Month: December 2025

  • Süni intellektlə gəlir qazanmaq: Real fürsətlər və risklər

    Son illərdə süni intellekt (Sİ) həm bizneslərin, həm də fərdi istifadəçilərin gəlir qazanma imkanlarını genişləndirən əsas texnoloji trendlərdən birinə çevrilib. Artıq milyonlarla insan müxtəlif sahələrdə – məzmun istehsalından dizayna, kodlaşdırmadan investisiyalara qədər  Sİ alətlərindən istifadə etməklə əlavə qazanc əldə edir. Bu texnologiya qısa müddətdə daha çox iş görməyə imkan verir və bir çox peşə üçün yeni perspektivlər açır. Lakin inkişafın arxasında ciddi risklər və təhlükələr də mövcuddur.
     
    Süni intellekt əsaslı alətlər jurnalistlər, bloqerlər, video istehsalçıları və dizaynerlər üçün prosesləri xeyli sürətləndirir. 
     
    Məzmun yazmaq, görüntü və video yaratmaq, sosial şəbəkə paylaşımlarını hazırlamaq kimi işlər daha az vaxt tələb etdiyi üçün bu sahədə gəlir qazanmaq imkanları genişlənib. Frilans bazarında da Sİ bacarıqlarına tələbat artıb. “Upwork” və “Fiverr” kimi platformalarda mətn redaktəsi, chatbot qurulması, avtomatlaşdırma skriptlərinin hazırlanması və Sİ təlimləri yüksək gəlir gətirən xidmətlər sırasındadır.
     
    E-ticarət sahəsində Sİ məhsul təsvirləri, reklam kampaniyaları, müştəri dəstəyi kimi funksiyaları avtomatlaşdıraraq sahibkarlara əlavə üstünlük verir. Hətta bəzi sahibkarlar tamamilə süni intellekt tərəfindən idarə olunan onlayn mağazalar qurmağa başlayıb. Yaradıcı sənaye də bu yeniliklərdən payını alıb: rəsm, illüstrasiya, foto və musiqi kimi işlər artıq xüsusi bacarıq tələb etmədən Sİ vasitəsilə istehsal oluna bilir. Bu da yeni gəlir mənbələri yaradır. Eyni zamanda, süni intellekt üzrə biliklərə sahib olan mütəxəssislər onlayn kurslar, konsultasiyalar və təlim proqramları ilə əhəmiyyətli gəlir əldə edirlər.
     
    Bununla yanaşı, süni intellektin geniş tətbiqi bir sıra problemləri də gündəmə gətirir. Kütləvi fırıldaqçılıq halları, saxta şəkil və videoların hazırlanması, səs klonlama kimi hallar təhlükənin real olduğunu göstərir. Bu cür manipulyativ kontent həm bizneslər, həm də cəmiyyət üçün risk yaradır. Digər mühüm məsələ məlumat təhlükəsizliyidir. Sİ platformalarına ötürülən şəxsi məlumatların hansı şəkildə saxlanıldığı və gələcəkdə necə istifadə ediləcəyi ilə bağlı suallar hələ də açıq qalır.
     
    Süni intellektlə yaradılan işlərin müəllif hüquqları məsələsi tam tənzimlənməyib və bu, yaradıcılıqla məşğul olan şəxslər üçün hüquqi problemlər yarada bilər. Bununla yanaşı, gələcəkdə bəzi peşələrdə Sİ insan əməyini əvəz edə bilər ki, bu da əmək bazarına əlavə təzyiq deməkdir.
     
    Sfera.az-ın təhlilinə görə, süni intellekt həm böyük iqtisadi imkanlar, həm də ciddi təhlükələr yaradan ikili fenomen olaraq qalır. Bu sahədə gəlir qazanmaq istəyənlər üçün əsas məsələ riskləri düzgün qiymətləndirmək, texnologiyanı məsuliyyətlə tətbiq etmək və məlumat təhlükəsizliyini ön planda saxlamaqdır.
    //sfera.az

  • Bu ölkələr sərhədlərini açdı

    Özbəkistan 2021-ci ildən bəri ilk dəfə Əfqanıstanla sərhədini açıb. 
     
    Bundan sonra hər iki ölkənin vətəndaşları ölkələr arasında Termez-Hayraton körpüsündən keçə bilərlər. Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının məlumatına görə, viza tələbləri qüvvədə qalır.
     
     
    Bundan əlavə, özbək sahibkarlarına Əfqanıstan bazarına daxil olmaq üçün bir sıra şərtlər təklif olunur:
     
    ▪️Hayratan və Məzari-Şərifdə anbar icarəsi xərclərinin tam ödənilməsi;
     
    ▪️Əfqanıstanın 34 əyalətində reklam xərclərinin tam ödənilməsi.

