Azərbaycanda dekabrın 4-nə saat 9:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, Lənkəran-Astara zonasında leysan xarakterli intensivdir. Zaqatalanın (Əlibəy) yüksək dağlıq ərazilərində isə qar yağır.
Hazırda qar örtüyünün hündürlüyü 1 sm-dir.
Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 44, Lerikdə 4, Yardımlıda 2, Gədəbəy, Qax, Zaqatala, Qəbələ, Quba, Şabran və Göyçayda 1 mm-dir.
Naxçıvan, Şərur, Sədərək, Gəncə, Şəmkir, Qax, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Zərdab, Sabirabad və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Sosial şəbəkədə təhqiramiz ifadələr yazan şəxs məsuliyyətə cəlb edilib.
Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, tikinti şirkətlərindən birinin nümayəndələri ilə sakinlər arasında olan mübahisəyə dair görüntülərə təhqiramiz ifadələr yazan şəxsin 1961-ci il təvəllüdlü Rövşən Quliyev olması müəyyən edilib.
Sumqayıt şəhər sakini olan şəxs Nəsimi rayonu ərazisində saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun protokol tərtib edilib.
Nəsimi Rayon Məhkəməsində hakim qarşısına çıxarılan şəxs törətdiyi əməli etiraf edib: “Sosial şəbəkədə izlədiyim videogörüntüdə MTK əməkdaşları yaşlı qadını vurduqları üçün onların ünvanına nalayiq ifadə işlətmişəm. Buna görə çox peşmanam”.
Məhkəmənin qərarı ilə R.Quliyev 20 sutkalıq inzibati həbs olunub.
Компания Google начала тестирование в приложении Phone by Google (“Вызовы”) функции, которая позволит помечать исходящие звонки как срочные. Новая опция, названная Call Reason (“Причина звонка”), призвана решить проблему игнорирования важных вызовов из-за отсутствия контекста.
Об этом сообщает издание Android Authority.
Пользователи смогут активировать специальный переключатель перед звонком сохраненному контакту, и на экране входящего вызова у получателя будет отображаться пометка “Срочно”. Даже если вызов пропущен, этот индикатор сохранится в истории звонков, сигнализируя о необходимости скорейшего ответа. Пока функция работает только для контактов из адресной книги, что ограничивает возможность злоупотреблений со стороны спамеров.
Call Reason – не единственное нововведение, которое разрабатывает Google. До этого в APK-файлах приложения “Вызовы” были обнаружены упоминания более расширенной системы Expressive Calling (“Выразительный звонок”), включающей анимации и эмодзи, которые может видеть принимающий звонок пользователь.
Информация о сроках полноценного релиза функций Call Reason и Expressive Calling не раскрывается.
“Phone by Google” tətbiqində çıxan zəngləri “təcili” kimi qeyd etməyə imkan verən yeni funksiya sınaqdan keçirilir.
Median.Az “Android Authority”yə istinadən xəbər verir ki, “Call Reason” (Zəng səbəbi – red.) adlanan yeni xüsusiyyət vacib zənglərin diqqətdən kənarda qalması problemini aradan qaldırmağı hədəfləyir.
Məlumata görə, istifadəçilər yadda saxlanılan əlaqəyə zəng etməzdən əvvəl xüsusi keçidi aktivləşdirə biləcəklər və həmin zəng ekranda “Təcili” qeydi ilə görünəcək.
Zəng buraxılsa belə, o, zəng tarixçəsində “Təcili” qeydi ilə yadda qalacaq və bu da zəngin dərhal cavablandırılmasının vacibliyini göstərəcək.
Bakıda 1994-cü il təvəllüdlü Nail Əliliyə quldurluq ittihamı ilə hökm oxunub.
Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, istintaq materiallarına görə, Nail Əlili 2024-cü il yanvarın 28-də Sabunçu rayonunda yerləşən kafedə iki nəfərə qarşı bıçaqla hədə-qorxu gələrək pul tələb edib.
