Month: December 2025

  • Daha bir futbolçu “Qarabağ”ı tərk edə bilər

    “Qarabağ”da yanvar ayında ayrılıqlar yaşana bilər.

    Median.Az xəbər verir ki, namizədlərdən biri də Marko Yankoviçdir.

    Monteneqrolu yarımmüdafiəçi ilə Yunanıstan nəhəngləri – “Olimpiakos” və “Panatinakos”, eyni zamanda Zaqreb “Dinamo”su yaxından maraqlanır.

    Markoya olan maraq artıq yaydan bəri var. Lakin o zaman bu keçid baş tutmamışdı.

    30 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayında bitir.

    O, cari mövsüm 20 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.(fanat.az)

  • Владимир Зеленский о мирном плане: Базовый блок документов готов

    Украина вместе с Европой и США подготовила базовый блок документов, которые необходимы для завершения конфликта с Россией. Но еще есть над чем работать.

    Как передает Median.Az со ссылкой на “РБК-Украина”, об этом украинский президент Владимир Зеленский заявил на встрече с дипломатами.
    Он подчеркнул, что сейчас главная цель – это справедливый мир и завершение боевых действий. Украина делает все для того, чтобы на дипломатическом пути для нее была победа. Это необходимо, чтобы сохранить жизни украинских защитников, сказал Зеленский.

    “Идет дипломатический процесс. Сейчас возвращается наша группа из Майами. Они будут ночью, и утром будут детали. На мой взгляд, все возможное, что мы должны сделать для первых драфтов, уже сделано. Есть 20 пунктов плана. Наверное, там не все идеально, но этот план есть”, – отметил президент Украины.

    Также, по его словам, есть рамочный документ о гарантиях безопасности между Украиной, Европой и США. Также есть отдельный двусторонний документ о гарантиях безопасности для Украины от США. Он должен быть рассмотрен в американском Конгрессе с некоторыми деталями и закрытыми дополнениями. Детали президент Украины не раскрыл.

    Зеленский обратил внимание, что для Украины важно понять, на что может рассчитывать украинская армия после подписания таких гарантий и насколько сильной она может быть. Отдельно был наработан и первый драфт договора о восстановлении Украины. Речь об экономической стратегии.

    “То есть, в принципе, базовый блок всех документов, на мой взгляд, готов. Базовый. Есть некоторые вещи, к которым мы, наверное, не готовы. Есть вещи, в которых мы уверены, что к ним не готовы россияне”, – уточнил Зеленский. Он напомнил, что сейчас американские чиновники ведут переговоры с российскими чиновниками. Потом от США ожидается фидбек.

    Напомним, что в результате переговоров Украины и США мирный план был сокращен с 28 пунктов до 20. Его содержание остается в тайне. При этом только на прошлой неделе президент Украины Владимир Зеленский отмечал, что финальной версии мирного плана пока нет, поскольку он еще не был согласован.

  • Zelenski sülh prosesi haqqında: “Əsas sənədlər hazırdır”

    Ukrayna Avropa və ABŞ ilə birlikdə Rusiya ilə müharibəni bitirmək üçün əsas sənədləri hazırlayıb, lakin hələ görüləsi işlər var”.

    Median.Az RBC.ua-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski diplomatlarla görüşdə bildirib.

    O vurğulayıb ki, hazırda əsas məqsəd ədalətli sülh və müharibəyə son qoymaqdır:

    “Ukrayna diplomatiya yolu ilə qələbəni təmin etmək üçün hər şeyi edir. Bu, Ukrayna müdafiəçilərinin həyatını xilas etmək üçün lazımdır. Sülh planında 20 bənd var. Əlbəttə ki, mükəmməl olmasa da, plan mövcuddur”, – deyə prezident qeyd edib.

    Zelenski həmçinin bildirib ki, Ukrayna, Avropa və ABŞ arasında təhlükəsizlik zəmanətləri ilə bağlı çərçivə sənədi mövcuddur. Eyni zamanda, Ukrayna üçün ABŞ ilə təhlükəsizlik zəmanətləri barədə ayrıca ikitərəfli sənəd də hazırlanıb. Bu sənəd Konqres tərəfindən bəzi detallar və məxfi düzəlişlərlə nəzərdən keçiriləcək. Prezident detalları açıqlamayıb.

