Month: December 2025

  • “Tesla” avtomobilləri 15-dən çox insanın ölümünə səbəb olub

    ABŞ-də son illərdə “Tesla” avtomobillərinin iştirakı ilə baş vermiş qəzalar nəticəsində ən azı 15 nəfər həyatını itirib. Qəzadan sonra avtomobillərin qapıları açılmayıb və sərnişinlər salondan çıxa bilməyiblər.

    Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

    Uzun illər ərzində “Tesla” sahibləri avtomobillərin qapılarında yaranan problemlərlə bağlı şikayətlər ediblər. Onlar İlon Maskın şirkətinin ABŞ tənzimləyicilərinə müraciət ediblər, sosial şəbəkələrdə şikayətlər yazıblar və müxtəlif hadisələrdən sonra məhkəmələrdə iddialar qaldırıblar.

    Qapıların açılmaması ilə bağlı növbəti insident bu yaxınlarda baş verib. Dekabr ayında Virciniya polisi yanan “Tesla Model Y” avtomobilinin pəncərəsini sındırmaq məcburiyyətində qalıb, çünki qapılar açılmayıb. Polis sürücünü təhlükəsiz yerə çıxarmağa nail olub, halbuki ABŞ-də bu cür hadisələr adətən faciə ilə nəticələnir.

  • Tərtərdə repetitorun əri hazırlığa gələn 13 yaşlı qıza əxlaqsız hərəkətlər edib: Ağır cəza verildi

    Tərtərdə repetitor yanına gedən 13 yaşlı yeniyetmə qadın müəllimin həyat yoldaşı tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə ötən ilin dekabr ayında baş versə də, cinayət işi üzrə hökm ötən həftə elan olunub.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Araz Bədirov (ad və soyad şərtidir) 16 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, iki il müddətinə övladlarını tərbiyə etmək hüququndan da məhrum olunub.

    Cinayət hadisəsinə gəlincə, zərərçəkmiş Nigar Həmzəyeva xalası qızı Gülnarı repetitor müəllim Aybəniz Bədirovanın (ad-soyadlar şərtidir) yanına hazırlığa aparıb. Dərs zamanı Nigar divanda əyləşərək gözləyib. Bu zaman 48 yaşlı Araz Bədirov divanda oturan yeniyetməyə qarşı əxlaqsız hərəkətlər edib.

    Hazırlıq müəllimi dərslə məşğul olduğu üçün baş verənlərdən xəbərsiz olub. Hadisədən sonra Nigar dərhal müəllimdən icazə alaraq xalası qızı ilə birlikdə evi tərk edib. Evə çatan kimi başına gələnləri xalası və nənəsinə danışıb.

    Nigarın ailə üzvləri hadisədən sonra təqsirləndirilən şəxsin yaşadığı evə yollansalar da, onu tapa bilməyiblər. Bundan sonra dərhal polisə müraciət olunub.

    Zərərçəkmişin nənəsi ifadəsində bildirib:

    “Araz öz qohumlarını evimizə göndərdi. Diz çöküb yalvardılar, pul da təklif etdilər ki, şikayətçi olmayaq”.

    Qeyd edək ki, zərərçəkmiş Nigar Həmzəyeva 5-ci sinif şagirdi olub. Valideynləri ayrıldığından bir müddət nənəsinin himayəsində yaşayıb.

  • Cəlilabadda sakinləri təngə gətirən PROBLEM (Video)

    Cəlilabad rayonunun Oğrubulaq kəndinə gedən 2.5 km-lik yol bərbad vəziyyətdədir. Sakinlər hər gün palçıq və gölməçələrə batıb qalmamaq üçün xeyli əziyyət çəkirlər. İllərdir bu çətinliklə üz-üzə qalan sakinlər aidiyyəti qurumlardan kömək diləyirlər.

    Sakinlər mövcud vəziyyəti belə şərh ediblər:

    “Hüzr var, gedə bilməmişəm. Sabah məcburam ki, yasa atla, eşşəklə və ya piyada gedim”.

    “Kəndimizdə 600-dən çox adam var. Əvvəl yolumuza çınqıl tökülmüşdü, sonra gəlib bura palçıq tökdülər. Allah haqqı, belimizdə yük daşıyırıq. Bizim çəkdiyimiz yolu bizə geri qaytarsınlar”.

    Məsələ ilə bağlı Ağdaş Bələdiyyəsinin sədri Şəmsəddin Məmmədov çıxış yolunu vergi intizamında görərək bunları qeyd edib:

    “Oğrubulaq kənd sakinləri vergiləri ödəməkdən yayınırlar. Biz çalışırıq ki, yolların problemlərini aradan qaldıraq, çünki bələdiyyə bütün işlərini vergilər hesabına təmin edir. Əgər adıçəkilən kəndin sakinləri vergilərini ödəsələr, nəinki o kəndi, digər kəndlərimizi də qum-çınqılla təmin etmək bizim vəzifə borcumuzdur”.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • Стало известно о гибели создателя серии видеоигр Call of Duty

    Бывший гендиректор студии Infinity Ward, создавшей серию видеоигр Call of Duty, директор Respawn Entertainment Винс Зампелла погиб в ДТП в американском Лос-Анджелесе.

