Month: December 2025

  • Dənizdə köməksiz qalan Azərbaycan vətəndaşları xilas ediliblər

    Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas ediliblər.

    Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

    Bildirilib ki, dekabr ayının 10-da saat 17:30-da Sahil Mühafizəsinin Bakı sahil nəzarəti şöbəsinin Zirə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında üç nəfər heyət üzvü olan balıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

    Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçib.

    Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində dekabrın 11-də saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan Respublikası vətəndaşları, Neftçala rayon sakinləri – 1990-cı il təvəllüdlü Cəlal Məhərrəm oğlu Səmədov, 1997-ci il təvəllüdlü Sənan Elçin oğlu Babayev və 1980-ci il təvəllüdlü Kənan Rafiq oğlu Fətullayev sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıblar.

  • В Баку в пятиэтажке произошел пожар

    На последнем этаже пятиэтажного жилого дома в Гарадагском районе Баку произошел пожар.

    Как передает Median.Az со ссылкой на Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана, огонь охватил кухню однокомнатной квартиры общей площадью 44 кв.м. В результате пожара сгорели два бытовых прибора и пять погонных метров мебели.

    Из-за высокой температуры ламбриновый потолок кухни оплавился на участке 5 кв.м. Также повреждены одна пластиковая оконная рама и две единицы бытовой техники.

    Остальная часть квартиры была защищена от возгорания.

    Пожар полностью ликвидирован пожарными расчетами.

  • Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

    Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 44 m² olan birotaqlı mənzilin mətbəxində iki ədəd məişət avadanlığı və beş poqonometr mebel yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı beş m² sahədə, bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi və iki ədəd məişət avadanlığı əriyib.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Astarada marketdə saxta alkoqollu içkilərin satışının qarşısı alınıb

    Astara rayonu, Pensər kəndində fəaliyyət göstərən Şərafət Mərhəldə qızı Nəcəfovaya məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, marketdə ümumi sayı 91 ədəd “Golf Organic”, “Vip Line”, “Orginal Natura”, “Piterskaya”, “Wheat Water” və “Organic Brand” əmtəə nişanlı saxta alkoqollu içki aşkar edilib. Saxta içkilər satışdan kənarlaşdırılıb.

    Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Bolqarıstanın baş naziri hökumətin istefasını elan etdi

    Bolqarıstanın Baş naziri Rosen Jelyazkov genişmiqyaslı etiraz aksiyaları fonunda və parlamentdə kabinetə etimadla bağlı səsvermə öncəsi hökumətin istefasını elan edib.

    Bu barədə Median.Az TASS-a istinadən məlumat verir.

    “Bizim koalisiyamız son vaxtlar baş verən hadisələri müzakirə etdi. Şübhə yoxdur ki, hökumətimiz parlamentdə dəstək alacaqdı və etimadsızlıq səsverməsi uğursuz olacaqdı. Lakin bizim istəyimiz ictimai tələblərin səviyyəsində olmaqdır. Hakimiyyət xalqdan asılıdır və biz etirazçıların səslərini eşidirik, onların tələblərinə uyğun hərəkət etməliyik. Hökumətin istefası barədə həm gənclər, həm də yaşlılar danışıblar və bu vətəndaş enerjisi dəstəklənməlidir. Sizə bildirirəm ki, etimadsızlıq səsverməsindən əvvəl hökumət istefa verir”, – deyə Rosen Jelyazkov qeyd edib.

  • Ərini qətlə yetirməkdə təqsirləndirilən qadın özünü müqəssir bilmir

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə ərinin qətlində təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, müttəhimin vəkili vəsatət qaldıraraq, müdafiə etdiyi şəxsin azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədə kənar şəxslərin olmamasını istəyib.

    Məhkəmə bu vəsatəti təmin etməyib.

    Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən N.Quliyeva ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmədiyini deyib.

    Növbəti proses 8 yanvar saat 10:00-a təyin olunub.

    Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

    Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və N. Quliyeva Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham olunub.

  • 10 ayda xarici ticarət dövriyyəsi 40 milyard dollara çatıb

    Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. Bu dövrdə 120 ölkəyə məhsul ixrac və 170 ölkədən məhsul idxal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 39 milyard 913.9 milyon dollar olub. Həmin dövrdə ticarət dövriyyəsinin 20 milyard 688.7 milyon dollarını və ya 51.8 faizini ixrac olunan məhsullar, 19 225.2 milyon dollarını və ya 48.2 faizini isə idxal məhsulları təşkil edib. Bunun nəticəsində xarici ticarətdə 1 milyard 463.5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.9 faiz artmış, real ifadədə isə 7.9 faiz azalıb. Həmin dövrdə idxal real ifadədə 7.9 faiz, ixrac isə 7.8 faiz azalıb.

