Month: December 2025

  • Dövlət sektoru üzrə istehsalat qəzaları ilə bağlı sığorta ödənişini DSMF yerinə yetirəcək

    Milli Məclisin qəbul etdiyi yeni qanunlara əsasən, dövlət sektorunda çalışan şəxslərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması Dövlət Sosial Müdafiə Fondu (DSMF) vasitəsilə həyata keçiriləcək.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla bağlı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilib.

    Hazırda bütün işçilərin qeyd edilən icbari sığortalanması özəl sığorta şirkətləri vasitəsilə həyata keçirilir.

    Yeni dəyişikliklər isə bu sahədə ikili sistemin tətbiqini – dövlət sektorunda çalışanların icbari sığortalanmasının DSMF, digər subyektlərdə çalışanların isə özəl sığorta şirkətləri vasitəsilə həyata keçirilməsini, bununla əlaqədar olaraq müvafiq hallarda sığorta ödənişlərinin də dövlət və bələdiyyə sektoru üzrə DSMF, digər sahələr üzrə özəl sığorta şirkətləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.

  • Лига чемпионов УЕФА: “Карабах” открыл счет в матче с “Аяксом”

    Агдамский “Карабах” открыл счет в матче с нидерландским “Аяксом” в рамках 6-го тура общего этапа Лиги чемпионов УЕФА.

    Первый гол агдамцев на 10-й минуте забил Камило Дуран.

  • “Qarabağ” hesabı açdı

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda hesab açılıb.

    Matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

    10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb

  • “Qarabağ” – “Ayaks” oyunu başladı – CANLI

    Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyun başlayıb.

    Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

    Qarşılaşmanı Sloveniyadan olan baş hakim Rade Obrenoviç idarə edir.

  • “Xiaomi” gəlirsizlik səbəbindən 1000-dən çox mağazanı bağlayacaq

    “Xiaomi Qrup”un baş vitse-prezidenti və “Xiaomi Çin”in prezidenti Vanq Xiaoyan şirkətin pərakəndə satış şəbəkəsinin genişmiqyaslı optimallaşdırılması qərarını təsdiqləyib.

    Valyuta.az “GizmoChina”ya istinadən xəbər verir ki, diler tərəfdaşlarına verilən daxili bildirişə əsasən, Çində 1 yanvar 2025-ci il tarixindən əvvəl açılmış, aşağı performans və zərərlilik meyarlarına cavab verən 1000-dən çox mağaza bağlanacaq.

    Şirkət bağlanma prosesini dəstəkləmək üçün 27,26 milyon yuan (təxminən 3,8 milyon dollar) məbləğində birdəfəlik uyğunlaşma xərcləri çəkəcək. “Xiaomi” bu tədbirin tərəfdaşların illik itkilərini 72,46 milyon yuana (təxminən 10 milyon dollar) endirəcəyini təxmin edir ki, bu da qısamüddətli maliyyə təsiri ilə şəbəkənin uzunmüddətli dayanıqlığı arasında bir kompromisdir.

    Bağlanmaq üçün təyin olunmuş yerlərdə fəaliyyətini davam etdirməyi seçən dilerlər, 1 yanvar 2026-cı il tarixindən etibarən şirkət tərəfindən təyin olunmuş mağaza menecerlərinin dəstəyini itirəcəklər. “Xiaomi” artıq bu yerlərdəki işçi heyətinin xərclərini ödəməyəcək və əməliyyat risklərini tamamilə tərəfdaşlarına ötürəcək.

  • İslandiya “Eurovision-2026″da iştirak etməyəcək

    İslandiya 2026-cı ildə Vyanada keçiriləcək “Eurovision-2026” mahnı müsabiqəsinə İsrailin iştirak hüququna görə təmsilçisini göndərməyəcək.

    Bu barədə Avstriyanın “Der Standard” qəzeti məlumat yayıb.

    Ölkə bu səbəbdən müsabiqədən imtina edən Avropa Yayım İttifaqının beşinci üzvü olacaq. Əvvəllər Niderland, İspaniya, Sloveniya və İrlandiya oxşar planları açıqlayıblar.

    Müsabiqənin 70-ci yubileyi 2026-cı ildə Vyanada keçiriləcək. İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə bir neçə ölkə müsabiqəni boykot edir.

    Xatırladaq ki, 1967 və 2015-ci ildən sonra Vyana şəhəri bu beynəlxalq musiqi tədbirinə üçüncü dəfə ev sahibliyi edəcək.

  • İsveçrədə yeni prezident seçildi

    İsveçrə parlamenti iqtisadiyyat naziri Qi Parmeleni ölkənin 2026-cı il üçün prezidenti seçib.

    Median.Az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

    O bu vəzifədə maliyyə naziri Karin Keller-Satteri əvəzləyib.

    Fəransızdilli bölgədən olan Parmelen Federal Şuranın ən uzunmüddətli üzvüdür. O, 2021-ci ildə də prezident vəzifəsini icra edib. Sağçı İsveçrə Xalq Partiyasının üzvü olan Parmelen ixtisasca üzümçüdür.

    İsveçrədə prezident vəzifəsi hər il Federal Şuranın yeddi üzvü arasında növbəlilik əsasında ötürülür.

    İsveçrədə prezident vəzifəsi əsasən simvolik xarakter daşıyır.

  • Prezidentin rektor təyin etdiyi Rövşən İsmayılov kimdir?

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şahin Məhərrəm oğlu Əliyevi Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edib. Digər sərəncamla Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Akademiyasının rektoru təyin edilib.

    Rövşən İsmayılov 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib və həmin ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim vəzifəsində çalışıb. 2006-cı ildən dosentdir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü olub.

    2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi alıb, elmi işi “Azərbaycan Vətəndaşlıq İnstitutu” mövzusuna həsr olunub. 1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olub, 1997-ci ilin fevralından 2003-cü ilə kimi isə Xəzər Universitetində müəllim işləyib. 2002-ci ildə (fevral-iyun) və 2005-ci ildə (yanvar-avqust) ABŞ-ın İndiana Universitetində elmi məzuniyyət və Fulbrayt proqramı çərçivəsində elmi tədqiqat aparıb.

    2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunub. 2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olub, 22 iyun 2010-cu ildə Prezidentin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.

  • Bakıda hər 44 nəfərə bir mağaza düşür – Son 5 ildə 2,3 dəfə artıb

    Son 5 ildə paytaxt Bakıda mağazaların sayı 2,3 dəfə artaraq 23 min 282-dən 53 min 98-ə yüksəlib.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu dövrdə pərakəndə ticarət dövriyyəsi 63% və ya 14,6 milyard manat artıb və ötən il 37,7 milyard manat olub.

    Qeyd edək ki, pərakəndə ticarət dövriyyəsinin 60,7%-ni yerli istehsal olan məhsullar, 39,3%-ni isə idxal olunan məhsullar təşkil edib.
    Müqayisə üçün bildirək ki, 5 il əvvəl – 2020-ci ildə Bakıda hər 100 paytaxt sakininə bir mağaza düşürdüsə, ötən il hər 44 paytaxt sakininə bir mağaza düşüb.

    Onu da bildirək ki, paytaxt Bakıda qeydə alınan pərakəndə ticarət dövriyyəsi ölkə üzrə qeydə alınan ümumi pərakəndə ticarət dövriyyəsinin 60,7%-ni təşkil edib.

  • Azərbaycanda özəl data mərkəzi yaradılacaq

    Azərbaycanda dövlət−özəl tərəfdaşlığı əsasında özəl data mərkəzlərinin yaradılması sahəsində təşviqedici mexanizmlərin formalaşdırılması nəzərdə tutulur.

    “APA-Economics” xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.

    Sənədə əsasən, 2026-2028-ci illərdə özəl data mərkəzinin yaradılması üçün tədqiqatlar aparılacaq. Eyni zamanda, özəl data mərkəzinin yaradılması üçün 3 təşviq mexanizminin hazırlanması, azı 2 data mərkəzinin istismara verilməsi və müvafiq sahəyə cəlb edilən investisiyaların davamlı artırılması planlaşdırılır.

    Nəticədə Azərbaycanda beynəlxalq standartlara uyğun 2-dən çox data mərkəzi fəaliyyət göstərəcək.