
Keçmiş məcburi köçkünlərə ödənilən aylıq sosial müavinət onların hesablarına köçürülüb.

Keçmiş məcburi köçkünlərə ödənilən aylıq sosial müavinət onların hesablarına köçürülüb.

Gəncədə Vətən müharibəsi iştirakçısı dünyasını dəyişib.
Goranboyda 13 yaşlı qız dəm qazından zəhərlənib.
“Bu cür hallar həmişə olub. Bizim cəmiyyət nədənsə bu məsələlərdə unutqan davranır. 1998-ci ildə də, 2004-cü ildə də oxşar hallar baş verib: kimsə kiminsə əvəzinə imtahana girirdi. Biz bunları aşkarlayırdıq, cinayət işləri açılmışdı. Hər dəfə də təşkilatçılar təhsil işçiləri olub”.
Bunu “Trend”ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
DİM sədri bildirib ki, 2004-cü ildə imtahanda 600 baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsi ləğv edilib:
“Həmin hadisədə təşkilatçı universitet müəllimi idi – dosent, elmi dərəcəsi, namizədlik dissertasiyası da var idi. 2022–2023-cü illərdən isə bilirik ki, vəziyyət dəyişib, artıq bəzi texniki cihazlar mövcuddur. Əvvəlcə onu qeyd edək ki, bu cihazların ölkəyə gətirilməsi və istifadəsi qanunvericiliyə ziddir. Müvafiq orqanların razılığı tələb olunur. İmtahanda belə cihazlardan istifadə olunduqda biz bunu həmişə aşkarlamışıq. Necə aşkarladığımızı demək istəmirəm. Çünki metodlarımızı izah etdikdə, bu, qarşı tərəfə aydın olur və onlar yeni yollar axtarırlar. Bu, virus–antivirus məsələsinə bənzəyir”.
Naxçıvanda vəkillərin intizam məsuliyyətinə cəlb edilmə qaydalarında dəyişiklik edilir.
Bu, “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda o, intizam məsuliyyətinə cəlb ediləcək.
Həmçinin, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən bir il (hazırkı müddət 6 aydır), törədildiyi gündən isə iki il (hazırkı müddət 1 ildir) müddətində tətbiq edilə biləcək.
Bununla yanaşı, vəkillərin İntizam Komissiyası intizam icraatının başlandığı gündən 3 ay müddətində vəkilin iştirakı ilə araşdırma aparacaq və müvafiq rəyini Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edəcək. Əlavə araşdırmanın aparılmasına zərurət yaranarsa, həmin müddət üç ayadək uzadıla biləcək.
Bundan əlavə, vəkillərin İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə biləcək:
– xəbərdarlıq;
– töhmət;
– üzvlük haqqının 10 misli həcmində cərimə;
– “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununundə göstərilən korrupsiya ilə əlaqədar hüquqpozmalara təkrarən yol verilməsinə və ya vəkil etikasına dair tələblərin üç dəfədən artıq pozulmasına görə pozuntunun dərəcəsindən və vəkilin peşəkarlıq səviyyəsindən, stajından, əvvəllər intizam tənbehi alıb-almamasından asılı olaraq üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;
– vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlı normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraq pozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.
Vəkillər barəsində intizam icraatı aparılarkən bu Qanunla yanaşı Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin və Vəkillərin İntizam Komissiyası haqqında Əsasnamənin tələbləri rəhbər tutulacaq.
Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatı başlanılmayacaq və ya başlanılmış icraata xitam veriləcək.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin intizam tənbehi barədə qərarından bir ay müddətində məhkəməyə şikayət verilə biləcək.

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın məlumatına görə, qəza dekabrın 18-də axşam saatlarında qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan avtomobil aşıb və 22 yaşlı sürücü Nicat Babayev ölüb.
Qeyd edək ki, hadisə ilə bağlı FHN məlumat yayıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Renault” markalı minik avtomobili aşıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Honkonqda “Vanq Fuk Kort” yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.
Tay Po rayonunda baş vermiş yanğında daha bir nəfərin öldüyü təsdiqlənib və bununla da həlak olanların ümumi sayı 161-ə yüksəlib.
Qeyd olunur ki, məlumatlar məhkəmə-tibbi ekspertiza zamanı yeni bir şəxsə aid DNT nümunəsinin aşkarlanması nəticəsində yenilənib.
Honkonqda yaşayış kompleksində baş verən yanğın nəticəsində dəyən maddi zərər 642 milyon ABŞ dollarından çox qiymətləndirilir.

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı “Nicat” restoranı və “Balıqçı” kafesində “dəvə qutabı” adı ilə istehlakçılara təqdim olunan qutabların tərkibindəki ətlərin mənşəyi və təhlükəsizliyi barədə sənədlərinin mövcud olmadığı məlum olub. Bununla da “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliklə müəyyən olunmuş zəruri tədbirlərin görülməsi üçün sahibkarlara müvafiq göstərişlər verilib.
Qeyd edilib ki, reyd zamanı “Rest Time”, “Diana”, “Santo Mare”, “Sun Set”, “Duyğu”, “Yaxta”, “Gəmi” restoranlarının menyularında “dəvə qutabı” qeyd olunsa da, sahibkarları uzun müddətdir ki, bu xidmətin dayandırıldığını bildiriblər.
Nəzarət tədbirləri davam etdirilir.
FIFA portuqaliyalı hücumçu Kriştianu Ronaldunun da formasını geyindiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub.
“Report” “Arriyaditah” nəşrinə istinadən xəbər verir ki, buna ispaniyalı futbolçu Emerik Laportanın transferi zamanı Asiya təmsilçisinin “Mançester Siti”yə (İngiltərə) bəzi ödənişləri yerinə yetirməməsi səbəb olub.
Mənbənin məlumatına görə, 9 milyon avro ödənildikdən sonra qadağa aradan qaldırılacaq.
31 yaşlı Laport 2023-cü ildən 2025-ci ilə qədər “Əl-Nəsr”də oynayıb. O, komandada 69 oyun keçirib, doqquz qol vurub və bir məhsuldar ötürmə edib. Oyunçu hazırda İspaniyanın “Atletik” klubunda çıxış edir.