Month: December 2025

  • FHN-in polkovnik-leytenantı iş yerində öldü (FOTO)

    Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil ölüb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Regional Mərkəzinin növbətçi hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun səhhəti iş yerində anidən pisləşib. O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

    18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna göndərilib.

  • Telefon mağazasından 1800 manatlıq “iPhone” oğurlandı

    Bakının Nizami rayonunda fəaliyyət göstərən “Yusif Telekom” adlı mağazadan oğurluq hadisəsi baş verib.

    Qaynarinfo xəbər verir ki, mağazadan dəyəri 1800 manat olan “iPhone 15 Pro” markalı mobil telefon oğurlanıb.

    Oğurluğu mağazaya müştəri qismində gələn şəxs törədib. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, oğurlanmış telefon mağazaya qaytarılıb. Bu baxımdan zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

  • Зачитаны приговоры Ордухану Теймурхану, Гурбану Мамедову, Рафаэлю Пириеву и другим

    Завершился судебный процесс по уголовному делу в отношении проживающих за рубежом блогеров – Турала Садыглы, Эльшада Мамедова, Сулеймана Сулейманлы, Гурбана Мамедова, Орхана Агаева, Рафаэля Пириева и Ордухана Теймурхана.

    В Бакинском суде по тяжким преступлениям под председательством судьи Гусейна Гусейнова был зачитан заочный приговор.

    Согласно решению, Гурбан Мамедов приговорён к 14 годам лишения свободы, Эльшад Мамедов, Сулейман Сулейманлы, Турал Садыглы, Орхан Агаев, Рафаэль Пириев и Ордухан Теймурхан – к 9 годам лишения свободы.

    Указанные лица обвиняются по статьям 178.3.1 (мошенничество, совершённое организованной группой); 214-2 (публичные призывы к терроризму); 220.2 (массовые беспорядки, активное неподчинение законным требованиям представителей власти, призывы к массовым беспорядкам и насилию против граждан); 281.2 (вооружённый мятеж, те же действия, совершённые повторно или группой лиц); 320.1 (подделка официальных документов) Уголовного кодекса АР.

    Потерпевшим по делу признан Хагани Халилов.

  • Orduxan Teymurxan, Qurban Məmmədov, Tural Sadıqlı və digərlərinə hökm oxundu

    Xaricdə yaşayan bloqerlər – Tural Sadıqlı, Elşad Məmmədov, Süleyman Süleymanlı, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxanın (Bəbirov) barələrində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda qiyabi hökm oxunub. Hökmlə Qurban Məmmədov 14 il, Elşad Məmmədov, Süleyman Süleymanlı, Tural Sadıqlı, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxan hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214.2-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (silahlı qiyam, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1-ci (rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunublar. Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.

    Zərərçəkən qismində isə Xəqani Xəlilov tanınıb.

  • Суд по делу граждан Армении: Давид Ишханян выступает с последним словом

    В Бакинском военном суде продолжается судебный процесс по уголовному делу в отношении граждан Республики Армения.

    На сегодняшнем судебном заседании с последним словом выступает обвиняемый Давид Ишханян.

    В ходе выступления он озвучивает собственные контраргументы в ответ на заявления стороны обвинения.

    Отметим, что продолжается суд над гражданами Республики Армения, обвиняемыми в совершении преступлений против мира и человечности в результате военной агрессии Армении; военных преступлениях, в том числе подготовке и ведении агрессивной войны, геноциде, нарушении законов и обычаев войны, а также в терроризме, финансировании терроризма, насильственном захвате власти, ее насильственном удержании и многочисленных других преступлениях.

  • Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir

    Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

    Dekabrın 26-da keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs Davit İşxanyan son söz çıxışı edib.

    O, ittiham tərəfinin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini səsləndirib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının mühakiməsi həyata keçirilir.

  • Yeni il süfrəsində balıq yemək lüksə çevrildi – Qiymətlər necədir?

