Month: December 2025

  • В России следствие потребовало арестовать Гарри Каспарова

    Следствие требует заочно арестовать экс-чемпиона мира по шахматам Гарри Каспарова, признанного Минюстом РФ иностранным агентом.

    Как передает Median.Az со ссылкой на РБК, ходатайство об избрании меры пресечения в виде заключения под стражу 22 декабря зарегистрировал Замоскворецкий районный суд Москвы.

    Каспарову заочно предъявлено обвинение по части 2 статьи 205.2 УК РФ (публичные призывы к терроризму, публичное оправдание терроризма или его пропаганда, совершенные с использованием средств массовой информации, электронных или информационно-телекоммуникационных сетей). Максимальная санкция по этой статье – семь лет лишения свободы.

    Отметим, что Каспаров уехал из России в 2013 году.

  • Harri Kasparov həbs oluna bilər

    Müstəntiqlər şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovun qiyabi həbs edilməsini tələb edirlər.

    Median.Az RBC.ru-ya istinadən xəbər verir ki, Moskvanın Zamoskvoretski Rayon Məhkəməsində Kasparov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırılıb.

    Harri Kasparov Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (kütləvi informasiya vasitələri, elektron və ya telekommunikasiya şəbəkələrindən istifadə etməklə terrorizmə açıq çağırışlar etmək, terrorizmə açıq şəkildə haqq qazandırmaq və ya onun təbliğatı) üzrə ittiham olunub.

    Bu maddəyə əsasən, təqsirli bilinən şəxsi maksimum yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

    Qeyd edək ki, Kasparov 2013-cü ildə Rusiyanı tərk edib. O, hazırda Litvada yaşayır və “Azad Rusiya Forumu”nun təsisçisidir.

  • Süni intellektlə ana və qızını aldadıb seyfi oğurladılar – MƏHKƏMƏ

    Bakıda süni intellekt vasitəsilə ana və qızını aldadaraq onlara məxsus qızıl zinət əşyaları və 100 min manat olan seyfi ələ keçirməkdə ittiham olunan Ruslan Məmmədov, Emin Əliyev, Rahid Hadıyev və Fazil Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

    Hökmlə Ruslan Məmmədova beş il azadlıqdan məhrum edilməklə bir il sınaq müddətinə şərti cəza, Emin Əliyevə beş il azadlıqdan məhrum edilməklə bir il sınaq müddətinə şərti cəza, Rahid Hadıyevə 5 il 6 ay azadlıqdan məhrum edilməklə iki il sınaq müddətinə sərti cəza, Fazil Əliyevə isə 5 il 6 ay azadlıqdan məhrum edilməklə bir il sınaq müddətinə şərti cəza verilib.

    Xatırladaq ki, ötən prosesdə prokuror Ruslan Məmmədovun 6 il 6 ay, Emin Əliyevin 6 il 6 ay, Rahid Hadıyevin 7 il 6 ay, Fazil Əliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etmişdi.

    Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrında Bakıda baş verib. Ruslan Məmmədov tamah niyyəti və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışları Əliyev Emin, Hadıyev Rahid, Əliyev Fazil, şəxsiyyəti istintaqla araşdırılan “Telegram” sosial şəbəkəsində “Victor Sergo”, “Beneficiary” və “B” adı ilə qeydiyyatdan keçmiş şəxs və ya şəxslərlə, eləcə də özünü Darina Nikolayevna kimi təqdim edən şəxs və istintaqa məlum olmayan qeyriləri ilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2024-cü il oktyabrın 11-də Bakı şəhər sakini Zəminə Quliyevanın mobil telefon nömrələri vasitəsilə bir neçə dəfə əlaqə saxlayıblar. Onlar onun qızı Roida Rzayevanın guya ağır yol-nəqliyyat hadisəsi törədərək idarə etdiyi avtomobillə vurduğu piyadanın və özünün ağır bədən xəsarətləri alması, həmin fakt üzrə araşdırmanın Darina Nikolayevna tərəfindən aparılması, xəsarət almış piyadanın təcili cərrahi əməliyyatı üçün 15 000 manat lazım olduğundan Roida Rzayevaya məxsus içərisində 90 000 manat, 5 000 ABŞ dolları, 1 000 avro nağd pul vəsaiti, ümumi dəyəri 6 000 manat təşkil edən səkkiz ədəd beş qramlıq, bir ədəd on qramlıq qızıl sikkə olan dəmir seyfi istəməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar veriblər. Onlar guya həmin dəmir seyfin və kənarda olan nağd pul vəsaitlərinin qızı R.Rzayevaya təcili çatdırılacağı adı ilə yalan vəd verib aldatmaqla, Z. Rzayevaya məxsus 1 600 manat və 800 ABŞ dollarını əvvəlcədən danışılmış taksi vasitəsilə götürərək ələ keçirmiş, Z.Rzayeva və R.Rzayevaya külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişlər.

