Month: December 2025

  • Ödənişsiz psixoloji yardım alan şəxslərin siyahısı genişləndirilir

    Azərbaycanda ödənişsiz psixoloji yardım almaq hüququ olan şəxslərin əhatə dairəsi genişləndirilir.

    Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ “Psixoloji yardım haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, “Minatəmizləmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq, zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar.

    Qeyd edək ki, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü onlayn iclasında müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə edilib.

  • İçərişəhərdə videoçəkilişlərlə bağlı yeni qaydalar müəyyən edilib

    “İçərişəhərdə videoçəkilişlərlə bağlı yeni qaydalar müəyyən edilib”.

    Bunu bu gün keçirilən mətbuat konfransında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin üzvü Fuad Xəlilov deyib.

    O bildirib ki, bu prosesdə əsas məsələ çəkilişlərin aparılması ilə bağlı məsələlərə nəzarətdir:

    “İçərişəhər ərazisində çəkilişlərin aparılmasının tərəfdarıyıq, amma bu məsələ nizamlı şəkildə olmalıdır. Hər hansı bir bloqer təşəbbüs göstərib gəlmək və burada çəkiliş etmək istəyirsə, təbii ki, biz onu qarşılamağa hazırıq. Amma hər hansı ağır texnikadan, xüsusi vasitələrdən istifadə olunacaqsa, buna baxmalı, araşdırmalı və onlara uyğun şərait yaratmalıyıq”.
    //oxu.az

  • İrandan narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

    Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Bu barədə DSX məlumat yayıb.

    Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kq 848 qram marixuana, 0.006 mq tiryək aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • В суде по делу о гибели молодого мужчины, упавшего в канализацию, поданы новые ходатайства

    В Наримановском районном суде продолжается судебное разбирательство по уголовному делу в связи со смертью 27-летнего Джумшуда Джумшудлу в результате падения в канализационный люк на территории дороги, известной как Баксол йолу.

    Как сообщает Oxu.Az, на заседании под председательством судьи Гюльтекин Асадовой адвокат обвиняемого, начальника участка по аварийно-восстановительным работам в канализационных коллекторах Бакинского управления водоснабжения и канализации Азера Джумшудова, Анар Рамазанов, заявил протест против передачи уголовного дела в суд до выяснения всех обстоятельств:

    “Моё первое ходатайство заключается в том, чтобы с привлечением экспертов Службы по недвижимости и регистрации и при участии суда был проведён осмотр места происшествия. Второе ходатайство – привлечь к делу соответствующих лиц из Государственного агентства водных ресурсов, чтобы выяснить, выполнялись ли ремонтные работы бывшим строительным управлением или нынешним ADSEA. Третье ходатайство: мы считаем, что к происшествию привело наличие строительных объектов над защитной зоной канализационных линий на данном участке, поэтому в дело необходимо привлечь эксперта. Четвёртое ходатайство – запросить данные с ближайших городских камер видеонаблюдения”.

    После этого прокурор зачитал обвинительный акт. Сам обвиняемый А.Джумшудов заявил, что не признаёт себя виновным.

    Следующее заседание назначено на 15 января.

    Напомним, 26 июня в 20:30 Джумшуд Джумшудлу (1997 г.р.) упал в канал, заполненный сточными водами, по адресу: Наримановский район, улица Алескера Гаибова, 20/90. Тело погибшего было обнаружено 28 июня в 15:35 на территории очистных сооружений в посёлке Говсан Сураханского района Баку.

    Сотрудники прокуратуры провели осмотр места происшествия и тела, изъяли записи с камер видеонаблюдения и выполнили другие необходимые процессуальные действия. Расследование установило, что канал находится на балансе Бакинского управления водоснабжения и канализации.

    По факту происшествия возбуждено уголовное дело по статье 314.2 (неосторожность, повлекшая смерть человека) Уголовного кодекса. Обвиняемый Азер Джумшудов не задержан: в его отношении избрана мера пресечения в виде нахождения под полицейским контролем.

  • Gənc oğlanın kanalizasiya xəttinə düşərək ölməsinə dair məhkəmədə yeni vəsatətlər verildi

    Nərimanov rayonunda “Baksol yolu” ərazisində çökmə nəticəsində kanalizasiya kollektoruna düşərək həyatını itirən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə məhkəmə davam edir.

