Month: December 2025

  • İstirahət mərkəzinə getdi, kababdan xoşu gəlmədi, dava saldı

    Göyçay rayonu, Kürd Şaban kəndində yerləşən “Murad” İstirahət Mərkəzində kababdan xoşu gəlməyən müştəri dava saldığına görə cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, 1987-ci ildə Ucar rayonunun anadan olmuş Nuran Cəfərov (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.

    Məlulum olub ki, Nuran dostları ilə sözügedən istirahət mərkəzində spirtli içki qəbul edib. Sonuncu sifarişləri bir şiş böyrək kababı olub. Lakin, kabab gətiriləndə şişə 3 ədəd piy içərisində böyrək, 2 ədəd də ciyər qoyulduğunu görüb. Buna etiraz edib, kafenin mətbəxinə gedərək Rəvan adlı kababçıya niyə istədiyi formada kabab göndərməməsinin səbəbini soruşub. Bir az söhbət edərək yerinə qayıdıb. Nuran bildirib ki, həmin vaxt aralarında heç bir dava-dalaş olmayıb.

    Bir qədər sonra hesabı vermək üçün kassa yaxınlaşıb. Bu zaman kababın yaxşı olmadığını bildirib. Restoran işçisi Tacəddin isə ona “yesən də, yeməsən də, budur” deyə cavab verib. Bu zaman mübahisə yaranıb və Nuran Tacəddini döyüb. Onun haqqında polisə şikayət olunub.

    Məhkəmənin hökmü ilə Nuran Cəfərov 1000 manat miqdarında cərimə edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

  • Ali Məhkəmənin keçmiş hakiminə vəzifə verildi

    Ali Məhkəmənin keçmiş hakimi Tahir Kazımov Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

    “Report”un əldə etdiyi məlumata görə, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müvafiq əmr imzalayıb.

    Qeyd edək ki, Tahir Lələkişi oğlu Kazımov 7 sentyabr 1957-ci ildə Masallı rayonunda anadan olub. 1981-ci ildən prokurorluq orqanlarında müstəntiq, böyük müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini, rayon prokuroru, Baş Prokurorluqda idarə rəisinin müavini, idarə rəisi vəzifələrində işləyib.

    2017-ci il 30 iyun tarixindən Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunub. Bu ilin sentyabr ayında Ali Məhkəmədən təqaüdə göndərilib.

    T.Kazımov 3-cü dərəcəli dövlət ədliyyə müşaviridir.

  • “Qarabağ”ın U-19 komandası “Ayaks”a 0:8 hesabı ilə uduzdu

    “Qarabağ” klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb.

    Bakıda “Ayaks”ın (Niderland) müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələn Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 0:8 hesabı ilə uduzub.

    Əsas mərhələnin VI turunun matçı “Azərsun Arena”da keçirilib.

    Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 turnir cədvəlinin 35-ci pilləsində qərarlaşıb.

  • Bağça müdirinin ölkədən çıxışı məhdudlaşdırıldı

    “Əziz Balam”Körpələr Evi-Uşaq Bağçasının rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Qaynarinfo-nun məlumatına görə, Bakı Kommersiya Məhkəməsinin hakimi İlkin Əliyev bununla bağlı qətnamə çıxarıb.

    İş materiallarından aydın olur ki, “Əziz Balam” Körpələr Evi-Uşaq Bağçasının dövlət büdcəsinə 4 678,29 manat borcu olub. Borc ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib.

    Qurum ərizəsində borc ödənilənədək bağça müdirinin ölkədən çıxışının məhdudlaşıdırılmasını istəyib. Məhkəmə araşdırmasından sonra idarənin ərizəsi təmin edilib.

    “Əziz Balam” Körpələr Evi-Uşaq Bağçası vergi sistemində “Əziz Balam” Körpələr Evi-Uşaq Bağçası” MMC kimi qeydiyyatdadır. Reyestr məlumatlarından aydın olunur ki, MMC 15 mart 2017-ci ildə dövlət qeydiyyatina alınıb. Nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Yusifova Dilarə Sahib qızıdır. MMC-nin hazırda 508 manat vergi borcu var.