    Faktla bağlı CM-in 178.3.2. (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə – beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır) maddəsi ilə cinayət işi başlanıb, sözügedən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar. İstintaq araşdırmaları ilə məlum olub ki, təqsirləndirilənlər həyata keçirdikləri dələduzluq əməlində səslərin uyğunlaşdırılmasında süni intellektdən istifadə ediblər. Onu da qeyd edək ki, ittiham olunan şəxslər tərəfindən dəymiş zərər ödənilib.

  • “Meydan TV işi” üzrə təqsirləndirilən jurnalistlərə ittiham aktı elan olunub

    “Meydan TV işi” üzrə təqsirləndirilən jurnalistlərə ittiham aktı elan olunub.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin vəkillərinin yanında əyləşmələri ilə bağlı vəsatət təmin edilərək icra olunub.

    Vəkil Zibeydə Sadıqova prosesin ictimai maraq kəsb etdiyini bildirərək, təqsirləndirilən şəxslərin jurnalist olduqlarını vurğulayıb və media nümayəndələri tərəfindən çəkiliş aparılmasına icazə verilməsi barədə vəsatət qaldırıb. Lakin bu vəsatət təmin edilməyib.

    Proses ittiham aktının elan olunması ilə davam etdirilib. Növbəti məhkəmə iclası yanvarın 16-na təyin olunub.

    Qeyd edək ki, ötən ilin dekabr ayında “Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov və Aysel Umudova saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib.

    Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Bu ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunublar. Mart ayında jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs-qətimkan tədbiri seçilib. Avqustda isə foto-müxbir Əhməd Muxtar saxlanılıb.

  • Orxan Nəzərli özünə 2 yeni müşavir təyin etdi

    Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli özünə 2 yeni müşavir təyin edib.

    APA-nın əldə etdiyi məlumata görə, İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova xidmət rəisinin müşaviri təyin edilib.

    Eyni zamanda Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsinin rəis Fərid İsayevdə müşavir postuna gətirilib.

    Beləliklə DVX rəisinin müşavirlərinin sayı 4-ə yüksəlib.

  • Avtomobilini saxlayıb marketə getdi, qayıdanda tapmadı

    Paytaxtın Nəsimi rayonunda avtomobil qaçırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Qeyd olunub ki, avtomobilin sahibi polisə müraciətində marketə daxil olmaq üçün nəqliyyat vasitəsini saxladığını, qayıtdıqda isə onun orada olmadığını bildirib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb, avtomobil sahibinə geri qaytarılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Vaxtında ABŞ-yə getsəydim, bunlar da baş verməyəcəkdi” – Səfirliyin təqsirləndirilən sabiq əməkdaşı ifadə verib

    ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Rafiq Göyüşov ifadə verərək əvvəllər səfirin sürücüsü olduğunu deyib.

    “Mən ABŞ səfirliyinin əməkdaşlarının evlə təmin olunması ilə bağlı fəaliyyət göstərmişəm. 1997-ci ildə səfirin sürücüsü olmuşam. 2003-cü ildən 2018-ci ilədək işləmişəm. Mənə verilən ittihamla heç bir əlaqəm yoxdur. İşlədiyim vaxt ərzində evlərdə 70-dən çox amerikalı ailə yaşayıb.