    Onun sözlərinə görə, ayrıca olaraq Ukraynanın bərpası ilə bağlı sazişin ilkin layihəsi də hazırlanıb:

    “Yəni prinsipcə, bütün sənədlərin əsas hissəsi hazırdır”, – deyə Zelenski bildirib.

  • Azərbaycana bal idxalı azalıb: Hansı ölkələrdən gətirilir?

    2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 72.52 min dollar dəyərində 14.46 ton təbii bal idxal edilib.

    Bakıvaxtı.az-ın  Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə dəyər ifadəsində 3.6 dəfə və ya 186.36 min dollar, həcm ifadəsində isə 3.8 dəfə və ya 39.88 ton azalıb. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana 258.88 min dollar dəyərində 54.34 ton təbii bal idxal edilib.

    Qeyd edək ki, hesabat dövründə Türkiyədən 43.91 min dollar dəyərində 10.17 ton, İrandan 6 min dollar dəyərində 2 ton, Almaniyadan isə 17.71 dollar dəyərində 1.53 ton təbii bal idxal edilib.

    Əlavə edək ki, hesabat dövründə Türkiyədən gətirilən təbii balın hər kiloqramının orta idxal qiyməti 7.34, İrandan gətirilən 5.1, Almaniyadan gətirilən isə 19.7 manata bərabər olub.

    Xatırladaq ki, bu dövrdə Azərbaycandan 9.82 min dollar dəyərində 530 kiloqram bal ixrac edilib.

  • Tapdığınız əşya nə zaman sizinki sayılır? – VİDEO

    Hər birimiz həyatımızda ən azı bir dəfə hansısa maddi və ya mənəvi dəyəri olan əşyamızı itirmişik. Bəzən də itirən deyil, tapan tərəf olmuşuq. Bəs maraqlıdır, itən əşyaların aqibəti necə olur.

    Bu əşyalar tapan şəxsin mülkiyyəti sayıla bilərmi?

    Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, Mülki Məcəllənin 186-cı maddəsinə əsasən, itirilmiş əşya ilə bağlı qaydalar belədir:

    – hər hansı bir şəxs itirilmiş əşyanı taparsa, o bu barədə dərhal həmin əşyanın sahibinə və ya sahibi məlum deyilsə, polisə məlumat verməli və əşyanı təhvil verməlidir;

    – tapılan əşya barədə məlumat verildikdən sonra bir il ərzində sahibi onu geri almazsa, əşyanı tapan şəxs onun üzərində mülkiyyət hüququ qazanır;

    – əgər əşya sahibi tapılan əşyanı geri götürmək istəyərsə, bu halda onu tapan şəxs əşyanın dəyərinin 5 faizinədək hədiyyə (bəxşiş) tələb edə bilər;

    – bundan əlavə, əşyanı tapan şəxs mülkiyyətçidən həmin əşyanın saxlanılması ilə bağlı çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququna malikdir.

    Daxili İşlər Nazirliyindən isə bildirilib ki, itən əşyalar adətən vətəndaşlar tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Tapıntılar Bürosuna təqdim olunur.

    Qeyd olunub ki, əgər sənəd və ya əşyanın sahibi müəyyən edilməzsə, tapıntılar bir ay müddətində büroda saxlanılır:

    “Bu müddət ərzində əşyaların sahibinin müəyyənləşdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə olunur. Əgər həmin vaxtda heç kim müraciət etməzsə, tapıntılar qanunvericiliyə uyğun şəkildə aidiyyəti qurumlara təhvil verilir”.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Harri Kasparov həbs oluna bilər

    Müstəntiqlər şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovun qiyabi həbs edilməsini tələb edirlər.

    Median.Az RBC.ru-ya istinadən xəbər verir ki, Moskvanın Zamoskvoretski Rayon Məhkəməsində Kasparov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırılıb.

    Harri Kasparov Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (kütləvi informasiya vasitələri, elektron və ya telekommunikasiya şəbəkələrindən istifadə etməklə terrorizmə açıq çağırışlar etmək, terrorizmə açıq şəkildə haqq qazandırmaq və ya onun təbliğatı) üzrə ittiham olunub.

    Bu maddəyə əsasən, təqsirli bilinən şəxsi maksimum yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

    Qeyd edək ki, Kasparov 2013-cü ildə Rusiyanı tərk edib. O, hazırda Litvada yaşayır və “Azad Rusiya Forumu”nun təsisçisidir.

  • Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə məktub ünvanlayaraq onu doğum günü münasibətilə təbrik edib.

    APA xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Zati-aliləri,

    Gürcüstan hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İcazə verin, bu əlamətdar gündə Sizə öz dərin ehtiramımı ifadə edim. Qeyd etmək istərdim ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası əhəmiyyəti uğurlara nail olmuşdur.

    Gürcüstanı və Azərbaycan Respublikasını tarixi dostluq və sarsılmaz strateji tərəfdaşlıq bir-birinə bağlayır və bu da regionda sabitliyin və rifahın təmin olunmasına öz töhfəsini verir. Mən qətiyyətlə inanıram ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında mövcud olan əlaqələr daha da dərinləşəcək və möhkəmlənəcəkdir.

    Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha öz dərin ehtiramımı izhar edir, möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.”

  • Göyçayda yanğın olub – FOTO

    Göyçayda yanğın hadisəsi baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Füzuli küçəsində qeydə alınıb.

    Yanğın nəticəsində iki evə ciddi ziyan dəyib.

    Belə ki, rayon sakinləri – 1977-ci il təvəllüdlü Elnur İsmayılov və 1955-ci il təvəllüdlü Almaz Əliyevaya məxsus evlərin yanar konstruksiyaları tamamilə yanıb.

    Yanğın zamanı ümumi sahəsi 110 kvadratmetr olan 3 otaqlı evin 2 otağı və dam örtüyünün 78 kvadratmetri, ümumi sahəsi 150 kvadratmetr olan 4 otaqlı evin isə 2 otağı və dam örtüyünün 78 kvadratmetri yanaraq yararsız vəziyyətə düşüb.

    Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

    İlkin məlumata görə, yanğının başvermə səbəbi hələlik məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, yanğın hadisəsi baş verən evlərin hərəsində iki-iki olmaqla dörd ailə yaşayırmış.

  • 2026-cı ilin qışı belə keçəcək – Bakıda dayanmadan qar, şaxta…

    Amerika və Avropanın aparıcı meteoroloji qurumlarının uzunmüddətli hava modellərinə əsasən, 2026-cı ilin qışı bütün dünya üzrə əsasən dəyişkən, bölgələrə görə fərqli və qeyri-sabit hava şəraiti ilə müşayiət olunacaq. Mütəxəssislər bildirirlər ki, qlobal temperaturun normadan yüksək qalması qış aylarında həm kəskin soyuq dalğalarının, həm də gözlənilməz istiləşmələrin baş verməsinə şərait yarada bilər.

    Median.Az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) və Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) analizlərinə görə, qış mövsümünə zəif və ya neytral La Niña şəraitinin təsiri gözlənilir. Bu isə qışın klassik və stabil keçməyəcəyini, temperatur və yağıntı balansının tez-tez dəyişəcəyini göstərir. Meteoroloqlar qeyd edirlər ki, La Niña təsiri zəif olsa belə, qütb bölgələrindəki hava prosesləri orta enliklərə təsir göstərə bilər.

    Şimali Amerikada qışın, xüsusilə ABŞ-ın şimal, şimal-şərq ştatları və Kanadada daha soyuq və qarlı keçməsi ehtimal edilir. Arktik hava kütlələrinin bu ərazilərə doğru hərəkəti güclü qar yağışları və şaxtalarla müşayiət oluna bilər. ABŞ-ın cənub və mərkəzi hissələrində isə temperaturun normadan yüksək olması, qışın daha quru və mülayim keçməsi proqnozlaşdırılır. Şərq sahillərində isə soyuq hava dalğaları ilə nisbətən isti dövrlərin bir-birini əvəz edəcəyi bildirilir.

