Month: December 2025

  • Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

    Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

    Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

    “Təmir işləri ilə əlaqədar Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin, Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı qəsəbələrinin, Mərkəzi və S.Əliyev küçələrinin, Binəqədi rayonunun DSK yolunun, Binəqədi və Biləcəri qəsəbələrinin bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda qeyd olunub.

  • Трагедия в Баку: брат и сестра погибли от отравления угарным газом

    В Хатаинском районе Баку два человека скончались в собственной квартире в результате отравления угарным газом.

    Как сообщили Median.Az в Республиканским центре скорой и неотложной медицинской помощи, экстренный вызов был зарегистрирован 20 декабря в 20:00.

    “На место происшествия была направлена бригада скорой медицинской помощи. Медики констатировали факт смерти двух человек (мужского и женского пола) до прибытия медицинской помощи”, – отмечается в информации.

  • Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR

    Dəm qazı zəhərlənməsi növbəti dəfə faciə ilə nəticələnib.

    Paytaxtın Xətai rayonunda baş verən hadisə nəticəsində bacı və qardaş həyatlarını itiriblər. Hadisə dekabrın 20-də axşam saatlarında rayondakı çoxmərtəbəli binalardan birində yerləşən mənzildə qeydə alınıb.

    İlkin məlumata görə, 17 yaşlı Zeynəb Yaralıyeva və 16 yaşlı qardaşı Amin Yaralıyev dəm qazından boğularaq dünyasını dəyişiblər.

    Hadisənin şahidi bildirir ki, faciə saat 20 radələrində baş verib:

    “Evə qayıdanda səs-küy eşitdim. Həyəcanla yuxarı qalxdım ki, görüm səs bizim evdən gəlir, ya yox. Hamı yığışmışdı. Dedilər ki, bacı və qardaş rəhmətə gediblər. Onlar burada anaları ilə yaşayırdılar”.

    Digər bir şahid isə qeyd edib ki, yaşadıqları ev onların şəxsi evi olmayıb:

    “Arada anaları ilə liftdə qarşılaşırdım. Öz evləri deyildi, kirayədə qalırdılar. İki ildir burada yaşayırdılar. Qusarın kəndindən idilər, yəqin dəfn üçün ora apararlar”.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • PSJ Luis Enrike ilə ömürlük müqavilə imzalamaq istəyir

    Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubunun rəhbərliyi baş məşqçi Luis Enrike ilə ömürlük müqavilə imzalamağı planlaşdırır.

    Medin.Az “AS” nəşrinə istinadən xəbər verir ki, ispan mütəxəssisin klubla hazırkı müqaviləsi 30 iyun 2027-ci il tarixinədək qüvvədədir.

    Enrikenin 55 yaşı var. Onun rəhbərliyi altında PSJ iki dəfə Fransa çempionu olub, iki Fransa Kuboku, bir Fransa Superkuboku, bir Çempionlar Liqası, bir UEFA Superkuboku və bir Qitələrarası Kubok qazanıb.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə;

    2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    10. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    12. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    13. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    17. Zərifə Əliyeva küçəsində sıxlıq müşahidə olunur.

  • AHİK: “Yeni il hədiyyələri ilə bağlı yayılan iddialar reallığı əks etdirmir”

    Son günlər mətbuatda və sosial şəbəkələrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyəti ilə bağlı yayılan bəzi məlumat və şərhlərdə Yeni il münasibətilə təqdim olunan bayram hədiyyələrinin mahiyyəti məqsədli şəkildə yanlış kontekstdə təqdim olunur.

    Yeni il bayramı ərəfəsində həmkarlar ittifaqları tərəfindən üzvlərə və onların ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlara bayram hədiyyələrinin verilməsi uzun illərdir mövcud olan sosial xarakterli ənənədir və bu təşəbbüs cari ildə də davam etdirilir. Bu təşəbbüslərin fərqli və təhrifolunmuş formada təqdim edilməsi isə məsələnin mahiyyətinə kölgə salmağa yönəldilib.

    AHİK-in fəaliyyətinə bu cür yanaşmalar reallığı əks etdirmir, həyata keçirdiyi sosial təşəbbüslərin təhrifedici və qərəzli təqdimatı ictimai rəyin yanlış formalaşmasına səbəb olur.

    AHİK daim həyata keçirdiyi sosial proqramlar barədə ictimaiyyətə rəsmi kanallar vasitəsilə dolğun məlumat verir.

    İctimaiyyəti və media nümayəndələrini məsələlərə obyektiv yanaşmağa, sosial təşəbbüsləri təhrif olunmuş təqdimat predmetinə çevirməməyə çağırırıq.

  • Masallıda şərab evində saxta alkoqollu içkilər aşkarlanıb

    Masallı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Secret Şərab Evi” MMC-yə məxsus şərab evində keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, “Vip Line” və “Berezka” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

    Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

  • Bakıdakı yanğında əlil kişi arvadını xilas edərkən ölüb – TƏFƏRRÜAT

    Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş verən yanğının səbəbi məlum olub.
     
    Median.Az “Teleqraf.az”a istinadən xəbər verir ki, qonşuların bildirdiyinə görə, Cənub Dərə küçəsində yerləşən evdə yanğın zamanı ölən Andrey Vladimiroviç Starçevoya məxsus olmayıb.
     
    Qeyd edilib ki, Andrey həyat yoldaşı İrina ilə birlikdə küçədə yaşayırmış. Lakin üç ay bundan öncə Şirvan Abdullayev özünə məxsus evdə onlara sığınmaq üçün bir otaq verib. Cütlük tez-tez mübahisə edirmişlər.

    Şirvan Abdullayevin verdiyi məlumata görə, Andrey iki ayağından əlil olub. Hadisə vaxtı isə, o, həyat yoldaşını xilas etmək üçün əli ilə itələyərək küçəyə çıxarıb.
     
    Hadisəyə səbəb kimi elektrik sobasında qısaqapanma göstərilir.

  • Paşinyan: Bakı və İrəvan arasında sülh Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq

    Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Rusiya ilə münasibətlərin inkişafı üçün yeni imkanlar açacaq.

    “Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə bildirib.

    Öz növbəsində, Putin qeyd edib ki, Moskva və İrəvan arasında münasibətlər inkişaf edir, qarşılıqlı ticarət dövriyyəsi göstəriciləri isə təshih edilib. O, həmçinin atom enerjisi sahəsində layihələr də daxil olmaqla, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

  • Məşhur birtaniyalı müğənni vəfat etdi

    Britaniyalı müğənni və mahnı müəllifi Kris Ri 74 yaşında vəfat edib.

    Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

    Bildirilir ki, müğənni bu səhər xəstəxanada qısa sürən xəstəlikdən sonra vəfat edib.

    Qeyd olunur ki, Kristofer “Kris” Enton Ri özünəməxsus xırıltılı səsi və slayd-gitarada ifası ilə tanınırdı. İfaçı uğurunun zirvəsinə 1989-1991-ci illərdə “The Road to Hell” və sonrakı “Auberge” albomlarının buraxılması ilə çatıb.