Month: December 2025

  • Çində tabuta qoyulan 95 yaşlı qadın altı gündən sonra “dirildi”

    Çinin Quansi bölgəsində öldüyü güman edilən 95 yaşlı Li Syufen gözlənilmədən altı gün sonra “dirilib”.

    Median.Az “The Mirror” nəşrinə istinadən xəbər verir ki, Çin adətlərinə əsasən, qadının cəsədi tabuta qoyularaq yaxınlarının onunla vidalaşması üçün bir müddət evinin qarşısında saxlanılıb.

    Yerli sakinlər qadını mətbəxdə yemək bişirən görüb və tabutun boş olduğunu anlayınca təşvişə düşüblər.

    Syufen bildirib ki, həddindən artıq aclıq hissi ilə ayılıb və tabutun qapağını öz gücü ilə açıb.

    Həkimlər qadına nəfəs almanın demək olar ki, hiss edilmədiyi nadir bir xəstəlik diaqnozu qoyublar. Yerli ənənələrə uyğun olaraq isə öldüyü güman edilən qadının bütün əşyaları artıq yandırılıb.

  • Известный турецкий исполнитель отложил развод на год из-за Эрдогана – ФОТО

    Известный турецкий певец Синан Акчил сделал любопытное заявление о своем разводе с актрисой Бурджу Кыратлы.

    Как сообщает Median.Az со ссылкой на газету Türkiye, исполнитель рассказал, что в период бракоразводного процесса президент Турции Реджеп Тайип Эрдоган лично рекомендовал супругам сохранить семью.

    “Во время одного из приемов, когда мы встретились с Эрдоганом, он посоветовал нам не разводиться. По сути, президент отложил наш развод на год. Мы решили дать отношениям еще один шанс, но итог не изменился”, – отметил Акчил.

    Напомним, что пара поженилась в 2018 году. Спустя девять месяцев супруги расстались, однако затем вновь сошлись. В 2021 году они повторно вступили в брак, но через 15 месяцев снова развелись.



  • Ərdoğan Türkiyənin tanınmış müğənnisinin boşanmasını bir il təxirə salıb – FOTO

    Türkiyənin tanınmış müğənnisi Sinan Akçıl aktrisa Burcu Kıratlıdan boşanması ilə bağlı maraqlı açıqlama verib.

    Median.Az “Türkiye” qəzetinə istinadən xəbər verir ki, Akçıl boşanma dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona evliliklərini davam etdirmələri tövsiyəsini verdiyini bildirib.

    “Qəbulların birində Ərdoğanla şəxsən görüşərkən bizə boşanmamağı tövsiyə etdi. Prezidentimiz boşanmamızı bir il təxirə saldı. Münasibətlərimizə daha bir şans verdik, lakin nəticə dəyişmədi” , – o qeyd edib.

    Qeyd edək ki, cütlük 2018-ci ildə ailə həyatı qurub. 9 aydan sonra ayrılıblar, lakin qısa müddətdən sonra yenidən barışıblar. 2021-ci ildə bir daha evlənən cütlük 15 ay sonra təkrar boşanıb.



  • Когда будет решен вопрос с оформлением домов на сельскохозяйственных землях? (Видео)

    Незаконные постройки, которые на протяжении многих лет возводились в Баку и на Абшеронском полуострове, поставили граждан в безвыходное положение. На этих территориях строительство запрещено, а для ведения сельского хозяйства они признаны непригодными.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, жители, которые много лет назад приобрели эти участки и возвели на них жилые дома, сегодня сталкиваются с серьезными проблемами при оформлении документов. Так как территории были разделены на части и распроданы, оставшиеся участки достаточно малы. Поэтому на них невозможно заниматься земледелием или животноводством.

    Эксперт Эльнур Фарзалиев отмечает, что при отсутствии правовых оснований такие земли остаются “пустующими участками”. Их дальнейшая судьба определяется в соответствии с государственным планом управления земельными ресурсами.

    Подробнее – в видеоматериале:

  • “Qanunsuz tikili” dilemması: Aqrar təyinatlı torpaqlarda evlərin sənədləşməsi nə zaman həllini tapacaq? (Video)

    Bakı şəhəri və Abşeron yarımadasında illərdir ki, aparılan qanunsuz tikililər vətəndaşları çıxılmaz vəziyyətdə qoyub. Həmin ərazilərdə tikinti aparmağa icazə verilmir, kənd təsərrüfatı üçün isə yararsız sayılır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, illər əvvəl belə sahələri alıb yaşayış evi tikən sakinlər indi həmin ərazilərin sənədləşdirilməsində ciddi problemlərlə üzləşiblər.

    Ərazilər hissələrə bölünərək satıldığından yerdə qalan torpaq kiçik sahələr olaraq qalıb. Nəticədə belə ərazilərdə nə əkin-biçin, nə də heyvandarlıqla məşğul olmaq olur.

