Month: December 2025

  • “Qonşu gəldi ki, bizim evə qeydiyyata düşmüsünüz” – Vətəndaşların üzləşdiyi problem (Video)

    Gəncə şəhərinin Faiq Bayramov küçəsində yaşayan bir qrup sakin ciddi bir problemlə üzləşib.

    Median.Az xəbər verir ki, yaşayış ünvanlarının dəyişdirilməsindən sonra onların evlərində tanımadıqları şəxslər qeydiyyata düşüblər.

    Vətəndaşlar bu vəziyyətdən narazılıq edərək, çıxış yolu tapa bilmədiklərini bildirirlər. Onların sözlərinə görə, bu şəxslərin çoxu ölkə hüdudlarından kənarda yaşayırlar:

    “Qeydiyyata alınan şəxslərin çoxu Azərbaycanın hüdudlarından kənardadırlar, mən nə onları qeydiyyatdan çıxara bilirəm, nə də kimə şikayət edirəm, deyirlər bizlik deyil”.

    Sakinlərdən biri isə öz evindəki vəziyyəti belə izah edib:

    “17 nəfərdən 4-ü bizik, 13-ü qonşulardır. Qonşular da deyirlər ki, biz həmin ünvandan çıxsaq, havada qalırıq. Həmin qonşuları da qeydiyyata o biri qonşular salıblar. Biz ünvanları dəyişmək üçün gərək bütün qonşular bir-birini məhkəmə yolu ilə çıxarsın, təzədən şəxsiyyət vəsiqələri yenilənsin və çıxarış düzəlsin”.

    Vətəndaşlar bu prosesin həm vaxt, həm də maliyyə baxımından çətin olduğunu qeyd edirlər. Onlar tək məhkəmə rüsumunun 100 manat, vəkilə ərizə yazdırmaq üçün isə 30-40 manat ödənməli olduğunu vurğulayırlar.

    Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDXN) Ünvan Şöbəsinin müdiri Rəna Vəliyeva məsələyə aydınlıq gətirib:

    “Köhnə qaydalarla ünvanların təkrarlanma halları çox olurdu. Bu və digər problemlərə görə biz ölkə üzrə yeni qaydalara, yeni sistemə keçid etdik. Yeni qaydalarla verilən ünvanlar təkrarlanmır”.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • “Airbus” 628 “A320” təyyarəsini geri çağıra bilər

    Fransanın təyyarə istehsalçısı “Airbus”, metal gövdə panellərində keyfiyyət problemləri aşkar edilməsi səbəbilə A320 ailəsinə aid 628 təyyarənin yoxlanıla biləcəyini açıqlayıb.

    Bu barədə “Agence France-Presse” şirkətə istinadən məlumat verib.

    “Airbus” rəsmi olaraq ən populyar A320 ailəsinə aid təyyarələrin bəzilərinin metal gövdə panellərində keyfiyyət problemlərinin mövcudluğunu etiraf edib.

    “Airbus, bazar ertəsi günü bildirilən metal panellərdə keyfiyyət problemləri aşkar edildiyi üçün 628-ə qədər A320 təyyarəsinin yoxlanıla biləcəyini açıqlayıb. Bu, bütün təyyarələrin eyni problemlə qarşılaşacağı anlamına gəlmir”, – məlumatda deyilir.

  • Gəncədə əri 43 yaşlı qadını döyüb, xəstəxanalıq etdi

    Gəncədə qadın döyülüb.

    Medin.Az-ın “Unikal”a istinadən məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində baş verib. Belə ki, şəhər sakini 1982-ci il təvəllüdlü Pərvanə İsmayılova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın həyat yoldaşı tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.

  • Tovuzda zəncirvari yol qəzası: xəsarət alanlar var

    Tovuz zəncirvari rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hərəkətdə olan iki VAZ markalı avtomobil və bir Mercedes markalı minik maşını toqquşub.

    Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda artıq QR kodlu qəbir daşları hazırlanır

    Azərbaycanda artıq QR kodlu qəbir daşları hzırlanır.Azərbaycanda artıq QR kodlu qəbir daşları hzırlanır.

    Median.Az “Yeni Sabah”-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə buna dair paylaşımlar var.

    QR kod çəkdirib, sonra o kodu oxudaraq vəfat edən şəxs haqqında məlumat almaq mümkün olacaq. Bu kodlar vasitəsilə ölən şəxsin fotoları, adı, soyadı, doğum və vəfat tarixləri kimi məlumatları öyrənmək mümkündür.