  • Röya keçmiş əri ilə bağlı xahiş etdi

    Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovdan danışıb.

    Müğənni “Tarixin bir günü” proqramında proqramlarda A.Cəlilova onunla bağlı sual verilməsinə etiraz edib.

    “Ona da hörmət edin. Orada bir sevgi olub və övladımız var. Rica edirəm. Bir də gördünüz mənimlə də duet oldu. Onda danışarsınız. Onlar ailəlikcə elədir, səsi var. Biz karokilərdə günümüzü keçirirdik. Onların nəslində incəsənət adamları var. Bir verilişdə gördüm ki, sıxılır, ona elə suallar verməyin”- deyə, Röya əlavə edib.
     
    Röya bildirib ki, gələcəkdə keçmiş həyat yoldaşı ilə duet oxuya biləcəyini də deyib. 
     
    Qeyd edək ki, Röya və Anarın bu evlilikdən bir oğlu var.

  • Macarıstanda arxeoloqlar Roma dövrünə aid daş sarkofaq tapıblar

    Macarıstanda arxeoloqlar 1700 illik Roma dövrünə aid daş sarkofaq tapıblar.
     
    Median.Az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Türbə Budapeştin şimalındakı Obuda rayonunda, qədim dövrlərdə Roma imperiyasının əsas şəhəri Aquincumun yerində aşkar edilib.
     
    Eramızın 3-4-cü əsrlərinə aid sarkofaq köhnə qəbiristanlıqda tərk edilmiş evlərin xarabalıqları arasında tapılıb. Budapeşt Tarix Muzeyinin aparıcı arxeoloqu Qabriella Fenyesin sözlərinə görə, sarkofaqın unikallığı onun tam qorunub saxlanmasındadır.
     
    Sarkofaqın içərisində gənc qadın skeleti, onlarla ritual əşya aşkar edilib. Bura iki şüşə qab, tunc heykəlciklər, 140 sikkə, kəhrəba zərgərlik məmulatı və qızılı naxışlı parçalar daxildir.
     
    Bu əşyalar çox güman ki, qadının ailəsi tərəfindən qəbirə qoyulub./teleqraf

  • Rayondan gələn arvadını otelə aparıb öldürmək istədi – Bakıda dəhşət saçan CİNAYƏT

    2022-ci il iyunun 3-də Bakının Nəsimi rayonundakı otellərdən birində bıçaqlanma hadisəsi olur. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməşdaları əraziyə yollanır. Məlum olur ki, cinayət Lev Tolstoy küçəsi, 153 ünvanında yerləşən “Citadel” hoteldə baş verib. 5 nömrəli otaqda döşəmədə və divarda qan ləkləri, tibbi əlcək, bint, qana bulaşmış hicab baş geyimi və açılmış vəziyyətdə ov bıçağı aşkar edilib.
     
    Cəlilabad rayon Polis Şöbəsinə təslim olan 1992-ci il təvəllüdlü Tərlan Abdullayev Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.
     
    Kliniki Tibbi Mərkəzdə əməliyyat olunan 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanın həyatı xilas olunub.
     
    Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
     
    Sfera.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
     
    İstintaqla müəyyən edilib ki, Rüqayyə Abdullayeva əri Tərlan Abdullayevin əsassız qısqanclıqla əlaqədar yaranmış mübahisələrindən bezdiyi üçün, 2 azyaşlı uşağı ilə birlikdə Cəlilabad rayonundan Bakı şəhərinə gəlib. Qadın 2022-ci il iyunun 2-də “WhatsApp” mobil tətbiqi ilə görüntülü danışararkən, yoldaşına otellərin birində görüşmək istədiyini və yalandan bundan sonra onunla boşanacağını deyib. Ər-arvad ayın 3-ü saat 16-da Neftçilər prospekti, 42 ünvanında yerləşən “Park Bulvar” ticarət mərkəzinin qarşısında görüşüblər. Ordan taksi ilə Tolstoy küçəsi, 153-də fəaliyyət göstərən otelə yollanaraq, 5 nömrəli otaqda cinsi əlaqədə olublar. Saat 18:20-də Rüqayyə paltarlarını götürüb giriş qapısına doğru gedib. Bu zaman Tərlan yaxınlaşıb sol əli ilə arvadının ağzını tutaraq, geriyə çəkib və şalvarının arxa cibindən ov bıçağını çıxarıb. Bıçaqla Rüqayyənin döş qəfəsinə, boynuna və kürəyinə çoxsaylı zərbələr endirib. Qadın aktiv müqavimət göstərib qışqırdığı üçün Tərlan bıçağı otağın döşəməsinə ataraq, hadisə yerindən qaçıb. Yaralı qadın dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib və orada həyatı xilas edilib.
     