    2025-ci ilin yanvar-oktyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2 milyard 987.8 milyon dollar təşkil edib. Bu göstərici 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə faktiki qiymətlərlə 6.6 faiz artıb, real ifadədə isə 17.7 faiz azalıb.

    2025-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsinin 25.8 faizi İtaliyanın, 11.7 faizi Türkiyənin, 10.2 faizi Rusiyanın, 9.3 faizi Çinin, 3.0 faizi Almaniyanın, 2.6 faizi ABŞ-nin, 2.5 faizi Birləşmiş Krallığın, 2.1 faizi İsveçrənin payına düşüb. Bundan əlavə, Avstraliya və Çexiya hər biri 1.9 faiz, Gürcüstan və Yunanıstan hər biri 1.7 faiz, Bolqarıstan və Xorvatiya hər biri 1.6 faiz, Qazaxıstan 1.5 faiz, Rumıniya 1.4 faiz, İran 1.3 faiz, Özbəkistan 1.2 faiz, Portuqaliya və Ukrayna hər biri 1.1 faiz, Fransa 0.9 faiz, Belarus və Hindistan isə hər biri 0.8 faiz paya malik olub. Xarici ticarət dövriyyəsinin 12.3 faizi digər ölkələrlə aparılmış əməliyyatlara aid edilib.

    Həmin dövrdə ixracın 46.9 faizi İtaliyaya, 13.0 faizi Türkiyəyə, 4.5 faizi Rusiyaya, 3.3 faizi Çexiyaya, 3.1 faizi Yunanıstana, 3.0 faizi Bolqarıstana, 2.9 faizi Xorvatiyaya, 2.6 faizi Gürcüstana, 2.5 faizi Almaniyaya, 2.3 faizi Rumıniyaya, 2.0 faizi Portuqaliyaya, 1.8 faizi İsveçrəyə, 1.3 faizi Birləşmiş Krallığa, 1.0 faizi İrlandiyaya, 0.9 faizi Niderlanda, 0.9 faizi Ukraynaya, 0.8 faizi Tunisə, 0.7 faizi Fransaya, 0.6 faizi Hindistana, 0.5 faizi Serbiyaya, 5.4 faizi isə digər ölkələrə göndərilmiş məhsulların dəyərinə aid olub.

    Qeyri-neft-qaz məhsullarının ixracı üzrə əsas alıcı ölkələr arasında Rusiyanın payı 32.4 faiz, Türkiyənin payı 16.3 faiz, İsveçrənin payı 9.7 faiz, Gürcüstanın payı 9.2 faiz, Ukraynanın payı 5.7 faiz, Birləşmiş Ərəb Əmirliklərinin payı 3.1 faiz olmuşdur. Bununla yanaşı, Qazaxıstan 2.7 faiz, Belarus 2.1 faiz, Özbəkistan 2.0 faiz, Türkmənistan 1.8 faiz, ABŞ 1.7 faiz, İtaliya 1.2 faiz, Almaniya və Çin isə hər biri 1.1 faiz paya sahib olub.

    2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19.4 faizi Çin, 16.5 faizi Rusiya, 10.1 faizi Türkiyə, 5.2 faizi ABŞ, 4.0 faizi Avstraliya, 3.9 faizi Birləşmiş Krallıq, 3.6 faizi Almaniya, 2.7 faizi Qazaxıstan, 2.7 faizi İran, 2.4 faizi İsveçrə, 2.1 faizi Özbəkistan, 2.1 faizi İtaliya, 1.5 faizi Meksika, 1.5 faizi Yaponiya, 1.5 faizi Braziliya, 1.5 faizi Cənubi Afrika Respublikası, 1.4 faizi Koreya, 1.4 faizi Belarus, 1.2 faizi Ukrayna, 1.0 faizi Fransa, 1.0 faizi Hindistan, 0.9 faizi isə İspaniyanın payına düşüb. Digər ölkələr üzrə idxal əməliyyatlarının payı 12.4 faiz təşkil edib.