İttihama əsasən, təqsirləndirilən şəxs kafedə müştəri kimi iki nəfərin əyləşdiyi otağa daxil olaraq qapını bağlayıb və onlardan cəzaçəkmə müəssisəsinə pul göndərilməməsini irad tutub. O, istintaqa məlum olmayan bıçağı nümayiş etdirərək zərərçəkmiş Taleh Eyyubovu və əmisi Oruc Eyyubovu ölüm və ağır xəsarət yetirəcəyi ilə hədələyib. Bununla da Talehi 25 manat verməyə məcbur edib. Daha sonra o, digər zərərçəkmiş Orucun üzərinə gedərək pul tələb edib və onun baş nahiyəsinə yumruq və şillə zərbələri endirib.
Taleh ifadəsində bildirib ki, Nail bir müddətdir ondan həbsxanaya pul göndərmədiyi üçün izahat tələb edirmiş. Hadisə gecəsi Nail onu və əmisi Orucu kabinetdə sıxışdıraraq bıçağı masaya vurub pul istəyib. Taleh qorxu altında cibində olan 25 manatı verib. Hadisədən sonra kafedən kömək istəyib və müdir pulun bir hissəsini geri qaytartdırıb.
Zərərçəkmiş Oruc Eyyubov isə ifadəsində Nailin əlində bıçaqla otağa girib aqressiv şəkildə həm ondan, həm də Talehdən pul tələb etdiyini deyib. O, üz nahiyəsinə zərbələr aldığını, Nailin davranışlarından qorxuya düşdüyünü bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Nail Əlilini Cinayət Məcəlləsinin 181.2.5-ci (silah qismində istifadə olunan predmetlə quldurluq) maddəsi ilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, 29 yaşlı Nail Əlili əvvəl də ağır cinayətlərə görə məhkum olunub. O, ilk cəzasını 17 yaşı olanda alıb. Xuliqanlıq və hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə 5 il azadlıqdan məhrum olunub.
Növbəti dəfə isə 2018-ci ildə oğurluq maddəsi ilə ittiham olunaraq 2 ildən çox müddətə azadlıqdan məhrum edilib.
Nail Əlili özünü kriminal aləmə yaxın şəxs kimi təqdim edərək cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara pul yığan adam kimi çıxış edirmiş.
Bir zamanların kabusu yenidən geri dönür? Söhbət “Mavi Balina”dan gedir. Bəlkə də, əslində, heç aramızdan ayrılmamışdı, sadəcə, qurbanlarını bir-bir seçirdi.
Binəqədidə baş verən son hadisə bu mövzunu yenidən aktuallaşdırıb.
Bəs hər kəsin qorxduğu “Mavi Balina” oyunu nədir və övladlarımızı ondan necə qoruya bilərik?
Psixoloq Aygül Məlikovanın sözlərinə görə, yalnız “Mavi Balina” deyil, digər onlayn oyunlar da uşaqlar üçün ciddi risk yaradır:
“Qarşı tərəfdə kimin əyləşdiyini bilmədiyimiz üçün onların uşaqları manipulyasiya etməsi mümkündür. Bu yönləndirmələr əsasən davranışlara, ailəyə qarşı münasibətə təsir edir. Uşaqlar valideynləri haqqında yanlış təsəvvürlərə düşə, özlərinə müxtəlif formalarda zərər verə bilərlər.
Əgər uşaq özünə qapanırsa, ailə üzvləri ilə ünsiyyəti azdırsa, fikirləri daha çox neqativə yönəlirsə, məsələn, “mən lazımsızam”, “məni heç kim sevmir”, “mən günahkaram” kimi düşüncələri varsa, valideyn bunu mütləq şəkildə ciddi siqnal kimi qəbul etməlidir”.
Qeyd edək ki, sözügedən oyun ilk dəfə 2013-cü ildə “VKontakte” sosial şəbəkəsində “F57” adlı qrupda yayılmağa başlayıb. Oyunu universitetdən qovulmuş keçmiş psixologiya tələbəsi Filip Budeykinin yazdığı güman edilir.
İddialara görə, oyun 50 təlimatdan ibarətdir. Manipulyasiya edilən uşaqlar 49 tapşırıq nəticəsində psixoloji və fiziki ziyana məruz qalırlar. 50-ci gün isə final tapşırıq “balina olmaq” adlanır və oyunçuya qurban olmaq əmr edilir.
Mütəxəssislər nəinki “Mavi Balina”, buna oxşar mövcud digər oyunlardan uşaqları qorumaq üçün mütləq onlarla daimi söhbət aparmağı və telefonlarını, mesaj bölmələrini tez-tez nəzarətdə saxlamağı məsləhət görürlər.
Elektrikli nəqliyyat vasitələrində batareya həm ən bahalı, həm də ən həssas hissə hesab olunur. Bir sıra avtomobillər üçün bateryaların qiyməti 5-8 min manatdan başlayır.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər batareyanın ömrünün əsasən şarj vərdişlərindən və istifadə tərzindən asılı olduğunu bildirirlər. Bir çox sürücü mobil telefonda olduğu kimi akkumulyatoru tam doldurub tam boşaltmağa üstünlük verir ki, bu da batareya tutumunun gözləniləndən daha tez azalmasına səbəb olur.
Mütəxəssislərə görə, ən sağlam şarj intervalı 20–80% aralığıdır. Bu aralıq hüceyrələrin stabil işləməsinə və həddindən artıq qızmanın qarşısının alınmasına kömək edir. Bir çox istehsalçı da bu səbəbdən istifadəçilərə şarj limiti təyin etmək imkanı təqdim edir.
Batareyanın daim 100%-ə qədər doldurulması hüceyrələrdə gərginliyi artırır və daxili quruluşa zərər verən çöküntülərin yaranmasına səbəb olur. Bu səbəbdən, tam şarj yalnız uzun yol və xüsusi ehtiyac yaranan hallarda tövsiyə olunur.
Batareyanın tam boşalması da risklidir. Şarj səviyyəsi çox aşağı düşdükdə hüceyrələrdə zədələnmə ehtimalı artır və batareya daha az enerji saxlamağa başlayır. Mütəxəssislər şarja təxminən 20 faiz səviyyəsində başlamağın daha düzgün olduğunu bildirirlər.
Batareyanın ömrünü qısaldan digər səhvlərə sürətli şarjdən həddindən artıq istifadə, çox isti və ya çox soyuq havada şarj etmək, eləcə də avtomobili tam dolu və ya tam boş batareya ilə uzun müddət park vəziyyətində saxlamaq daxildir.
Elektrikli nəqliyyat vasitələrinin artması fonunda batareya sağlamlığı həm təhlükəsizlik, həm də xərc baxımından daha vacib məsələ kimi ön plana çıxır. Mütəxəssislər düzgün şarj vərdişlərinin batareyanın ömrünü əhəmiyyətli dərəcədə uzatdığını vurğulayırlar.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı Rusiya üçün strateji prioritetdir və qarşıdakı illər üçün əsas infrastruktur layihələrindən biridir.
Median.Az Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə nazir Maksim Reşetnikov VTB-nin “Rusiya çağırır!” investisiya forumunda bildirib.
O, qeyd edib ki, “Şimal-Cənub” dəhlizi çərçivəsində 100-dən çox konkret layihə həyata keçirilir. Onun sözlərinə görə, bu istiqamət Rusiyanın tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirmək və Yaxın Şərq, Mərkəzi Asiya və Hind okeanı regionu ölkələri ilə ticarət əlaqələrini genişləndirmək üçün nəzərdə tutulub.
M.Reşetnikov vurğulayıb ki, Rusiya tərəfi layihəni tam maliyyələşdirmə də daxil olmaqla, bütün zəruri resurslarla təmin edir.