  • Sumqayıtda anasının bank kartından oğurluq edib arvadına göndərən şəxs saxlanıldı (FOTO)

    Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsaiti naməlum şəraitdə oğurlanıb.

    Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin təfərrüatı araşdırılarkən zərərçəkənin mobil tətbiqi və kartına kibermüdaxilənin olmadığı müəyyən edilib. Bu hal isə oğurluğun zərərçəkənin ailə üzvlərindən birinin iştirakı ilə törədildiyinə əsaslı şübhələr yaradıb.

    Həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənin oğlu X.Əhmədov talama cinayətini törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun 4 ay ərzində anasının mobil telefonundan gizli şəkildə mobil bank tətbiqinə daxil olduğu, daha sonra hesabdakı pul vəsaitini həyat yoldaşına və özünə məxsus ayrı-ayrı kartlara köçürdüyü məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Япония выпустила предупреждение о мегаземлетрясении

    Япония выпустила предупреждение о мегаземлетрясении на севере страны. По словам официальных лиц, вероятность подземных толчков магнитудой 8 или выше невелика, но населению стоит подготовиться.

    Как передает Median.Az, об этом пишет The Guardian.

    Предупреждение опубликовали после того, как у восточного побережья Аомори, самой северной префектуры главного японского острова Хонсю, произошло землетрясение магнитудой 7.5.

    8 декабря в Японии произошло землетрясение магнитудой более 7. После этого для восточного и северо-восточного побережья страны объявили угрозу цунами. В северной части Японии было приостановлено движение поездов по нескольким железнодорожным линиям.

  • Yaponiyada daha bir güclü zəlzələ xəbərdarlığı olundu

    Yaponiyada ölkənin şimalı üçün meqazəlzələ xəbərdarlığı olunub.

    Median.Az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, yerli rəsmilər 8 bal və daha güclü zəlzələ ehtimalının az olduğunu desələr də, sakinlərə bütün proqnozları nəzərə almaları bildirilib.

    Xatırladaq ki, dekabrın 8-nə keçən gecə Yaponiyanın şimalında 7.5 bal gücündə zəlzələ baş verib.

  • Ходатайство в связи с делом председателя ПНФА Али Керимли отклонено

    В связи с мерой пресечения в виде ареста в отношении председателя партии “Народный фронт Азербайджана” (ПНФА) Али Керимли, задержанным в ходе операции Службы государственной безопасности (СГБ), в суд была подана просьба об изменении меры пресечения.

    На сегодняшнем заседании в Сабаильском районном суде было рассмотрено соответствующее ходатайство, которое суд отклонил.

    Напомним, Сабаильский районный суд избрал в отношении Керимли меру пресечения в виде ареста сроком на 2 месяца и 15 дней. Бакинский апелляционный суд оставил это решение в силе.

  • Əli Kərimli barəsində QƏRAR VERİLDİ

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərarın dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilib.

    Bu gün Səbail Rayon Məhkəməsində vəsatətə baxılıb və qərar qəbul edilib.

    Qərara əsasən, vəsatət təmin edilməyib.

    Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

    Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.

    Onların evində axtarış aparıldıqdan sonra DTX-yə aparılıblar.

    Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

    Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

    Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

  • Sabah Azərbaycanda 21 kənd və bir qəsəbənin qazı kəsiləcək

    Sabah Astara rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Astara rayonunun “Şahağacı” qaz paylayıcı stansiyasında istismarda olan metal qaz xəttinin üzərində yerləşən siyirtmədə aşkarlanmış qaz sızması aradan qaldırılacaq.

    Bu məqsədlə dekabrın 11-də saat 10:00-dan işlər tamamlananadək Siyəkü, Vaqo, Niləşə, Binəbəy, Həsin, Lələkəpeştə, Şağlazüzə, Siyakeş, Şıxaməhəllə, Rinə, Pensər, Çayoba, Kakalos, Kolatan, Bala Şahağacı, Qamışoba, Şiyəkəran, Şahağacı, Təngərüd, Maşxan kəndlərinin və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 7 800 abonentin təbii qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.