Month: December 2025

  • Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

    Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

    Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və səriştəli siyasətçi kimi tanıyırlar və hörmət edirlər.

    Sizin çoxillik səmərəli ali dövləti fəaliyyətiniz haqlı olaraq Azərbaycanın tarixi nailiyyətləri, suverenliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və dinamik sosial-iqtisadi inkişafı dövrü ilə əlaqələndirilir.

    Sizin güclü və müdrik liderliyinizlə qardaş Azərbaycan strateji kursunuzu qətiyyətlə davam etdirərək, bundan sonra da inkişaf və tərəqqi yolunda inamla irəliləyəcəkdir.

    Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin gücləndirilməsinə verdiyiniz nəhəng şəxsi töhfənizi yüksək dəyərləndirir, əsrlər boyu davam edən dostluq və qarşılıqlı dəstək ruhunda onların hərtərəfli möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirəm.

    Əminəm ki, biz birgə səylərimizlə çoxşaxəli dövlətlərarası əlaqələrin bundan sonra da inkişafına yeni təkan verəcək, Qazaxıstan ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracağıq.

    Hörmətli İlham Heydər oğlu, Sizə tükənməz enerji, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram.

  • В Ичеришехер будут созданы новые музеи

    В Баку ведутся работы по созданию новых музеев в Ичеришехер.

    Как передает Oxu.Az, об этом сегодня на пресс-конференции заявил председатель правления Управления Государственного историко-архитектурного заповедника “Ичеришехер” Руфат Махмуд.

    Он подчеркнул, что в этом направлении уже разрабатывается план мероприятий.

  • İçərişəhərdə yeni muzeylər yaradılacaq

    “İçərişəhərdə yeni muzeylərin yaradılması ilə bağlı işlər görülür”.

    Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bu gün keçirilən mətbuat konfransında deyib.

    O bildirib ki, bu istiqamətdə tədbirlər planlaşdırılır.
    //oxu.az

  • ƏDV ilə bağlı dəyişiklik: Qiymətlər azala bilər? – Video

    Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 2026-cı il yanvarın 1-dən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə əlavə dəyər vergisinin qeydiyyat limitinin 200 min manatdan 400 min manatadək artırılması nəzərdə tutulur.

    Belə ki, vergi ödəyicisinin pərakəndə ticarət və xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0.5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

    Qeyd edək ki, əlavə dəyər vergisi satılan məhsul və xidmətin üzərinə əlavə olunmaqla istehlakçılar tərəfindən ödənilir. Bu baxımdan ƏDV ilə bağlı limitin artırılması bir çox sahibkarlıq subyektini bu verginin əhatə dairəsindən çıxmasına, məhsul və xidmətlərin satışına əlavə dəyər vergisini tətbiq etməməyə gətirib çıxaracaq.

    Maraqlıdır, bəs qeyd edilən məqam qiymətlərin enməsinə səbəb ola bilər? Deputat Vüqar Bayramov bildirib ki, vergi yükünün azalması sahibkarların xərclərinə birbaşa təsir göstərəcək:

    “Vergi dərəcəsinin azalması sahibkarların xərclərinin azalmasına gətirib çıxaracaq. Xərclərin azalması isə məhsul və xidmətlərin daha ucuz qiymətə təklif olunması üçün zəmin yarada bilər. Lakin qiymətlərin enib-enməməsi sahibkarların qərarlarından asılı olacaq”.

    İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, məhsul və xidmətlərə əlavə dəyər vergisinin tətbiq olunmaması qiymətlərin enməsinə səbəb olmayacaq:

    “Bu tip vergi güzəştləri qiymətlərin kəskin aşağı düşməsinə ciddi təsir göstərməyəcək. Amma qiymətlərin sabit saxlanılmasına və gələcək aylarda zəruri artım meyllərinin azalmasına dəstək ola bilər”.

    Ekspertin fikrincə, yenilik daha çox nağdsız ödənişlərin artmasına gətirib çıxaracaq. Bu da dövriyyələrin şəffaflaşmasına, iqtisadiyyatın ağardılmasına xidmət edəcək.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Погибшая в ДТП судья была супругой высокопоставленного должностного лица – ФОТО

    Судья Сумгайытского суда по тяжким преступлениям Айнур Рзаева, погибшая вчера вечером в результате ДТП, произошедшего на дороге Новханы – Пиршаги, была супругой высокопоставленного должностного лица.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, муж погибшей Джейхун Гумбатов является начальником управления в Генеральной прокуратуре.

