Month: December 2025

  • Amnistiya aktının icrasına başlanılıb (Yenilənib)

    Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

    Bu cəzaçəkmə müəssisəsində Amnistiya aktı ilkin mərhələdə 52 nəfərə şamil olunub. Onlardan 22 nəfər bu gün azadlığa buraxılıb.

    Tədbirdə Ombudsman, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc və digər qonaqlar iştirak ediblər.

    Qeyd edək ki, Amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.

    Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digərlərinin cəzadan, yaxud cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

    Sənədə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

    Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

    Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

    * * * * *

    Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktının icrasına başlanılıb.

    Amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində həyata keçirilir.

    * * * * *

    Bu gündən Amnistiya aktının icrasına başlanılır.

    Cəzaçəkmə müəssisələrindən rəsmi şəxslərin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin də iştirakı ilə məhkumların bir qismi azad ediləcək.

    Qeyd edək ki, dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib.

    Xatırladaq ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə Amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.
    //oxu.az

  • Разъяснены причины неучастия Президента Ильхама Алиева в заседании ЕАЭС и неформальном саммите глав государств СНГ

    Разъяснены причины неучастия Президента Азербайджанской Республики Ильхама Алиева в состоявшемся 21 декабря в Санкт-Петербурге заседании Высшего Евразийского экономического совета (ЕАЭС) и предстоящем сегодня неформальном саммите глав государств СНГ.

    Как сообщили АЗЕРТАДЖ в Администрации Президента, глава нашего государства не участвовал в состоявшемся 21 декабря заседании Высшего Евразийского экономического совета, поскольку Азербайджан не является членом Евразийского экономического союза.

    Кроме того, Президент Ильхам Алиев не сможет принять участие в неформальном Саммите глав государств СНГ, который пройдет сегодня в Санкт-Петербурге, из-за плотного рабочего графика.

    Напомним, что Азербайджанская Республика, как государство-член, регулярно участвует в официальных саммитах СНГ и придает важное значение сотрудничеству в рамках данной организации, в том числе развитию двусторонних отношений с государствами-членами.

    Президент Ильхам Алиев принял участие в заседании Совета глав государств СНГ, состоявшемся 9-10 октября этого года в городе Душанбе (Таджикистан). Проведенные в рамках заседания встречи как на двустороннем, так и многостороннем уровне были плодотворными.

  • İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb.

    Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib.

    Dövlətimizin başçısı bu gün MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.

    Xatırladaq ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.

    Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində istər ikitərəfli, istərdə də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub.

  • Погибший в результате отравления угарным газом в Нахчыване был военнослужащим

    Вчера в Бабекском районе Нахчыванской Автономной Республики супружеская пара скончалась в результате отравления угарным газом.

    Как сообщает Unikal, погибший в результате инцидента 29-летний Алтай Джафаров был военнослужащим.

    Его жене Семенназ Джафаровой было 27 лет.

    Двухлетний ребенок супругов в день происшествия находился у бабушки.

  • Həyat yoldaşı ilə dəm qazından boğularaq ölən Altay Cəfərov hərbçi imiş

    Ötən gün Naxçıvanda ər və arvad dəm qazından boğularaq ölüblər.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən 29 yaşlı Altay Cəfərov hərbçi olub.

    Onun həyat yoldaşı Səmənnaz Cəfərovanın 27 yaşı var imiş.

    Onların iki yaşlı övladı həmin gün nənəsigildə olub.

  • Qızıl və gümüşün qiyməti rekord həddə çatdı

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızıl və gümüş füçerslərinin qiyməti tarixi maksimumları yeniləyərək, müvafiq olaraq trua unsiyası (təqribən 31 qram – red.) üçün 4 425 və 69.5 dolları keçib.

    Bu barədə ticarət məlumatları göstərir.

    Bakı vaxtı ilə saat 8:17-yə olan məlumata görə, qızılın qiyməti 0.94% artaraq 4428.5, gümüşün qiyməti isə 3.01% artmaqla 69.52 dollara çatıb.

    Məlumata görə, ilin əvvəlindən bəri qızıl 62.82%, gümüş isə 137.27% bahalaşıb.

  • Трагедия в Баку: брат и сестра погибли от отравления угарным газом

    В Баку произошел трагический случай со смертельным исходом.

    Как сообщает АПА, инцидент произошел 20 декабря в Хатаинском районе столицы.

    Зейнаб Яралыева (2008 г.р.) и её брат Амин (2009 г.р.) погибли в собственном доме в результате отравления угарным газом.

    По данному факту начато расследование.

  • Bakıda bacı-qardaş faciəli şəkildə ÖLDÜ

    Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 20-də Xətai rayonunda baş verib.

    2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Amin yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • “Gizli izləmə” kiberdələduzluğu ilə bağlı DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ (Video)

    “Sosial şəbəkədə hər hansısa bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kiminlə danışdığını və ya yazışdığını ödəniş qarşılığında öyrənmək adı altında çoxsaylı paylaşımlara rast gəlinir”.

    Bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində bildirilib.

    “İnternet seqmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə birmənalı şəkildə inanmamalıyıq, yalandır. Ödəniş qarşılığında saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi şəxsi və bank kartı məlumatlarını ələ keçirmək, son nəticədə vətəndaşların pul vəsaitini talamaqdır.

    Bir daha vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi və heç bir halda cəlbedici vədlərə aldanıb onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək özünüzü təhlükələrdən qoruya bilərsiniz”.

  • “Liverpul”un ulduz futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

    “Liverpul” klubunun futbolçusu Aleksandr İsak ciddi zədə alıb.

    Median.Az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, dünən “Tottenhem”ə qarşı keçirilən oyunda (2:1) zədələnən isveçli hücumçunun sol ayağında sınıq aşkarlanıb.

    Klub tərəfindən bu barədə rəsmi açıqlama olmasa da, Aleksandr İsakın bir neçə ay forma geyinə bilməyəcəyi ehtimal olunur.

    Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasının VIII turu çərçivəsində yanvarın 28-də İngiltərədə təmsilçimiz “Qarabağ”ı qəbul edəcək.