Month: December 2025

  • Gəncədə yeniyetməni avtomobil vurdu

    Gəncədə yeniyetmə qızı avtomobil vurub.

    “Unikal”ın məlumatına görə, 2014-ci il təvəllüdlü E.Süleymanova xəstəxanaya yerləşdirilib.
    Ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, yeniyetmə yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.
    Faktla bağlı araşdırma aparılır.

  • MTK-lar daxili krediti niyə azaldıblar? (VİDEO)

    Əvvəllər mənzil bazarında geniş yayılmış daxili kreditlə satış imkanları demək olar ki, azalıb. Bir çox Mənzil-Tikinti Kooperativləri 4-5 illik, hətta faizsiz daxili ödəniş şərtləri ilə mənzil təklif edirdilər. Son vaxtlarda isə buna az rast gəlinir.
    Əmlak məsələləri üzrə ekspert Şaiq Əliyev deyir ki, daxili kreditlərin azalmasının əsas səbəblərindən biri Bakıda tikintinin əvvəlki illərlə müqayisədə xeyli az olmasıdır.
    Ekspertin sözlərinə görə, tikintinin azalması daxili kreditlə satışlara da birbaşa təsir göstərib. Nəticədə bazarda tələbin də zəiflədiyi müşahidə olunur.
    Ekspert vurğulayıb ki, tikinti sahəsində canlanma və daxili kredit imkanlarının bərpası mənzil bazarında tələbi yenidən artıra bilər.

  • İbrahimoviç Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib

    Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç dekabrın 20-də Bakıdakı Zəfər parkını ziyarət edib.

    Ervin İbrahimoviç parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
    Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç Şəhidlər xiyabanını da ziyarət edib.
    Ervin İbrahimoviç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

  • “Fənərbağça”nın prezidenti sərbəst buraxıldı

    Türkiyənin “Fənərbağça” komandasının prezidenti Sadəttin Saran narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

    Median.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Saran aparılan araşdırma zamanı Respublika Baş Prokurorluğuna dəvət olunub.
    O, prokurorluqda ifadə verdikdən sonra Məhkəmə-Tibb Ekspertizası Qurumunda müayinədən keçirilib və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

  • Astarada mobil telefonunda qumar oynayan şəxs cərimə edildi

    Astara rayonunda mobil telefon vasitəsi ilə qumar oynayan 25 yaşlı şəxs inzibati məsuliyyətə cəlb edilib.

    2000-ci il təvəllüdlü Mehdi Qasımovun (ad-soyad şərti verilib – red.) qumar oyununda iştirak etməsi müəyyən olunub.
    Qasımovun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.
    İş üzrə izahat verən Qasımov özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, mobil telefon vasitəsi ilə qumar oynayıb: “Lakin mobil telefon vasitəsi ilə qumar oynamağın qanunsuz olduğunu bilməmişəm”.
    O, himayəsində 3 azyaşlı uşağının olduğunu, cəzasının yüngül olmasını xahiş edib.
    Astara Rayon Məhkəməsinin hökmü ilə Qasımov 3000 manat məbləğində cərimə edilib.

  • “Mersedes” Dubayda 8 milyardlıq şəhər inşa edir

    “Mersedes” və “Binghatti” (Buqatti) şirkətləri Dubayda 8 milyard dollarlıq “Mersedes-Benz Places” yaşayış məskənini təqdim ediblər.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, 65 mərtəbəli tək bir göydələnlə birgə layihəyə start verən şirkətlər gələcəkdə əməkdaşlığı genişləndircəklər.
    Dubayın mərkəzindən qərbdə təxminən 10 milyon kvadrat fut ərazini əhatə edəcək mini şəhərdə lüks mənzillər, alış-veriş mərkəzləri, mədəniyyət ocaqları, parklar, sağlamlıq və fitness salonları, restoranlar, əyləncə məkanları yerləşəcək.
    Yeni mənzillərin qiymətləri hələ açıqlanmayıb. Həmin ərazidə mənzillərin qiyməti 2,4 milyon dollardan başlayır. Penthausların qiyməti isə 21,5 milyon dollardan çoxdur.
    Yeni məkanda mənzillərin başlanğıc qiymətlərin 2,7 milyon dollardan 3,3 milyon dollara qədər olacağı gözlənilir.

  • Polad Bülbüloğlu oğlu ilə Şuşadakı evinin bağını göstərdi – VİDEO

    Xalq artisti, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Polad Bülbüloğlu Şuşadakı evinin bağını nümayiş etdirib. 

    Deputat oğlu, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Murtuza Bülbüllə AZTV-yə danışıb.

  • Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü

    Hacıqabulda 1972-ci il təvəllüdlü Şakir Valehov arvadı Həlimə Valehova ilə bacısı oğlu Bəhram Qəmbərlinin (ad-soyadlar şərtidir) münasibətindən şübhələndiyi üçün onları qanunsuz olaraq silah gücü ilə azadlıqdan məhrum edib.

    Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, ötən il baş verən hadisə ilə bağlı məhkəmə prosesi bu həftə başa çatıb.
    Hacıqabul Rayon Məhkəməsinin hökmünə əsasən, Ş.Valehov 5 il müddətinə azadlıqdan məhrum edilib.
    Hadisənin təfərrüatına gəlincə, Şakir həyat yoldaşı Həlimə ilə bacısı oğlu Bəhramın münasibətindən şübhələnib. O, arvadına xəyanət ittihamı irəli sürsə də, qadın deyilənləri qəbul etməyib.
    Bundan sonra Şakir evin həyətinə kamera quraşdırıb. Buna baxmayaraq, kamera vasitəsilə arvadı ilə bacısı oğlunun münasibətini təsdiqləyən hər hansı görüntü əldə edə bilməyib. Şakir dəfələrlə kameranın yerini dəyişsə də, ittihamını sübut edəcək fakta nail olmayıb.
    Nəticədə, Şakir heyvanlara ot gətirmək bəhanəsi ilə bacısı oğlunu evinə çağırıb. Bəhram dayısının xəbərinə əməl edərək azyaşlı övladı ilə birlikdə evə gedib. Onların daxil olmasından sonra Şakir qapını kilidləyib və hər ikisini girov götürüb.
    Şakir əvvəlcə Bəhramın, daha sonra isə azyaşlı uşağın başına tapança dirəyib. Buna baxmayaraq, Bəhram ittihamları qəbul etməyib və dayısına yanıldığını deyib.
    Şakir Bəhram etiraf etməyəcəyi təqdirdə azyaşlını öldürəcəyi ilə hədələyib. Uşağın ağladığını görən Bəhram vəziyyəti sakitləşdirmək üçün dayısına razılıq verib və Həlimənin həyətə çıxdığı evə yollanıblar.
    Təqsirləndirilən şəxsdən iki addım aralanan Bəhram fürsətdən istifadə edərək qaçıb və ailə üzvlərinə hadisə barədə məlumat verib. O, özünün qaçdığını, uşağının isə hələ evdə qaldığını bildirərək azyaşlını Şakirin evindən çıxarmalarını tapşırıb.
    Daha sonra hadisə barədə polisə məlumat verilib. Əraziyə gələn polis əməkdaşları Şakir Valehovu saxlayıblar. Evə baxış keçirilən zaman mənzildə narkotik vasitə də aşkar olunub.
    Qeyd edək ki, Ş.Valehov daha əvvəl narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşayıb.

  • Bu il neçə kişi sığınacağa müraciət edib?

    2025-ci ildə kişilərin sığınacaqlara yerləşdirilməsi ilə bağlı hər hansı müraciət Komitəyə daxil olmayıb.

    Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə məlumat verib.
    Onun sözlərinə görə, mövcud yardım mərkəzlərində əsasən qadınlar və uşaqlar yerləşdirilir.
    Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan və sosial xidmətlər sisteminə daxil olan sığınacaq hazırda fəaliyyət göstərir. Həmin sığınacaqda vətəndaşların yerləşdirilməsi üçün bütün zəruri şərait mövcuddur. Gələcəkdə bu tip sığınacaqların sayının artırılması istiqamətində də müvafiq işlər aparılır.
    R.Süleymanzadə bildirib ki, kişilərin sığınacaqlara yerləşdirilməsi ilə bağlı müraciətlər daxil olmasa da, zorakılığa məruz qalma halları ilə bağlı müraciətlər Komitəyə daxil olub. Bu müraciətlər əsasında yerli monitorinq orqanları tərəfindən mühafizə orderləri verilib.
    Qeyd edilib ki, mühafizə orderləri şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunur və istər kişi, istərsə də qadın və uşaqlara qarşı zorakılıq halları baş verdikdə dərhal, 24 saat müddətinə verilir. Daha sonra həmin mühafizə orderlərinin icrası yerli icra strukturlarına həvalə olunur.
    Həmin ailələr profilaktik nəzarətə götürülür, zorakılıq törədən şəxslərlə bağlı isə qanunvericiliyə uyğun olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir.

  • Китайская ракета вывела на орбиту экспериментальный спутник связи

    Китайская ракета вывела на орбиту экспериментальный спутник связи
    Китайская ракета-носитель “Чанчжэн-5” (“Великий поход-5”) в субботу вывела на орбиту спутник связи №23 для апробирования новых технологий.
    Об этом сообщил телеканал CGTN.
    Ракета стартовала с космодрома Вэньчан, который расположен на острове Хайнань, в 20:30 по пекинскому времени (в 16:30 по Баку). Спутник успешно вышел на заданную орбиту.
    Экспериментальный спутник связи №23 предназначен в первую очередь для проверки многодиапазонных высокоскоростных технологий спутниковой связи.