Month: December 2025

  • Albaniyada ölən azərbaycanlının valideynləri də 15 il əvvəl bədbəxt hadisə qurbanı olublar

    Albaniyada faciəvi şəkildə ölən azərbaycanlının ata və anası da 15 il öncə bədbəxt hadisənin qurbanı olublar.

    Əvəz Cəfərovun atası Alim Cəfərov və anası 15 il öncə yol-nəqliyyat hadisəsinə düşüblər.

    Nəticədə ata A.Cəfərov həlak olub, ana isə qəzada aldığı travmalar səbəbindən hadisədən bir il sonra dünyasını dəyişib.

    Qeyd edək ki, bir neçə gün öncə Albaniyanın Dürres limanında bədbəxt hadisə nəticəsində Azərbaycan vətəndaşı olan dənizçi Əvəz Cəfərov dünyasını dəyişib.

    2001-ci il təvəllüdlü Ə. Cəfərov Biləsuvar rayonunda dəfn ediləcək.

    İstintaq aparıldığı üçün onun nəşinin bir neçə günə Vətənə gətiriləcəyi gözlənilir.

    İlkin məlumata əsasən, bədbəxt hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib və onu cərəyan vurub.

    Qeyd edək ki, mərhum subay idi.
    //oxu.az

  • AFFA bır sıra klubları cəzalandırdı

    AFFA İntizam Komitəsi klublara cəza və cərimələr tətbiq edib.

    Bu barədə AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Kubokunun 1/8 finalında və Misli Premyer Liqasının 14-cü turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

    Azərbaycan Kubokunda 1/8 finalın “İmişli” – “Sabah” oyununda “İmişli” komandasının dörd futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilib.

    Azərbaycan Kubokunda 1/8 finalın “İmişli” – “Sabah” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5 000 manat cərimə edilib.

    Azərbaycan Kubokunda 1/8 finalın “Qarabağ” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının dörd futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

    Azərbaycan Kubokunda 1/8 finalın “Difai” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Difai” komandasının 77 nömrəli futbolçusu Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün biroyunluq cəzalandırılıb, klub 150 manat cərimə edilib.

    Azərbaycan Kubokunda 1/8 finalın “Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz” komandasının beş futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.

    Misli Premyer Liqasının “Sumqayıt” – “İmişli” oyununun 90+13-cü dəqiqəsində “Sumqayıt” komandasının məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün bir oyun cəzalandırılıb, klub 1 000 manat cərimə edilib. Oyunda “İmişli” komandasının dörd futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

  • Задержаны граждане Азербайджана, совершившие тяжкие преступления по поручению иностранных спецслужб (Видео)

    На основании полученной информации о создании незаконных вооружённых формирований из граждан Азербайджана, а также использовании этих лиц иностранными спецслужбами в разведывательно-диверсионных, террористических и подрывных целях, были проведены комплексные следственные мероприятия.

    Об этом говорится в заявлении Службы государственной безопасности (СГБ) АР.

    “В результате принятых соответствующих мер были выявлены и разоблачены граждане Азербайджана, считающие себя представителями “криминального мира”, которые за пределами страны участвовали в организации деятельности незаконного вооружённого формирования, а также были вовлечены в слежку за официальными лицами иностранного государства и другие преступные деяния.

    После установления места нахождения за рубежом подозреваемого в совершении указанных преступлений Мамедова Амида Самеддин оглу (1995 г.р.), он был задержан в ходе оперативно-розыскных мероприятий, доставлен в Азербайджан и привлечён к следствию.

    Также были задержаны и привлечены к уголовной ответственности Сафаров Нурлан Ильхам оглу (1997 г.р.) и Исрафилов Эдик Наби оглу (1983 г.р.), подозреваемые в совершении этих преступлений.

    Указанные лица обвиняются по статьям 12.1, 279.1 Уголовного Кодекса Азербайджанской Республики (участие за пределами страны в деятельности вооружённых формирований, не предусмотренных законодательством Азербайджана), и по решению суда в их отношении были избраны меры пресечения в виде ареста.

