Month: December 2025

  • Пашинян: Гарегин II наносит катастрофический вред Армянской апостольской церкви

    Думаю, что против церкви действуют именно Ктрич Нерсисян (Католикос всех армян Гарегин II – ред.) и его ближайшее окружение, которые действуют в антицерковной логике.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом в беседе с журналистами 4 декабря заявил премьер-министр страны Никол Пашинян.

    “Ничто не наносит большего вреда Армянской апостольской церкви, чем наличие Ктрича Нерсисяна и не только его в Первопрестольном. Начался процесс, и он должен уйти оттуда. Не стоит выбор, подаст он в отставку или нет. Он должен уйти”, – добавил армянский премьер.

    По его мнению, шум вокруг церкви носит оздоровительный характер.

    “Демократические страны не должны избегать шума и публичных обсуждений.

    Я общался с ним множество раз и именно впечатления от таких встреч стали причиной моего убеждения в том, что его присутствие в Первопрестольном наносит катастрофический вред Армянской апостольской церкви.

    Я хожу на службы, где не звучит имя Ктрыча Нерсисяна. Когда я планирую принять участие в литургии, мы просим, чтобы был учтен тот факт, что мы не считает Нерсисяна католикосом. В одном случае посредником может быть знакомый, во втором – сотрудник СНБ, в третьем – никакой не сотрудник, в четвертом – родственник, в пятом – мой помощник. Это зависит от того, кто кого знает и с кем имеются личные связи. Здесь СНБ и другие институты связаны настолько, насколько кто-либо кого-либо знает”, – добавил Пашинян.

  • Paşinyan: “II Qaregin Erməni Apostol Kilsəsinə dəhşətli ziyan vurur”

    “Düşünürəm ki, kilsəyə qarşı hərəkət edənlər, kilsə əleyhinə düşüncə tərzi ilə hərəkət edənlər məhz Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qaregin – red.) və onun yaxın ətrafıdır”.

    Median.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə baş nazir Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.

    “Erməni Apostol Kilsəsinə Ktriç Nersisyanın varlığından daha çox ziyan vuran heç nə yoxdur və təkcə Ana Taxtda deyil. Proses başlayıb və o, oradan getməlidir. Onun istefa verməsi və ya verməməsi kimi seçim yoxdur. O, getməlidir”, – deyə Paşinyan əlavə edib.

    Onun fikrincə, kilsə ətrafında yaranan səs-küy sağlamlaşdırıcı xarakter daşıyır.

    “Demokratik ölkələr səs-küydən və ictimai müzakirələrdən çəkinməməlidirlər.

    Mən onunla dəfələrlə danışmışam və məhz bu görüşlərdən aldığım təəssürat məni onun Ana Taxtdakı mövcudluğunun Erməni Apostol Kilsəsinə dəhşətli zərər vurduğuna inandırdı.

    Mən Ktriç Nersisyanın adının səslənmədiyi mərasimlərdə iştirak edirəm. Mən liturgiyada (xütbə) iştirak etməyi planlaşdırarkən, biz xahiş edirik ki, Nersisyanı katolikos hesab etməməyimiz faktı nəzərə alınsın. Bir halda vasitəçi tanış ola bilər, digərində Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı, üçüncüsündə isə heç bir əməkdaş, dördüncüsündə qohum, beşincisində mənim köməkçim ola bilər. Bu, kimin kimi tanımasından və kiminlə şəxsi əlaqələrinin olmasından asılıdır. Burada Milli Təhlükəsizlik Xidməti və digər institutlar kiminsə kimisə nə dərəcədə tanıdığı qədər bağlıdır”, – deyə Paşinyan əlavə edib.

  • 1,8 milyon manatlıq “Azərşin”in ləğvi ilə bağlı komissiya yaradılır

    Gələn il yanvarın 21-də “Azərşin” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

    İclasda “Azərşin” ASC-nin ləğv edilməsi barədə qərar qəbul ediləcək. Eləcə də Ləğvetmə Komissiyası yaradılacaq.

    Qeyd edək ki, aylardır mediada fəaliyyəti olmayan bu şirkətin bağlanacağına dair xəbərlər yer alır. “Azərşin” 2005-ci ildə yaradılıb. Hüquqi sahibi Xanlar Süleymanov olan ASC-nin nizamnamə kapitalı 1.789 milyon manatdır.

    Bildirək ki, iki il əvvəl “Azərşin” səhmdarları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi qarşısında etiraz edərək zavodun onlardan gizli satıldığını iddia edirdilər. Eləcə də zavodun ərazisindəki sexlərdən daxil olan icarə haqlarından onlara faiz verilməyidiyini irəli sürürdülər.

    Qeyd edək ki, zavod ərazisində mebel, qapı və digər avadanlıqların istehsalı ilə məşğul olan sexlər var. Həmin sexlər də zavod rəhbərliyindən şikayət edirlər. Nəzərə çatdıraq ki, zavod kompleksi üç iri müəssisədən ibarətdir: BMC, “Azərşin” ASC və Elektrik tökmə zavodu. İddialara görə, Xanlar Süleymanovun qudası Elektrik tökmə zavoduna, qızının həyat yoldaşı isə BMC-yə rəhbərlik edirlər.

    İqtisadçılara görə, zavod uzun illərdir fəaliyyətsizdir. Halbuki şin istehsalı üçün Azərbaycan nefti çox uyğundur. İtaliyanın “Pirelli” təkərləri Azərbaycan neftindən istehsal olunur. Yəni İtaliya Azərbaycandan bareli 70 dollara aldığı neftdən istehsal etdiyi təkərləri 300-500 dollara satır.

