Month: December 2025

  • Ruhi xəstə 3 nəfəri qətlə yetirdi – Türkiyədə dəhşət

    Türkiyənin Mersin şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

    Median.Az NTV telekanalına istinadən xəbər verir ki, əqli cəhətdən məhdudiyyətli olan şəxs yaşadığı binada ana və oğlunu qətlə yetirib.

    Qətldən sonra sözügedən şəxs taksiyə minərək başqa bir məhəlləyə içki mağazasına gedib və ödəniş etmədən spirtli içkilər almağa cəhd edib. Mağaza sahibi Ahmet Turqut buna maneə olub.

    Bu zaman şübhəli şəxs silahla mağaza sahibi A.Turqutu güllələyib. Daha sonra o, taksi sürücüsünü də vuraraq qaçıb. Taksi sürücüsü xəsarət alıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Ruhi xəstə saxlanılıb.

  • Yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Məlumata görə, dekabrın 4-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir

  • Azərbaycanda yaşlı əhalinin sayı artır

    Azərbaycanda yaşlı əhalinin sayı artmaqdadır.

    Bu barədə Səhiyyə Nazirliyinin “Bakı Şəhər Herontoloji Mərkəzi”nin direktoru vəzifəsini icra edən Nailə Əhmədova məlumat verib.

    Onun sözlərinə görə, son 10 ildə Bakı şəhərində yaşlıların sayı 8 faiz artıb:

    “2015-ci ildə Bakı şəhərində 60 və yuxarı yaşda əhalinin sayı 10 faiz idisə, hazırda bu rəqəm 18 faizə qədər qalxıb. Ümumi Azərbaycanda isə bu say 15,5 faizdir. Halbuki, 2015-ci ildə 9 faiz idi”.

  • Gecə növbəsi işləyənlərin ailə vəzifələri nəzərə alınacaq

    Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq.

    Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Sənədə əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları, əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.

  • Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı

    Dekabrın 2-də ölkə ərazisində qeydə alınan 24, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 282, o cümlədən borclu şəxs qismində axtarışda olan 257 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

  • Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları – SİYAHI

    Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilin oktyabr ayında orta hesabla 126.4-ə bərabər olub. Bununla da ərzaq qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 1.6%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0.4% azalıb.

    Median.Az Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, dövr ərzində bitki yağları üzrə qiymət indeksi artıb, şəkər, süd, ət və taxıl məhsulları üzrə isə azalıb.

    TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)

    Taxıl məhsullarının Qiymət İndeksi oktyabr ayında orta hesabla 103.6 bənd təşkil edib:

    Sentyabr ayına nisbətən 1.3 bənd (1.3%) azalıb;

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.9 bənd (9.5%) azalıb.

    Taxıl məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:

    Cənub yarımkürəsində məhsul yığımının olması və şimal yarımkürəsində payızlıq buğda əkinin davam etməsi fonunda buğda qiymətinin azalması;

    Artan rəqabət və bir sıra şimal yarımkürəsinin ixracatçı ölkələrində əsas məhsul yığımının başlaması fonunda düyü qiymətinin azalması.

    Qarğıdalı, arpa və sorqo qiymətinin azalması.

    BİTKİ YAĞLARI

    Bitki yağı Qiymətləri İndeksi oktyabr ayında orta hesabla 169.4 bənd təşkil edib:

    Sentyabr ayına nisbətən 1.5 bənd (0.9% ) artıb;

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.7 bənd (10.9%) artıb.

    Bitki yağları qiymət indeksinin artmasının əsas səbəbləri:

    İndoneziyanın 2026-cı ildə biodizel qarışdırma mandatlarında planlaşdırılan artımı və Malayziyada yüksək ixracat fonunda palma yağı qiymətinin artması;

    Qara dəniz regionundan məhsul gecikmələri və məhdud tədarük fonunda günəbaxan yağı qiymətinin artması;

    Avropa, Braziliya və ABŞ-də yüksək tələbat fonunda kolza və soya yağı qiymətlərinin artması.

    ƏT MƏHSULLARI

    Ət Qiyməti İndeksi oktyabr ayında orta hesabla 125.0 bənd təşkil edib:

    Sentyabr ayına müqayisədə 2.5 bənd (2.0%) azalıb;

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.8 bənd (4.8%) artıb.

