Çinin daşıyıcı raketi “Çançjen-5” (“Böyük yürüş-5”) şənbə günü yeni texnologiyaları sınaqdan keçirmək üçün 23 nömrəli rabitə peykini orbitə çıxarıb.
Month: December 2025
-
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Bu barədə “CGTN” telekanalı məlumat yayıb.Raket Haynan adasında yerləşən Vençan kosmodromundan Pekin vaxtı ilə saat 20:30-da (Bakı vaxtı ilə saat 16:30-da) buraxılıb. Peyk təyin edilən orbitə uğurla çıxıb.23 nömrəli eksperimental rabitə peyki ilk növbədə çox diapazonlu yüksək sürətli peyk rabitə texnologiyalarını yoxlamaq üçün nəzərdə tutulub. -
Keçmiş prokuror vəfat etdi

Keçmiş prokuror vəfat edib.
Lent.az xəbər verir ki, uzun illər prokurorluq orqanlarında çalışan ədliyyə müşaviri Həsənov Rövşən Məlik oğlu ötən gün dünyasını dəyişib.Qeyd edək ki, R.Həsənov 1992-ci ildən hərbi prokurorluq orqanlarında çalışıb. -
Rusiya ordusu bu kəndləri ələ keçirdi

Rusiya ordusunun “Şərq” qüvvələr qrupunun bölmələri Ukraynanın Vısokoye və Svetloye kəndlərinə nəzarəti ələ keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. -
Murad Övüç həbs edildi

Türkiyədə sosial media fenomeni olan Murad Övüç paylaşdığı videoya görə həbs edilib.
Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, o, “xalqı nifaq və düşmənçiliyə təhrik” etməkdə ittiham olunur.İstanbul Küçükçəkməcə Prokurorluğunda başlanan istintaq çərçivəsində saxlanılan bloger Murat Övüç məhkəmə qərarı ilə həbsxanaya göndərilib. -
Avropa ölkələri Ukrayna üçün hər il bu qədər pul ödəyəcək

Avropa Birliyi ölkələrinin vergiödəyiciləri Ukraynanın maliyyələşdirilməsinin davam etdirilməsi üçün hər il təxminən 3 milyard avro ödəməyə məcbur olacaqlar.
Bu barədə “Politiko” qəzeti məlumat yayıb.Nəşrin məlumatına görə, 2028-ci ildən etibarən AB özünün yeddiillik büdcəsi üzrə faiz ödənişləri kimi hər il 3 milyard avro ödəyəcək. Həmin büdcə böyük ölçüdə Avropa Birliyi ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirilir. Faizlərin ödənilməsinə 2027-ci ildə başlanılacaq, lakin bu, cəmi 1 milyard avroya başa gələcək.Qeyd olunur ki, münaqişə bitdikdən sonra Kiyevin krediti qaytara bilməsi ehtimalı az görünür. Yəni AB borcu davamlı olaraq yenidən maliyyələşdirməli və ya onu ödəmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməli olacaq. Lakin Belçika belə bir qərara qarşı çıxır.//axar.az
-
Amnistiyanın icrasına başlanılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs ilə 19 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul edilib.Ədliyyə Nazirliyi tərəfindən artıq bu gündən etibarən qərarın icrası istiqamətində işlərə başlanılıb. Belə ki, amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin siyahısı artıq hazırlanıb. Qərarın təxirə salınmadan icrası barədə Nazirliyin aidiyyəti struktur qurumlarına zəruri tapşırıqlar verilib.Median.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.Qeyd olunub ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.“Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.Ədliyyə Nazirliyi tərəfindən Qərarın icrası amnistiya aktının müvafiq bəndlərinə uyğun olaraq, mərhələli şəkildə təxirə salınmadan həyata keçiriləcək.Həmçinin Nazirlik tərəfindən amnistiya aktının icrası barədə ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim ediləcək”, – deyə nazirlikdən bildirilib.Qeyd edək ki, Milli Məclis bu gün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edib.Amnistiya elan olunması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. (Mənbə: APA) -
MDB liderləri Sankt-Peterburqa toplaşır – Tarix açıqlandı
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü dekabrın 22-də Sankt-Peterburqda keçiriləcək.
Görüş Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçiriləcək.Müzakirələr zamanı tərəflərin regional gündəmdəki məsələləri, eləcə də MDB çərçivəsində əməkdaşlığın cari və perspektiv istiqamətlərini müzakirə edəcəyi gözlənilir.Həmçinin, ölkə liderləri arasında ikitərəfli görüşlər planlaşdırılır. -
Bu şəhərdə sadəcə 18 dəqiqə gündüz olacaq

Bu şəhərdə sadəcə 18 dəqiqə gündüz olacaq
Rusiyada bu şəhərində dekabrın 21-də sadəcə 18 dəqiqə gündüz olacaq olacaq.Lent.az yerli mediaya istinadla bildirir ki, bu məlumatı Rusiya Elmlər Akademiyasının Sibir bölməsinə aid Günəş–Yer Fizikası İnstitutunun aparıcı elmi işçisi, İrkutsk Dövlət Universitetinin professoru Sergey Yazev açıqlayıb. Onun sözlərinə görə, Murmansk vilayətində yerləşən Polyarnıye Zori şəhərində həmin gün cəmi 18 dəqiqə işıq olacaq.Qış fəslinin daxil olduğu günü Şimal yarımkürəsində gecə ən uzun müddətə çatır. Moskvada gecə təxminən 17 saat davam edəcək, işıqlı vaxt isə 7 saata qədər azalacaq. Artıq 22 dekabrdan etibarən gündüz saatlarının müddəti tədricən artmağa başlayacaq.Eyni zamanda, Rusiya şəhərləri arasında ən uzun işıqlı gün Dağıstanın Dərbənd şəhərində qeydə alınacaq: burada günəş yalnız 9 saat 7 dəqiqədən sonra batacaq. -
Bu şəxslərə bayramla əlaqədar 500 manat verildi – RƏSMİ

Qarabağ Universitetində çalışan bütün əməkdaşlara Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar mükafat verilib.
Bununla bağlı universitetin rektoru Şahin Bayramov əmr imzalayıb.
Əmrə əsasən, universitetin bütün əməkdaşlarına 500 manat mükafat verilib./modern


