Month: December 2025

  • “Azəriqaz”ın əməkdaşı araq içib qonşusunun həyətinə od vurdu

    Bərdədə sərxoş kişi qonşusunun həyətinə od vuraraq, ot tayalarını yandırıb.

    Hadisə rayonun Qəhrəmanlı kəndində baş verib.

    Əhməd Hüseynov (adı və soyadı şərtidir) izahatında bildirib ki, Bərdə rayonunun Qəhrəmanlı kəndində qayınatasına məxsus evdə yaşayıb. “Azəriqaz” İB-nin Bərdə filialında çilingər vəzifəsində işləyib.

    “Həmin axşam çox miqdarda spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olduğuna görə hadisəni necə törətməsini xatırlamıram. Hadisənin baş verdiyi gün saat 20-21 radələrində yaşadığım evə yaxın adam qonaq gəlib. Birlikdə yemək yeyib, 3 nəfərə 700 qram tut arağı içdik”, – deyə Əhməd Hüseynov bildirib.

    O qeyd edib ki, qonaq gəlməmişdən əvvəl də yeddi bakal pivə içib. Sonra isə evdən çıxıb qonağı yola salmaq üçün kəndin ortasına gedib. Taksi marketin yanına gəlib, qonağı oradan yola salıb. Daha sonra yaxınlıqdakı marketdən bir ədəd pivə alıb içib.

    Ə.Hüseynov qeyd edib ki, daha sonra qonşusunun evinin yanına gedib dəmir tor hasardan keçib və ot tayasını yandırıb. Zərərçəkmiş şəxslə heç bir düşmənçiliyi, ədavəti olmayıb, içkili olduğundan özündə olmayıb. İki ot tayası yandırıb, daha sonra marketin qabağına gəlib. Yanğın yerinə kənd adamları toplaşıblar, o da həmin yerə gedib. Ancaq tayanı yandırdığını heç kimə deməyib. Digər taya qonşusunun evindən təxminən 40 metr aralıda olub və ora gedərək həmin tayanı da yandırıb.

    Bərdə Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
    //oxu.az

  • Ceyhun Bayramov Vyanada ATƏT XİN Şurasının iclasında iştirak edir

    Bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası başlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak edir.

    ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen azərbaycanlı naziri salamlayıb.

    Tədbirdə ATƏT-in üzvü olan 57 dövlətin xarici işlər nazirlərinin, həmçinin 11 tərəfdaş ölkənin nümayəndələrinin iştirakı gözlənilir.

  • Qonşularını qətlə yetirən ata və oğula hökm oxunub

    Saatlıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən ata və oğulun cinayət işi üzrə sonuncu məhkəmə iclası keçirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Elşad Abbasov 18 il 6 ay, oğlu Elçin Abbasov isə 15 il müddətə azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, hadisə bu il fevralın 5-də rayonun Şirinbəyli kəndində baş verib. Belə ki, Elşad Abbasov və oğlu Elçin Abbasov kənd ərazisindəki sahədə qonşusu Mirhəsən Seyidovu avtomobildə tamah məqsədilə məftillə boğaraq qəsdən öldürüblər. Daha sonra hadisənin gizlədilməsi məqsədilə meyitin ayağına daş bağlanılıb və həmin ərazidəki su kollektoruna atılıb.

    Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Şeyxin Ramiz Mehdiyevlə münasibətləri necə olub? – Qardaşından CAVAB (FOTO)

    Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ətrafında gedən proseslər son aylarda daha da kəskinləşib. Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə böyük təsir imkanlarına sahib olan Mehdiyev və ona yaxın olduğu iddia edilən bir sıra şəxslərin dövlətə xəyanətdə ittiham olunması ictimai müzakirələri genişləndirib.

    İttihamların dairəsi deputatlardan tutmuş, 20 ildən artıqdır siyasi və ictimai həyatda aktiv olan fiqurlara qədər uzandığı üçün mövzu cəmiyyətin diqqətini daha da cəlb edir.

    Bu kontekstdə ölkənin dini lideri, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin Ramiz Mehdiyevlə münasibətlərinin necə olub-olmaması da sual doğuran məqamlardandır.

    Median.Az xəbər verir ki, Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə Modern.az-a açıqlamasında bu məsələyə də aydınlıq gətirib.

    Cavanşir Paşazadə bildirib ki, onun Ramiz Mehdiyevlə əlaqəsi heç bir halda olmayıb.

    “Heç vaxt görüşməmişik də. Allahşükür Paşazadə isə şeyxülislam olub. Hər ikisi müəyyən vəzifələr yerinə yetiriblər. Ola bilsin ki, münasibətləri olub. Amma bu münasibətlər dövlətlə bağlı məsələlərin müzakirəsi kontekstində ola bilər. Başqa mövzu ola bilməz”, – deyə şeyxin qardaşı vurğulayıb.

  • Сотрудники АПБА выявили нарушения на рынке “Ясамал” и в точках нелегальной уличной торговли – Видео

    Сотрудники Агентства продовольственной безопасности Азербайджана (АПБА) провели проверку на рынке “Ясамал”, функционирующего на улице А.М. Шарифзаде в Ясамальском районе Баку, а также в местах несанкционированной уличной торговли вокруг станции метро “Иншаатчылар”.