    Общественности будет предоставлена дополнительная информация о продолжающихся мероприятиях и других лицах, привлеченных к ответственности”, – отмечается в сообщении СГБ.

  • DTX-dən ƏMƏLİYYAT: Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər TUTULDULAR (Video)

    Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər saxlanılıblar.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmələrin yaradılması, xarici xüsusi xidmət orqanları tərəfindən onlardan kəşfiyyat-pozuculuq, terror-təxribat məqsədləri üçün istifadə olunması barədə daxil olan məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.

    Görülmüş müvafiq tədbirlərlə Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətinin təşkili, həmin birləşmənin tərkibində xarici dövlətin rəsmi şəxslərinin güdülməsi və digər cinayət əməllərinin törədilməsinə cəlb edilmiş, özlərini “kriminal aləm”in nümayəndələri hesab edən Azərbaycan Respublikasının vətəndaşları müəyyənləşdirilərək ifşa olunublar.

    Qeyd olunan cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1995-ci il təvəllüdlü Amid Saməddin oğlu Məmmədovun xarici ölkə ərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o, keçirilib əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, Azərbaycan Respublikasına gətirilərək istintaqa cəlb edilib.

    Eləcə də, bu cinayətlərin törədilməsində şübhəli bilinən 1997-ci il təvəllüdlü Nurlan İlham oğlu Səfərov və 1983-cü il təvəllüdlü Edik Nəbi oğlu İsrafilov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Adları çəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Davam edən tədbirlər və cinayət məsuliyyətinə cəlb edilmiş digər şəxslər barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.

  • Azərbaycanda Kulturoloji Akademiyanın yaradılması təklif olunur

    Azərbaycanda Kulturoloji Akademiyanın yaradılması təklif olunur.

    Bu təklifi kulturoloq Fuad Məmmədov Bakıda keçirilən “Mədəniyyət və hüquq: Müasir çağırışlar” forumu çərçivəsində baş tutan “Mədəniyyət və hüquq” adlı panel müzakirələri zamanı deyib.

    O bildirib ki, bu akademiya Mədəniyyət Nazirliyinin tərkibində olmalıdır:

    “Nazirliyin tərkibində Heydər Əliyev adına Kulturoloji Akademiyanın yaradılmasını təklif edirəm. Bu, bizim işlərimizin sürətlə həyata keçirilməsinə yardım edəcək”.

    Həmçinin Fuad Məmmədov kulturoloji təhsilin icbari olmasını təklif edib.
    //oxu.az

  • В Баку арестован мужчина за непристойные действия в отношении пассажирки метро

    В Баку задержан мужчина, совершивший непристойные действия в отношении женщины на станции метро “Нариман Нариманов”.

    Как сообщает Teleqraf, житель Нефтчалинского района Амиль Бабаев (1979 г.р., здесь и далее имена и фамилии условные – ред.) в вагоне поезда совершил аморальные действия в отношении гражданки Республики Грузия Эльмиры, беспокоил ее и нарушал общественный порядок.

    Совершивший инцидент Бабаев был признан виновным по статье 510 (мелкое хулиганство) Кодекса Азербайджана об административных проступках.

    Амиль Бабаев признал себя виновным по предъявленному обвинению.

    Потерпевшая заявила, что обвиняемый совершал непристойные действия в ее отношении в метро.

    “Он коснулся моего тела рукой. В первый раз я подумала, что это случайно, но потом почувствовала, что он повторил свои действия. Я крикнула и спросила, почему он так делает. Он попытался сбежать, выйдя из поезда на станции. Я пожаловалась сотруднику полиции”, – заявила женщина.

    Решением Наримановского районного суда Амиль Бабаев подвергнут административному аресту сроком на 15 дней.

  • Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi həbs olundu

    Bakıda metronun “Nərimanov” stansiyasında qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, 1979-cu il təvəllüdlü Neftçala rayon sakini Amil Babayev stansiya ərazisində qatarın içərisində Gürcüstan Respublikasının vətəndaşı Elmiraya (ad-soyadlar şərti verilib – red.) qarşı qeyri-əxlaqi hərəkətlər edib, onu narahat edib və ictimai qaydanı pozub.