    Как передает Median.Az со ссылкой на NBC4, ему было 55 лет.

    По данным полиции, автомобиль съехал с дороги и врезался в бетонное ограждение, пассажира выбросило из машины. При этом водитель оказался заблокирован в горящем транспортном средстве и скончался на месте, а пассажир умер в больнице.

    Гибель Зампеллы в аварии также подтвердил игровой журналист и организатор The Game Awards Джефф Кили в соцсети Х.

    Винс Зампелла больше всего известен по работе над шутерами в игровой индустрии. На протяжении своей долгой карьеры он запустил франшизы Medal of Honor и Call of Duty, после чего перезапустил последнюю с выходом подсерии Modern Warfare. Затем разработчик ушел в EA и возглавил студию Respawn, начав серию Titanfall и создав популярнейшую королевскую битву Apex Legends.

    В последние годы Зампелла трудился над серией Battlefield и был одним из главных лиц компании Electronic Arts – 10 октября продюсер выпустил Battlefield 6, большой перезапуск франшизы.

  • “Call of Duty”nin yaradıcısı Vins Zampella qəzada həlak oldu

    Ən məşhur videooyun tərtibatçılarından biri olan Vins Zampella 55 yaşında ölüb.

    Median.Az RBC-ya istinadən xəbər verir ki, o, Los-Ancelesdə avtomobil qəzasında həlak olub.

    Zampella “Medal of Honor” və “Call of Duty”, “Apex Legends” kimi məşhur oyunların yaradıcısıdır.

    Son illərdə o, “Battlefield” seriyası üzərində işləyib və “Electronic Arts”da əsas fiqur olub. 10 oktyabrda prodüser “Battlefield 6″nı buraxıb.

  • Вице-президент AZAL: Предварительный отчет подтвердил физическое вмешательство при выполнении рейса Баку – Грозный

    Предварительное расследование показало, что самолет AZAL рейса J2-8243 подвергся незаконному внешнему физическому вмешательству в воздухе при заходе на посадку в аэропорту Грозного.

    Как сообщает Report, об этом заявил вице-президент AZAL Ильхам Амиров на церемонии презентации почтовой марки в память о самолете AZAL, потерпевшем крушение в Актау.

    Амиров напомнил, что расследование инцидента продолжается, а в Казахстане создана государственная комиссия.

    “В соответствии с международными нормами, включая Чикагскую конвенцию, комиссия обязана в течение месяца после происшествия подготовить предварительный отчет. Он был опубликован в конце января текущего года государственной комиссией Казахстана. Однако это не окончательный документ. Работа комиссии продолжается, финальный отчет еще не подготовлен”, – отметил вице-президент AZAL.

    Амиров также подчеркнул, что в предварительном отчете зафиксированы базовые факты – тип воздушного судна, количество пассажиров, число выживших и погибших.

    “Предварительное расследование подтвердило, что во время нахождения самолета в воздухе, при его приближении к аэропорту Грозного, имело место незаконное физическое вмешательство”, – заявил он.

    Напомним, что в результате крушения пассажирского самолета AZAL, выполнявшего рейс Баку – Грозный, из 67 человек, находившихся на борту, 38 погибли, 29 выжили.

  • AZAL-ın vitse-prezidenti: “Qazaxıstanın qəzaya uğrayan təyyarə ilə bağlı ilkin hesabatı tam deyil”

    “İlkin hesabat göstərib ki, təyyarə Qroznı hava limanına yaxınlaşan zaman, ona qarşı qeyri-qanuni fiziki müdaxilə baş verib”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin vitse-prezidenti İlham Əmirov AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markasının təqdimat mərasimində bildirib.

    Onun sözlərinə görə, hazırda bu hadisənin istintaqı davam edir:

    “Qazaxıstanda dövlət komissiyası yaradılıb. Mövcud beynəlxalq qanunlarda, o cümlədən “Çikaqo” konvensiyasında belə hadisələrin təhlili standartları və tələbləri göstərilib. Bunlara uyğun olaraq, hadisə baş verdiyi andan bir ay ərzində yaranmış komissiya ilkin hesabat verməlidir. Bu hesabat artıq bu ilin yanvarın sonunda Qazaxıstanda yaranmış dövlət komissiyası tərəfindən dərc olunub. Ancaq bu tam hesabat deyil. Tam hesabat hazırlanıb başa çatmayıb, komissiya öz işini davam etdirir”.

