Month: December 2025

  • NATO Ukraynaya dəstəyini davam etdirəcək

    NATO-ya üzv ölkələr, o cümlədən Kanada, Almaniya, Niderland, Norveç və Polşa PURL (Ukraynanın prioritet ehtiyaclarının siyahısı) çərçivəsində Ukraynaya dəstək üçün əlavə vəsait ayırır. Proqrama alyans üzvlərinin 2/3-dən çoxu qoşulub.

    “Report”un Avropa bürosu xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

    “Avstraliya və Yeni Zelandiya (NATO-ya daxil deyillər – red.) da PURL-ə töhfə verəcəklər – onlar proqrama qoşulan alyans tərəfdaşları arasında ilk ölkələrdir. Bu o deməkdir ki, müttəfiqlər və tərəfdaşlar artıq PURL çərçivəsində 4 milyard dollardan çox vəsait ayırıblar və bu bizə bütün il üzrə 5 milyard gözləməyə imkan verir”, – deyə Rütte vurğulayıb.

    O bütün ölkələri 2026-cı ilə qədər öhdəliklərinin icrasını sürətləndirməyə çağırıb.

    “NATO üzvləri tərəfindən maliyyələşdirilən PURL çərçivəsində ölkəyə kritik əhəmiyyətli silahlar, o cümlədən cəbhə xəttini saxlamaq və əhalini qorumaq üçün HHM sistemləri göndərilir. Ukrayna inanılmaz dözümlülük nümayiş etdirir, Putin hesab edir ki, yardım dayanana qədər vaxt qazana bilər, lakin bu baş verməyəcək”, – Rütte qeyd edib.

  • “MİDA mənzilləri üçün ədalətli alternativ seçim imkanları yaratmaq vacibdir” – Osman Gündüz

    Xəbər verdiyimiz kimi, bu gün MİDA güzəştli mənzillərin növbəti onlayn satışını keçirib.

    Mənzillərin satışı zamanı kütləvi narazılıqlar və iradlar olub.

    Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz açıqlama yayıb. O bildirib ki, istifadəçilər satış başlayan anda texniki problemlərlə üzləşdiklərini, ekrana xəta xəbərdarlığının çıxmasını, növbəti mərhələyə keçidin mümkün olmamasını bildiriblər:

    “MİDA əvvəlkilki satışlardan fərqli olaraq bu dəfə ictimai nəzarətin təşkilinə önəm verməyib. Bu satışda hələlik ən diqqətçəkən məqam odur ki, MİDA satışın baş tutması ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Nə baş verməsi, hansı qurumların prosesdə iştirak etməsi, ilk satışın hansı müddətə baş tutması haqqında , bir daha xatırladıram ki, əvvəlkilərdən fərqli olaraq, bu dəfə açıqlama verilməyib.

    Adətən MİDA satış başa çatan anda ilkin açıqlamalar verirdi.

    Qanunvericulikdə kritik qurumların siyahısı qapalı məlumat olsa da, kritik infrastrukturun tərifindən belə anlaşılır ki MİDA bu infrastrukturun subyektidir.
    Belə olan halda qurum, onun informasiya sistemi DTX və XRİTDX -nin nəzarət perimetrinə daxil olur.

    Ümid edək bu gün keçirilən onlayn satışın etibarlılığı ilə bağlı da MİDA, DTX, XRİTDX və digər əlaqəli qurumlar tərəfindən araşdırmalar aparılacaq ağlabatan bir açıqlama veriləcək.

    Xatırladıram ki, 3 il öncə məhz DTX -nin müdaxiləsindən sonra satışın nəticələri ləğv edilmişdi.

    Məhz bundan sonra MİDA sistemində bir xeyli təkmilləşmələr aparılmış, ilk mənzil satışın müddəti xeyli artmışdır.

    Əgər 2022-ci ilədək, Bot-ların meydan suladığı vaxtlar ilk mənzil seçimi 4-10 saniyə müddətində baş tutmuşdusa, DTX nəzarəti gücləndirəndən sonra bu müddət 30 saniyə ətrafında olurdu .

    Bir daha qeyd etmək istərdim ki , proses nə qədər insan amili olmadan, texnologiyalar vasitəsilə həyata keçirilsə də, bəri başdan mahiyyətində bir ədalətsizlik var.