  • Врач-педиатр Гёйгёльской ЦРБ осужден за смерть ребенка

    Врач-педиатр Гёйгёльского центральной районной больницы (ЦРБ) Амирхан Мовлаев, обвиняемый в смерти несовершеннолетнего пациента вследствие халатности, предстал перед судом.

    Трагический инцидент произошел в прошлом году.

    Согласно материалам дела, Х.Ахмедова была доставлена родителями в педиатрическое отделение ЦРБ для оказания медицинской помощи. Несмотря на то, что врач диагностировал у ребенка повышенную температуру, он не проявил должного внимания и осторожности при лечении.

    Безразличие и непрофессиональное отношение медика привело к смерти несовершеннолетней пациентки.

    Решением Гёйгёльского районного суда А.Мовлаев был признан виновным по статье 142.4 (неоказание помощи больному, повлекшие по неосторожности смерть потерпевшего) Уголовного кодекса Азербайджана. Ему назначено наказание в виде лишения свободы сроком на 2 года с лишением права занимать определенные должности в медицинской сфере сроком на 1 год.

    Суд постановил считать наказание врача условным с испытательным сроком один год.

  • Azyaşlının ölümündə təqsirləndirilən həkimə hökm oxundu

    Səhlənkarlıq səbəbindən azyaşlının ölümündə təqsirləndirilən Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Mövlayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Hadisə ötən il baş verib.

    İttihama görə, H.Əhmədova valideyni tərəfindən tibbi yardım göstərilməsi məqsədilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının pediatriya (uşaq) şöbəsinə gətirilib. Həkim, uşağın hərarətinin normadan artıq olduğunu müəyyən etməsinə baxmayaraq, lazımi diqqət və ehtiyatlılıq göstərməyib.

    Həkimin laqeydliyi azyaşlının ölümü ilə nəticələnib.

    Göygöl Rayon Məhkəməsinin qərarı ilə Ə.Mövlayev Cinayət Məcəlləsinin 142.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib. Ona bir il tibb sahəsində müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə iki il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

    Həkimin cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

  • Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışları ilə davam etdirilir

    Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

    Məhkəmə iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak edirlər.

    Məhkəmə iclası təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışları ilə davam etdirilir.

    Təqsirləndirilən Davit İşxanyanın müdafiəçisi Aqşin Məmmədli çıxışında deyib ki, məhkəmə hökmü yalnız qəti və şübhəsiz sübutlar əsasında çıxarılmalıdır. O, D.İşxanyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

    D.İşxanyanın digər vəkili Elçin Əmirov da müdafiəçisi olduğu şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

    Təqsirləndirilən Levon Balayanın müdafiəçisi Vəfa Mehdiyeva hüquqlarını qoruduğu şəxsin əməllərində cinayət tərkibi olmadığını deyib və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

    L.Balayanın digər vəkili Saqi Məmmədov da hüquqlarını müdafiə etdiyi şəxslə bağlı bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

    Təqsirləndirilən Davit Allahverdiyanın müdafiəçisi Nizami Əliyev deyib ki, hüquqlarını qoruduğu şəxs özünü elan olunan ittihamlarda təqsirli bilmir. O bildirib ki, D.Allahverdiyana qarşı irəli sürülmüş sübutlar əsassızdır və mötəbər deyil. Müdafiəçi D.Allahverdiyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

    Onun digər vəkili Elməddin Məmmədov da özündən əvvəlki müdafiəçinin çıxışında göstərilən xüsusatlarla razılaşdığını deyib.

    Təqsirləndirilən Erik Qazaryanın müdafiəçisi Natiq Mustafayev çıxışında hüquqlarını qoruduğu şəxsin özünü təqsirli bilmədiyini, silahını təhvil verərək Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinə könüllü təslim olduğunu bildirib. O, E.Qazaryan barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Koçaryan Robert Sedraki, Sarqsyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni Arutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Yasamalda avtomobil qaçıran şəxslər saxlanılıblar

    Dekabrın 1-də səhər saatlarında paytaxtın Yasamal rayonunda evlərin birinin qarşısından “VAZ-2106” markalı nəqliyyat vasitəsi qaçırılıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – 32 yaşlı E.Məmmədov və R.Cəfərov müəyyən edilərək saxlanılıblar.

    Araşdırma aparılır.

  • Sabiq direktorla bağlı məhkəmə araşdırması yekunlaşıb

    Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin mənimsəmədə təqsirləndirilən sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəməyə daxil olmuş ərizəyə baxılıb.

    Məlum olub ki, dəymiş zərər tam ödənilib və Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş mülki iddia təmin olunub.

    Prosesin davamında məhkəmə istintaqının yekunlaşdığı elan olunub və çıxışlar mərhələsinə keçilib.

    Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

    Növbəti iclas dekabrın 11-nə təyin edilib.

    Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

    Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

    İbtidai istintaqla müəyyən edilib ki, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pullar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.

    Onların barəsindəki cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

  • В Китае произошло землетрясение магнитудой 6.2

    Землетрясение магнитудой 6.2 зарегистрировано в Синьцзян-Уйгурском автономном районе на северо-западе Китая.

    Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    Эпицентр располагался в 141 км к северо-западу от уезда Тумшук, где проживают 135 000 человек. Очаг залегал на глубине 7 км.

    Информации о возможных пострадавших и разрушениях не поступало.

  • Çində zəlzələ baş verib

    Çinin şimal-qərbindəki Sintsyan-Uyğur muxtar bölgəsində 6.2 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

    Zəlzələnin episentri 135 000 nəfərin yaşadığı Tumşuq bölgəsindən 141 kilometr şimal-qərbdə, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

    Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilmir.