Month: December 2025

  • Gələn il vizasız gedəcəyimiz ölkələr (SİYAHI)

    2025-ci ildə Azərbaycan üçün diqqətçəkən diplomatik yeniliklərdən biri viza rejiminin ləğvi ilə bağlı qərarlar oldu. Prezident İlham Əliyevin apreldə Çinə dövlət səfəri zamanı imzalanan və 16 iyuldan qüvvəyə minən sazişə əsasən, Azərbaycan və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları 180 günlük dövr ərzində ümumilikdə 90 gündən, hər səfər üzrə isə 30 gündən çox olmamaq şərti ilə vizadan azad edilib. Bu qərar Azərbaycan üçün səyahət imkanlarının genişlənməsi ilə yanaşı, iqtisadi, turizm və humanitar əlaqələrin yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır.

    Hazırda Azərbaycan vətəndaşları üçün vizasız gediş-gəliş rejimi ümumilikdə 22 ölkəni əhatə edir və bu imkan pasportun növünə, səfərin müddətinə və rejimin qarşılıqlı və ya birtərəfli tətbiq olunmasına görə bir neçə kateqoriya üzrə formalaşıb. Mövcud dövlətlərarası sazişlərə əsasən, I qrup üzrə bir sıra ölkələrlə yalnız diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejim tətbiq olunur. II qrupda isə ümumvətəndaş, diplomatik və xidməti pasportlara malik Azərbaycan vətəndaşlarının 16 ölkəyə əsasən 30 və ya 90 gün müddətində, bəzi hallarda isə 180 günlük dövr çərçivəsində viza almadan səfər etməsi mümkündür. Bundan əlavə, III qrup üzrə 6 ölkə Azərbaycan vətəndaşları üçün birtərəfli qaydada vizasız giriş imkanı yaradıb.

    Gələn ildən də bir sıra ölkələr arasında viza rejiminin ləğvi təsdiqlənəcək.

    Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, artıq bir sıra ölkə ilə qarşılıqlı vizadan azad etmə sahəsində ilkin etablar bu il tamamlanıb.

    Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş 24 sentyabr 2025-ci ildə Nyu-York şəhərində imzalanıb. Daha sonra saziş Milli Məclisdə ratifikasiya edilib.

    Qeyd edək ki, Azərbaycan və Maldiv arasındakı sözügedən beynəlxalq müqavilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin təşviq edilməsi məqsədini daşıyır, bunun üçün vətəndaşların qarşılıqlı gediş-gəlişinin sadələşdirilməsi ilə bağlı hüquqi əsas yaradır.

    Sazişə əsasən, Azərbaycan Respublikasının və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşı tərəfin dövlətinin ərazisinə viza tələbi olmadan səfər edə bilər və orada 90 gün müddətədək qala bilərlər. Ümumvətəndaş pasportunun etibarlılıq müddəti (digər Tərəfin Dövlətinin ərazisinə giriş tarixindən sonra) ən azı 180 gün olmalıdır.

    Sazişin qüvvəyə minməsi üçün tərəflər zəruri dövlətdaxili prosedurlarını tamamlamalı və bu barədə bir – birlərinə diplomatik kanallarla nota təqdim etməlidirirlər. Məhz sonuncu diplomatik bildirişin alındığı tarixdən 30 gün sonra Saziş tətbiq edilməyə başlayacaq.

    Eyni zamanda, bu il Milli Məclisdə qarşılıqlı vizadan azad olma ilə bağlı 8 saziş təsdiqlənib.

    Belə ki, Azərbaycan və Şimali Makedoniya hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin ləğv edilməsi haqqında bu ilin mart ayında xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski saziş imzalanıb. Saziş daha sonra Milli Məclisdə ratifikasiya edilib.

    Dekabrın 23-də isə “Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunun layihəsi Milli Məclisdə müzakirə edildikdən sonra qəbul edilib.

    Bundan başqa il ərzində parlamentdə daha 6 ölkə ilə vizadan qarşılıqlı azad etmə ilə bağlı saziş imzalanıb. Bu ölkələr arasında Anqola, Bəhreyn Krallığı, Cibuti, Dominika, Qvineya-Bisau və Surinam Respublikası daxildir. Bu ölkələr arasında bağlanan sazişlərdə diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi nəzərdə tutulur.

  • Son 10 ilin STATİSTİKASI – Alkoqolizmdən əziyyət çəkənlərin sayı azalıb, narkomanlar isə artıb

    Alkoqolizm və alkoqol psixozu diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı son on ildə azalıb. Belə ki, 2015-ci ildə hər 100 min nəfərə 227 xəstə düşürdüsə, 2024-cü ildə bu göstərici 94-ə qədər enib. Kişilər üzrə bu rəqəm 438-dən 185-ə, qadınlar üzrə isə 18-dən 3-ə qədər azalıb.

    Oxu.az rəsmi məlumatlara istinadən xəbər verir ki, alkoqolizmdən əziyyət çəkənlər arasında 17 yaşına çatmayan xəstələrin sayı minimal olaraq 0.04-dən 0.08-ə dəyişib. 18-29 yaş arasında xəstələrin sayı 60-dan 88-ə qədər artıb. 30-49 yaş qrupunda isə azalma müşahidə olunub və göstərici 324-dən 172-ə enib. 50 yaş və yuxarı şəxslər arasında xəstələrin sayı 519-dan 93-ə qədər azalıb.