    Rəqəmsal bacarıqları yetərli olmayanların bu prosesdə uduş şansı elə öncədən sıfra bərabərdir.

    Odur ki, güzəştli mənzillər üçün daha ədalətli alternativ seçim imkanları yaratmaq çox vacibdir.

    Bu istiqamətdə təkliflərimizi MİDA-ya təklif etmişik”.

  • “Gücünüz çatsa, üzr istəyəcəksiz” – Floradan Eltona cavab

    Əməkdar artist Elton Hüseynəliyevin Xalq artisti Flora Kərimova haqqında ” 500 mahnısının 100-ü baldır, 400-nün isə dəxli yoxdu, hamıdan oxuyub” sözlərinə qarşı tərəfin cavabı gecikməyib.

    Xalq artisti sosial şəbəkədə bunları yazıb:

    “Düşünüb danışmaq gözəldir, çünki səsləndirdiyin fikrə görə üzr istəməyə lüzum qalmır. Vicdanınız sızlamadan, insanın duyğularırını, ruhunu, yaşını, durumunu hesaba qatmadan nəyi istəsəniz efirdə müzakirə edə bilərsiniz. Necə ki edirsiniz və edəcəksiniz də. Sənətim barədə danışmağa mənim tör-töküntülərimlə sənətkar olub sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. Sənətimi müzakirə etmək üçün isə sizin dilinizlə deyim Elton, o “100 qaymaq mahnım yox, qızıl fondda qalan 400 dəxlisiz” oxuduğum mahnıların birinin səviyyəsində tək sən yox, elə ustadların daxil oxuya biləcəyiniz halda haqqınız çatar!

    Elton, “elə demək istəməmişdim” deyəcəksiz, mənəvi gücünüz çatacaqsa üzr də istəyəcəksiz, ya da heç istəməyəcəksiz. Gözləntim də yoxdur. Nə vaxtsa qismət olsa, qarşılaşsaq, sizi öpüb yenə “oğlum” deyib qucaqlayacağam. Lakin bu dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı oldunuz.

    Və bir də oğul, Allah qismət etsin gəlib bir həddə çatacaqsınız. Kimsə ümidlə qapınızı döyər, biləcəksiniz ki, oxuyacağın şeir, mahnı, duet fərq etmir onun ruzi, çörək qapısını aralayır. Siz də özlüyünüzdə eqonuzu, təkkəbürünüzü sındırıb bir tikəyə, ümidə, sevincə vəsilə olacaqsınız. Hələ onu da Allah nəsib eləsə o vaxt ayıq başınızla tək məni deyil, həyatı başa düşəcəksiniz”.

  • В бакинском ресторане вспыхнул пожар

    В одном из бакинских ресторанов вспыхнул пожар.

    Как сообщает Median.Az со ссылкой на АПА, возгорание зафиксировано в заведении общественного питания, расположенном на улице Фазаила Байрамова в Хатаинском районе столицы.

    На место происшествия привлечены подразделения Государственной службы пожарной охраны Министерства по чрезвычайным ситуациям.

  • Bakıda restoran yanır

    Bakıda restoranların birində yanğın başlayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən restoranda qeydə alınıb.

    Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunublar.

  • Azərbaycan bu ölkə ilə hərbi tibb sahəsində əməkdaşlığı müzakirə etdi

    Azərbaycan Müdafiə Nazirliyi ilə Macarıstan Müdafiə Qüvvələri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi tibb sahəsi üzrə mütəxəssisləri arasında görüş keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən görüşdə qonaqlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, tətbiq olunan yeni praktik müalicə yanaşmaları, xidmətdə və ehtiyatda olan hərbi qulluqçulara və onların ailə üzvlərinə göstərilən tibb xidmətləri barədə brifinq təqdim olunub. Baş Klinik Hospitalda hərbçilərin müayinə və müalicəsi üçün bütün növ şəraitin yaradılması, yüksək peşəkarlığa malik tibbi personalın həvəslə fəaliyyət göstərməsi xüsusi vurğulanıb.

    Daha sonra tərəflər arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan və Macarıstan arasında hərbi tibb sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi və peşəkar hazırlığın artırılması istiqamətində işçi görüşlərin davam etdiriləcəyi qeyd olunub.

    Görüşdən sonra Macarıstan nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını və digər hərbi tibb müəssisələrini ziyarət edib, yaradılan şəraitlə yaxından tanış olublar.

  • 21 yaşlı Ləman bacısının həyat tərzinin qurbanı olub – Əri ilə mübahisəsi yaranıbmış

    Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Əmirovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

    Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxışı zamanı müttəhimin 18 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

    Növbəti iclas dekabrın 8-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 27 may 2025-ci ildə Bakının Nizami rayonunda qeydə alınıb. Paytaxt sakini Ləman Əmirovanın yaşadığı mənzildə aldığı xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

    İlkin araşdırmalarla məlum olub ki, Ləman Əmirova həyat yoldaşı Rəşad Əmirov tərəfindən döyülərək qətlə yetirilib. Rəşad Əmirov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

    Cinayət işinin istintaq materiallarındakı ifadələrə görə, Ləman Əmirovanın qətlə yetirilməsinə əsas səbəb onun bacısı Səbinə Vəliyevanın sürdüyü həyat tərzi ilə bağlı mərhumun əri ilə arasında yaranan mübahisə olub. Məhkəmə zamanı dövlət ittihamçısı şahidə buna görə irad tutaraq, baldızının sürdüyü həyat tərzinə görə arvadını qətlə yetirməsinin özünün həbs olunması, azyaşlı övladlarının da valideynsiz qalması ilə nəticələndiyini deyib.

  • Avropa Ermənistana çağırış etdi – VİDEO

    Avropa Diplomatiyasının rəhbəri Kallas Ermənistanı Aİ-nin tərəfini tutmağa və Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb.

    Kallas çıxışı zamanı deyib:

    “Dünya nizamı açıq şəkildə dəyişir və buna görə də tərəfdaşlarımızın ümumi xarici və müdafiə siyasətlərində strateji uyğunluq çox vacibdir. Kimin tərəfində olduğunuzu anlamaq vacibdir.

    Məsələn, hazırda Ermənistanın siyasət konvergensiyası nisbəti cəmi 37%-dir. Bəli, Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar, şübhəsiz ki, sərtdir, amma biz tərəfdaş ölkələrimizdən də bunu istəyirik, çünki hamımız bu müharibənin bitməsini istəyirik. Bu müharibənin bütün ölkələrimizin iqtisadiyyatına təsiri çox böyükdür və buna görə də sanksiyalar tətbiq etdik – ona son qoymaq üçün.

    Rusiya və onunla bağlı strukturlar gələn il keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistanda dezinformasiya kampaniyalarını artıq gücləndirirlər. Moldovada da eyni şəbəkələrin fəaliyyət göstərdiyini görürük – ssenari tamamilə təkrarlanır. Aİ maliyyələşdirməsi xarici müdaxilələri müəyyən etmək, təhlil etmək və onlara qarşı durmaq üçün də istifadə olunacaq”.

  • “Qarabağ” 1/4 finala yüksəldi

    “Qarabağ” Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb.

    Ağdam təmsilçisi 1/8 finalda “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gəlib.

    “Köhlən atlar” 1/4 finalda “Şamaxı” ilə üz-üzə gələcək.

    Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq. Daha əvvəl “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” “Neftçi”ni (1:0), “Şamaxı” “Baku Sportinq”i (1:0), “Sabah” isə “İmişli”ni (2:1) məğlub edib.

  • В России заблокировали игровую платформу Roblox

    Роскомнадзор заблокировал игровую платформу Roblox за распространение материалов “экстремистской” направленности и “пропаганды ЛГБТ”.

    Об этом сообщает пресс-служба российского ведомства.

    В Роскомнадзоре заявили, что “дети в игре подвергаются сексуальным домогательствам, у них выманивают интимные фото, их склоняют к развратным действиям и насилию – ведь Roblox популярен у педофилов, которые знакомятся с несовершеннолетними прямо в чатах игры, а затем переходят в реальную жизнь”.

    Отмечается, что такие действия совершаются среди прочего в так называемых комнатах и локациях игры, где пользователи могут стать исполнителями террористических акций, напасть на школу, а также участвовать в азартных играх.