Month: December 2025

  • Sumqayıtın bir hissəsində qaz olmayacaq

    Bu gün Sumqayıt şəhərinin bir hissəsində qaz olmayacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

    Verilən məlumata görə, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində diametri 89 mm olan qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 800 abonentin qaz təchizatı saat 12:30-dan etibarən müvəqqəti dayandırılacaq.

    Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

  • Вице-президент Турции Джевдет Йылмаз прибыл с визитом в Азербайджан

    Вице-президент Турецкой Республики Джевдет Йылмаз 22 декабря прибыл с визитом в Азербайджанскую Республику.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги обеих стран, в честь гостя был выстроен почетный караул.

    Вице-президента Турции встретили заместитель премьер-министра Азербайджана Самир Шарифов и другие официальные лица.

  • Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

    Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı Azərbaycanın baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

  • Məhkəmə “Kürd Amo”nu öldürən şəxslə bağlı hökmü dəyişdirdi

    Gəncə Apellyasiya Məhkəməsində Goranboyda kriminal aləm üzvünü qətlə yetirməkdə təqsirləndirilən Tarzan Şamilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilməyib. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, Tarzan Şamilovun xüsusi amansızlıqla öldürməsinə dair müddəalar ittihamdan xaric edilib.

    Ötən il iyulun 16-da Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən bir gün sonra xəstəxanada ölməsi faktı ilə bağlı Goranboy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

    İstintaq zamanı 1988-ci il təvəllüdlü Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurub çox sayda bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Tarzan Şamilova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tarzan Şamilov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, Əhməd Ərəbov kriminal aləmdə “Kürd Amo”, “Kürd Əhməd” kimi tanınıb. Onun mərhum “Lotu Quli”nin (Nadir Səlifov) yaxın adamlarından biri olduğu vurğulanırdı.

  • ВНИМАНИЮ метеочувствительных людей: в течение трех дней ожидается геомагнитная буря

    С сегодняшнего дня в течение трех дней ожидается геомагнитная буря.

    Об этом сообщили в Шамахинской астрофизической обсерватории имени Насреддина Туси.

    Согласно данным, в период с 22 по 24 декабря ожидается геомагнитная буря уровня G1-G2, то есть слабой и средней интенсивности.

    Причиной возникновения данного явления станут корональные дыры на Солнце, которые в настоящее время находятся в геоэффективной позиции.

  • Meteohəssas insanların NƏZƏRİNƏ – Üç gün geomaqnit qasırğası olacaq

    Bu gündən etibarən üç gün ərzində geomaqnit qasırğası gözlənilir.

    Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Bildirilib ki, Geomaqnit sahəsinin Tac Dəliklərinin geoeffektiv olması səbəbi ilə 22-24 dekabr tarixlərində G1-G2 səviyyəli, yəni zəif və orta güclü geomaqnit qasırğası gözlənilir.

  • Минздрав Азербайджана обратился к населению: Вакцинация проводится бесплатно

    В Азербайджане наблюдается сезонный рост распространения острых респираторных вирусных инфекций, включая грипп. Изменения погодных условий, длительное пребывание в закрытых помещениях и ослабление иммунной системы создают условия для широкого распространения этих инфекций.

    Об этом говорится в обращении Министерства здравоохранения Азербайджана к населению.

    Наиболее распространенные среди населения острые респираторные вирусные инфекции обычно сопровождаются высокой температурой, кашлем, болью в горле, общим недомоганием и, порой, осложнениями. Для людей из группы риска – пожилых людей, лиц с хроническими заболеваниями, беременных женщин и детей – эти инфекции могут вызывать более серьезные осложнения.

    Профилактические меры, особенно вакцинация, играют важную роль в борьбе с острыми респираторными вирусными инфекциями. С целью усиления профилактических и противоэпидемических мероприятий против гриппа и ОРВИ среди населения Министерством здравоохранения в страну завезены полностью безопасные и качественные вакцинные препараты против сезонного гриппа, произведённые французской компанией Sanofi Pasteur.

    Вакцинация против гриппа считается эффективным средством снижения риска заражения и предотвращения тяжелых заболеваний и осложнений.

    Кроме того, гражданам рекомендуется соблюдать правила личной гигиены, регулярно мыть руки, использовать медицинские маски в закрытых и многолюдных помещениях, оставаться дома при появлении симптомов заболевания, избегать самолечения и своевременно обращаться к врачу.

    В целях защиты здоровья населения и снижения заражения респираторными заболеваниями Министерство здравоохранения призывает граждан, особенно лиц из групп риска, к ответственному поведению и вакцинации против сезонного гриппа.

    Следует отметить, что вакцинация проводится бесплатно в государственных медицинских учреждениях, оказывающих амбулаторно-поликлиническую помощь по месту жительства или работы.

  • Azərbaycanda əhali arasında ən çox yayılan kəskin respirator virus infeksiyaları AÇIQLANDI

    Son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur. Hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır.

    Bu barədə Səhiyyə Nazirliyinin əhaliyə müraciətində bildirilib.

    Qeyd edilib ki, hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiət olunur. Risk qrupuna daxil olan şəxslər – yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar daha ağır fəsadlara səbəb ola bilər.

    Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər, xüsusilə peyvəndlənmə mühüm rol oynayır. Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə qrip əleyhinə “Sanofi Pasteur” (Fransa) şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları ölkəyə gətirilib.

    Qripə qarşı peyvənd infeksiyaya yoluxma riskini azaltmaqla yanaşı, xəstəliyin ağır keçməsinin və ağırlaşmaların qarşısının alınmasında effektiv vasitə hesab olunur.

    Bununla yanaşı, vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri mütəmadi olaraq yumaq, qapalı və sıx məkanlarda tibbi maskalardan istifadə etmək, xəstəlik əlamətləri müşahidə olunduqda evdə qalmaq və özünümüalicədən çəkinərək vaxtında həkimə müraciət etmək tövsiyə olunur.

    Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının azaldılması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları məsuliyyətli davranmağa, xüsusilə risk qruplarına daxil olan şəxsləri mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

    Qeyd edilib ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir, yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

  • В Гёйчайском районе женщина скончалась от отравления угарным газом

    В Гёйчайском районе произошел случай отравления.

    Как сообщает Oxu.Az, Лала Мирзалиева скончалась от отравления угарным газом в ванной комнате своего дома.

    По данному факту в прокуратуре Гёйчайского района проводится расследование.

  • Göyçayda qadın dəm qazından zəhərlənərək ölüb

    Göyçayda qadın dəm qazından zəhərlənib.

    Lalə İsgəndər qızı Mirzəliyeva yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

    Hadisə ilə bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
    //oxu.az