    İşdən öz xahişimlə çıxmışam. Səfirlikdə çalışanlara “green card” verirdilər. Mən ABŞ-yə getsəydim, bunlar da baş verməyəcəkdi. Bu vaxt ərzində xəstəlik tapmışam. Mənim gündəlik, həftəlik, aylıq hesabatlarım olub. Özümü təqsirli bilmirəm”.

    Dövlət ittihamçısı təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğunu bildirib.

    Növbəti məhkəmə prosesi yanvarın 19-na təyin olunub.

    İttihama görə, Rafiq Göyüşov Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən yaşayış komplekslərinin birində diplomatik korpusun işçilərinə kirayə mənzillərin tutulması və avtomobillərin parklanması üçün əlavə ödənişlərin həyata keçirilməsinin zəruriliyini səfirliyin aidiyyəti vəzifəli şəxslərinə bildirib, onları aldadıb. O, inam yaratmaq üçün cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Azər Səmədovu səfirlik əməkdaşlarının yaşadığı yaşayış binalarında təsərrüfat və digər bu kimi işlərdən məsul olan şəxs kimi təqdim edib. Əldə olunan pullar Səmədovun bank hesabına köçürülüb.

    İstintaq materiallarına əsasən, Göyüşovun qanunsuz əməllərindən biri xaricdən gələn səfir və digər diplomatların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin ələ keçirilməsi ilə bağlıdır. Məsələn, qonaq üçün günlük 200 manata kirayə mənzil tutulduğu halda, o, sənədlərdə bu məbləği 400 manat kimi göstərib. Bu və digər oxşar halların nəticəsində yarım milyondan artıq vəsait ələ keçirilib.

    Qeyd edək ki, Rafiq Göyüşov dəymiş ziyanı ödəməyib. Təqsirli bilinərsə, onu 10 ildən 14 ilədək həbs cəzası gözləyir.

    Rafiq Göyüşova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəməyə qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • Dövlət Xidmətində iki təyinat

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsinə yeni təyinatlar olub.

    Şahin Abbasov Qarabağ Ərazi Vergilər Baş İdarəsinin müavini təyin edilib.

    Eyni zamanda, Rauf Kərimov operativ vergi nəzarəti şöbəsinin rəisi təyin edilib.//APA

  • Китай ввел пошлины на молочную продукцию из ЕС

    Китайские власти 23 декабря вводят временные антисубсидийные меры в отношении молочной продукции из Евросоюза.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщило Министерство коммерции КНР.

    Как уточняется в распространенном заявлении, такое решение принято с учетом результатов расследования, которое правительство Китая проводило с 21 августа 2024 года. При импорте соответствующих товаров из ЕС компании должны будут предоставлять таможне КНР компенсационный депозит.

    Минкоммерции также опубликовало список компаний – поставщиков молочной продукции ЕС и применимую к ним адвалорную антисубсидийную ставку. На основании принятого решения их продукция будет облагаться дополнительными сборами в размере от 21.9% до 42.7%.

  • Çin Avropadan idxal olunan süd məhsullarına rüsum tətbiq edib

    Çin hökuməti dekabrın 23-dən etibarən Avropa İttifaqı (Aİ) ölkələrindən idxal olunan süd məhsullarına görə müvəqqəti anti-subsidiya tətbiq edəcək.

    Bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

    Xəbərə görə, bu qərar Çin hökuməti tərəfindən 2024-cü ilin avqustun 21-dən bəri aparılan araşdırmanın nəticələri nəzərə alınmaqla qəbul edilib. Aİ-dən müvafiq mallar idxal olunarkən şirkətlər Çinin gömrük orqanına kompensasiya depoziti təqdim etməlidirlər.

    Ticarət Nazirliyi həmçinin Aİ-dən süd məhsulları tədarük edən şirkətlərin siyahısını və tətbiq olunan anti-subsidiya dərəcəsini dərc edib. Bu qərara əsasən, sözügedən məhsullara 21.9%-dən 42,7%-ə qədər əlavə rüsumlar tətbiq olunacaq.