Month: December 2025

  • Mingəçevirdə ana və qızı dəm qazından zəhərləndi

    Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

    “Unikal”ın məlumatlna görə, hadisə Heydər Əliyev prospektində yerləşən keçmiş köçkün şəhərciyində baş verib. 1935-ci il təvəllüdlü Nabat İsmayılova və 1973-cü il təvəllüdlü qızı Mədinə İsmayılova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

    Hər iki şəxs xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ermənistanda Bakı benzini sürətlə satılır

    Ermənistanda Bakı benzini kifayət qədər sürətlə satılır.

    Bu barədə erməni ekspert Vardan Voskanyan yazıb.

    “Benzinlə işləyən maşın sürənlər üçün 90 dram fərqi əhəmiyyətli bir məbləğdir”, – deyə o qeyd edib.

  • Azərbaycanda cərrah vəfat etdi

    Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Vaqif Bağırov vəfat edib.

    Cərrah 73 yaşında dünyasını dəyişib.

    Mərhum 2014-2021-ci illərdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri işləyib.

    2021-ci ildən indiyə kimi həkim-cərrah kimi fəaliyyət göstərirdi.
    //unikal.az

  • Həftəsonu səfərə çıxan sürücülərin NƏZƏRİNƏ!

    Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşanlara xəbərdarlıq edib.

    Bu barədə idarədən məlumat verilib.

    Bildirilib ki, hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur. Gecə və səhər saatlarında havanın yağmurlu olması, bəzi dağlıq ərazilərdə yolların buz bağlaması isə yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.

    Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı, sürət həddini nəzarətdə saxlamağı, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir:

    “Hər bir yol hərəkəti iştirakçısını onların mənzil başına təhlükəsiz çatması üçün DYP tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərə dəstək olmağa, səfərlərimizin xoş təəssüratlarla yadda qalması üçün qaydalara qeyd-şərtsiz əməl etməyə çağırırıq!”.

  • Cinayətdə şübhəli bilinən 19 nəfər tutuldu

    Dekabrın 25-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, xtarışda olduğuna görə ümumilikdə 215, o cümlədən borclu şəxs qismində axtarışda olan 183 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

  • Metronun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir

    AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC vaqon parkında ehtiyat tədbirləri gücləndirmək və sərnişin tələbatına uyğunlaşdırmaq məqsədilə Bənövşəyi xətdə 5 vaqonlu qatar tərkiblərinə keçid edib.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Bildirilib ki, bir müddət öncə Bənövşəyi xətdə intervalın “Avtovağzal–Xocəsən” sahəsində 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyədək azaldılması nəticəsində qatarların hərəkət intensivliyi artırılıb, sərnişinlərin vaxta qənaət etməsi və ümumi rahatlığın yüksəldilməsi təmin olunub.

    Günün müxtəlif vaxtlarında sərnişin tələbatı və axını monitorinq edilib. Aparılan təhlillər göstərib ki, xidmət keyfiyyətinə təsir etmədən bir sıra texniki yeniliklərin tətbiqi mümkündür.

    Dəyişiklik vaqon parkında ehtiyat tədbirlərini artırmaqla yanaşı, texniki xidmətin keyfiyyətinin və imkanların genişləndirilməsinə şərait yaradır. Bu, eyni zamanda vaqon parkına baxış, qulluq, xidmət və təmir proseslərinin daha operativ və planlı şəkildə həyata keçirilməsini təmin edəcək.

    Bənövşəyi xətdə monitorinqlər davamlı olaraq aparılacaq. Sərnişin tələbatı artacağı və zərurət yaranacağı təqdirdə stansiya platdormalarının texniki imkanlarına uyğun olaraq yeddi vaqonlu qatar tərkibləri formalaşdırılması təmin ediləcək.

  • Həmkəndlisini öldürüb basdırdığı yerdə it damı tikib – 2 il sonra üstü açılan cinayət (Video)

    Xaçmazda 2023-cü ildə itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən olunub.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qusarçay kəndində baş verib.