    Как сообщает Median.Az со ссылкой на АПБА, в ходе инспекции было установлено, что на рынке яйца, молоко и молочные продукты реализуются без прохождения необходимой ветеринарной экспертизы. Товары хранятся с грубыми нарушениями: в открытых условиях, вне холодильников, без соблюдения требуемого температурного режима.

    Кроме того, инспекторы обнаружили различные виды домашних солений, изготовленных кустарным способом, не имеющих маркировки и информации о составе. В связи с выявленными нарушениями были выданы обязательные к исполнению предписания.

    Следует отметить, что руководство рынков несёт ответственность за обеспечение безопасной реализации пищевой продукции. Для этого на территории рынка должны быть созданы соответствующие условия.

    Вблизи станции метро “Иншаатчылар” на незаконных уличных прилавках инспекторы обнаружили продукты высокого риска (рыбу, курицу, соления, сливочное масло, молоко и молочные продукты), которые реализовывались в антисанитарных условиях, без соблюдения температурного режима и правил хранения. У продавцов также отсутствовали соответствующие ветеринарные документы.

    С продавцами были проведены разъяснительные беседы, в ходе которых им объяснили требования законодательства. Представители АПБА подчеркнули, что продажа продуктов высокого риска в загрязненных условиях, на улице и вдоль дорог представляет серьезную опасность для жизни и здоровья потребителей. Употребление продуктов неизвестного происхождения с сомнительными показателями безопасности категорически не рекомендуется.

    Агентство обратилось в соответствующие структуры для пресечения незаконной уличной торговли. Подобные проверки будут продолжены и в других районах города.

  • Yasamalda qanunsuz küçə ticarətinə qarşı reyd keçirilib – Video

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən “Yasamal” bazarına və metronun “İnşaatçılar” stansiyası ətrafında qanunsuz həyata keçirilən küçə satışı yerlərinə baxış keçiriblər.

    Bu barədə AQTA məlumat yayıb.

    Baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə, soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.

    Qeyd edək ki, bazar rəhbərləri qida məhsullarının satışını təhlükəsiz şəkildə təmin etməlidirlər. Bunun üçün bazarda müvafiq şərait qurulmalıdır.

    Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında qanunsuz küçə satışı piştaxtalarında yüksək riskli qida məhsullarının (balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları) antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub. Qeyd edilib ki, yüksək riskli qida məhsullarının natəmiz şəraitdə küçədə, yol kənarında satışı insan həyat və sağlamlığı üçün təhlükə törədir. Mənşəyi məlum olmayan, təhlükəsizlik göstəriciləri şübhə doğuran bu cür məhsulların istehlakı tövsiyə olunmur.

    Agentlik qanunsuz küçə ticarətinin qarşısının alınması üçün aidiyyəti qurumlara müraciət edib. Bu cür tədbirlər digər ünvanlarda da həyata keçiriləcək.

    Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:

  • Ali Məhkəmə prorektorun qətlində təqsirləndirilən şəxslə bağlı qərar verdi

    “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətlində təqsirləndirilən Dəyanət Quliyev barəsindəki hökmdən olan kassasiya şikayətinə baxılıb.

    Ali Məhkəmədə şikayətlə bağlı yekun qərar qəbul edilib.

    Prosesi icra edən hakimlər təqsirləndirilən barədə birinci instansiya məhkəməsinin çıxardığı qərarın qanunauyğun olduğunu elan ediblər.

    Qərara əsasən, təqsirləndirilənin şikayəti təmin edilməyib. Dəyanət Quliyevin 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

    Qeyd edək ki, hadisə 13 il əvvəl – 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. D.Quliyev isə bu işi qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.

    Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Хикмет Гаджиев и Армен Григорян проведут встречу в Дохе

    Помощник Президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации главы государства Хикмет Гаджиев и секретарь совета безопасности Армении Армен Григорян примут участие в форуме в Дохе.

    Об этом сообщает совбез РА.

    Отмечается, что Григорян 5 декабря с рабочим визитом посетит Катар, где примет участие в форуме в Дохе.

    Вместе с Хикметом Гаджиевым Армен Григорян примет участие в панельной дискуссии на тему “Продолжительный мир между Арменией и Азербайджаном: Вашингтонское соглашение и совместное будущее”.

  • Hikmət Hacıyev və Armen Qriqoryan Dohada görüşəcəklər

    Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Qətərdə foruma qatılacaqlar.

    Bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının ofisi yayıb.

    Məlumata görə, hər iki rəsmi “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” adlı panel müzakirələrində iştirak edəcək.

  • Министр освободил начальника от должности и назначил двух новых руководителей

    Начальник Управления государственной пожарной охраны Низаминского района Государственной пожарной службы Министерства по чрезвычайным ситуациям (МЧС) полковник-лейтенант Альфага Агаев освобожден от должности.

    Как сообщает Median.Az со ссылкой на Qaynarinfo, соответствующий приказ подписал министр по чрезвычайным ситуациям генерал-полковник Кямаледдин Гейдаров.

    Другим распоряжением министра А.Агаев назначен начальником отдела пожарной охраны Государственной противопожарной службы.

    К.Гейдаров также назначил майора внутренней службы Джейхуна Рамазанова начальником Управления государственной пожарной охраны Низаминского района. Ему присвоено звание полковник-лейтенант.