Month: December 2025

  • Bakıda yanıq xəsarətləri alan kişi öldü

    Bakıda yanıq xəsarətləri alan kişi ölüb.

    Hadisə dekabrın 19-da Sabunçu rayonu ərazisində qeydə alınıb.

    63 yaşlı Əliquluyev Əli Şirin oğlu elektrik qısaqapanması nəticəsində yanıq xəsarətləri alaraq, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindəki xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, o, dekabrın 27-də dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Biləsuvarda baş vermiş qəzada ölənlərin KİMLİYİ məlum oldu

    Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.

    Hadisə nəticəsində avtomobildə olan iki bacı dünyasını dəyişib.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və onun bacısı, 2003-cü il təvəllüdlü Aynur Rüstəmova hadisə yerində ölüblər.

  • Встреча Трампа и Зеленского пройдет без участия европейских лидеров

    Запланированная встреча президента Украины Владимира Зеленского и президента США Дональда Трампа пройдет без участия европейских лидеров.

    Об этом сообщает CNN со ссылкой на официальных лиц США и Европы.

    По словам американских чиновников, в Белом доме рассчитывают, что встреча будет продуктивной, при этом конкретные цели переговоров официально не раскрываются. Сам Зеленский ранее заявил изданию Axios, что намерен добиться соглашения о прекращении конфликта в Украине.

    Европейские чиновники отмечают, что Киев добивался личной встречи Зеленского с Трампом на протяжении нескольких месяцев. В ЕС ожидают, что переговоры могут пройти успешно, поскольку нынешние контакты между США и Украиной оцениваются как конструктивные. Однако при этом европейские дипломаты подчеркивают непредсказуемость американского лидера.

    26 декабря Трамп в интервью Politico сообщил, что мирный план президента Украины будет возможен только после его одобрения.

  • KİV: Tramp-Zelenski görüşü Avropa liderlərinin iştirakı olmadan keçiriləcək

    Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüş Avropa liderlərinin iştirakı olmadan keçiriləcək.

    Bu barədə CNN ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

    ABŞ rəsmilərinin sözlərinə görə, danışıqların konkret məqsədləri rəsmi olaraq açıqlanmasa da, Ağ Ev görüşün məhsuldar olacağını gözləyi.

    Zelenskinin özü “Axios” nəşrinə Ukraynadakı münaqişəyə son qoymaq üçün razılığa gəlmək niyyətində olduğunu bildirib.

  • Abşeronda kişi bankomatdan pul oğurlayıb qonşulara xərclədi

    Abşeronda kişi bankomatdan götürdüyü başqasına məxsus pulu kasıb qonşularına xərcləyib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş verib.

    İttiham aktına əsasən, 47 yaşlı Nəcəf Mədətov (ad və soyad şərtidir) bankomat aparatının ekranında 1 300 manat məbləğin əks olunduğunu görüb və “təsdiq” düyməsini basaraq pulu götürüb. Onun sözlərinə görə, həmin vəsaitlə həm öz ailəsi üçün ərzaq alıb, həm də aztəminatlı qonşularına maddi yardım göstərib.

    Bu əmələ görə Nəcəf Mədətov saxlanılıb və barəsində cinayət işi açılıb.

    Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, bank kartını bankomata daxil edib PIN-kodu yığsa da, aparatın pul vermədiyini görərək kartını çıxarıb və ərazini tərk edib. Lakin əməliyyatı sonlandırmadığı üçün məlumatlar bankomatın ekranında qalıb. Zərərçəkən şəxs ona dəyən maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib.

    Abşeron Rayon Məhkəməsinin qərarı ilə Nəcəf Mədətov barəsində 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

  • İtkin düşən 7 nəfər tapıldı

    Dekabrın 26-da itkin düşən şəxslərin tapılması üçün tədbirlər görülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib

    Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda avtomobil qaz xəttinə çırpılması nəticəsində 450 abonentin qaz təchizatında fasilə yaranıb.

    Rayonun Biçənək kəndində minik avtomobili ərazidən keçən D-119-luq qaz xəttini zədələyib.

    Təhlükəsizlik məqsədilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.

    Qazın verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

  • Türkiyədə narkotik əməliyyatı çərçivəsində ifşa olunan məşhurlar həbs edildilər

    İstanbulda keçirilən genişmiqyaslı narkotik əməliyyatlarında saxlanılmış 17 nəfər şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində həbs olunanların arasında tanınmış iş adamı Mahmut Uğur Ziylan, sosial media fenomenləri Melisa Fidan Çalışkan və Nuran Çokçalışkan da daxil olmaqla sahibkarlar, nüfuzlu şəxslər, modellər və menecerlər də var.

    Qeyd olunan şəxslər narkotik maddələrin istehsalı və qaçaqmalçılığı, fahişəliyə cəlbetmə kimi bir sıra cinayətlər üzrə təqsirli bilinirlər.

  • Какой будет погода для метеочувствительных людей?

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала медико-метеорологический прогноз.

    Как сообщили в службе, 28 декабря на Абшеронском полуострове ожидается усиление умеренного северного ветра (хазри).

    Отмечается, что такие погодные условия могут вызвать чувство беспокойства у людей с повышенной метеочувствительностью.

  • Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

    Dekabrın 28-nə olan tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir. Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.