Month: December 2025

  • Президент: Программа “Великое возвращение” – сегодня самая успешно реализуемая программа возвращения в мировом масштабе

    Программа “Великое возвращение” – сегодня самая успешно реализуемая программа возвращения в мировом масштабе.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев на состоявшейся 23 декабря встрече с жителями поселка Кяркиджахан города Ханкенди.

    Глава государства отметил, что все бывшие переселенцы постепенно возвращаются на свои исконные земли, в том числе и в поселок Кяркиджахан сегодня вернулись бывшие переселенцы, и этот процесс возвращения продолжается.

    Обращаясь к бывшим вынужденным переселенцам, Президент Ильхам Алиев сказал: “Вы долгие годы жили в сложных условиях, испытывали как физические, так и моральные страдания. Этому уже положен конец, и спустя 34 года вы возвращаетесь в родной Кяркиджахан. Это большое счастье и для вас, и для всего нашего народа”.

  • Prezident: “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır”

    “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakinləri ilə görüşündə deyib.

    Dövlətimizin başçısı qeyd edib ki, bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir.

    Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərə müraciət edərək deyib: “Siz uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün”.

  • Qadınları şantaj edən “Roman”a HÖKM OXUNDU

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə sosial şəbəkələrdə “Roman” adı ilə qadınları şantaj edən Yaşar Məmmədovun cinayət işi üzrə məhkəmədə hökm elan olunub.
     
    Median.Az xəbər verir ki, məhkəmə Yaşar Məmmədovun 5 il azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
     
    Xatırladaq ki, araşdırma zamanı məlum olub ki, Yaşar Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini həmin hesablarda müxtəlif formalarda paylaşıb.
     
    Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara “Roman” adı ilə tanıdıb. Qadınlarla tanış olduqdan sonra dostunun haker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
     
    İstintaq zamanı Yaşar Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da analoji cinayətlər törətdiyi müəyyən edilib. Ona qarşı CM- nin 178.2.2 (Dələduzluq – təkrar törədildikdə) və 182.2.2 (Hədə-qorxu ilə tələb etmə -təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. (Lent.az)

  • “Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.

    “Azərenerji” ASC-nin idarə heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verib.

    Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib.

    Bildirilib ki, yarımstansiyada ən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub. Bu Micro-SCADA sistemi “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub. Sistem yüksəkgərginlikli elektrik xətlərinin və avadanlıqların real vaxtda monitorinqi, idarə olunması və hadisələrin izlənməsini təmin edir. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı və dayanıqlı elektrik enerjisi alacaq.

    Dövlətimizin başçısına Qarabağ və Şərqi Zəngəzurda 1000 kilometrədək məsafədə yaradılmış dairəvi elektrik təchizatı sisteminin və istismarının təşkilində innovativ texnologiyaların tətbiqi barədə də məlumat verilib.

    Diqqətə çatdırılıb ki, “AzərEnerji” ASC tərəfindən Qarabağda və Şərqi Zəngəzurda rekord müddətdə – cəmi 5 il ərzində 1000 kilometr uzunluğunda yüksəkgərginlikli ötürmə xətləri çəkilərək 12 yeni yarımstansiya ilə zəncirvari şəkildə əlaqələndirilib, 330 və 110 kV-luq ikipilləli dairəvi elektrik təchizatı yaradılıb. Bunun üçün yeni Cəbrayıl Enerji Qovşağı inşa edilib, “İmişli”, “Ağcabədi” və “Gəncə” yarımstansiyaları tam yenidən qurulub. Bu, Qarabağın və Şərqi Zəngəzurun enerji tarixində ən böyük yenilikdir, belə ki, istənilən istiqamətdə qəza baş verərsə, fasilə yaranmadan digər istiqamətdən avtomatik və dayanıqlı enerji təmin olunacaq.

    Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən istismarın təşkili üçün tətbiq edilən növbəti innovativ yenilik Qarabağda və Şərqi Zəngəzurdan başlanılmaqla bütün ölkəni əhatə edəcək Rəqəmsal Texnologiyalarla Yarımstansiya və Hava Xətlərinin Monitorinqi və Analizi sistemləridir. Bunun üçün ən müasir rəqəmsal cihaz və qurğular alınıb, yerli gənc mühəndis heyətinin xarici ölkələrdə ixtisasartırma kurslarında iştirakı təmin olunub. Yeni sistem avtomobil və xüsusi təyinatlı dronlar üzərində quraşdırılmış yüksək dəqiqliyə malik kameralar və teplovizorlarla elektrik stansiyası, yarımstansiya və xətlərdə görüntülərin əldə edilməsini, emalını və serverə göndərilməsini, həmçinin lazer texnologiyaları vasitəsilə ölçülərin, məsafələrin və qızma nöqtələrinin müəyyənləşdirilməsini təmin edir, beləliklə, adi gözlə görünməsi mümkün olmayan qəza riskləri aşkarlanır.

    Prezident İlham Əliyevə “AzərEnerji” ASC tərəfindən “Yaşıl enerjiyə keçid” meqalayihələri barədə də məlumat verildi. Qeyd edildi ki, ölkənin ən böyük yarımstansiyası — 500 kV-luq “Nəvahi” yarımstansiyasında işlər tamamlanıb, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması və Səngəçal terminalının elektrikləşdirilməsi üçün Cəbrayılda 330, Səngəçalda isə 220 kV-luq yarımstansiyaların tikintisi yekunlaşıb. Azərbaycanda bərpaolunan enerji mənbələrinin dinamik inkişafı üçün Batareya Enerji Saxlanc sistemlərinin yaradılması sürətlə davam edir. MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc sistemləri olan bu enerji obyektləri “Abşeron” və “Ağdaş” yarımstansiyalarının ərazilərində qurulur. Ölkədə yeni yaradılan 2 QVt bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq və enerji sisteminin dayanıqlılığını gücləndirmək məqsədilə Geniş Ərazi Monitorinq və Geniş Ərazi İdarəetmə sistemləri tətbiq edilir.

