Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 44 m² olan birotaqlı mənzilin mətbəxində iki ədəd məişət avadanlığı və beş poqonometr mebel yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı beş m² sahədə, bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi və iki ədəd məişət avadanlığı əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.