    Evini kirayə verən 38 yaşlı Əmirəddin Əkbərovun 50 yaşlı kirayənişin – Surəddin Həsənəliyev tərəfindən qətlə yetirildiyi bildirilir.

    Qətlə yetirilən və itkin düşdüyü bildirilən Əmirəddin Əkbərov aliment borcuna görə axtarışda imiş. O, 3 ilə yaxın müddət ərzində aliment ödəmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılıb. Əməliyyat tədbirləri nəticəsində onun 50 yaşlı Surəddin Həsənəliyev tərəfindən qətlə yetirildiyi və meyitinin həyətdə basdırıldığı məlum olub.

    Hadisə ilə bağlı Surəddin Həsənəliyev saxlanıb. Məlumata görə o, meyiti basdırdığı yerdə izi itirmək üçün it üçün yuva düzəldibmiş.

    Mərhumun meyiti basdırıldığı yerdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • “Ford” məşhur krossoverin istehsalını dayandırdı

    Məşhur “Ford Escape” krossoveri artıq ABŞ-da istehsal olunmur. Bu avtomobilin son nüsxəsi 17 dekabrda Luisvill yığım zavodunda montaj xəttindən çıxıb və modelin 25 illik tarixini tamamlayıb.

    Qaynarinfo bu barədə “Carscoops”a istinadən xəbər verir.

    Bu gün “Ford” yaxşı bazar potensialına malik “Bronco Sport” və “Maverick” modellərinə bahis edir. Eyni zamanda, dilerlər “Ford”un qərarından narahatdırlar.

    Bazar mütəxəssisləri hesab edirlər ki, “Escape” istehsalının dayandırılması alıcıları digər istehsalçılara diqqət yetirməyə məcbur edəcək. Bu baxış səbəbsiz deyil, çünki model bazarda rəqabətin kəskin şəkildə artdığı son illərdə belə çox populyar idi.

    Avtomobilin populyarlığının səbəbi onun əlverişliliyi idi. “Escape” xüsusən də avtomobil qiymətlərinin ümumi artımı fonunda ilk dəfə avtomobil alan alıcıların cəlb edilməsində əsas rollardan birini oynayıb.

    “Ford” özü nikbin olaraq qalır. Şirkət yalnız “Bronco Sport” və “Maverick”in uğuruna inanmır, həm də 2030-cu ilə qədər ortaya çıxması ehtimal olunan beş yeni “əlverişli” model hazırlayır.

  • Restoranlarda QR-kodlar təhlükəlidir? – Ekspert rəyi (Video)

    Son illər mağazalarda ödənişdən tutmuş restoran menyularına, ictimai nəqliyyata qədər bir çox sahədə QR-kodlardan geniş istifadə olunur. Skaner vasitəsilə lazımi məlumatı saniyələr içində əldə etmək mümkündür. Bu texnologiya vaxt itkisini azaldır, gündəlik həyatı daha rahat və sürətli edir.

    Median.Az “Xəzər TV”yə istinadən xəbər verir ki, bəzi hallarda isə istifadəçilər saxta QR-kodlarla da qarşılaşırlar.

    Mütəxəssislər bildirirlər ki, saxta QR-kodlar vasitəsilə vətəndaşların şəxsi məlumatları ələ keçirilə, bank kartları boşaldıla, telefonlarına zərərli proqramlar yüklənə bilər. Xüsusilə ictimai yerlərdə yerləşdirilən QR-kodlar daha riskli hesab olunur.

    İnformasiya texnologiyaları üzrə mütəxəssis Coşqun Mehdiyev deyir ki, burada əsas problem yönləndirilən keçidlərdədir. İstifadəçi bilmədən saxta sayta daxil olur, bu zaman isə şəxsin məlumatları cəmi bir neçə saniyədə ələ keçirilir.

    Ətraflı videomaterialda:

  • Keçmiş bank rəhbəri Zal Yusifovun oğlu yenidən mühakimə olunur: 1,2 milyonluq fırıldaq ittihamı

    Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının keçmiş rəhbəri Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.

