Month: December 2025

  • Карим Бензема купил картину Пабло Пикассо

    Нападающий “Аль-Иттихада” Карим Бензема купил картину испанского художника Пабло Пикассо “Портрет бородатого мужчины”, написанную в 1964 году, сообщает Median.Az со ссылкой на RMC Sport.

    Футболист опубликовал в соцсетях фотографию с работой испанского художника с подписью: “Добро пожаловать домой”.

    Картина была выставлена в начале 2025 года в галерее арт-дилера Хелли Нахмада в Нью-Йорке. Стоимость покупки не сообщается, но известно, что картины Пикассо на аукционах нередко продаются по цене более 1 млн евро.

  • Kərim Benzema məşhur rəssamın tablosunu satın aldı

    “Əl-İttihad”ın hücumçusu Karim Benzema İspaniyalı rəssam Pablo Pikassonun 1964-cü ildə çəkilmiş “Saqqallı kişi portreti” adlı tablosunu satın alıb.

    Median.Az “RMC Sport”a istinadən xəbər verir ki, futbolçu sosial şəbəkələrdə əsəri “Evə xoş gəldin” şərhi ilə paylaşıb.

    Tablo 2025-ci ilin əvvəlində Nyu-Yorkda incəsənət dileri Helli Nahmadın qalereyasında sərgilənmişdi.

    Alışın məbləği açıqlanmayıb, lakin Pikasso tablolarının hərraclarda çox vaxt 1 milyon avrodan artıq qiymətə satıldığı məlumdur.

  • Ceyhun Rəhmanov yeni vəzifəyə təyin olundu

    Milli Olimpiya Komitəsində yeni təyinat olub.

    Median.Az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

    Bildirilib ki, Ceyhun Rəhmanov Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin müdiri təyin edilib.

    Qeyd edək ki, Ceyhun Rəhmanov Azərbaycan nümayəndə heyətinin tərkibində Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalları (EYOF) və İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş, komanda idarəçiliyi və beynəlxalq koordinasiya sahəsində fəaliyyət göstərib.

    Eyni zamanda o, 2025-ci ilin aprel ayından etibarən Azərbaycan Cüdo Federasiyasında proqramlar üzrə menecer vəzifəsində çalışıb, idman, təhsil və inkişaf layihələrinin icrasında fəal iştirak edib.//oxu.az

  • Sumqayıtda məhkəmənin hakimi qəzada öldü

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva qəzada ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Novxanı-Pirşağı yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Qəza nəticəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva ağır xəsarət alıb.
    Xəstəxanaya yerləşdirilən hakimin həyatını xilas etmək mümkün olmayıb.
    Məlumata görə, onun avtomobilini sürücüsü idarə edib.

  • Mandarin qabığı təhlükəlidir – DİQQƏTLİ OLUN

    Mandarin qabığı ev heyvanları üçün təhlükə yarada bilər.

    Median.Az xəbər verir ki, bu barədə baytar həkim Mixail Şelyakov məlumat verib.

    Onun sözlərinə görə, pişiklər sitrus qoxusundan uzaq durur, çünki efir yağları onlar üçün kəskin qıcıqlandırıcıdır.

    İtlər isə maraqdan və ya aclıqdan qabığı yeyə bilər ki, bu da selikli qişanın qıcıqlanmasına, allergiyaya və öskürəyə səbəb ola bilər.

    Bundan əlavə qeyd edib ki, zibil qabında kiflənən sitrus tullantıları qida zəhərlənməsi riski yaradır.

    Mütəxəssis zibil qabının bağlı saxlanmasını və qabığın ev heyvanlarından uzaqda tutulmasını tövsiyə edir.

  • Məhkəmə təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib – FOTO

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 22-də davam etdirilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

    Qeyd edilib ki, ötən məhkəmə iclası zamanı fasilə elan olunduğundan təqsirləndirilən David Babayan çıxışını indiki məhkəmə iclasında davam etdirəcək.

    D.Babayan çıxışında ittiham tərəfinin çıxışında bildirdiklərinə əks dəlillər səsləndirib. O, təqsirləndirilən şəxslərin günahsız olduğunu deyib. “Mən özümü heç bir maddə ilə günahkar hesab etmirəm”, – deyə D.Babayan bildirib.

    O, çıxışında müdafiəçilərə və tərcüməçilərə təşəkkür edib.

    Təqsirləndirilən Levon Mnatsakanyan son sözünü rus dilində etmək istədiyini deyib. Ona çıxışını rus dilində etməyə şərait yaradılıb.

    Təqsirləndirilən şəxs deyib: “Qarabağ (qondarma rejimi nəzərdə tutur – red.) Ermənistandan onun təhlükəsizliyinin qarantı kimi çıxış etməyi xahiş etdi və bu dövrdən də təmas xəttində bütün əməliyyatlar Ermənistan Respublikasının baş qərargahı (silahlı qüvvələrin baş qərargahı nəzərdə tutulur – red.) tərəfindən hazırlanmış planlara uyğun aparılırdı. Burada məhkəmə iclasları zamanı qeyd etmişdim ki, mən 1992-ci ildə hərbiyə çağırılmışam. Zabit rütbəmi nəzərə alaraq, məni batalyonun komandir müavini təyin etdilər. Bu vəzifəyə təyin edilmək üçün başqa heç bir şey tələb olunmurdu. Lakin ittiham tərəfi iddia edir ki, məni başqa hansısa parametrlərə görə təyin ediblər”.

    Təqsirləndirilən şəxs müharibədə onlar tərəfdən muzdluların döyüşməsi barədə ittiham tərəfinin dediklərinə də münasibət bildirib: “Bildiyim qədər onlar muzdlu olmayıblar. Onlar hamısı könüllülər idi və onları heç kəs xidmətə cəlb eləməmişdi, onlara pul verilmirdi”.

    L.Mnatsakanyan məhkəmədə onun əleyhinə ifadə vermiş zərərçəkmiş İlham Məmmədovun dedikləri barədə də danışıb (Xatırladaq ki, İ.Məmmədov oktyabrın 2-də keçirilmiş məhkəmə iclası zamanı ifadəsində Ermənistan silahı qüvvələrinin hərbçiləri tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını, onu döyən zabitlər arasında Levon adlı zabitin xüsusi qəddarlıq nümayiş etdirdiyini deyib. Zərərçəkmiş şəxs dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında L.Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib – red.). Deyib ki, İ.Məmmədova işgəncə verilməyib.

    O, 2020-ci ildə 44 günlük müharibə zamanı Şuşakənddə hərbi hücumun planlaşdırılmasında iştirak etməsi barədə ittiham tərəfinin dediklərini də inkar edib, ümumiyyətlə 2020-ci və 2023-cü ildə heç bir hərbi əməliyyatda iştirak etmədiyini söyləyib. Təqsirləndirilən şəxs deyib: “Bəli, mən həqiqətən orada (Şuşakənddə müşavirə keçirilən məktəbdə – red.) olmuşam. Lakin mən çox gec, müşavirə başladıqdan sonra gəlmişəm. Müşavirəyə mənim aidiyyətim yox idi. Mən ora dəvət olunmamışdım. Həmin məktəbdəki kabinetdə mən ətraf kəndlərin mülki müdafiə qərargahlarının rəhbərləri ilə mülki müdafiə ilə bağlı məsələləri müzakirə edirdim. Əhalinin oradan təxliyə olunmasını danışırdıq. Onlar (müşavirə keçirənlər – red.) isə ora gəlmişdilər və xahiş eləmişdilər ki, iki saatlıq müşavirə keçirmək üçün otaq ayrılsın. Sədr isə onlara həmin kabineti təqdim eləmişdi. Yəni, mənim olmamağımdan istifadə edərək işlətdiyim kabineti təqdim eləmişdi. Mən gələn vaxt artıq orada müşavirə keçirilirdi. Həmin otağa daxil oldum və Artur Ağabekyanla kənarda oturdum. Bu, sadəcə, bir təsadüf idi.

    Müşavirədən mənə aydın oldu ki, orada üç ehtiyat batalyonu, bir tank batalyonu, bir artilleriya divizyonu döyüş üçün hazırlanıb. Həmin əməliyyat nəticəsində yol bağlanmalı idi. Hansı ki, orada təchizat işləri görülürdü, yəni hərbiçilər təchizatla təmin edilirdilər. Şuşaya hücum hazırlayan silahlı qüvvələrin məsul şəxsi Samvel Babayan idi. Onlar bütün məsələləri müzakirə etdilər. Həmin əməliyyatın vaxtını müəyyən etdilər və çıxıb getdilər. Vaxtı ertəsi gün saat 5-ə təyin etmişdilər. Təşkilatçılar getdikdən sonra iştirakçılar öz narazılıqlarını bildirməyə başladılar ki, hazırlıq işləri tam həyata keçirilməyib, tam hazır deyillər. Onlara vaxt verilməyib ki, bu əməliyyata normal şəkildə hazırlaşa bilsinlər, bu səbəbdən də iştirakdan imtina edirlər. Mən soruşdum ki, nəyə görə onlar bunu indi deyirlər, müşavirə keçirilən vaxt niyə deməyiblər? Onlardan bir cavab ala bilmədim və onların işinə də qarışmadım. Fikirləşdim ki, bu, onların öz işləridir”.

    Təqsirləndirilən şəxs 2016-cı ildə baş vermiş Aprel döyüşləri barədə danışarkən həmin vaxt “ordu komandanı” (Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsinin komandiri – red.) olduğunu deyib. O, Aprel döyüşləri ilə bağlı ittiham tərəfinin dəlillərini və zərərçəkmişlərin dediklərini inkar edib, Azərbaycan hərbçilərinin mövqelərinə hücum etmədiklərini deyib.

    Məhkəmə prosesi dekabrın 23-də davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.