    Narkomaniya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı isə artır. 2015-ci ildə hər 100 min nəfərə 298 xəstə düşürdüsə, 2024-cü ildə bu rəqəm 396-ya yüksəlib. Kişilər üçün bu göstərici 585-dən 776-ya qədər artıb, qadınlarda isə 12-dən 20-yə qədər yüksəlib.

    Yaş qruplarına görə 0-17 yaş arasında narkomaniya xəstələrinin sayı 0.3-0.5 aralığında dəyişib. 18-29 yaş qrupunda xəstələrin sayı 248-dən 603-ə qədər artıb. 30-49 yaş arasında bu göstərici 532-dən 742-ə qədər yüksəlib. 50 yaş və yuxarı şəxslərdə isə azalma müşahidə olunub və rəqəm 380-dən 237-ə düşüb.

  • Əzizəyə 18 il həbs tələbi – Sifarişlə ərini öldürtmüşdü

    Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidova və onunla birgə mühakimə edilənlərin iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

    Prokuror bəyan edib ki, Əzizə Seyidovanın həyat yoldaşını sifarişlə öldürtdürməsi məhkəmə istintaqı ilə də təsdiqini tapıb.

    Toplanmış sübutlara əsasən, Əzizənin 18, Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin hər birinin 19 il müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib.

    Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib.

    Qeyd edək ki, hadisə 2023-cü ilin yazında Maştağa qəsəbəsində baş verib.

    İş materiallarında yazır ki, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə “siçan dərmanı” qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

  • В Аргентине произошло землетрясение магнитудой 5.7

    Землетрясение магнитудой 5.7 зафиксировано в провинции Сантьяго-дель-Эстеро на севере Аргентины.

    Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его данным, эпицентр подземных толчков находился в 38 км к северо-западу от города Аньятуйя. Очаг залегал на глубине 606 км.

    Информации о пострадавших и разрушениях не поступало.

  • Argentinada güclü zəlzələ oldu

    Argentinanın şimalındakı Santyaqo-del-Estero bölgəsində 5.7 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Yeraltı təkanların episentri Anyatuya şəhərindən 38 km şimal-qərbdə, ocağı isə 606 km dərinlikdə yerləşib.

    İtki və dağıntı barədə məlumat verilməyib.

  • Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər

    “Türkiyə 1 yanvar 2026-cı il tarixində üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistanla sərhədi açacaq”.
     
    Bu barədə Ermənistanın “Qraparaq” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 
     
    Bildirilir ki, Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvana təqdim etdiyi təkliflər və niyyətlər paketində həm də sərhədin qeyd edilən sxem üzrə açılması planları öz əksini tapıb. 
     
    Bununla belə, qəzetin yazdığına görə, Türkiyə hələlik yükdaşımalar üçün sərhədi açmaq niyyətində deyil. 
     
    Rəsmi Ankara həmçinin diplomatik münasibətlərin qurulması haqqında protokol hazırlayıb, lakin onun imzalanması üçün Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsən Türkiyəyə səfər etməsini istəyir. 

  • Qanunsuz işləyən maye qazdoldurma məntəqəsinin istismarı FHN tərəfindən dayandırılıb (Video)

    Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsini davam etdirir.

    Bu çərçivədə, 29 may 2025-ci il tarixində Agentliyin müfəttişləri tərəfindən Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yerləşən fərdi sahibkar Bədəlov Vidadi Məmməd oğluna məxsus maye qazdoldurma məntəqəsində aparılan planlı yoxlama zamanı aşkar olunmuş pozuntular səbəbindən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

    Lakin sonradan pozuntular aradan qaldırılmadanməntəqənin fəaliyyətinin qanunsuz olaraq yenidən bərpa etməsi barədə daxil olmuş məlumata əsasən Agentliyin müfəttişləri tərəfindən həmin ünvanda növbədənkənar yoxlama keçirilib və fakt təsdiqini tapıb.

    Nəticədə, nöqsanların aradan qaldırılması məqsədilə Agentliyin müfəttişləri tərəfindən məntəqə sahibi üçün yenidən əlavə müddət müəyyənləşdirilib və müvafiq akt tərtib olunub. Eyni zamanda, aşkar edilmiş pozuntuların göstərilən müddət ərzində aradan qaldırılmadığı təqdirdə qanunvericiliyin tələblərinə uyğun daha sərt tədbirlərin tətbiq olunacağı ilə bağlı sahibkara xəbərdarlıq edilib.

  • Bu avtobusda gediş haqqı DƏYİŞDİ

    Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun “Koroğlu” və “Ulduz” stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

    Median.Az milli.az-a istinadən xəbər verir ki, dekabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 12 böyüktutumlu “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

    Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.60 AZN müəyyən edilib.

  • Növbəti iki gündə güclü külək əsəcək

    Növbəti iki gündə güclü külək əsəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti sarı xəbərdarlığa uyğundır.

    Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Siqaret və arağa tələbat düşüb, makaron və şəkərə isə maraq artıb

    Ötən illə müqayisədə Azərbaycanda tütün məmulatlarının istehsalında 13,2 faiz, içki istehsalında isə 1,6 faiz azalma qeydə alınıb.

    Bu məlumatlar Dövlət Statistika Komitəsinin (DSK) rəsmi göstəricilərində yer alıb.

    Bildirilib ki, hesabat dövründə qida məhsullarının istehsalında 9,8 faiz artım müşahidə olunub.

    Bu sahələrin əsas məhsullarından makaron məmulatlarının istehsalı 2,5 dəfə, şəkər, qənd istehsalı 24,4 faiz artmış, meyvə-tərəvəz konservləri 1,8 faiz, araq istehsalı isə 5,1 faiz azalıb.