Month: December 2025

  • Kəlbəcər və Laçındakı yanğının söndürülməsi üçün helikopterlər cəlb olundu – Video

    Noyabrın 28-də Kəlbəcər rayonunun dağlıq hissəsində başlayan, sonra isə Laçın rayonu ərazisinə keçən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb ediliblər.

  • Azərbaycanda futbolçu hakimə ayaqla zərbə vurub – AĞIR CƏZA

    AFFA Region Liqasında çıxış edən “İmişli Bələdiyyəspor” komandasının futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəza alıb.

    Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    Oyunçu “Ağsu Siti” ilə matçın 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələyib, sonra ayaqla zərbə endirib.

    Bu səbəbdən qarşılaşma yarımçıq dayandırılıb və “İmişli Bələdiyyəspor”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

  • Пашинян: Продвижение мирного процесса с Азербайджаном привело к росту турпотока в Армению

    После подписания в США документов инвестиционный интерес к Армении вырос, и мы заинтересованы в участии ЕС в реализации инфраструктурных проектов, в том числе в рамках проекта TRIPP.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом в беседе с журналистами 4 декабря заявил премьер-министр РА Никол Пашинян.

    “В деле реализации проекта TRIPP продвигаемся хорошими темпами, проект будет реализовываться в рамках указанных нами сроков”, – сказал премьер-министр.

    Он также выразил заинтересованность в членстве Армении в ШОС, а также в углублении отношений с Китаем.

    По его оценке, в Армении в ноябре туристические потоки зафиксировали абсолютный рекорд. Пашинян назвал это результатом продвижения мирного процесса с Азербайджаном. По его словам, на основе развития туризма может развиться и малая авиация.

  • Paşinyan: “Azərbaycanla sülh prosesində irəliləyiş Ermənistana turist axınının artmasına səbəb olub”

    “ABŞ-də sənədlərin imzalanmasından sonra Ermənistana investisiya marağı artıb və biz Avropa İttifaqının infrastruktur layihələrində, o cümlədən “Tramp marşrutu” (TRIPP) layihəsi çərçivəsində iştirakda maraqlıyıq”.

    Median.Az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində bildirib.

    “Biz TRIPP layihəsində yaxşı irəliləyişlər əldə edirik və bu, müəyyən etdiyimiz müddətdə həyata keçiriləcək”, – deyə baş nazir bildirib.

    O, həmçinin Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyündə və Çinlə münasibətlərin dərinləşməsində maraqlı olduğunu bildirib.

    Paşinyanın sözlərinə görə, noyabr ayında Ermənistana turist axını rekord həddə çatıb. Baş nazir bunu Azərbaycanla sülh prosesində irəliləyişlərlə əlaqələndirib. O, həmçinin qeyd edib ki, turizmin inkişafı kiçik aviasiyanın inkişafına da səbəb ola bilər.

  • Скандал в мире культуры: почему фильм дочери экс-министра о Мехсети Гянджеви не допустили к показу

    Стала известна причина запрета Художественным советом при Министерстве культуры показа короткометражного художественного фильма “Мехсети” на Бакинском кинофестивале.

    Как сообщает Medina.Az со ссылкой на Qafqazinfo, в фильме выдающаяся поэтесса Мехсети Гянджеви представлена как женщина аморального поведения.

    В картине, подготовленной режиссером и автором сценария Суад Гараевой, демонстрируется неуважение к литературному наследию Азербайджана. Художественное представление образа Мехсети Гянджеви, занимающей особое место в классической литературно-культурной истории страны, подвергается серьезным искажениям. В фильме отмечено явное пренебрежение этически-нормативными рамками. Также были зафиксированы заметные и грубые несоответствия между духовной идентичностью образа и представленными сценами и ситуациями.

    В отдельных фрагментах фильма наблюдаются подтекстовые сообщения, манипулятивные представления и попытки внеконтекстного осмысления, противоречащие внутреннему содержанию темы и идейно-духовному наследию Мехсети Гянджеви.

    Стоит отметить, что богатое наследие нашей выдающейся поэтессы Мехсети Гянджеви (XII век) охраняется на государственном уровне и пропагандируется как высокая идейно-эстетическая ценность. Примитивизация, искажение и представление в неадекватном контексте жизни и наследия такой исторической личности абсолютно недопустимо и, несомненно, будет встречено с серьезным недовольством широкой общественностью, а также интеллигенцией.