    Yeni il bayramı yaxınlaşdıqca paytaxtda balıq və balıq məhsullarının qiymətində artım müşahidə olunur.

    Qaynarinfo qiymətləri öyrənmək üçün “Eurohome” balıq bazarı ilə əlaqə saxlayıb. Satıcılar balığın qiymətində artım olduğunu təsdiqləyiblər.

    Hazırda bazarda balıq məhsullarının qiyməti aşağıdakı kimidir:

    Kütüm (ziyad) – kilosu 20-25 manat;
    Belyuqa – kilosu 35-40 manat;
    Osatrin-nərə – bazarda bu balıq satışda yoxdur;
    Farel – bir kilosu 12 manat idi, hazırda 15 manata qalxıb;
    Sazan – bir kilosu 9 manatdır. Bəzi yerlərdə isə 12 manata təklif edilir;
    Çupra – bir kilosunun qiyməti 18-20 manat arasındadır;
    Xanı – kilosu 7 manata satılır. Bundan əvvəl isə 4-5 manat olub;
    İlanbalıq – bir ədədinin qiyməti 3 manat 50 qəpikdir. Bu qiymət 10 ədəddən yuxarı alanlar üçündür. Amma ondan aşağı ilanbalığı alanlara bir ədədi 4 manata təklif edilir.

    Satıcılar deyir ki, bayram günü qiymətlərdə artım olur. Amma bu, daha çox kütüm və belyuqa balıqlarında müşahidə olunur ki, onları da həmin günü tapmaq mümkün olmur.

  • Saxta sənədə görə iki klub rəsmisi 3 illik futboldan uzaqlaşdırıldı

    Azərbaycanda üç nəfər müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb.

    Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    Region Liqasında iştirak edən “Bakı” TFK komandasının rəsmisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirak etməsinə qadağa qoyulub.

    Eyni turnirdəki “Çinar-Zəngilan”ın idman direktoru Anar Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.

    Bundan əlavə, “Bakı” TFK-nın icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid istənilən fəaliyyətə qatılması qadağan olunub.

  • Прекращены полномочия судьи, накрывшего автомобиль мантией

    Полномочия судьи Астаринского районного суда Ильгара Мамедова прекращены.

    Как сообщает Median.Az со ссылкой на Gununsesi.info, причиной решения стали несоблюдение судьёй Кодекса этического поведения судей и действия, наносящие ущерб авторитету судебной власти.

    Сообщается, что судья, приобретя новый дорогостоящий автомобиль, во время града накрыл его своей судебной мантией, чтобы защитить крышу машины.

    Инцидент был раскрыт председателем районного суда Бахтияром Мамедовым. Указывается, что именно он направил видеозаписи произошедшего председателю Судебно-правового совета Инаму Керимову, после чего было принято решение о прекращении полномочий Ильгара Мамедова.

    В Судебно-правовом совете подтвердили информацию о прекращении его судейских полномочий.

  • Mantiyasını avtomobilin üzərinə sərən hakimin səlahiyyətlərinə xitam verildi

    Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilib.

    Median.Az Gununsesi.info-ya istinadla xəbər verir ki, bu qərara səbəb hakim İlqar Məmmədovun Hakimlərin Etik Davranış Kodeksinə əməl etməməsi və hakim adına ləkə gətirməsi olub.

    Belə ki, özünə yeni bahalı avtomobil alan hakim dolu yağışı zamanı avtomobilinin dam örtüyünü qorumaq üçün hakim mantiyasını onun üzərinə sərib.

    Hadisəni ifşa edən isə rayon məhkəməsinin sədri Bəxtiyar Məmmədov olub.

    Bildirilir ki, İlqar Məmmədovun ifşasına səbəb olan bu olayın videogörüntüləri məhz Bəxtiyar Məmmədov tərəfindən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ötürülüb və bundan sonra onun hakim kimi səlahiyyətlərinə xitam verilib.

    Məhkəmə-Hüquq Şurasından İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilməsi barədə məlumatı təsdiqləyiblər.