    O əlavə edib ki, ilkin hesabat bu qısa faktları özündə əks etdirir: “Yəni həmin hesabatda təyyarə, sərnişinlərin sayı, sərnişinlərin neçəsinin sağ qalması, neçəsinin həlak olması və sair kimi faktlar əks olunub. İlkin hesabatla təsdiq olunub ki, təyyarə Qroznı hava limanına yaxınlaşan zaman, havada olarkən qeyri-qanuni fiziki müdaxilə baş verib”.

  • Daxili İşlər Nazirliyi pirotexniki vasitələrlə bağlı müraciət edib – Video

    Bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Bu məmulatlar əsasən yetkinlik yaşına çatmayan və azyaşlılar tərəfindən istifadə edilir, əksər hallarda isə bədbəxt hadisələrə səbəb olur.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və qanunla satışı qadağandır. Aşkar olunduğu təqdirdə dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

    “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, təhlükəsizlik standartlarına cavab verməyən bu kimi vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqları üçün ətraf mühitə də ciddi ziyan vura bilər. Ona görə də hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq.

    Bayramımızın təhlükəsiz şəraitdə keçməsi üçün hamılıqla qaydalara əməl edək!” – deyə müraciətdə bildirilib.

  • США запретили поставки иностранных дронов

    Федеральная комиссия связи (FCC, правительственное агентство, отвечает за надзор за междугородной и международной связью) США запретила использование новых дронов иностранного производства, сообщает Median.Az со ссылкой на Politico.

    Беспилотники и критические компоненты, выпущенные за рубежом, внесены в список оборудования и услуг, представляющих неприемлемый риск национальной безопасности США (Covered List). В связи с этим китайская компания DJI (Da-Jiang Innovations, занимает более 70% мирового рынка) и другие иностранные производители не смогут пройти обязательную сертификацию оборудования и получить разрешение на импорт или продажу новых моделей в США. При этом ведомство допускает, что для отдельных устройств могут сделать исключения, если Пентагон или Министерство безопасности США признают, что они не представляют угрозы.

    В 2024 году Конгресс принял законопроект об обороне, который предусматривает запрет на продажу новых беспилотников китайского производства, если проверка выявит какие-либо риски для безопасности, напоминает Associated Press (AP). Срок проведения этой проверки истекает 23 декабря.

    По ее итогам комиссия заявила, что запрет новых БПЛА от DJI и других зарубежных компаний “снизит риск атак с использованием дронов и сбоев, несанкционированного наблюдения, утечки конфиденциальных данных и других угроз для страны”. По словам главы FCC Брендана Карра, “преступники, террористы и враждебные иностранные субъекты активизировали использование этих технологий в качестве оружия, создавая новые и серьезные угрозы для нашей родины”.

    Под ограничения не подпали уже проданные и ранее сертифицированные устройства: FCC уточнила, что решение не затрагивает дроны и компоненты, которые уже находятся в продаже или эксплуатируются в США.

    Китайское посольство обвинило Вашингтон в злоупотреблениях и подрыве глобальных производственных цепочек. DJI выразила разочарование решением FCC, указав, что не получила от властей США разъяснений. В компании заявили, что опасения по поводу безопасности ее устройств “не подкреплены доказательствами и отражают протекционизм, противоречащий принципам открытого рынка”. Китайские дроны используются в США в сельском хозяйстве, работе правоохранительных органов, кинопроизводстве и картографии, отмечает AP.

  • ABŞ pilotsuz təyyarələrin idxalını qadağan etdi

    ABŞ-nin Federal Rabitə Komissiyası (FCC) xaricdə istehsal olunmuş yeni dronların istifadəsini qadağan edib.

    Məlumatı “Politico” yayıb.

    Xaricdə istehsal olunan pilotsuz təyyarələr və kritik komponentlər ABŞ-nin milli təhlükəsizliyini təhdid edən avadanlıq və xidmətlərin siyahısına əlavə edilib. Nəticədə Çin şirkəti DJI (qlobal bazarın 70%-dən çoxuna sahib olan “Da-Jiang Innovations”) və digər xarici istehsalçılar avadanlıqların məcburi sertifikatlaşdırılmasından keçə və ABŞ-də yeni modellərin idxalı və ya satışına icazə ala bilməyəcək. Bununla belə, Pentaqon və ya ABŞ Daxili Təhlükəsizlik Departamenti onların təhlükə yaratmadığını müəyyən edərsə, agentlik müəyyən istisnalara icazə verir.

    ABŞ hökumət komissiyasının fikrincə, Çin və digər ölkələrdən yeni pilotsuz təyyarələrə qadağa hücum, casusluq, sızma və digər təhdidlər riskini azaldacaq.

    Qlobal bazarın təxminən 70%-nə sahib olan Çin istehsalçısı DJI bu addımdan məyus olduğunu bildirib.