    Учитывая представление Мехсети Гянджеви в эротических сценах, серьезные нарушения нормативно-этического характера и концептуальные несоответствия, Художественный совет Киноагентства Азербайджанской Республики (ARKA) счел нецелесообразным выдачу и регистрацию лицензии на фильм “Мехсети”.

    Напомним, что Суад Гараева является дочерью бывшего министра культуры Абульфаса Гараева. В своем аккаунте в Instagram она сообщила, что фильм “Мехсети” был исключен из программы Бакинского кинофестиваля, так как Кинематографический совет Министерства культуры не выдал лицензию, указав, что фильм “не соответствует моральным ценностям”. В своем сообщении Суад Гараева также отметила, что актриса, играющая образ “Мехсети”, ходит в клуб с друзьями, употребляет алкогольные напитки, танцует и имеет романтические отношения с мужчиной.

  • Əbülfəs Qarayevin qızı görkəmli şairəmizi əxlaqsız qadın kimi təqdim etmək istəyirmiş

    Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasının səbəbi bəlli olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, filmdə görkəmli şairə Məhsəti Gəncəvi əxlaqsız qadın kimi təqdim edilir.

    Rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir. Eləcə də obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb.

    Filmin ayrı-ayrı fraqmentlərində mövzunun daxili məzmununa və Məhsəti Gəncəvinin ideya-mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulyativ təqdimatlar və kontekstdənkənar mənalandırma cəhdləri müşahidə edilir.

    Qeyd edək ki, görkəmli şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir və geniş ictimaiyyət, eləcə də ziyalı təbəqəsi tərəfindən ciddi narazılıqla qarşılanacağı şübhəsizdir.

    Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Bədii Şurası tərəfindən “Məhsəti” filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib.

    Xatırladaq ki, Suad Qarayeva sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır. O, “Instagram” hesabında paylaşım edərək bildirib ki, “Məhsəti” filmi Mədəniyyət Nazirliyinin Film Şurası lisenziya vermədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb. Şura filmin “mənəvi dəyərlərə uyğun olmadığını” əsas göstərib. S.Qarayeva özü də paylaşımında qeyd edib ki, “Məhsəti” obrazını canlandıran aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.

  • Поступили в продажу билеты на матч “Карабах” – “Аякс”

    Билеты на матч основного этапа Лиги чемпионов УЕФА между агдамским “Карабахом” и “Аяксом” (Нидерланды) поступили в продажу сегодня в 15:00.

    Цены на стандартные билеты составляют 10, 15, 25, 35, 40, 50, 75 манатов, для VIP-секторов – 200, 250, 300 и 400 манатов, для VVIP-секторов – 1 000 манатов.

    Билеты можно приобрести только через мобильное приложение и сайт iTicket.az.

    Отметим, что встреча состоится 10 декабря на Республиканском стадионе имени Тофика Бахрамова и начнётся в 21:45.

  • UEFA Çempionlar Liqası: “Qarabağ” – “Ayaks” oyununun biletləri satışa çıxarılıb

    UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletləri satışa çıxıb.

    Satışa bu gün saat 15:00-da start verilib.

    Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1 000 manatdır.

    Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

    Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

  • Azərbaycanda yeni mükafat təsis ediləcək – Məbləği 50 min manat

    Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib.

    Mükafatla bağlı bəzi detallar da məlum olub. Belə ki, mükafat Prezident Fərmanı ilə təsdiq ediləcək.

    Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.

    Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr).

    Müsabiqəyə hər nəşriyyat 2 əsər, hər ədəbi orqan isə tamamilə çap etdiyi 1 əsər təqdim edə bilər.

    Əsərlərin qiymətləndirilməsi bir neçə mərhələ üzrə aparılacaq. Birinci mərhələdə sentyabr ayında Ekspertlər Şurası tərəfindən 10 əsərdən ibarət uzun siyahı tərtib ediləcək. Noyabr ayında isə xüsusi komissiya 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcək. Elə həmin ay isə Azərbaycan Kitab Mükafatının laureatı elan olunacaq.

    Qısa siyahıya düşən digər 4 nəfərin hər birinə 2000 manat ödəniləcək.

    Mükafatın final mərhələsi şou formatında olacaq, canlı yayımlanacaq. Səsvermə və nəticə ekranda görünəcək. Dünya şöhrətli yazarlar mərasimdə iştirak edəcək.

    Qeyd edək ki, yeni təsis ediləcək Azərbaycan Kitab Mükafatı Azərbaycan Respublikasında elm və mədəniyyət xadimlərinə verilən Dövlət mükafatının ədəbiyyat kateqoriyasını əvəz edəcək.

  • İnterpolun tutduğu Qədir Ədilov şikayətçiləri günahlandırdı: “Əsl zərərçəkən mənəm”

    30 nəfərə qarşı dələduzluq edərək onların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Qədim Ədilovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilib.

    Zərərçəkən tərəfin müdafiəçilərinin təqsirləndirilənin dələduzluq əməlləri ilə əlaqədar məhkəməyə təqdim etdikləri əlavə faktlarla bağlı Qədim Ədilov bildirib ki, həmin faktların hər hansı hüquqi əsası yoxdur və bütün bunlar ona qarşı olan iftiralardır:

    “Mən iş adamı olmuşam, hər gün mənim taxta yükü ilə dolu vaqonlarım Rusiyadan Azərbaycana gəlib. Elə olub ki, ay ərzində onlarla yük vaqonu qəbul etmişəm. Onlardan elələri olub ki, yolda behləşib pulunu veriblər, satışında da iştirak etməmişəm. Bu, biznesdir, nisyə də olur, nağd da olur. Mənim özümə milyonlarla borcu olanlar var. Elə mən özüm də zərərçəkənəm”

    Təqsirləndirilənlə sual-cavab prosesinin davamı dekabrın 15-də keçiriləcək növbəti iclasda davam edəcək.

    Qeyd edək ki, Qədim Ədilov 30-a yaxın Azərbaycan vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunur.

    2021-ci ildə ondan 17 vətəndaş Baş Prokurorluğa şikayət edərək dələduzluqla külli miqdarda vəsaitlərinin ələ keçirildiyini bildirib.

    Həmin şikayət üzrə cinayət işi davam etdiyi bir vaxtda Qədim Ədilov Gəncə şəhər sakini Nəsrulla Cəfər oğlu Nəzərova qarşı da dələduzluq edib. Onun etibarından sui-istifadə edərək Qədim Ədilov sonuncuya məxsus milyonlarla dəyəri olan asfalt zavoduna müştəri tapacağına və satacağına söz verib. Bunun üçün zavodu etibarnamə ilə öz adına keçirib. Sonra isə Nəsrulla Nəzərovdan xəbərsiz zavodu 1 milyon 750 min dollara sataraq aradan çıxıb.

    2022-ci ildə isə Qədim Ədilov İnterpol vasitəsilə axtarışa verilməmişdən 2 ay əvvəl Anar Akif oğlu Məmmədov və partnyorlarının etibarını imtahana çəkib. Onlardan 612 min manat pul alandan sonra Qədim Ədilov əvvəl Türkiyəyə, oradan isə Rusiyaya keçib. İnterpol xətti ilə Rusiyada həbs olunan Qədim Ədilov 2024-cü ilin oktyabrında Azərbaycana təhvil verilib.

    Qədim Ədilovun qaçıb gizləndiyi Rusiya ərazisində həbsi zərərçəkənlərin bu ölkənin hüquq-mühafizə orqanlarına müvafiq müraciətlərindən sonra mümkün olub. Belə ki, həmin ilin fevralında iş üzrə zərərçəkmiş şəxslərdən Xaləddin Yusibov Rusiya Daxili İşlər Nazirliyinin Kaluqa Vilayəti üzrə İdarəsinə rəsmi məktubla müraciət edib. Bundan 5 gün sonra Qədim Ədilov qaçaq həyatı yaşadığı Kaluqa vilayəti ərazisində müəyyən edilərək həbsə alınıb.

    Hazırda onun barəsində həbs olmayan qətimkan tədbiri seçilərək CM-in dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az