    2025-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrünə nisbətdə mühüm məhsul növləri üzrə ixrac göstəriciləri də dəyişib. Belə ki, təzə meyvə ixracı 28.2 faiz, təzə tərəvəz ixracı 17.9 faiz, şəkər ixracı 58.5 faiz, siqaret ixracı 35 faiz, kartof ixracı 47.1 faiz, bitki yağları ixracı 22.3 faiz, mineral gübrə ixracı 8 faiz, polietilen ixracı 5.2 faiz, emal olunmamış alüminium ixracı 48.7 faiz, sement klinkerləri ixracı 13.8 faiz, pambıq ipliyi ixracı isə 17.8 faiz artıb. Eyni zamanda, meyvə və tərəvəz şirələrinin ixracı 1.5 faiz, meyvə və tərəvəz konservlərinin ixracı 19.0 faiz, tütün ixracı 45.7 faiz, çay ixracı 4.3 faiz, marqarin və digər qida qarışıqlarının ixracı 27.0 faiz, təbii üzüm şərabları və üzüm suslosunun ixracı 22 faiz, pambıq lifinin ixracı 9.8 faiz, polipropilen ixracı 6.4 faiz, elektrik enerjisi ixracı 34.9 faiz, qara metal boruların ixracı 9.8 faiz, qara metal çubuqların ixracı 40.2 faiz, bentonit gilinin ixracı isə 16.4 faiz azalıb.

    2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2025-ci ilin eyni dövründə idxal göstəricilərində də dəyişikliklər müşahidə olunub. Belə ki, buğda idxalı 6.4 faiz, xam şəkər idxalı 25.6 faiz, kartof idxalı 13.8 faiz, mal əti idxalı 2.8 faiz, təzə tərəvəz idxalı 35.6 faiz, siqaret idxalı isə 2.8 dəfə artıb. Həmçinin minik avtomobillərinin idxalı 29.8 faiz, polad prokatının idxalı 0.7 faiz, avtobusların idxalı 2.4 dəfə, məişət kondisionerlərinin idxalı 11.5 faiz, mineral gübrələrin idxalı 3.1 faiz, polietilen idxalı 20.0 faiz, polipropilen idxalı 5.2 faiz, məişət soyuducularının idxalı isə 11.6 faiz artıb. Bununla yanaşı bitki yağları idxalı 7.1 faiz, kərə yağı və digər süd yağlarının idxalı 12.1 faiz, təzə meyvə idxalı 14.7 faiz, şokolad və şokolad məhsullarının idxalı 4.0 faiz, unlu qənnadı məmulatlarının idxalı 2 faiz, çay idxalı 5.5 faiz, quş əti və onun əlavə məhsullarının idxalı 28.9 faiz, dərman vasitələrinin idxalı 15.6 faiz, qara metal boruların idxalı 12.4 faiz, hesablama maşınları və qurğularının idxalı 9.8 faiz, ayaqqabı idxalı 2 faiz, rezin şin idxalı 3.1 faiz, sintetik yuyucu vasitələrin idxalı 5.8 faiz, mebel idxalı 0.3 faiz, yük avtomobillərinin idxalı 6.4 faiz, qara metal çubuqların idxalı 0.9 faiz, paltaryuyan maşınların idxalı 11.2 faiz, qara metal künclüklərin idxalı 1.9 faiz, sement idxalı isə 21.8 faiz azalıb.

  • Dövlət Gömrük Komitəsinin daha iki əməkdaşı HƏBS OLUNDU (YENİLƏNİB)

    Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıblar.

    Median.Az APA-ya istinadən xəbər verir ki, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.

    Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov, Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov və digər şəxslər Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İş üzrə ilkin olaraq ümumilikdə altı nəfər ittiham olunur.

    Baş Prokurorluğun Mətbuat xidmətindən sayta məlumatı təsdiq ediblər.

    * * * * *

    Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da həbs olunub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, ona Cinayət Məcəlləsinin 206.4; 213-1.2.2; 213-1.2.3 və və 308.2-ci maddələri üzrə ittiham elan olunub.

    Rəşad Daşdəmirov və Fərid Usubov barəsində məhkəmənin qərarı ilə iki ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    * * * * *

    Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla saxlanılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, ümumilikdə altı nəfər bir sıra cinayətlərdə, o cümlədən, qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

    Onlardan Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digər bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

  • İlham Əliyev Türkmənistan prezidentinə və Qurbanqulu Berdiməhəmmədova təbrik məktubları ünvanlayıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı ürəkdən təbrik edirəm.

    1995-ci ilin dekabrın 12-də 185 ölkənin yekdil dəstəyi ilə BMT Baş Assambleyası tərəfindən Türkmənistanın daimi bitərəflik statusunu tanıyan qətnamənin qəbul edilməsi ölkənizin tarixinə qızıl hərflərlə həkk olunan əlamətdar hadisə idi. Bitərəflik siyasətini yürüdən ölkəniz ötən dövr ərzində bütün sahələrdə sürətlə inkişaf edərək əhəmiyyətli uğurlara imza atmışdır.

    Türkmənistanın bitərəflik statusu sülhsevərlik, dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykənən xalqınızın tarixi irsinə və adət-ənənələrinə əsaslanır. Bu gün Türkmənistanın daimi bitərəflik siyasəti regionda və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində vacib rol oynayır.