    İş üzrə dindirilmiş Tərlan Abdullayev bildirib ki, Rüqayyə Abdullayeva ilə 2014-cü ildə evlənib, nikahdan 2 övladı var. 2022-ci ilin aprel ayından Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyib:
     
    “Aprelin 4-də arvadımla telefonla danışarkən mübahisə etdik. Növbəti gün əmim oğlu Alim Abdullayev mənə zəng edərək, Rüqayyənin uşaqları götürüb evdən getdiyini dedi. Buna görə işdən icazə alaraq rayona yollandım, yoldaşımın özbaşına evdən çıxması ilə əlaqədar Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim. May ayında arvadımın əmisi Elnur Hüseynov mənə zəng edib, Rüqayyə ilə barışmaq istəyib-istəmədiyimi soruşdu. Bundan bir neçə dəqiqə sonra yoldaşım ona mesaj yazdı. Söhbət əsnasında, qadın övladlarımı vaxtaşırı görməyimə etiraz etmədiyini bildirdi. İyunun 3-də görüşərək, otelə getdik. Qeydiyyatdan keçib, 25 manat ödəməklə 2 saatlıq otaq götürdüm. Otaqda intim əlaqədə olduq.
     
    Ailəmizi bərpa etmək istədiyimi bildirsəm də, Rüqayyə münasibətimizi davam etdirmək istəmədiyini söylədi. Yaranmış mübahisə zamanı, arvadım ünvanıma söyüş söyərək, üzümə sillə vurdu. Əsəbiləşərək, arxadan Rüqayyənin ağzından tutub hamama saldım. Özümə tərəf çəksəm də, qadın mənə müqavimət göstərdi. Şalvarımın arxa sağ cibindən bıçağı çıxarıb birinci zərbəni kürəyindən vurdum. Sonrakı zərbələri hansı nahiyələrinə vurduğumu xatırlamıram. Rüqayyə çöldə olan insanları köməyə çağırdığından, bıçağı yerə ataraq, otaqdan çıxıb qaçdım. Qardaşım Nurlana zəng edərək, arvadımı bıçaqladığımı dedim. Saat 22 radələrində Cəlilabad rayonuna çataraq, polis şöbəsinə getdim və Bakıda cinayət törətməyim barədə məlumat verdim”.

     
    Zərərçəkmiş Rüqayyə Abdullayeva ifadəsində göstərib ki, əri Tərlan çox qısqanc olub:
     
    “Aprelin 4-də telefonla danışanda, bu davranışlarından yorulub ona ayrılmaq istədiyimi söylədim. Cavab olaraq, Tərlan məni və uşaqları öldürməklə hədələdi. 
    İyunun 3-də yoldaşım yalvarışlarıma məhəl qoymayaraq, mənə bıçaqla zərbələr vurdu. Boğazımı kəsmək istəyərkən, ağzımı tutduğu əli boşa çıxdığından, qışqırıq səsimi otelin işçiləri eşitdilər. Qeydiyyatçı qız içəri girəndə, ondan təcili yardım çağırmasını xahiş etdim. Həmin xanım başqa otaqdan dəsmal gətirib kürəyimi bağladı. Kliniki Tibbi Mərkəzə çatdırılaraq, əməliyyat olundum”.
     
    Məhkəmə iclasında Tərlan Abdullayev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş təqsirləndirilən şəxslə barışdığını bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.

     
    Məhkəmə qənaətə gəlib ki, istintaq orqanı tərəfindən Abdullayevin əməlinin Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə tövsif olunması yanlışdır.
     
    Məhkəmə onun əməlinin CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələrinə tövsif olunmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edib.

     
    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Tərlan Abdullayev 8 il müddətinə azadlıqdan məhrum olunub./lent

  • “Günə 800 manat qazanırdıq” – Qumar quranlardan etiraf

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə onlayn qumar təşkil etməkdə təqsirləndirilən 12 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə başlayıb.

    Məhkəmə təqsirləndirilənlərin ifadəsi ilə davam edib.

    Təqsirləndirilənlərdən Orxan Məmmədov bu işə 2024-cü ildən başladığını bildirib:

    “Mən işsiz idim, Elçindən iş istədim. Görüşdük onunla, dedi belə bir iş var, işləyərsən? Razı oldum. Mənə bir telefon verdi. Günə 300, 500, 800 manat qazanırdıq. Amma pulu proqramdan Elçin çıxarırdı”.

    Təqsirləndirilən Hüseyn Quliyev cəmi 2-3 ay bu işlə məşğul olduğunu bildirib.

    Digər təqsirləndirilən Röyal Hüseynov işsiz olduğundan bu işlə məşğul olduğunu deyib:

    “Mən 5-6 ay işlədim orada. Mən bu işin qanunsuz olduğunu bilmirdim, bilsəydim heç qoşulardım?”

