıb.

    Xatırladaq ki, noyabrın 28-də Qəbələdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.

    Müzakirə olunan məsələlər sırasında Zod qızıl yatağına baxış keçirilməsi razılaşdırılıb. Məlum olduğu kimi, Kəlbəcərin işğal altında olduğu dövrdə Zod yatağı ermənilər tərəfindən istismar olunub. Hələ SSRİ dövründən başlayaraq bütün qazma işləri Ermənistan ərazisindən aparılmışdı.

    Qeyd edək ki, Zod yatağının yerləşdiyi ərazidə ağır iqlim şəraiti mövcuddur. Hazırda orada Azərbaycan tərəfindən nəqliyyat və logistika infrastrukturu yaradılır. İşlər başa çatdıqdan sonra “AzerGold” QSC tərəfindən istismar prosesinə başlanacaq.

  • Azərbaycanla Ruanda hava əlaqəsi quracaq

    Azərbaycan Ruanda ilə hava əlaqəsi quracaq.

    Bununla bağlı layihə Milli Məclisin dekabrın 16-da keçirilən iclasının gündəliyinə daxil edilib.

    İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilərək səsə qoyulacaq.

  • Kriminal aləmi təbliğ edən Sabirabad sakini cərimələndi

    Sabirabad sakini kriminal aləmi təbliğ edən paylaşımlarına görə cərimələnib.

    Rayonun Qalağayın kənd sakini sosial şəbəkələrdə kriminal aləmi təbliğ edən foto və videolar paylaşıb.

    Buna görə polis əməkdaşları onun ünvanına gedərkən kənddə rastlaşıblar.

    Polis təqsirləndirilən şəxsi şöbəyə dəvət etsə də, o, qanuni tələbə məhəl qoymayıb. Şöbəyə aparılan Sabirabad sakini barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub.

    Sabirabad Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 100 manat məbləğində cərimələnib.
    //oxu.az

  • В Уджарском районе волки напали на село

    В селе Алпоут Уджарского района в дневное время дикие звери напали на село.

    Как сообщает АПА, стая волков, напавшая на частное хозяйство местного жителя Шамиля Гусейнова, растерзала шесть голов овец. По словам хозяина, ему нанесен материальный ущерб примерно на 2 500 манатов.

    Жители отметили, что подобные случаи в последнее время происходят часто, и они не могут предотвратить их.