Month: December 2025

  • Nazir: “Rus Evi”nin ləğvi məsələsi başa çatıb

    Xarici işlər naziri Ceyhun Bayramov Bakıdakı “Rus Evi”nin bərpa edilib-edilməməsinə münasibət bildirib.

    Bu barədə nazir ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

    Onun sözlərinə görə, Azərbaycanda “Rus Evi” heç bir qeydiyyatı olmadan fəaliyyət göstərib, bununla bağlı müəyyən vaxtlarda təsisata xəbərdarlıq edilib:

    “Lakin digər pozuntular da davam edirdi. Ona görə də “Rus Evi”nin bağlanmasına qərar verildi və bu, icra edildi. Bu və digər təsisatların ölkədə fəaliyyəti yerli qanunvericiliyə uyğun olmalıdır. Heç bir formada birtərəfli qaydada belə təsisatların fəaliyyəti qəbul edilmir. “Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə öncə olub. Bir sıra yarımçıq ləğvetmə prosesləri var idi. Rusiya tərəfi bununla bağlı ləğvedicilər təyin etmişdi. Məndə olan məlumata əsas yarımçıq və və həlli olunmayan məsələ qalmayıb və ləğv olunma məsələsi başa çatıb”.

  • Azərbaycan Ukrayna və Suriyaya nə qədər humanitar yardım edib?

    Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın məbləği 75 milyon manata çatıb.

    Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

    Nazir bildirir ki, bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib.

    “Azərbaycan həmçinin xalqımızla etnik və mədəni bağlara malik xalqlar üçün də təhsil qrantları səviyyəsində vəasit ayrırmaqda davam edib”, deyə Ceyhun Bayramov bildirib.

  • Bakıda obyekt icarəsinin baha və ucuz olduğu ərazilər – QİYMƏTLƏR

    “Obyektlərin icarə qiymətlərinin formalaşmasında əsas rol oynayan faktorlar yerləşdiyi rayonların sosial-iqtisadi inkişaf səviyyəsi və infrastruktur imkanlarıdır. Bununla yanaşı, əhalinin sıxlığı və ərazinin biznes baxımından əhatə dairəsi də qiymətlərə ciddi təsir göstərir”.

    Bu sözləri Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

    Onun sözlərinə görə, obyektin mərkəzə və ya mərkəzə yaxın ərazidə yerləşməsi icarə haqqının yüksək olmasına səbəb olan əsas amillərdəndir:

    “Bu amili yerləşmə faktoru kimi qiymətləndirmək olar. Bununla belə, elə obyektlər mövcuddur ki, onların gəlirliliyi yerləşdiyi ərazidən asılı olmayaraq formalaşır. Belə obyektlərdə piyada axını, müştəri daxilolma sayı, göstərilən xidmətin əraziyə uyğunluğu və nəqliyyat əlçatanlığı həlledici rol oynayır.

    Hazırda icarə qiymətlərinin ən yüksək olduğu rayonlar sırasında Nəsimi, Səbail, Nərimanov, Yasamal və Xətai rayonları yer alır. Xüsusilə Nəsimi və Səbail rayonları mərkəzi ərazi hesab olunduğuna görə bu zonalarda icarə haqları daha yüksəkdir”.

    AQC sədri əlavə edib ki, qiymət bölgüsü təkcə bazar tələbi ilə deyil, həm də rayonların sosial-iqtisadi inkişaf və infrastruktur səviyyəsinə uyğun şəkildə formalaşır:

    “Orta qiymətlərin təklif edildiyi obyektlər əsasən Nizami və Binəqədi rayonlarında yerləşir. Bu ərazilər inkişaf səviyyəsinə görə aralıq zonalar kimi dəyərləndirilir.

    Ən aşağı icarə qiymətləri isə Pirallahı, Qaradağ və Suraxanı rayonlarında müşahidə olunur. Vüqar Oruc qeyd edib ki, bu ərazilərdə iri sahəli obyektlər, əsasən anbar tipli təyinatla, bir kvadratmetr üçün 3,5–4 manat aralığında təklif edilir. Sahəsi nisbətən kiçik olan obyektlərdə isə icarə qiymətləri 8–10 manat arasında dəyişir.

    Sahədən asılı olaraq qiymət fərqlərinin mövcud olduğunu vurğulayan ekspert əlavə edib ki, Səbail rayonunda bir kvadratmetr üzrə icarə haqqı orta hesabla 150 manat təşkil edir, bəzi hallarda isə bu göstərici 200 manata qədər yüksəlir. Kiçik sahəli, yüksək keçidə malik obyektlərdə isə kvadratmetr qiymətinin 400 manata qədər qalxması mümkündür”.

  • Azərbaycanın “qara siyahı”sında neçə nəfər var?

    Azərbaycan əraziləri işğal altında olduğu dövrdə oraya səfər etməklə “qara siyahı”ya daxil edilən şəxslərin sayı hazırda iki min nəfərdən çoxdur.

    Bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

    “İşğal dövründə Azərbaycan ərazilərinə rəsmi Bakının icazəsi olmadan gəlib-gedən şəxslər ölkəmizin “qara siyahı”sına daxil etmişdi. Kimlər ki, bu məsələ ilə bağlı rəsmi müraciət edərək üzrxahlıq ediblər, onlar siyahıdan çıxarılıb və bu gün Azərbaycan ərazisinə səfər edə bilərlər. Kimlər üzrxahlıq etməyibsə, onlar hələ də “qara siyahı”dadırlar. Ümumilikdə, hazırda bu siyahıda iki mindən çox şəxs var və bu, 30 il ərzində qeydə alınıb”, – nazir qeyd edib.

  • Patriarx Kirill İlham Əliyevi təbrik edib

    Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

    Siz Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifənizdə doğma ölkənizə və vətəndaşlarınıza daim yüksək qayğı göstərir, uğurlu sosial-iqtisadi siyasət həyata keçirir, beynəlxalq gündəliyin formalaşdırılmasına və ictimai asayişin qorunmasına mühüm töhfələr verirsiniz. Müasir mürəkkəb geosiyasi şəraitdə bu vəzifələrin icrası dövlət başçısından strateji düşüncə, yüksək məsuliyyət və xüsusi analitik yanaşma tələb edir.

    Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları ilə Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının səmərəli əməkdaşlığının dəstəklənməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ümidvaram ki, formalaşmış mövcud qarşılıqlı münasibətlərin inkişafı gələcəkdə də insanların həyatında ənənəvi mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edəcəkdir.

    Sizə möhkəm cansağlığı və rifah, Uca Allahdan kömək, Azərbaycan xalqının firavanlığı naminə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

  • DTX, XRİTDX və MİDA-nın birgə məlumatı: Kibercinayətkarlar məsuliyyətə cəlb ediliblər

    Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyi birgə məlumat yayıb.

    Birgə məlumatda deyilir:

    3 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı zamanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılıb və təmin edilib.

    Mənzil seçimi prosesinə nəzarət və informasiya təhlükəsizliyi tədbirləri həyata keçirilərkən müxtəlif kiberhücum cəhdləri müşahidə edilib və operativ şəkildə aşkarlanaraq neytrallaşdırılıb.

    Qeydə alınan müvafiq faktlarla bağlı DTX-də cinayət işi başlanılıb.

    Müəyyən ediib ki, Azərbaycan Respublikasının vətəndaşları – C.Süleymanlı və T.Abdulov onlara müraciət etmiş müxtəlif vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri prosesini sürətləndirmək, bu prosesdə həmin vətəndaşlara qanunsuz üstünlük qazandırmaq məqsədilə əvvəlcədən əldə etdikləri və informasiya texnologiyaları sahəsində xüsusi texniki imkanlardan istifadə edərək uyğunlaşdırdıqları xüsusi proqram təminatını MİDA-nın “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş mühafizə mexanizminə qanunsuz tətbiq etməklə, 3 dekabr 2025-ci il tarixində saat 11:00-da kompüter infrastrukturunun normal fəaliyyətinə qəsdən ciddi maneə yaratmağa yönələn hərəkətlər ediblər.

    Qeyd olunan şəxslər DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (kompüter sisteminə qanunsuz müdaxilə – hüququ olmadan kompüter məlumatlarını qəsdən daxil etmə yolu ilə kompüter sisteminin işləməsinə təkrar qəsdən maneə törətməyə yönələn hərəkətlər) maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

    Hazırda əlaqəli xüsusatlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Leyla Əliyeva Animasiya Evindən paylaşım edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan Animasiya Assosiasiyasının Animasiya Evinin qonağı olub.

    Leyla Əliyeva bu barədə “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • Leyla Əliyeva “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İçərişəhərdə yerləşən “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb.

    Mərkəzdə yaşlı insanlar müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olurlar, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, səsləndirdikləri şeirləri dinləyib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.

    Qeyd edək ki, yaşlı insanların fəal, sağlam və mənalı həyat sürməsini dəstəkləmək üçün “YAŞA” Mərkəzləri şəbəkəsi formalaşdırılıb. Hazırda bu mərkəzlər təkcə Bakıda deyil, eyni zamanda Mingəçevir və Şamaxı şəhərlərində də fəaliyyət göstərir, müxtəlif regionlarda yaşayan ahıllar üçün sosiallaşma, öyrənmə və fəal həyat imkanları yaradır.








  • Bakıda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda: 1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    3. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    9. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    10. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    15. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    17. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    18. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    19. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    20. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    21. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    22. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində sıxlıq müşahidə olunur.

  • Полковник-лейтенант МЧС умер на рабочем месте (ФОТО)

    Сегодня в Баку скоропостижно скончался офицер Министерства по чрезвычайным ситуациям (МЧС).

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, начальнику дежурной части Бакинского регионального центра Службы спасения особого риска ведомства полковник-лейтенант Рашаду Намиг оглу Гасанову внезапно стало плохо на работе. Хотя он был немедленно доставлен в медпункт указанного центра, спасти его жизнь не удалось.

    Тело Р.Гасанова, который 18 лет отслужил в МЧС, было отправлено в Гусарский район для захоронения.