Nazir Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi diqqət yetirib. Layihənin Rusiya komponentinə Mahaçqala limanının modernləşdirilməsi, Həştərxanda xüsusi iqtisadi zonanın inkişafı və Volqa-Xəzər kanalının dərinləşdirilməsi daxildir. Paralel olaraq, İran limanlarına birbaşa bərə və konteyner xidməti də daxil olmaqla, tranzit xidmətlər yaradılır. Xəzər regionu üzrə tərəfdaşlar arasında Azərbaycan və Qazaxıstanda yeni layihələr vurğulanıb: Azərbaycan Ələt limanını, Qazaxıstan isə Aktau və Kurık limanlarını inkişaf etdirir.
Azərbaycanla birlikdə çay-dəniz tankerlərinin birgə tikintisi planlaşdırılır: “Bu, genişmiqyaslı, perspektivli layihələrdir. Xarici şirkətləri birgə işimizdə fəal iştirak etməyə dəvət edirik”.
Son günlər Bakıda insanlar avtobusların gecikməsindən narazılıqlarını artırıblar. Sərnişinlər işə, məktəbə və ya digər gündəlik işlərinə vaxtında çatmaqda çətinlik çəkdiklərini bildirirlər.
Bəs avtobus marşrutlarında yaşanan gecikmələrin əsas səbəbləri nədir və bu problemin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir? Median.Az xəbər verir ki, mövzu ilə bağlı “Patrul.az”a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, Bakıda avtobusların gecikməsi əsasən tıxaclar, təmir işləri və yol məhdudiyyətlərindən qaynaqlanır:
“Avtobusların gecikməsi ümumi Bakı tıxacının fonunda baş verən səbəblərlə əlaqələndirilə bilər. Eyni zamanda, xaotik aparılan təmir işləri də avtobusların hərəkətinə təsir göstərir. İndiyə qədər zolaqlar müəyyən istiqamətlərdə artırıldıqca effektivlik müşahidə olunur, amma Bakıda yolların qəfil məhdudlaşdırılması halları da olur. Hər hansı bir tədbir çərçivəsində birdən-birə bəzi yollar bağlanır və açılır, bunun fonunda da avtobusların hərəkətinə təsir hiss edilir. Əsas məsələ təmir işlərinin olmasıdır. Zolaqlarla bağlı bəzi yerlərdə kəsişmələr olur, avtobuslar əməliyyatlarını tam yerinə yetirə bilmir. Məsələn, Xocalı prospektindən Yusif Səfərov küçəsinə dönərkən bu gün 6 və 7 avtobus ard-arda dayanmışdı. Sürücülər qırmızı yaşıl işıq fonunda keçidə icazə vermədikləri üçün avtobuslar dönüb əməliyyatlarını tamamlaya bilmirlər. Təbii ki, həm şəxsi nəqliyyat, həm də ümumi nəqliyyatın həmin istiqamətlərdə hərəkəti üçün problem yaranır. Bəzən avtobus qəzaları da az olmur, bu da vəziyyətə təsir göstərir”.
Ekspertin sözlərinə görə, Bakıda avtobusların sayı yetərli olmadığından və artan şəxsi avtomobil fonu səbəbindən gecikmələr davam edir:
“Bir çox səbəblər var və bu səbəblər məlumdursa, onlara uyğun tədbirlər görüləcək. Effektivlik baxımından zolaqlar müşahidə edilir. Hazırda şəxsi nəqliyyat vasitələrinin avtobuslara müraciəti, artan avtomobil fonunda, insanların fonunda bu seçimi çətinləşdirir. Ümumilikdə, müsbət təsirlər də var. Ümid edirəm ki, düzgün davam edərsə, artıq Bakı şəhərində ictimai nəqliyyatdan planlı şəkildə istifadə etmək mümkün olacaq. Amma hələlik vəziyyət çətindir. Avtobus sayı kifayət qədər deyil, ona görə də gecikmələr ilə gəlirlər deyə digərləridə bu məsələyə ümidsiz yanaşırlar”.