Month: December 2025

  • Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirildi

    Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib.

    APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, 8-10 dekabr tarixlərində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.

    Bildirilib ki, məsləhətləşmələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirilən görüşdən sonra çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. İkitərəfli gündəlikdəki cari məsələlərə və onların həyata keçirilməsi planlarına xüsusi diqqət yetirilib. Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr də daxil olmaqla, 2026-cı il üçün təmaslar cədvəli nəzərdən keçirilib.

    “İki ölkə liderləri tərəfindən 22 fevral 2022-ci ildə imzalanmış Müttəfiq Əməkdaşlığı Bəyannaməsinin müddəalarına uyğun olaraq, bütün istiqamətlərdə siyasi dialoqu daha da gücləndirmək, ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığı genişləndirmək öhdəliklərini bir daha təsdiqlənib. Rusiya tərəfi iyunun sonu və iyulun əvvəlində Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tezliklə azad edilməsinin vacibliyini vurğulayıb.

    Bir sıra regional məsələlər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Rusiyanın 2020-2022-ci illərdə ən yüksək səviyyədə əldə edilmiş bir sıra üçtərəfli razılaşmalar əsasında bu prosesi asanlaşdırması ətraflı müzakirə edilib.

    Xəzər beşliyi çərçivəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyi təsdiqlənib.

    Cənubi Qafqazın problemlərinin region ölkələri və onların yaxın qonşuları tərəfindən həll edilməsini təmin etmək kontekstində 3+3 Regional Əməkdaşlıq Platformasının (Rusiya-İran-Türkiyə + Azərbaycan-Ermənistan-Gürcüstan) ritmik fəaliyyətinin qorunmasında qarşılıqlı maraq ifadə edilib.

    MDB və Avrasiya qitəsində fəaliyyət göstərən digər təşkilatlarla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran bir sıra beynəlxalq mövzular müzakirə edilib. Danışıqlar Rusiya-Azərbaycan münasibətləri üçün ənənəvi olan dostluq və etimad atmosferində keçib”, – Rusiya XİN-nin məlumatında qeyd olunub.

  • UEFA Çempionlar Liqası: “Qarabağ” və “Ayaks”ın start heyətləri açıqlandı

    UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında keçiriləcək VI tur oyunu üçün start heyətlər açıqlanıb.

    Komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

    “Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, , Pedro Bikalyo, Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran, Addai, Marko Yankoviç.

    Baş məşqçi: Qurban Qurbanov.

    “Ayaks”: Vitejlav Yaroş, Ko İtakura, Lukas Rosa, Mokio, Moro, Steur, Qlouk, Aaron Bouman, Yuri Baas, Kasper Dolberq, Anton

    Baş məşqçi: Fred Qrim

  • Литва вручила временному поверенному Беларуси ноту протеста

    Министерство иностранных дел Литвы вызвало временного поверенного в делах посольства Беларуси и вручило ему ноту протеста в связи с продолжающимися с белорусской территории гибридными атаками, а также фактом насильственного задержания имущества граждан и компаний стран Евросоюза.

    Об этом сообщает литовское внешнеполитическое ведомство.

    “Белорусской стороне вновь настоятельно указали на необходимость обеспечить эффективный контроль своего воздушного пространства и вернуть незаконно задержанное имущество, принадлежащее гражданам и предприятиям ЕС”, – говорится в сообщении.

    В МИД Литвы выразили сожаление, что Беларусь не воспользовалась возможностью технического обсуждения вопросов, которые она сама неоднократно предлагала поднять как публично, так и по дипломатическим каналам. Литва была готова к такому диалогу 4 декабря на заседании Совета министров ОБСЕ в Вене, где председательствующая Финляндия предложила посредничество, однако Минск отклонил приглашение, заявив, что его не устраивает предложенный Литвой дипломатический уровень встречи.

    Ведомство подчеркнуло, что Литва по-прежнему готова к конструктивному диалогу, однако отказ белорусской стороны, несмотря на ее собственные предыдущие заявления, свидетельствует о нежелании сотрудничать и об очевидной нехватке доброй воли.

  • Litva Belarusa nota verdi

    Litva Xarici İşlər Nazirliyi Belarusun müvəqqəti işlər vəkilinə etiraz notasını təqdim edərək ölkənin Belarus ərazisində saxlanılan yük maşınlarının qaytarılmasını və iki ölkə sərhədində hava məkanının nəzarətinin təmin edilməsini tələb edib.

    Bu barədə məlumatı Litva Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.

    “Litva Xarici İşlər Nazirliyinə çağırılan Belarus səfirliyinin müvəqqəti işlər vəkilinə Belarus ərazisindən həyata keçirilən davamlı hibrid hücumlar, habelə Avropa İttifaqının vətəndaşları və şirkətlərinin mülkiyyətinin məcburi ələ keçirilməsi ilə əlaqədar etiraz notası verilib”, – deyə XİN-in bəyanatında qeyd edilir.

    Noyabrın 25-də Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirmişdi ki, Litvanın 1800-dən çox yük maşını Belarus ərazisində qalır, çünki Litva hakimiyyəti sərhəd nəzarəti məsələsində Minsk ilə konstruktiv dialoqa getmir.

  • Polis yağışlı hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib (Video)

    Davam edən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Azərbaycanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, intensiv şəkildə davam edən yağışla bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər.

    Nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Küçə və prospektlərdə polisin müşayətilə təhlükəsizlik tədbirləri davam edir.

  • Leyla Əliyeva Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb (FOTO)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda keçirilən “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusundakı beynəlxalq konfrans çərçivəsində dekabrın 10-da Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlər, o cümlədən Heydər Əliyev Fondu ilə Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun birgə əməkdaşlığının dövlətlərimizin yüksəksəviyyəli əlaqələrinə verdiyi töhfə vurğulanıb.

    Türkmənistanda keçirilən beynəlxalq konfransın qadınların siyasi və iqtisadi həyata fəal cəlb olunmaları, çoxtərəfli dialoqun və tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Qadınların həyatımızın müxtəlif sahələrində, o cümlədən təhsil və səhiyyə sahələrindəki mövqelərinin gücləndirilməsinin davamlı inkişafın təmin edilməsi üçün vacibliyi qeyd olunub.



  • İlham Əliyev Donald Trampa təşəkkür edib

    Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb.

    Median.Az President.az-a istinadla xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident.

    Səmimi məktubunuza görə Sizə dərin təşəkkürümü bildirirəm. Xoş sözlərinizi, sülh və sabitlik naminə səylərimizə dair fikirlərinizi yüksək qiymətləndirirəm.

    Münaqişələrin həllinə davamlı sadiqliyiniz, dialoqun irəlilədilməsində şəxsi iştirakınız və dünyanın müxtəlif bölgələrində gərginliyin azalmasına verdiyiniz töhfələr qəti inamıma görə, Nobel Sülh Mükafatı da daxil olmaqla, ən yüksək beynəlxalq tanınmaya tam layiqdir. Sizin qətiyyəti və məsuliyyəti rəhbər tutan liderliyiniz qlobal sülhün təşviqi uğrunda əsl xidmətin nümunəsidir.

    Əminəm ki, davamlı dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığımız ölkələrimizdə və onun hüdudlarından kənarda da sülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir.

    Məktubunuzda ifadə olunan qarşılıqlı hörmət ruhuna və diqqətinizə görə səmimi minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm”.

  • Kartof fri, dönər, burger: Ən zərərli “fast food”ların siyahısı

    “Fast food”lar müasir həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilib. Sürətli hazırlanması, əlçatan qiyməti və dad müxtəlifliyi səbəbindən demək olar ki, bütün ölkələrdə geniş yayılıb. 
     
    Mütəxəsislərin fikrincə, “fast food”ların bəziləri zərərlidir və onlardan zəhərlənmə ehtimalı yüksəkdir. 
     
    Qida eksperti Fərid Səfərov sfera.az-a açıqlamasında bildirib ki, “ən zərərli “fast food”lar” dedikdə iki məqama diqqət yetirmək lazımdır:
     
    “Tərkibinə görə sağlamlığa ziyan vuranlar və hazırlanma şəraiti, eləcə də saxlama qaydasına görə zəhərlənmə riski yaradan qidalar. 

    Tərkibinə görə ən zərərli “fast food”lar yüksək trans yağlarla, duz, şəkər və emal olunmuş ət məhsulları ilə zəngin olanlardır. 

    Hazırlanmasına görə, zərərli qidalar uzun müddət qızardılan kartof “fri”, dönər (çox yağlı hissə), soğan halqaları, toyuq parçalarıdır. Onlar həm yüksək kaloriyə, həm də oksidləşmiş yağlara sahib olur. Belə qidalar ürək xəstəlikləri riskini artırır. 

    Çoxqatlı burgerlər və “hot-doq”lar, kolbasa və sosiska ilə hazırlanan qidalar, çox yağlı pendir və sous kombinləri, çoxlu duz və restoran pizzaları da bağırsaq problemi, xolesterin artımı  və daha ciddi problemlərə yol aça bilir”.
     
    Ekspert deyib ki, qidaların saxlanması vəziyyəti zəhərlənmə riskini artıran digər bir səbəbdir. Onun sözlərinə görə, çiy tərəvəzlə hazırlanan sendviçlər və salatlar, açıq şəkildə satılan salatlar, qatıqlı, mayonezli souslar, təkrar isidilən ət və pizzalar, kabab tipli küçə qidalarının istehlakı risklidir.

  • Meteohəssas insanların nəzərinə

    Dekabrın 11-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
     
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib
     
    Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

  • ABŞ generalı Bakıdan sonra İrəvana getdi

    ABŞ-ın Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik sahəsində əməkdaşlıq və kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini general-mayor Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir.
     
    Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
     
    Bildirilib ki, nümayəndə heyətinin səfərinin məqsədi 8 avqustda Ağ Evdə keçirilmiş sammitdə əldə olunan razılaşmaların dəstəklənməsidir.
     
    Kris Makkini 30 noyabr – 3 dekabr tarixlərində Bakıda səfərdə olub. Səfər çərçivəsində general-mayor Makkini Müdafiə Nazirliyində və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib.