Month: December 2025

  • Xalq artisti əməliyyat olundu

    Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub.

    Bu haqda aktrisa özü məlumat yayıb. O bildirib ki, gözündə olan problem aradan qaldırılıb.

    Qeyd edək ki, A.Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən də əziyyət çəkdiyini bildirmişdi. //Axşam.az

  • “Qarabağ”la Bakıdakı oyunda “Ayaks”ı 1000-dən çox azarkeş dəstəkləyəcək

    Niderlandın “Ayaks” komandasını Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda dəstəkləyəcək azarkeşlərin sayı bəlli olub.

    Median.Az report-a istinadən xəbər ki, “köhlən atlar”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev bildirib.

    Onun sözlərinə görə, Amsterdam təmsilçisi qarşılaşma üçün 1450 bilet istəyib.

    Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

  • Bakıda balta ilə qətl törədən keçmiş məhkum ağır cəza aldı

    Bakının Yasamal rayonunda Azər İbrahimovu qətlə yetirməkdə təqsirləndirilən və əvvəllər məhkum olunmuş Təbriz Həsənovun cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənin 20 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Müşavirədən sonra hökm oxunaraq Təbriz Həsənov 18 il azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, 2024-cü ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib.

    Təbriz Həsənov cinayət əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Müəyyən edilib ki, Azər İbrahimov oktyabrın 13-də yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı qolundan və kürəyindən balta xəsarətləri alıb.

    Ağır yaralı halda tapılan Azər İbrahimov dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    İstintaq orqanı tərəfindən Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
    //oxu.az

  • На многих веб-ресурсах, использующих Cloudflare, наблюдались временные сбои

    Сегодня из-за перебоев в глобальной инфраструктуре Cloudflare на многих веб-ресурсах в Азербайджане, использующих данный сервис, наблюдались временные сбои.

    Об этом сообщили в Службе электронной безопасности (СЭБ).

    “Причиной сбоев стала повышенная нагрузка, связанная с отражением рекордных DDoS-атак ботнета Aisuru в последние дни.

    Хотя компания нейтрализовала атаки, вызванные ими колебания трафика привели к кратковременным проблемам с доступностью некоторых локальных ресурсов.

    В настоящее время сервисы полностью восстановлены и функционируют стабильно”, – говорится в заявлении СЭБ.

  • ETX bəzi veb-resurslarda müvəqqəti dayanmanın səbəbini açıqladı

    Bu gün “Cloudflare”nin qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə platformanın xidmətindən istifadə edən bir çox veb-resurslarında müvəqqəti dayanma baş verib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

    Bildirilir ki, dayanmalara səbəb kimi “Cloudflare”nin son günlərdə “Aisuru botnet” tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir.

    Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.

    Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.

  • Türkiyəli aparıcılar saxlanıldılar

    Türkiyədə üç TV spikeri jandarma tərəfindən saxlanılıb.

    Show TV spikeri Ela Rümeysa Cebeci, Habertürk spikeri Meltem Acet və Beyaz TV spikeri Hande Sarıoğlu “narkotik əməliyyatı” çərçivəsində saxlanılıb.

    Məlumata görə, üç spiker səhər saatlarında polis idarəsinə aparılıb.

  • Bakıda iş yoldaşını stəkanla vurub öldürdü – Həbs edildi

    Bakıda iş yoldaşının başından stəkanla vurub öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Möhsün Abdullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Dövlət ittihamçısı çıxışı zamanı təqsirləndirilənin 12 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Qeyd edək ki, ittihama görə, M.Abdullayev mübahisə zəminində masanın üzərində olan stəkanla Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Sonra yumruqla ona zərbələr vurub. Bahadur Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

    55 yaşlı M.Abdullayev 1997-ci ildə 8 il məhkum olunub.

    Möhsün Abdullayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

  • Dəbilqəsiz moped idarə edənlər cərimələnəcəklər

    Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edənlər cərimə ediləcəklər.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün birgə keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri mopedi daşımağa görə qırx manat məbləğində cərimə ediləcəklər.

  • İlham Əliyev Tailand kralını təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən məktubun mətnini təqdim edir:

    “Tailand Krallığının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Bu gün Azərbaycan ilə Tailand arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq dostluq əlaqələrimizin möhkəmlənməsi, səmərəli əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Bu bayram günündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Yevlaxdakı yanğında şəhid anası həlak oldu – Bacı-qardaşı yaralandı

    Yevlaxda ölümlə nəticələnən yanğın olub.

    Hadisənin təfərrüatı məlum olub.

    Belə ki, yanğın Nərgiz Savalan qızı Mikayılovaya məxsus, şəhərin S.Vurğun küçəsi bina 15/20 ünvanında yerləşən ümumi sahəsi 80 kvadratmetr olan 4 otaqlı mənzilin 20 kvadratmetr sahəsini əhatə edib. Həmin hissədə evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.

    Yanğın nəticəsində mənzilin sahibi ölüb. Yevlax şəhər sakinləri – Yasəmən Mayıl qızı Vahabova və Kamran Mayıl oğlu Mehdiyev xəsarət alıblar.

    Yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır.

    Qeyd edək ki, 1972-ci il təvəllüdlü Məhəmmədəli Mehdiyev Qarabağda gedən döyüşlərdə 20 yaşında şəhid olub.

    Xatırladaq ki, bu gecə Lökbatandakı “Qobu Park-1” yaşayış massivində baş verən yanğında da 4 nəfər həlak olub.

    ///qafqazinfo