    Ekspert Elnur Fərzəliyev deyir ki, heç bir hüquqi əsas yoxdursa, həmin torpaqlar “boş qalan sahə” kimi qalır və onun gələcək taleyi dövlət tərəfindən hazırlanan torpaq idarəçiliyi planına uyğun müəyyən edilir.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Грузия требует от Европейского союза официальных извинений

    Грузия требует, чтобы Евросоюз официально принес извинения за утверждения о том, что грузинские власти якобы использовали химическое оружие против своих граждан при разгоне митингов в конце 2024 года.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил журналистам председатель грузинского парламента Шалва Папуашвили.

    “Прошло несколько дней, и было подтверждено, что заявления в связи с камитом (боевое отравляющее вещество) были ложью. Сейчас меня интересует, планируют ли извиниться пресс-секретарь Еврокомиссии (Анита Хиппер), европарламентарии и нанятые НПО, которые, словно бесы, напали на страну? Пусть извинятся Брюссель и нанятые им НПО”, – сказал Папуашвили.

    Спикер законодательного органа назвал происходящее гибридной войной против Грузии. “Это является явным продолжением пропаганды, ложных нарративов, что, в свою очередь, является гибридной операцией против Грузии. В этом участвуют Брюссель, а также пресс-секретарь Еврокомиссии, которая отличается особенно враждебной риторикой в адрес Грузии и грузинского народа”, – добавил он.

    Вещательная корпорация ВВС 1 декабря опубликовала материал, в котором утверждалось, что власти Грузии якобы использовали химическое оружие времен Первой мировой войны против протестующих в 2024 году. Речь идет о веществе камит, которое французские солдаты использовали против немцев. В 1930-х годах оно было выведено из обращения. Выводы авторов статьи основывались на комментариях участников акций протеста в Тбилиси. Через несколько часов после распространения данной информации представитель Еврокомиссии Хиппер заявила, что ожидает быстрого и надежного расследования в связи с прозвучавшими обвинениями.

    Власти Грузии обвинили корпорацию в распространении ложной информации и заявили, что подадут против нее иски в международные суды. Премьер-министр Грузии Ираклий Кобахидзе назвал материал ВВС дешевой провокацией, созданной для шантажа властей. Служба госбезопасности Грузии начала расследование по статье о помощи иностранной организации во вражеской деятельности. Спецслужба намерена расследовать, на какую информацию опирались интервью, которые легли в основу сюжета.

  • Gürcüstan Aİ-dən üzr istəməyi tələb edib

    Gürcüstan ölkə hökumətinin 2024-cü ilin sonlarında etirazları dağıtmaq üçün vətəndaşlarına qarşı kimyəvi silah istifadə etməsi barədə iddialarına görə Avropa İttifaqından rəsmi olaraq üzr istəməsini tələb edir.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

    “Bir neçə gün keçib və kimyəvi maddələrlə bağlı ifadələrin yalan olduğu təsdiqlənib. İndi görəsən, Avropa Komissiyasının sözçüsü, Avropa Parlamentinin üzvləri və ölkəmizə hücum edən muzdlu QHT-lər üzr istəməyi planlaşdırırlarmı? Qoy Brüssel və onun muzdlu QHT-ləri üzr istəsinlər”, – deyə Papuaşvili bildirib.

    Parlamentin spikeri hadisələri Gürcüstana qarşı hibrid müharibə adlandırıb.

  • İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən qonaq ilk növbədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin salamlarını dövlətimizin başçısına çatdırıb.

    Lord Vernon Koaker ölkələrimiz arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

    Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Kir Starmerin COP29-da iştirakını və onunla görüşünü məmnunluqla xatırlayıb.

    İkitərəfli münasibətlərimizin zəngin tarixinin olduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu deyib. Dövlətimizin başçısı hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.

    Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edib.

    Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, bütün bunların tarixi əhəmiyyət daşıdığını vurğulayıb və bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi roluna toxunub. Dövlətimizin başçısı sülh gündəliyinin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyib və onun irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.

    Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


  • Narkotik aludəçisi olan sürücü stasionar postda SAXLANILDI – Video

    Paytaxt sakini Nadir Zeynalov BMW markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən Yol Polisi Xidməti Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, müayinə zamanı özünün də etiraf etdiyi kimi, narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilən N.Zeynalov inzibati məsuliyyətə cəlb edilib.

    “BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir”, – məlumatda bildirilib.

  • Видимость в некоторых районах ограничена до 500 м – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на утро 4 декабря в некоторых районах Азербайджана сохраняются осадки, в Лянкяран-Астаринской зоне наблюдаются ливни, а в высокогорной части Загатальского района (Алибей) идет снег.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В настоящее время высота снежного покрова достигает 1 см.

    Количество выпавших осадков в Лянкяране составляет 56 мм, Астаре – 44, Лерике – 4, Ярдымлы – 2, Гедабее, Гахе, Загатале, Габале, Губе, Шабране и Гёйчае – 1.

    В Нахчыване, Шаруре, Садараке, Гяндже, Шамкире, Гахе, Шеки, Загатале, Шамахы, Гобустане, Алтыагадже, Губе, Гусаре, Гёйчае, Зардабе, Сабирабаде и Лерике наблюдается туман, видимость ограничена до 500 м.