Month: December 2025

  • Малообеспеченным семьям будет предоставлена единовременная материальная помощь – РАСПОРЯЖЕНИЕ

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о предоставлении единовременной материальной помощи малообеспеченным семьям.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, по случаю Дня солидарности азербайджанцев мира и Нового года постановляю:

    1. Предоставить на 30 декабря 2025 года каждой семье, получающей адресную государственную социальную помощь, единовременную материальную помощь в размере 200 (двести) манатов.

    2. В целях исполнения части 1 настоящего Распоряжения:

    2.1. из средств, предусмотренных для Министерства труда и социальной защиты населения Азербайджанской Республики в подпункте 1.6.1.1 Указа Президента Азербайджанской Республики от 27 декабря 2024 года номер 268 “О ряде вопросов, связанных с применением Закона Азербайджанской Республики “О государственном бюджете Азербайджанской Республики на 2025 год” от 16 декабря 2024 года номер 93-VIIQ”, выделить 15 300 000 (пятнадцать миллионов триста тысяч) манатов.

    2.2. Министерству труда и социальной защиты населения Азербайджанской Республики обеспечить выплату единовременной материальной помощи семьям, предусмотренным в части 1 настоящего Распоряжения.

    3. Кабинету министров Азербайджанской Республики и Министерству финансов Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего Распоряжения”.

  • Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

    Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.

    Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • 26 min manatlıq mənimsəmədə təqsirləndirilən direktor cəzalandırıldı

    Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Azər Əsgərov 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 500 manat cərimə edilib.

    Qaynarinfo xəbər verir ki, Azər Əsgərov Cəlilabad Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (Mənimsəmə və ya israf etmə – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunub.

    İş materiallarından məlum olur ki, Azər Əsgərov məktəb direktoru olduğu dövrdə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 26 min manatdan büdcə vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamaqda təqsirləndirilib.

    Məhkəmə prosesi zamanı Azər Əsgərov verilmiş ittihamla özünü təqsirli bilib.

  • Türkiyədə məşhurlara qarşı narkotik istintaqı davam edir: Yusuf Güney dindirilmək üçün çağrıldı

    Türkiyədə məşhurlara qarşı narkotik istintaqı davam edir. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və şou-biznes dünyasını dərindən sarsıdan istintaq çərçivəsində bütün diqqətlər məşhur müğənni Yusuf Güneyə yönəlib.

    Bu barədə Median.Az “Sabah” nəşrinə istinadən məlumat verir.

    Məlumata görə, sənətçi İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində tibbi müayinədən keçirilib.

    Bir həftədir telefonuna zəng çatmayan və harada olduğu böyük suallar doğuran Yusuf Güneyin bu gün (dekabrın 22-də – red.) məhkəmə binasına gəlməsi və prokuror qarşısına çıxması gözlənilir.

    Sənətçinin vəkilindən əldə edilən ən son məlumatına görə, Güney günortadan sonra şübhəli qismində ifadə vermək üçün məhkəmə binasında olacaq.

    Xatırladaq ki, Türkiyədə bəzi tanınmış şəxslərin narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr əsasında əməliyyat keçirilib. Bir çox məşhur barəsində saxlanılma qərarı verilib və evlərində axtarış aparılıb. Barəsində saxlanılma qərarı verilən Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında olmayıblar.

    Həmçinin Türkiyədə tanınmış şəxslərdən olan və hazırda ölkə xaricində olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barələrində də saxlanılma qərarı verilib.

  • Dəniz Əsədova azadlığa buraxıldı

    Müğənni Dəniz Əsədova Amnistiya aktı ilə azadlığa buraxılıb.

    O, bu gün 4 saylı cəzaçəkmə müəssisədindən azadlığa buraxılıb.

    Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.

    O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.//Report

  • Sabah hava yağmursuz olacaq

    Azərbaycanda dekabrın 23-də havanın yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85%, gündüz 70-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

  • Bakıda ucuz qiymətə qəribə formalı ətlər satışa çıxarıldı (VİDEO)

    Azərbaycanda satılan mal ətləri görünüşünə görə müzakirə mövzusu olub.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, bazarlarda və bəzi satış nöqtələrində rast gəlinən bu ət məhsullarının hansı ölkədən idxal edildiyi barədə məlumat verilməməsi narahatlığı daha da artırıb. Alıcılar məhsulun mənşəyi, emal prosesi və təhlükəsizliyi ilə bağlı aydın məlumatın olmamasından şikayətlənirlər.

    Müzakirələrdə əsas diqqət çəkən məqamlardan biri ətin təbii kəsim formasına bənzəməməsidir. Kub şəklində təqdim olunan ətlərin sənaye üsulu ilə formalaşdırıldığı, yaxud iri həcmdə dondurularaq sonradan bölündüyü ehtimalları irəli sürülür. Sosial şəbəkələrdə yayılan görüntülərdə bu cür ətlərin klassik sümük və lif quruluşunun seçilmədiyi iddia olunur.

    Digər tərəfdən, qiymətin bazar ortalamasından xeyli aşağı olması da alıcıların diqqətini çəkib. Yerli bazarda təzə mal ətinin qiyməti adətən daha yüksək olduğu üçün istehlakçılar bu məhsulun keyfiyyəti və saxlanma şəraiti ilə bağlı şübhələrini ifadə edirlər.

  • Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi – SƏRƏNCAM

    Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncam Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə imzalanıb.

    Qeyd edilib ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynayıb.

    Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlayıb.

    Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilib.

    UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır.

    900 illiyi UNESCO çərçivəsində yubileyləri keçirilən böyük şəxsiyyətlər siyahısına daxil olunan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin Azərbaycan və Yaxın Şərq ölkələrinin orta əsrlər memarlığına güclü təsir göstərmiş yaradıcılığı dövrün memarlıq məktəbinin ən yüksək zirvəsidir.

    Azərbaycan şəhərlərinin planlaşdırma quruluşunda və memarlıq tərzində artıq XIX əsrin ortalarına doğru müəyyən dəyişikliklər öz əksini tapmışdır. Sürətlə sənayeləşən Bakı şəhəri Şərq və Qərb memarlığının sintezində qədimliklə müasirliyin vəhdətindəki təkrarsız görkəmini məhz həmin vaxtlardan almağa başlanıb.

    Azərbaycan Respublikasında şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələrdən yaradıcı şəkildə istifadə olunmasına XX əsrdə xüsusi diqqət yetirilib. Bu dövrdə bir sıra şəhərlər yenidən qurulmuş və onların əvvəlki siması dəyişib, bölgələrdə şəhərlərin planlaşdırılması önə çəkilib. İki görkəmli memarın – Mikayıl Hüseynovun və Sadıq Dadaşovun fəaliyyətinin aparıcı yer tutduğu həmin dövr milli ənənələr zəminində yeni memarlıq üslubunun yaradılması ilə səciyyələnir.

    Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə ulu öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilib, tədbirlər həyata keçirilib, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılıb, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulub.

    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzə verib. Ötən müddətdə dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradılıb. Mövcud möhtəşəm binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşib, regionların memarlıq siması xeyli dəyişərək yeni şəkil alıb.

    Bu gün də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilib.

    Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə – dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılıb. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə mili iradənin təzahürüdür.

    Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMT‑nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir.

  • Maşınla motosikletçini qəsdlə vurub üstündən keçən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi

    Ordubad Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən İkram Məlikovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Tural Haqverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib İkram Məlikov barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub və o, sağalanadək məcburi qaydada ümumi tipli psixiatriya stasionarında müalicə ediləcək. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. Qərar qanuni qüvvəyə mindikdən sonra İkram Məlikovun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi qərara alınıb. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına həvalə edilib.

    İttihama görə, İkram Məlikov əziyyət çəkdiyi paranoid şizofreniya psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə – yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan – 21 iyul 2025-ci il tarixdə saat 10:20-də Ordubad rayonu Aşağı Əylis kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində istifadəsində olan VAZ-2121 avtomobili ilə digər şəxsə məxsus VAZ-2107 maşınını vuraraq ona maddi ziyan yetirib.

    Məlumata görə, təqsirləndirilən şəxs həmin vaxt sözügedən yanacaqdoldurma məntəqəsində özünə məxsus avtomobillə Ordubad şəhər sakini, zərərçəkmiş D.D.-yə məxsus motosikleti də vurub. Hadisə nəticəsində zərərçəkmiş şəxsə az ağır xəsarət yetirilib, həmçinin onun üzərindən avtomobillə keçməklə ictimai qayda kobud şəkildə pozulub.

    Beləliklə, təqsirləndirilən şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etməklə xuliqanlıq törədib.

    Məhkəmə istintaqı zamanı müəyyən olunub ki, İkram Məlikov cinayət əməllərini anlaqsız vəziyyətdə törədib və onun hərəkətləri Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan əməllərin əlamətlərini təşkil edir.

    Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayəndəsi ifadəsində bildirib ki, İkram Məlikov onun doğma qardaşıdır və uzun müddətdir paranoid şizofreniya psixi xəstəliyindən əziyyət çəkir. Qeyd olunub ki, baş vermiş hadisə nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tam ödənilib.

  • В части Сумгайыта не будет газа

    Сегодня в части города Сумгайыт не будет газа.

    Об этом сообщили в производственном объединении “Азеригаз”.

    Согласно предоставленной информации, в связи с изменением местоположения газопровода диаметром 89 мм на территории 1-го микрорайона города Сумгайыт, газоснабжение 800 абонентов будет приостановлено с 12:30.

    Подача голубого топлива будет восстановлена после завершения ремонтно-восстановительных работ.