    Daha sonra məhkəmə növbəti prosesi 9 dekabr saat 16:30-a təyin etdiyini elan edib.

    Xatırladaq ki, cinayət işi üzrə təqsirli bilinən 12 nəfər – Elçin Quliyev, Orxan Məmmədov, Nurlan Hüseynov, Elvin Balakişiyev, Taleh Ələkbərov, Hüseyn Quliyev, Nurlan Məmmədov, Zeynal Abbaslı, Royal Hüseynov, Səid Balakışıyev, Pərvan Məmmədov və Pəsi Yusubov Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar.

    Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır.

    Rəsmi məlumatda bildirilib ki, şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar.

    Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. “Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər.

    Rəsmi məlumata görə, şəbəkə üzvlərinin istifadə etdikləri bank hesablarının dövriyyəsinin 10 milyon manatdan artıq olduğu aşkarlanıb.

    Məlumatda vurğulanıb ki, E.Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasını həyata keçirərək özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açıb.

    Şəbəkə üzvlərinin mənzilləri, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobilləri müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

    Faktlarla bağlı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

  • Bu məşhur “iPhone” modeli köhnəldi – Şirkətlə əlaqələri tam kəsildi

    “Apple” şirkəti kiçik ekranlı dizaynı ilə bir dövrə imza atan birinci nəsil iPhone SE-ni “köhnəlmişlər” kateqoriyasına yerləşdirib.

    Bu qərarla, sözügedən model artıq dünya miqyasında “Apple” mağazalarında aparat təminatı xidməti və dəstəyi almayacaq.

    Qeyd edək ki, “Apple”ın siyasətinə görə, məhsul satışı dayandırıldıqdan yeddi il sonra “köhnəlmiş” hesab olunur.

    2018-ci ilin sentyabr ayında istehsalı dayandırılan iPhone SE, bu yaşa çatdığı üçün siyahıya əlavə edilib.

  • Украина заявила о непричастности к атаке на российский танкер у берегов Турции

    Спикер украинского Министерства иностранных дел Георгий Тихий заявил, что Украина не причастна к инциденту с танкером Midvolga-2, который якобы был атакован во время следования из России в Грузию с грузом подсолнечного масла.

    Об этом он написал в соцсети Х.

    “Украина не имеет никакого отношения к этому инциденту, и мы официально опровергаем любые обвинения такого рода, выдвинутые российской пропагандой”, – заявил Тихий.

    Более того, отметил спикер, заявленный маршрут из РФ в Грузию через исключительную экономическую зону Турции не имеет смысла и “наводит на мысль, что Россия могла инсценировать всю эту ситуацию”.

    Как ранее передавали СМИ, в Черном море беспилотник атаковал российское судно Midvolga-2, в результате оно получило незначительные повреждения, никто не пострадал.

    Напомним, что в минувшую пятницу в Черном море в результате “внешнего воздействия” у побережья Турции загорелись два танкера. Некоторые СМИ со ссылкой на источники сообщали, что это была спецоперация Службы безопасности Украины.

  • Ukrayna XİN: “Rusiya tankerinə hücumla heç bir əlaqəmiz yoxdur”

    “Ukraynanın Rusiyadan Gürcüstana günəbaxan yağı apararkən hücuma məruz qalan “Midvolqa-2″ tankeri ilə bağlı hadisədə iştirak etməyib”.

    Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bunu sosial mediada yazıb.

    “Ukraynanın bu hadisə ilə heç bir əlaqəsi yoxdur və biz Rusiya təbliğatının irəli sürdüyü hər hansı bir ittihamı rəsmi olaraq təkzib edirik”, – Tixiy bildirib.

    Bundan əlavə, o qeyd edib ki, bütün bu hücumları Rusiya tərəfi özü təşkil edib.

    Xatırladaq ki, “Midvolqa-2” ilə yanaşı, ötən günlərdə Qara dənizin Türkiyə sahillərində sanksiya tətbiq edilmiş iki tanker alovlanıb. Bəzi mənbələr bunu Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı adlandırıb.

  • Dörd manatlıq şirkət FHN-nin sifarişi ilə fərdi evlər tikəcək

    Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti “Aypara-İnşaat” MMC ilə satınalma müqaviləsi bağlayacaq.

    Şirkət qurumun sifarişi ilə Şamaxı, Ağsu və İsmayıllı rayonlarında 4 ədəd fərdi yaşayış evi tikəcək. Buna görə “Aypara-İnşşat” MMC-yə 275 466,57 manat ödəniləcək. Bu halda bir evin tikintisinin 68 866 manata başa gələcəyi aydın olur.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Aypara-İnşaat” MMC 11 APREL 2012-ci ildə qeydiyyata alınıb.

    Nizamnamə kapitalı 4 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 20, mənzil 66-da yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Maarif Aydın oğludur.

    Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
    //Qaynarinfo