Month: December 2025

  • Şəhid bulağından oğurluq edən şəxs saxlanıldı – Video

    Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş verib. Naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə tikilmiş bulaqdan iki ədəd su kranı, eyni zamanda üç avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayıb.

    Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Kamran Qasımov müəyyən olunaraq saxlanılıb. Həmin şəxsin törətdiyi hadisələr təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Gürcüstan DTX-nin keçmiş rəhbəri həbs edildi

    Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili külli miqdarda rüşvət aldığına görə həbs edilib.

    Bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze brifinqdə bildirib.

    Məlumata görə, onu 11 ildən 15 ilə qədər həbs cəzası gözləyir: “Gürcüstan Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətinin birgə əməliyyat-istintaq əməliyyatları nəticəsində Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvili həbs edilib. O, rüşvət almaqda ittiham olunur”.
    //unikal.az

  • Rafinya karyerasını bitirdi

    “Barselona”, “İnter” və PSJ-nin sabiq futbolçusu Rafinya Alkantara karyerasını başa vurduğunu açıqlayıb.

    Bu barədə 32 yaşlı yarımmüdafiəçi özü məlumat yayıb. O, qərarının əsas səbəbinin dizindən aldığı ciddi zədə olduğunu deyib.

    Qeyd edək ki, Rafinya Alkantara “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun heyətində 3 dəfə İspaniya çempionu olub və 2014/15 mövsümündə UEFA Çempionlar Liqasını qazanıb. Futbolçu karyerası ərzində “Selta”, PSJ, “İnter”, “Real Sosyedad” klublarında çıxış edib. Həmçinin 2016-cı ildə Braziliya millisinin heyətində Olimpiya çempionu olub.

    Rafinyanın son klubu Qətərin “Əl-Ərəbi” komandası olub.

  • Minatəmizlənmədə heyvanların istifadəsi qaydası müəyyənləşir

    Minatəmizlənmə fəaliyyətində heyvanların istifadə edilməsi qaydası müəyyənləşir.

    Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb.

    Layihəyə əsasən, heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə ediləcək.

  • Bu dəyişiklik qiymətlərin ucuzlaşmasına səbəb olacaq? – AÇIQLAMA

    “Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyat limiti POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlar nəzərə alınmaqla iki dəfə artırılaraq 200 min manatdan 400 min manata çatdırılır”.

    Bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, sahibkar nağdsız ödənişlərin payını artırmaqla faktiki olaraq əlavə 200 min manatlıq dövriyyəni ƏDV yükündən kənarda saxlaya biləcək:

    “Kimsə düşünə bilər ki, bu güzəşt avtomatik olaraq qiymətlərin enməsinə gətirib çıxaracaq. Amma bu belə olmayacaq. Çünki qiyməti formalaşdıran təkcə vergi deyil. Qiymət 4-5 əsas amilin təsiri ilə formalaşır və vergi onların yalnız biridir. Bu güzəştin faydası varmı? Əlbəttə var. Bu dəyişiklik birbaşa ucuzlaşma yaratmasa da, qiymətlərin nisbətən sabit saxlanılmasına, qarşıdakı aylarda isə zəruri artım sürətinin azalmasına dəstək ola bilər. Başqa sözlə, bu güzəşt həmin sektorlar üzrə qiymət artımlarının gecikdirilməsi üçün kompensasiya mexanizmi rolunu oynaya bilər.

    Eyni zamanda yenilik nağdsız ödənişləri daha da təşviq edəcək, dövriyyələrin şəffaflaşmasına və iqtisadiyyatın “ağardılmasına” xidmət göstərəcək. Ümid edək ki, bununla da nağdsız ödəniş etmək istəyən müştəriyə “POS-terminalı təmirə göndərmişik” tipli şablon bəhanə cavablarının sayı azalacaq. Və ən əsası, uzun illərdir ki, daşlaşmış “200 min manatlıq limit” nəhayət ki, qırıldı. Limitin iki dəfə artırılması 2026-cı ilin yaxşı xəbərləri sırasındadır və bu addım şəffaf və vicdanla işləyən KOB-lar üçün həqiqətən çox önəmlidir”.

  • Binəqədidə 64 yaşlı kişi pilləkəndən yıxılaraq öldü

    Binəqədi rayonunda 64 yaşlı kişi yıxılaraq ölüb.

    Hadisə dekabrın 22-də baş verib. 1961-ci il təvəllüdlü Zaman Paşayev yaşadığı Biləcəri qəsəbəsindəki evin pilləkənindən yıxılaraq ölüb.

    Araşdırma aparılır.

  • 47 mindən çox şagirdin elektron sistemlə yerdəyişməsi aparılıb

    Təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 47 378 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

  • Ankarada bu küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib

    Dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi Azərbaycanla yanaşı, bütün dünyada geniş qeyd olunmaqdadır.

    Üzeyir Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.

    Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında Universitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı verilib.

    Bu gün,23 dekabr Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, habelə Universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq.

  • В Хатаинском районе не будет газа

    24 декабря с 10:00 в связи с ремонтными работами временно будет прекращена подача газа в некоторых частях Хатаинского района.

    Как передает Median.Az со ссылкой на ПО “Азеригаз”, перебои коснутся улиц М.Хади, Р.Мамедова, Джаваншира и Х.Мамедова.

  • Xətai rayonunda qaz olmayacaq

    Paytaxtın Xətai rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə olacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, təmir işləri ilə əlaqədar dekabrın 24-də saat 10:00-dan etibarən Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir və X.Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.