    Ət məhsulları qiymət indeksinin azalmasının əsas səbəbləri:

    Ticarət məhdudiyyətləri fonunda quş əti qiymətinin azalması;

    Avstraliyada yüksək tədarük fonunda qoyun əti qiymətinin azalması;

    Çində olan aşağı idxal tələbi fonunda donuz əti qiymətinin azalması.

    SÜD MƏHSULLARI

    Süd məhsullarının Qiymətləri İndeksi oktyabr ayında orta hesabla 142.2 bənd təşkil edib:

    Sentyabr ayı ilə müqayisədə 5.0 bənd (3.4% ) azalıb;

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.6 bənd (2.6%) artıb.

    Süd məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:

    Avropa İttifaqı və Yeni Zelandiyada yüksək təklif və Asiya və Yaxın Şərqdən idxal tələbinin azalması fonunda kərə yağı qiymətinin azalması;

    Avropa İttifaqında süd tədarükünün yüksək olması və ixrac tələbinin azalması fonunda pendir qiymətinin azalması;

    Süd tozu qiymətinin azalması.

    ŞƏKƏR

    Şəkər Qiymət İndeksi oktyabr ayında orta hesabla 94.1 bənd təşkil edib:

    Sentyabr ayına nisbətən 5.3 bənd (5.3 faiz) azalıb;

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.4 bənd (27.4%) azalıb.

    Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsas səbəbləri:

    Beynəlxalq xam neft qiymətləri bioyanacaq sektorunun tələbinin azalması fonunda şəkər qiymətinin azalması;

    Hindistan və Taylandda əlverişli məhsul fonunda şəkər qiymətinin azalması.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 100,5 faiz, 2025-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 105,7 faiz təşkil edib.

  • Bərdədə kişi kanalda boğulan qızını xilas edərkən öldü

    Bərdədə kişi su kanalında boğulan şəxsi xilas edərkən ölüb.

    Hadisə Nazirli kəndində baş verib.

    Belə ki, 1957-ci il təvəllüdlü Yasin Kərimov qızı, 1981-ci il təvəllüdlü Sərəncam Kərimovanı su kanalından çıxarmaq istəyərkən boğularaq ölüb. Sərəncam Kərimova isə sudan sağ olaraq çıxarılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanın Təbrizdəki yeni baş konsulu fəaliyyətə başlayıb

    Azərbaycanın Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabov rəsmi olaraq diplomatik fəaliyyətinə başlayıb. Əvvəlki baş konsul Əliyənnağı Hüseynov isə geri çağırılıb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

    Baş konsul T.Zöhrabov İranın Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq, ticarət və mədəniyyət sahələrində ortaq maraq doğuran məsələləri müzakirə edilib.

  • Ailəsini qətlə yetirən Əhmədin yeni görüntüləri və ifadəsi – Video

    5 nəfər ailə üzvünü qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun törətdiyi cinayətlə bağlı yeni görüntülər və detallar üzə çıxıb.

    Real TV hadisə ilə bağlı istintaq materialları əsasında xüsusi buraxılış təqdim edib.

    Bu buraxılışda real video kadrlar və Əhməd Əhmədovun ifadəsi ilk dəfə açıqlanıb.

    Sözügedən videonu təqdim edirik:

  • Житель Агдеринского района подорвался на мине во время выпаса скота

    3 декабря на территории села Шихарх Агдеринского района взорвалась мина.

    Об этом говорится в совместном сообщении пресс-служб Министерства внутренних дел, Генеральной прокуратуры и Агентства по разминированию (ANAMA) Азербайджанской Республики.

    Согласно информации, местный житель Назим Панахалиев (1970 г.р.) получил ранение правой ноги, подорвавшись на противопехотной мине во время выпаса скота на неразминированной территории. Пострадавший был эвакуирован в районную больницу.

    По данному факту в прокуратуре Тертерского района ведется расследование.

    ANAMA, МВД и Генеральная прокуратура вновь призывают граждан соблюдать правила безопасности, внимательно относиться к предупреждающим знакам о минной опасности и не входить на незнакомые территории.