  • Dövlət Xidmətində yeni yaradılan idarələrə rəislər təyin olundu

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yeni yaradılan idarələrə rəislər təyin olunub.

    İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

    Məlumata görə, Daxili audit baş idarəsinin rəisi vəzifəsinə Zeynalabdin Məmmədzadə, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsinin rəisi vəzifəsinə isə Fərid İsayev təyin edilib.

    Qeyd edək ki, ötən ay DVX-nin strukturunda üç yeni idarə – Daxili audit baş idarəsi, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsi və Data analitika idarəsi yaradılıb. Bundan əlavə, İnformasiya təhlükəsizliyi şöbəsi də idarəyə çevrilib.

  • Xocalının Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi açılıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Accurate Az” MMC-nin təsisçisi İlkin Abuşov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

    Bildirildi ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60 faizi ixraca, 40 faizi daxili bazara yönəldiləcək. Xammaldan hazır məhsula qədər ofis mebeli istehsalının bütün mərhələləri müəssisədə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 20 milyon manat təşkil edir ki, bunun reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit verilib. Müəssisə, həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullardan yararlanıb.

    Müəssisənin fəaliyyətə başlaması Qarabağda mebel istehsalı sahəsinin formalaşmasına, yerli istehsalın genişlənməsi və ixrac potensialının artırılmasına, həmçinin işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verəcək. Hazırda burada 80 nəfər üçün daimi iş yeri yaradılıb, növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılması planlaşdırılır.

    Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması dövlətin əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. Həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır. Bütün bu tədbirlər sahibkarlığın, sənaye və iqtisadiyyatın inkişafını, həmçinin əhalinin məşğulluğunun artırılmasını təmin edir.

  • Lerikdə dərs vaxtı məktəb yandı

    Lerik rayonun Buzeyir kənd məktəbində dərs vaxtı yanğın olub.

    Bu barədə İqtisadiyyat.az-a məktəbin direktoru Mirzəli Əliyev məlumat verib.

    Onun sözlərinə görə, yanğın təhsil müəssisəsinin damında qısaqapanmadan baş verib.

    Direktor söyləyib ki, hadisə ilə əlaqədar məktəbin bütün heyəti təxliyə olunub, əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğının qarşısı qısa müddət ərzində alınıb və yanğın söndürülüb:

    “Heç bir xəsarət qeydə alınmayıb, hətta demək olar ki, bütün inventarları da zərər görməsin deyə çölə çıxardıq. Tədrisin davam etməsinə gəlincə isə, bununla bağlı kənddə mövcud olan boş ev müəyyən olunub. Onun sahibi ilə danışıqlar apararaq razılaşmışıq və tədris həmin evdə davam etdiriləcək”.

  • Müğənnilərin Yeni il qiymətləri: 15 min manata qədər artır (SİYAHI)

    Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilərindən birini səhnədə görmək istəyən ailələr xeyli xərcə düşməli olacaq.

    Sfera.az saytının apardığı araşdırmaya əsasən, tanınmış müğənnilərin xüsusi günlərdə yarım saatlıq (təxminən 5–6 mahnı) çıxış üçün tələb etdiyi məbləğlər 2 min manatdan 15 min manata qədər artır.

    Qiymətlər ifaçının populyarlığı, repertuarı və tələb səviyyəsinə görə dəyişir.

    Araşdırma nəticəsində məlum olub ki, Yeni il gecəsi toy və özəl məclislər üçün müğənnilərin 30 dəqiqəlik çıxış qiymətləri belədir:

    Aygün Kazımova -15 000 manat
    Tünzalə Ağayeva – 7 000 manat
    Zamiq Hüseynov – 5 000 manat
    Şəbnəm Tovuzlu – 5 000 manat
    Rəqsanə İsmayılova – 4 000 manat
    Aysun İsmayılova – 3 500 manat
    Vəfa Şərifova – 3 500 manat
    Almaxanım – 2 500 manat
    Elza Seyidcahan – 2 000 manat
    Kəmalə Günəşli – 2 000 manat

    Yeni il gecəsi sifarişlərin artması qiymətlərin də yüksəlməsinə səbəb olur.

    Qeyd edək ki, açıqlanan məbləğlər bazar qiymətlərinə əsaslanır və məkan, vaxt, proqramın həcmi kimi amillərdən asılı olaraq dəyişə bilər.

  • Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

    Yekaterinburq məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin həbs müddətini beş ay müddətinə uzadıb.

    Median.Az APA-ya istinadən xəbər ki, Yekaterinburqun Kirovski Rayon Məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, Səfərovlar və digər azərbaycanlıların həbs müddətini 2026-ci ilin may ayının 31-dək uzadılması haqqında qərar çıxarıb.

    Onlar həmin müddətədək istintaq təcridxanasında qalacaqlar.

    Şahin Şıxlinski və digər azərbaycanlıların cinayət işi üzrə andlılar məhkəməsinin üzvlərinin seçilməsi ilə bağlı məhkəmə iclası isə 15 yanvar 2026-cı ildə keçiriləcək.

    Qeyd edək ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.

  • ВС РФ взяли под контроль два населенных пункта

    Вооруженные силы (ВС) Российской Федерации (РФ) взяли под контроль населенный пункт Андреевку в Днепропетровской области и Прилипку в Харьковской области.

    Об этом сообщили в Минобороны России.