    Məzar daşlarına QR kod çəkilişini həyata keçirən rəssam Səbuhi Quluzadə bildirib ki, həmin QR kodlar 15*15-ə ölçüdə hazırlanır və qiyməti 450 manatdır.

    “Prosesin belə baha olmasının səbəbi proqramçıların video kadrları yığmasını ucuza həyata keçirməməsidir. Əgər sifarişçi bütün məlumatları özü yığıb hazır şəkildə təqdim edərsə, o zaman təkcə QR kodun qiyməti 50 manata başa gəlir”, – Səbuhi Quluzadə vurğulayıb.

  • Ağdam rayonunda 3.2 milyonluq abadlıq işləri aparılacaq

    Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa,Tikinti Və İdarəetmə Xidməti “Az Technocon Group” MMC ilə 3.2 milyon manatlıq müqavilə imzalayıb.

    Valyuta.az xəbər verir ki, müqavilə “Ağdam rayonunun 4 nömrəli yaşayış massivi üzrə Su – Kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işlərinin” satın alınması ilə bağlıdır.

    Müqavilənin dəyəri 3.269.870,46 manatdır.

    2020-ci ilin iyulunda qeydiyyata alınmış şirkətin qanuni təmsilçisi Elşad Acalov Ağakişi Oğludur.

    “Az Technocon Group” MMC-nin nizamnamə kapitalı 100 manatdır.

  • Bu yol pullu olacaq?

    Zaman-zaman mediada Bakı–Astara yolunun ödənişli əsaslarla istifadəyə veriləcəyi ilə bağlı müxtəlif məlumatlar yayılır. Bəs bu yol nə vaxtdan pullu olacaq?
     
     
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda bu barədə məsələ müzakirə olunmur.
     
    Mətbuat katibi qeyd edib ki, hər hansısa yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək.

  • Lotereyadan 40 milyon dollar qazanan şəxs tapılmır

    Kanadada 40 milyon dolları qazanan lotereya qalibi tapılmır.

    Oktyabr ayında adı açıqlanmayan Ontario sakini lotereya bileti alıb. Oktyabrın 28-də keçirilən tiraj zamanı məlum olub ki, o, bütün yeddi rəqəmi uyğunlaşdırıb və baş mükafatı almaq hüququna malikdir.

    Bir aydan çox vaxt keçib, lakin heç kim uduşları tələb etmək üçün müraciət etməyib. Qalibin bileti cənubi Ontariodakı Qrey qraflığından aldığı məlumdur. Onun haqqında başqa məlumat yoxdur.

    Qalibin pulunu tələb etmək üçün bir ildən az vaxtı var.

  • Azərbaycanda vəkil vəfat etdi

    Vəkillər Kollegiyasının üzvü Vasif Əliyev vəfat edib.
     
    O, ürək tutmasından dünyasını dəyişib.
     
    Qeyd edək ki, V.Əliyev Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili idi./ e-hüquq.az

  • НАТО продолжит поддерживать Украину

    Страны-члены НАТО, включая Канаду, Германию, Нидерланды, Норвегию и Польшу, выделяют дополнительные средства для поддержки Украины в рамках PURL. К программе подключились более 2/3 союзников.

    Об этом генеральный секретарь альянса Марк Рютте заявил на пресс-конференции по итогам заседания министров иностранных дел стран НАТО в Брюсселе.

    “Австралия и Новая Зеландия (не входят в НАТО – ред.) также будут вносить вклад в PURL – они стали первыми из партнеров альянса, кто подключился к программе. Это означает, что союзники и партнеры уже выделили более 4 млрд долларов в рамках PURL, что позволяет нам рассчитывать на 5 млрд за весь год”, – сказал Рютте.

    Он призвал всех ускорить выполнение своих обязательств с прицелом на 2026 год.

    В рамках финансируемого членами НАТО Списка приоритетных потребностей Украины (PURL) в страну поставляются критически необходимое вооружение, в том числе ПВО для удержания линии фронта и защиты населения.

    По словам Рютте, Украина продолжает демонстрировать невероятную стойкость. Путин считает, что он может выиграть время до того, как прекратиться помощь, однако этого не случится, считает генсек.

    “В преддверии саммита в Анкаре наши приоритеты четко определены: инвестиции в нашу безопасность, укрепление промышленности и продолжение помощи Украине в суровую зиму и последующий период”, – заявил Рютте.