    Hadisəni törədən A.Babayev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

    İş üzrə ifadə verən Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    Zərərçəkmiş isə ifadəsində təqsirləndirilənin metroda ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib:

    “Əli ilə bədənimə toxundu. Birinci dəfə bunun təsadüfən olduğunu düşündüm, amma sonra bu hərəkətlərini təkrarladığını hiss elədim. Qışqıraraq niyə belə etdiyini soruşdum. O, stansiyada qatardan düşərək uzaqlaşmağa çalışdı. Mən də polis əməkdaşına şikayət elədim”.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Babayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

  • Narkotik vasitənin təsiri altında olan sürücü və qadın sərnişinləri SAXLANILDILAR

    Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobilin sürücüsü Elnur Əzimov qayda pozuntusuna yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, sürücünün, eləcə də avtomobildə olan iki qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yarandığından onların tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

    Bununla yanaşı, avtomobilində narkotik vasitə olmasını etiraf edən E.Əzimov və sərnişinləri barədə qanunamüvafiq tədbirlər görülməklə, toplanmış materiallar Qobustan Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə hər üç şəxs məsuliyyətə cəlb olunub, o cümlədən E.Əzimov sürücülük hüququ məhdudlaşdırılmaqla 1 ay müddətə inzibati həbs edilib.

    “BDYPİ bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir”, – idarədən bildirilib.

  • Посол Азербайджана обратился к Пашиняну на армянском во время встречи в Берлине (Видео)

    Посол Азербайджана в Германии Насими Агаев поприветствовал премьера Армении Никола Пашиняна на собрании, прошедшем в Немецком обществе внешней политики в рамках визита последнего в ФРГ.

    “Добро пожаловать в Германию”, – сказал Агаев на армянском после чего перешел на английский.

    По его словам, в регионе происходят огромные изменения, которые было трудно представить несколько лет назад.

    “Это самый стабильный и мирный период в наших отношениях, которого добились мы и вы. Мы добились того, что наши дети, внуки не унаследуют этот болезненный и долгий конфликт. И надеюсь, всегда будут жить в мире. И Азербайджан, конечно, был инициатором мирной повестки”, – сказал посол.

    Он выразил надежду, что Вашингтонские договоренности будут полноценно претворены в жизнь. В том числе, это касается TRIPP, который обеспечит беспрепятственный путь между Азербайджаном и Нахчываном. При этом Агаев упомянул о последнем препятствии – изменении конституции Армении.

    “Надеемся, что и это будет устранено, чтобы мы могли официально подписать мирный договор”, – отметил Агаев.

  • Azərbaycanın Almaniyadakı səfiri Paşinyanla erməni dilində danışdı (Video)

    Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistanın baş naziri Nikol Paşinyanın Berlinə səfəri çərçivəsində onu erməni dilində salamlayıb.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Paşinyana ermənicə: “Almaniyaya xoş gəldiniz”, – deyən azərbaycanlı səfir daha sonra ingiliscə danışığa keçib.

    Səfirin sözlərinə görə, regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər olub:

    “Bu, münasibətlərimizdə əldə etdiyimiz ən sabit və dinc dövrdür. Biz övladlarımıza və nəvələrimizə bu ağrılı və uzun sürən münaqişəni miras qoymadıq. Ümid edirəm ki, onlar həmişə sülh şəraitində yaşayacaqlar. Əlbəttə ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub”.

    O, Vaşinqton razılaşmalarının tam şəkildə yerinə yetiriləcəyinə ümid etdiyini də bildirib. Bu razılaşmaya Azərbaycanın əsas hissəsi və Naxçıvan bölgəsi arasında maneəsiz gediş-gəlişi təmin edəcək “Tramp marşrutu” (TRIPP) daxildir.

    Ağayev son maneəni də xatırladıb: Ermənistan konstitusiyasına dəyişiklik edilməsi.

    “Ümid edirik ki, bu da öz həllini tapacaq ki, biz sülh müqaviləsini rəsmən imzalaya bilək”, – deyə Ağayev bildirib.