    Отмечается, что главный советник юстиции Дж.Гумбатов возглавляет Управление по надзору за исполнением законов в следственной, следственно-оперативно-поисковой деятельности органов внутренних дел Генеральной прокуратуры.

    Ранее он также занимал должность старшего помощника генерального прокурора Кямрана Алиева.


  • Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş – FOTO

    Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəzada həlak olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva vəzifəli şəxsin xanımı imiş.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Baş Prokurorluqda idarə rəisidir.

    Belə ki, baş ədliyyə müşaviri olan C.Hümbətov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir.

    O, daha əvvəl baş prokuror Kamran Əliyevin böyük köməkçisi vəzifəsini də tutub.


  • Единовременная помощь в 200 манатов малообеспеченным семьям Азербайджана: кто и как получит выплаты

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение “О предоставлении единовременной материальной помощи малообеспеченным семьям”, что в очередной раз подтверждает: главным приоритетом социальной политики государства является повышение благосостояния граждан и дальнейшее укрепление механизмов социальной защиты.

    Об этом депутат-экономист Вугар Байрамов написал на своей странице в соцсети.

    Единовременная помощь в 200 манатов малообеспеченным семьям Азербайджана: кто и как получит выплаты

    Парламентарий кратко представил вопросы, адресованные ему в связи с исполнением распоряжения, и свои ответы на них:

    – Кому будут выплачиваться пособия?

    – Распоряжение распространяется на семьи, которые в настоящее время получают адресную социальную помощь. То есть, те, кто уже является участником этой программы, смогут получить данное пособие. Это означает, что помощь будет предоставлена 76 000 семей.

    – Как будут выплачиваться пособия?

    Для получения помощи нет необходимости в новой карте. Деньги будут перечисляться на существующие карты семей, получающих адресную социальную помощь.

    – Куда следует обращаться для получения помощи?

    – Назначение и выплата пособий осуществляются проактивно. Это означает, что выплаты на карты будут производиться на основе существующей электронной базы данных.

    – Могут ли участники других социальных программ получить это пособие?

    – Единовременная материальная помощь в размере 200 манатов распространяется только на семьи, получающие адресную государственную социальную помощь.

    – Будут ли выплачиваться 200 манатов семьям, которые обратились за адресной социальной помощью, но которым она еще не назначена?

    – Единовременная материальная помощь в размере 200 манатов распространяется только на семьи, которым уже назначена адресная государственная социальная помощь.

  • 200 manatlıq yardım kimlərə və necə ödəniləcək?

    “Prezident İlham Əliyevin imzaladığı “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir”.

    Deputat Vüqar Bayramov bununla bağlı fikirlərini özünün sosial şəbəkə hesabında paylaşıb.

    200 manatlıq yardım kimlərə və necə ödəniləcək?

    V.Bayramov Sərəncamın icrası ilə bağlı ünvanlanan sualları və onlara cavablarını qısa olaraq aşağıdakı kimi təqdim edib:

    – Kimlərə yardımlar ödəniləcək?

    – Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələrə şamil ediləcək. Yəni hazırda sözügedən proqramın iştirakçısı olanlar həmin yardımı almaq imkanına malik olacaqlar. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq.

    – Yardımlar necə ödəniləcək?

    – Yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək.

    – Yardımların alınması üçün hara müraciət edilməlidir?

    – Yardımların təyinatı və ödənilməsi proaktivdir. Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq.

    – Digər sosial proqramlarda iştirak edənlər bu yardımı ala bilərlərmi?

    – 200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur.

    – Ünvanlı sosial yardıma müraciət edən, amma hələlik yardım təyin olunmayan ailələrə 200 manat ödəniləcəkmi?

    – 200 manatlıq birdəfəlik maddi yardım ünvanlı dövlət sosial yardımı artıq təyin olunmuş ailələrə şamil olunur.

  • Gəncədə 15 yaşlı oğlan bıçaqlandı

    Gəncə şəhərində yeniyetmə oğlan bıçaqlanıb.

    Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 2010-cu il təvəllüdlü Z.Əhmədzadə küçədə bud nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən tanışı A.Cəfərov saxlanılıb.

    İlkin ehtimala görə, hadisə söyüşə görə baş verib.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light (CIF) подорожала на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке повысилась на 1.46 доллара, или 2.27% – до 65.71 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 64.25 доллара.