    İttihamdan məlum olur ki, İslam Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, Xəzər Rayon Məhkəməsinin 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

    Məhkumluğunu ödəməməsinə baxmayaraq, İslam Yusifov yenidən dələduzluq cinayətləri törədib. İlk epizod üzrə o, oğlu həbsdə olan Afət Hüseynovaya qarşı dələduzluq edib. Belə ki, ananın 13 il müddətinə azadlıqdan məhrum edilmiş oğlu Kamran Nəcəfovun guya həbsdən azad ediləcəyi vədi ilə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 70 min ABŞ dollarını ələ keçirib.

    Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisi ilə bağlı elan etdiyi tenderdə qalib gələcəyi vədi ilə tanışı Gündüz Soltanovdan 308 min ABŞ dolları alıb.

    İstintaq materiallarına əsasən, İslam Yusifov dostu İlham Abbasovla birlikdə zərərçəkmiş Rafael Həsənovun oğlu Həsən Həsənovu Prezident Administrasiyasında hüquq şöbəsinə işə düzəldəcəkləri barədə yalan vəd verərək, ondan 360 min manat pul alıblar.

    İttihama görə, İslam Yusifov Kamran Əsgərova məxsus iki avtomobili və torpaq sahəsini satacağı barədə yalan vəd verərək, 275 min manatını ələ keçirib.

    Həmçinin digər zərərçəkmiş Hüseyn Qurbanova Dubay şəhərindən “iPhone” mobil telefonları gətirəcəyini deyərək, ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.

    Bundan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı vədi ilə 55 min manat, Rafət Məmmədova məxsus evi satacağı adı ilə isə 75 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirib.

    İttihama münasibət bildirən İslam Yusifov özünü qismən təqsirli bilib, İlham Abbasov isə özünü təqsirli hesab etməyib.

    Məhkəmədə bildirilib ki, istintaq orqanı tərəfindən İslam Yusifova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq törətmə), İlham Abbasova isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmə) maddələri ilə ittiham irəli sürülüb.

    Hakimin sözlərinə görə, təqsirləndirilən şəxslərin əməlləri məhkəmədə sübuta yetirilərsə, İslam Yusifovu 10 ildən 14 ilədək, İlham Abbasovu isə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

    İslam Yusifov zərərçəkmiş Rafael Həsənovla bağlı epizod üzrə sərbəst ifadə verib. O bildirib ki, dostu İlham Abbasova maddi çətinlik yaşadığını deyib. İlham Abbasov isə ona satışı mümkün olan bir obyekt barədə məlumat verib. Bildirilib ki, obyektin sahibi Rafael Həsənov Rusiyada yaşayır və obyekt bankda girovda olub.

    İslam Yusifovun sözlərinə görə, obyektin satışından əldə edilən vəsaitlə bank borcu bağlanmalı idi. Daha sonra tərəflər arasında borc müqaviləsi imzalanıb və videoyazılar çəkilib. O iddia edib ki, videoda göstərilən 360 min manat həqiqi pul olmayıb, saxta olub.

    Eyni epizod üzrə ifadə verən İlham Abbasov bildirib ki, İslam Yusifovun atasını 1998-ci ildən tanıyır və daşınan, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olub. O, İslam Yusifovun ifadələrini əsasən təsdiqləyib.

    Daha sonra hər iki təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.

    Məhkəmə prosesi fevralın 6-da davam etdiriləcək.

    Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifov barəsində həbs qətimkan tədbiri, İlham Abbasov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Əldə edilən məlumata görə, İslam Yusifov ümumilikdə 1 milyon 200 min manatdan artıq məbləğdə dələduzluqda ittiham olunur. İlham Abbasov isə yalnız bir epizod üzrə cinayətdə iştirak edib.

    İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.

    Qeyd edək ki, İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərlik etdiyi dəstənin üzvləri ilə birlikdə mühakimə edilib.

    Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

    Zal Yusifov cəza müddətini başa vuraraq azadlığa çıxdıqdan sonra zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib və bu günə qədər müvafiq məhkəmə qərarlarını icra etmir.