Month: December 2025

  • “Ağdaş Bazar” ASC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb

    Ağdaş şəhəri, M.Rəsulzadə küçəsi, 31 ünvanında fəaliyyət göstərən “Ağdaş Bazar” ASC-yə məxsus bazarda planlı yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı bazarda etiket məlumatları olmayan şor, süd, pendir, qatıq, turşu, mürəbbə və bal məhsullarının satışa çıxarıldığı, süd və süd məhsullarının müvafiq müşayiətedici sənədlərinin olmadığı məlum olub. Həmçinin ət və süd məhsullarının temperatur rejiminə riayət edilmədən açıq hava şəraitində saxlanıldığı, qida məhsullarının yerdən və divardan ara məsafə gözlənilmədən birbaşa döşəmə üzərinə yığıldığı, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, asan təmizlənən və dezinfeksiyayadavamlı materialdan hazırlanmadığı, yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan şəxslərin tibbi müayinədən keçmədikləri, xüsusi geyimlə təmin olunmadıqları və digər nöqsanlar aşkarlanıb.

    Faktla bağlı inzibati protokol tərtib olunaraq bazar rəhbəri inzibati məsuliyyətə cəlb edilib, etiket məlumatları olmayan qida məhsullarının satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib.

  • Бакинский апелляционный суд отклонил жалобу Али Керимли

    В Баку состоялось судебное заседание по апелляционной жалобе на избранную меру пресечения в виде ареста в отношении председателя партии “Народный фронт Азербайджана” (ПНФА) Али Керимли, задержанного Службой государственной безопасности (СГБ).

    Как сообщает Report, Бакинский апелляционный суд отказал в удовлетворении жалобы.

    Напомним, 1 декабря Сабаильский районный суд на основании представления следственных органов избрал в отношении А.Керимли меру пресечения в виде ареста сроком на 2.5 месяца.

    Стоит отметить, что председателю ПНФА Али Керимли и члену президиума партии Мамеду Ибрагиму предъявлено обвинение по статье 278.1 (действия, направленные на насильственный захват власти или насильственное изменение конституционного строя государства) Уголовного кодекса АР.

    Оба лица были задержаны в рамках уголовного дела, возбужденного в СГБ в отношении Рамиза Мехтиева.

  • Əli Kərimli barədə QƏRAR VERİLDİ

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bakı Apellyasiya Məhkəməsi AXCP sədri Əli Kərimlinin şikayətini təmin etməyib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu gün onun barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.

    Belə ki, məhkəmə şikayəti təmin etməyib.

    Xatırladaq ki, Ə.Kərimli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, DTX tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

    Hər iki şəxs Ramiz Mehdiyev barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində saxlanılıb.

  • Gənclər Mərkəzinin rəhbərinə “stop” qoyuldu

    “İdrak” Gənclər Mərkəzinin rəhbəri İmran Bənnayev məhkəməyə verilib.

    Qaynarinfo-nun məlumatına görə, buna səbəb onun dövlət büdcəsinə borcu olmasıdır.

    Borc ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutub. Qurum məhkəmədən İmran Bənnayevin ölkədən çıxışının məhdudlaşdırılmasını xahiş edib.

    İşə Bakı Kommersiya Məhkəməsində hakim Fərid Hətəmzadənin sədrliyi ilə baxılıb. Hakim qurumun ərizəsini təmin edərək İmran Bənnayevin ölkədən çıxışına “stop” qoyub.

    Həmin vaxt İmran Bənnayevin dövlət büdcəsinə borcu 15 973, 98 manat olub. Hazırda onun 34 311,14 manat vergi borcu var.

    “İdrak” Gənclər Mərkəzi 2004-cü ildən fəaliyət göstərir.

  • Göygöldə tüfeyli həyat tərzi keçirən kişi küçədə öldü

    Göygöl rayonunda küçədən meyit tapılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qızılqaya kəndində baş verib.

    Rayonun Nizami kənd sakini, 1978-ci il təvəllüdlü Çingiz Eldar oğlu Hüseynovun üzərində zorakılıq əlamətlər olmayan meyiti Qızılqaya kəndi ərazisindəki küçələrdən birində aşkar edilib. Məlumata görə, Ç.Hüseynov tüfeyli həyat tərzi yaşayırmış. O, Qızılqaya kəndi ərazisində olarkən səhhəti qəfil pisləşib və orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Məhkəmə dələduzluqda ittiham edilən şəxsin günahsız olduğunu ortaya çıxardı

    Səbail Rayon Məhkəməsində dialez xəstəsi olan tanışına böyrəyini köçürmək adı ilə dələduzluqda ittiham edilən Xəyyam Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, X. Məmmədovun əməlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığına görə ona bəraət verilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.

    İttihama görə, Xəyyam Məmmədov tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışının həyat yoldaşının dialez xəstəsi olduğunu bildikdən sonra ona 20 min manat müqabilində öz böyrəyinin köçürülməsini təmin edəcəyi barədə yalandan vəd verib. Pulu aldıqdan sonra isə vədinə əməl etməyib.

    Ona qarşı 178.2.4 maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

  • Azərbaycanda 20 şagird məktəbdə tüstüdən zəhərləndi

    Salyanda məktəbdə şagirdlər kütləvi şəkildə tüstüdən zəhərləniblər.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

    Məktəbi isitmək üçün istifadə olunan yanacaq növündən 20 nəfər şagirdin zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 1238 səhmdarı olan şirkətin mülklərinə həbs qoyuldu – Bir işçiyə görə…

    Azərbaycanın milyonluq kapitala malik “NeftYolTikintiTəmir” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bütün obyektlərinə həbs qoyulub.

    Qaynarinfo-nun məlumatına görə, buna səbəb ASC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2581/2021 nömrəli icra sənədi üzrə qərarın icra edilməməsidir.

    Belə ki, həmin ildə məhkəmə E.R.-yə ödənilməmiş əməkhaqqının, istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının və son haqq-hesabın hesablanaraq ödənilməsinin ASC-nin öhdəliyində olduğuna dair qərar çıxarıb. Lakin naməlum səbəblərdən “NeftYolTikintiTəmir” ASC 4 il keçməsinə baxmayaraq, məhkəmə qərarını yerinə yetirməyib.

    1 saylı Bakı Ərazi İdarəsindən əldə edilən məlumata əsasən, borclu “NeftYolTikintiTəmir” ASC-nin mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, İlqar Məmmədov küçəsində yerləşən 547,5 kv.m-lik əmlak kompleksi, başqa bir ünvanda 2217,8 kv.m-lik əmlak kompleksi və digər bir ünvanda 3074,4 kv.m-lik əmlak kompleksi mövcuddur.

    İcra orqanı ASC-nin əmlaklarına həbs qoyulması üçün məhkəməyə müraciət edib və məhkəmə göstərilən komplekslərin üzərinə həbs qoyulması barədə qərar qəbul edib.

    Qeyd edək ki, “NeftYolTikintiTəmir” ASC-nin sədri Mustafayev Mustafa Mahmud oğludur. Şirkət 2001-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 1,05 milyon manatdır və ölkənin ən çox səhmdarı olan ASC-si hesab olunur. Son məlumata görə, cəmiyyətin 1238 səhmdarı var.

  • ВС РФ взяли под контроль Безымянное в Донецкой области

    Российские военные взяли под контроль населенный пункт Безымянное в Донецкой области.

    Об этом сообщили в Минобороны РФ.

  • Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb.

    Median.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Rusiya qoşunları Donetsk vilayətində Bezımyannoe yaşayış məntəqəsini nəzarətə götürüb.