    Oxu.Az-ın məlumatına görə, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baş tutan iclasda cinayət işi üzrə təqsirləndirilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun vəkili Anar Ramazanov məsələlərin aydınlaşdırılmadan cinayət işinin məhkəmə baxışına verilməsinə etirazını bildirib:

    “İlk vəsatətim ondan ibarətdir ki, Daşınmaz əmlak və reyestr xidmətinin mütəxəssisləri cəlb olunmaqla və məhkəmənin iştirakı ilə hadisə yerinə baxış keçirilsin. İkinci vəsatətim odur ki, Dövlət Su Ehtiyatları Agentliyinin aidiyyəti şəxsləri işə cəlb olunsun. Aydınlaşdırılsın ki, oradakı təmir- bərpa işlərini keçmiş tikinti idarəsi, yoxsa hazırkı ADSEA aparıb. Üçüncü vəsatətim: Bu hadisənin baş verməsinə səbəb sözügedən ərazidəki kanalizasiya xətlərinin mühafizə zonasının üzərində tikinti obyektlərinin olmasını da səbəb kimi görürük. Bu məsələlərlə bağlı işə mütəxəssis cəlb olunsun. Dördüncü vəsatətim: Yaxın ərazilərdəki təhlükəsiz şəhər kameraları ilə bağlı sorğu verilsin”.

    Daha sonra prokuror ittiham aktını elan verib. Təqsirləndirilən A.Cümşüdov ona qarşı irəli sürülən ittihamlarda özünü təqsirli bilməyib.

    Növbəti proses yanvarın 15-nə təyin edilib.

    Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

    Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

    Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

    Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

  • Ağsuda partlayıcı vasitələr satan şəxs həbs olundu

    Ağsuda pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs həbs edilib.

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.

    Reyd zamanı işlədiyi avtomobil təmiri sexində pirotexniki vasitələrin satışını həyata keçirən Seymur Novruzov müəyyən olunaraq saxlanılıb.

    Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. O, 8 sutka inzibati qaydada həbs olunub.

  • Арзу Алиева посетила детский дом №2 – ФОТО

    Руководитель Baku Media Center Арзу Алиева посетила детский дом №2 в Баку.

    Кадрами с праздничного мероприятия она поделилась в своем Instagram-аккаунте.

  • Arzu Əliyeva 2 saylı Uşaq Evində keçirilən bayram tədbirindən paylaşım etdi – FOTO

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi “Instagram” hesabında 2 saylı Uşaq Evində keçirilən bayram tədbirindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Pul verib efirə çıxmaq istəyən müğənniyə qarşı dələduzluq edildi

    “Dünya TV”nin efirinə çıxmaq istəyən qadın müğənni dələduzluğun qurbanı olub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, müğənni kimi fəaliyyət göstərən Zeynəb Qasımova tanışı Əlizamin Məmmədova (soyadlar şərtidir) Sumqayıtda yerləşən “Dünya TV”nin efirinə çıxmaq istədiyini bildirib.

    Əlizamin bunu 800 manat qarşılığında edə biləcəyini deyib.

    Müğənnidən 800 manat alan Əlizamin ona telekanalın əməkdaşları tərəfindən telefon zəngi gələcəyini söyləyib. Zeynəb inanaraq zəngi gözləyib, amma bu baş verməyib. Əlizamin isə Zeynəbdən aldığı pulu xərcləyib.

    Qarşı tərəfdən pulunu istəyən ifaçı yalnız 70 manat ala bilib. Pulun qalan hissəsini ala bilməyən Zeynəb Qasımova məhkəməyə üz tutub. Məhkəmə Əlizamin Məmmədova 1 500 manat cərimə kəsib. İndi təqsirləndirilən şəxslə müğənni arasında əldə olunan razılığa əsasən, Əlizamin Zeynəbə hər ay 50 manat ödəməklə pulunu qaytaracaq.

  • В адрес Президента Ильхама Алиева продолжают поступать поздравления

    Президент Республики Казахстан Касым-Жомарт Токаев направил Президенту Азербайджанской Республики Ильхаму Алиеву поздравительное письмо.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый Ильхам Гейдар оглу!

    Примите мои сердечные поздравления и теплые пожелания по случаю Вашего Дня рождения!

    В Казахстане Вас знают и уважают как выдающегося государственного деятеля современности, опытного и компетентного политика глобального масштаба.

    Ваша многолетняя продуктивная государственная деятельность по праву ассоциируется с периодом исторических достижений Азербайджана, укреплением его суверенитета, ростом международного авторитета, динамичного социально-экономического развития.

    Под Вашим сильным и мудрым лидерством братский Азербайджан, твердо следуя Вашему стратегическому курсу, продолжит уверенное движение вперед по пути устойчивого роста и прогресса.

    Высоко ценю Ваш огромный личный вклад в упрочение казахско-азербайджанских отношений стратегического партнерства и союзничества, придаю особое значение их всестороннему укреплению в духе многовековой дружбы и взаимной поддержки.

    Уверен, совместными усилиями мы придадим новый импульс дальнейшему развитию многогранных межгосударственных связей, выведем отношения между Казахстаном и Азербайджаном на качественно новый уровень.

    Желаю Вам, уважаемый Ильхам Гейдар оглу, неиссякаемой энергии, семейного благополучия и новых успехов в ответственной государственной деятельности, братскому народу Азербайджана – благополучия и процветания”.