    Biz ölkənizin bitərəflik siyasətinə daim hörmətlə yanaşırıq. Məhz bu səbəbdən Azərbaycan Respublikası həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.

    İnanıram ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkmənistan dövlətlərarası münasibətlərinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, strateji tərəfdaşlığımızı dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

    Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

    Dövlətimizin başçısı Türkmən xalqının milli lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova da təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Əlamətdar tarix – Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

    Otuz il əvvəl dünya birliyi tərəfindən Türkmənistanın daimi bitərəflik statusunun tanınması ölkənizin dinamik və dayanıqlı inkişafına təkan verən və beynəlxalq aləmdə nüfuzunu gücləndirən mühüm hadisə və böyük tarixi nailiyyət idi.

    Türkmənistanın daimi bitərəflik siyasətinin mahiyyəti xalqınızın çoxəsrlik humanizm, sülhsevərlik və mənəvi-əxlaqi fəlsəfəsindən qaynaqlanır. Bu gün Türkmənistanın geniş beynəlxalq əməkdaşlığa yönəlmiş konstruktiv təşəbbüsləri qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, humanist dəyərlərin təşviqi kimi nəcib məqsədlərə xidmət edir. Eyni zamanda ölkəniz sülhsevər doktrinasını qlobal səhnədə fəal şəkildə təbliğ edərək qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə beynəlxalq dialoqun güclənməsinə töhfə verir.

    Azərbaycan qardaş və mehriban qonşu olan Türkmənistanın bitərəflik siyasətinə daim hörmətlə yanaşıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikası həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.

    Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimizin, qardaşlığımızın möhkəmlənməsi istiqamətində şəxsən Sizin davamlı və qətiyyətli səylərinizi xüsusi qeyd etmək istərdim. Fürsətdən istifadə edərək Sizin bu il ərzində Azərbaycana iki səfərinizi, mənim də avqust ayında füsunkar Avazaya səfərimi, Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimizi və söhbətlərimizi ən xoş təəssüratlarla xatırladığımı bildirirəm.

    Əminəm ki, Azərbaycan-Türkmənistan qardaşlıq bağlarını daha da möhkəmləndirmək və çoxşaxəli əməkdaşlığımızı yeni mərhələyə yüksəltmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

    Hörmətli Qurbanqulu Məlikquliyeviç, bu bayram günündə bir daha Sizə təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm”

  • Начался суд над Кареном Аванесяном, пытавшимся совершить теракт в Ханкенди

    Проходит предварительное судебное заседание по уголовному делу в отношении Карена Аванесяна, обвиняемого в попытке совершения террористического акта в Ханкенди и других особо тяжких преступлениях.

    Уголовное дело рассматривается в Гянджинском суде по тяжким преступлениям под председательством судьи Натига Алиева.

    В ходе процесса уточняются анкетные данные обвиняемого, ему разъясняются его права и обязанности.

    Отметим, 14 сентября около 7 часов утра подозреваемый без объяснения причин покинул социальный приют, где проживал, забрал спрятанное оружие и боеприпасы, привел их в боевую готовность. Примерно в 9 часов он проник в нежилой дом, занял позицию и стал ожидать приближения сотрудников полиции. Наблюдая за большим количеством полицейских, пытавшихся определить его местонахождение, Аванесян решил, что появилась возможность для осуществления заранее спланированного террористического акта и убийства многочисленных представителей власти. Из своего укрытия он открыл беспорядочный огонь из автоматического оружия по приближающимся полицейским, а затем бросил в них ручные гранаты, вызвав взрывы.

    В результате три сотрудника полиции получили телесные повреждения различной степени тяжести. Благодаря своевременной эвакуации с места происшествия и оказанию необходимой медицинской помощи их жизни удалось спасти.

    Несмотря на требования законодательства и многократные предупреждения, Карен Аванесян отказался подчиниться законным требованиям представителей власти, вследствие чего был задержан сотрудниками полиции с применением огнестрельного оружия. После задержания ему была оказана необходимая медицинская помощь, и он прошел лечение в больнице.

    На основании собранных по уголовному делу доказательств Карен Аванесян привлечен в качестве обвиняемого по статьям 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (покушение на умышленное убийство двух и более лиц, представителей власти в связи с исполнением ими служебных обязанностей, общеопасным способом, связанное с терроризмом), 214.2.3 (терроризм с применением огнестрельного оружия и предметов, используемых в качестве оружия), 228.1 (незаконное приобретение, хранение и ношение огнестрельного оружия, его комплектующих частей, боеприпасов) и 315 (сопротивление представителю власти и применение насилия) Уголовного кодекса.

    В отношении Карена Аванесяна по ходатайству органа предварительного расследования, на основании представления прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, решением Ханкендинского городского суда избрана мера пресечения в виде заключения под стражу.