    Avropada qış havasının daha qeyri-sabit olacağı gözlənilir. Proqnozlara əsasən, Şimal və Şərqi Avropa ölkələrində şaxtalı hava və intensiv qar yağışları müşahidə oluna bilər. Mərkəzi Avropada qış aylarında qar, yağış və mülayim hava şəraiti növbəli şəkildə özünü göstərəcək. Qərbi və Cənubi Avropada isə qış əsasən mülayim keçəcək, yağıntılar daha çox yağış şəklində olacaq, qar əsasən dağlıq ərazilərdə müşahidə ediləcək.

    Mütəxəssislər bildirirlər ki, Arktikada buz örtüyünün azalması və polar vortex adlanan qütb siklonunun zəifləməsi bəzi dövrlərdə soyuq hava kütlələrinin qəfil şəkildə Avropa, Asiya və Şimali Amerikaya doğru hərəkətinə səbəb ola bilər. Bu da qışın xüsusilə yanvar və fevral aylarında sərt hava hadisələri ilə yadda qalma ehtimalını artırır.

    Ümumilikdə, 2026-cı ilin qışı qlobal miqyasda sabit hava şəraiti ilə deyil, ani temperatur dəyişiklikləri, güclü küləklər, qar fırtınaları və bəzi bölgələrdə intensiv yağıntılarla xarakterizə olunacaq. Meteoroloji qurumlar qış aylarında hava xəbərdarlıqlarının daha diqqətlə izlənməsini tövsiyə edirlər.

    Azərbaycan üzrə proqnozlara gəldikdə isə, ECMWF-in (Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzi) Qafqaz üçün ilkin qiymətləndirmələrinə əsasən, 2026-cı ilin qışı ölkə ərazisində əsasən mülayim və dəyişkən keçəcək. Sinoptiklər bildirirlər ki, qış aylarında kəskin və uzunmüddətli şaxtalar gözlənilmir, lakin ayrı-ayrı dövrlərdə qısa müddətli soyuq hava dalğaları müşahidə oluna bilər. Aran rayonlarında temperaturun çox vaxt normaya yaxın və ya bir qədər yüksək olması, yağıntıların əsasən yağış şəklində düşməsi ehtimal edilir. Dağlıq və dağətəyi ərazilərdə isə qar yağışı və şaxtalı günlər mümkündür. Xüsusilə yanvar və fevral aylarında qar örtüyünün formalaşacağı istisna edilmir. Beynəlxalq hava proqnozu platforması olan “Accuweather”in açıqlamasına əsasən, Bakıya ilk qarın 2026-cı ilin fevralında düşəcəyi ehtimal olunur. Qeyd edilir ki, fevralın 15, 16, 18, 19, 20 və 22-də qarla müşahidə olunan hava şəraiti mümkündür.

    Ümumilikdə, Azərbaycanda 2026-cı ilin qışı klassik sərt qışdan daha çox dəyişkən və mülayim hava şəraiti ilə xarakterizə oluna bilər. (musavat.com)

  • Azərbaycanda gənc hakim yol qəzasında həlak oldu – YENİLƏNİB – FOTO

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

    Median.Az xəbər verir ki, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.

    İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi “Nissan” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb.

    Qeyd olunur ki, avtomobili mərhum hakim özü deyil, başqa bir şəxs idarə edib.

    Qəza nəticəsində Aynur Rzayeva ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, o, tibbi müəssisədə vəfat edib.

    Avtomobili idarə edən sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir və hazırda cərrahi əməliyyat altındadır.

    “Unikal”ın məlumatına görə, Aynur Rzayeva şəhid övladıdır. O, bu vəzifəyə 2022-ci ildə Prezident İlham Əliyevin “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” sərəncamı ilə təyinat almışdı.

    Faktla bağlı araşdırma aparılır.