  • Masazırda gənc qızı maşına basıb qaçırdılar – ANBAAN VİDEO

    Bu gün saat 17:30-da Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində gənc qız qaçırılıb.

    Median.Az xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, “Qurtuluş 93” ünvanında naməlum şəxslər “Mercedes” markalı avtomobil ilə gələrək orada yaşayan gənc qızı zorla avtomobilə mindiriblər. Daha sonra ərazidən uzaqlaşıblar. Qız köməyə adam çağırsa da, faydası olmayıb.

    Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdik.

    Baku.ws-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırma aparılır. Nəticəsi ilə bağlı məlumat veriləcəkdir.

  • На заводе во Франции произошел взрыв: есть пострадавшие

    Во Франции не менее четырех человек пострадали в результате взрыва на заводе по производству изделий из силикона компании Elkem Silicones. Инцидент произошел на предприятии, расположенном в коммуне Сен-Фонс в департаменте Рона на востоке страны.

    Как передает Median.Az, об этом сообщает телеканал BFMTV.

    “По предварительным данным, четыре человека получили ранения, двое из них – серьезные”, – говорится в информации.

    По данным канала, на месте происшествия сейчас работают 35 пожарных и 13 единиц специальной техники. Вокруг предприятия создан периметр безопасности в радиусе 2 км.

    Пожарные заявили, что взрыв мог произойти из-за утечки водорода в заводской лаборатории.

  • Fransada zavodda partlayış: Yaralananlar var

    Fransada “Elkem Silicones” şirkətinə məxsus silikon məmulatları zavodunda partlayış baş verib.

    Median.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

    Hadisə Rona departamentinin Sen-Fons kommunasında yerləşən müəssisədə qeydə alınıb.

    İlkin məlumata görə, partlayış nəticəsində dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

    Hadisə yerinə hazırda 35 yanğınsöndürən və 13 xüsusi texnika cəlb olunub.

    Yanğınsöndürənlər bildiriblər ki, partlayışın səbəbi zavodun laboratoriyasında hidrogen sızması ola bilər.

  • Kub formasında satılan ətlər təbii olmaya bilər – XƏBƏRDARLIQ

    Azərbaycanda bazarlarda satılan bəzi mal ətlərinin görünüşü və mənşəyi ilə bağlı narahatlıq yaranıb. Mənşə ölkəsi və emal prosesi barədə məlumat verilməyən, kub formasında təqdim olunan və bazar qiymətindən xeyli ucuz satılan bu məhsulların təhlükəsizliyi müzakirə olunur. Alıcılar ətin keyfiyyəti və saxlanma şəraiti ilə bağlı aydın məlumatın olmamasından şikayətlənirlər.

    İstehlakçı ətin təbii olub-olmadığını necə ayırd edə bilər?

    Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, kub formasında təqdim olunan ət dondurulmuş ətdir:

    “Bu, məsələnin birinci tərəfidir.

    İkinci tərəfdən isə təbii ət tam simmetrik və eyni formada olmur. Yəni təbii ətin doğranması bu şəkildə həyata keçirilmir. Qəssab tərəfindən doğranmış ət simmetrik olmur. Təbii ki, bu cür ət müəyyən ət hissələrindən və ya ət parçalarından preslənərək hazırlanmış, daha sonra simmetrik formada doğranmış ola bilər. Əsas məsələ ondan ibarətdir ki, əgər ət idxal məhsuludursa, mütləq şəkildə AQTA tərəfindən verilmiş idxal sənədi olmalıdır. Eyni zamanda məhsulun hansı temperaturda saxlanması ilə bağlı rəsmi sənəd, baytarlıq sənədi və ətin nümunə sənədi mövcud olmalıdır. Yenə də vurğulayıram ki, bunlar mütləq tələblərdir. Həmçinin ətin mənşəyinə dair baytarlıq sənədi də üzərində olmalıdır”.

    Ekspert qeyd etdi ki, preslənmiş və eyni formada doğranmış ətin mal əti olub-olmaması, quzu və ya digər xırda buynuzlu heyvan ətinə aid edilməsi, yaxud iri buynuzlu heyvan ətidirsə, konkret olaraq hansı ət hissəsinə aid olması barədə müştərilərin məlumatlandırılması üçün rəsmi sənədin olması vacibdir.

    “Digər mühüm məsələ ətin saxlanma şəraiti ilə bağlıdır. Buzlanmış ətin hansı şəraitdə saxlanmalı olduğu məlumdur və bu, mütləq buzlu temperaturda olmalıdır. Əgər bu ət buzu açıldıqdan sonra yenidən dondurularsa, artıq həmin ətin keyfiyyəti ilə bağlı ciddi şübhələr yaranır. Belə hallarda ət açıq havada saxlanılmış, buzu əridilmiş və yenidən dondurulmuş ola bilər ki, bu da ətin qoxusunda, dadında və görünüşündə nəzərəçarpacaq fərqlərin yaranmasına səbəb olur”, – deyə İlkin Şirinov yekunlaşdırdi.