Month: December 2025

  • В Китае создали оптический чип для генеративного ИИ

    Исследователи из Шанхайского университета Цзяотун разработали оптический чип LightGen, позволяющий работать с крупномасштабными моделями генеративного искусственного интеллекта.

    Как передает Median.Az со ссылкой на China Daily, ученые считают, что новая разработка открывает перспективы для решения объемных вычислительных задач.

    “LightGen открывает новый путь для развития генеративного ИИ с большей скоростью и эффективностью, он указывает новое направление для исследований в области высокоскоростных и энергоэффективных генеративных интеллектуальных вычислений”, – заявил ведущий исследователь Чэнь Итун.

    По словам разработчиков, LightGen – первый полностью оптический чип, поддерживающий крупномасштабные семантические и визуальные генеративные модели ИИ. Оптические вычисления используют свет вместо электронов в транзисторах, что позволяет ускорить обработку данных и снизить энергозатраты.

    Эксперименты показали, что чип способен создавать изображения высокого разрешения, 3D-модели и видео высокой четкости.

  • Çində generativ süni intellekt üçün optik çip yaradılıb

    Şanxay “Jiao Tong” Universitetinin tədqiqatçıları genişmiqyaslı generativ süni intellekt modelləri ilə işləməyə imkan verən “LightGen” adlı optik çip hazırlayıblar.

    Median.Az-ın “China Daily”ə istinadən məlumatına görə, alimlər hesab edirlər ki, bu ixtira genişmiqyaslı hesablama tapşırıqlarının həlli üçün yeni perspektivlər açır.

    “LightGen” generativ süni intellektin daha yüksək sürət və səmərəliliklə inkişafı üçün yeni yol açır, yüksək sürətli və enerji baxımından səmərəli generativ intellektual hesablama sahəsində tədqiqatlar üçün yeni istiqamət göstərir”, – deyə aparıcı tədqiqatçı Çen İtun bildirib.

    Tərtibatçıların sözlərinə görə, “LightGen” irimiqyaslı semantik və vizual generativ süni intellekt modellərini dəstəkləyən ilk tam optik çipdir. Optik hesablamalarda tranzistorlardakı elektronlar əvəzinə işıqdan istifadə olunur ki, bu da məlumatların işlənməsini sürətləndirməyə və enerji sərfiyyatını azaltmağa imkan verir.

    Eksperimentlər göstərib ki, çip yüksək keyfiyyətli təsvirlər, 3D modellər və yüksək dəqiqlikli videolar yarada bilir.

  • Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur (FOTO)

    Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfat etdiyi iddia olunur.

    Sosial mediada edilən paylaşımlarda Tünzalə Sultanovanın boğaz nahiyəsində zob aşkar edildiyi və bundan sonra tibbi müayinələr zamanı onun bədxassəli şiş olduğu müəyyən olunub.

    Ötən gün onun əməliyyat edildiyi və vəziyyəti ağırlaşaraq komaya düşdüyü qeyd edilib.

    Lakin bu gün sosial şəbəkə edilən paylaşımlarda onun “EGE Hospital”da vəfat etdiyi iddia olunub.

    Məlumatı dəqiqləşdirmək üçün klinikanın nömrələri ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.
    //oxu.az

  • Şirkət direktoru 110 min manatlıq dələduzluq edib

    “Marthvvood” MMC-nin direktoru Teymur Məhərrəmov dələduzluq əməlinə görə cəzalandırılıb.

    Qaynarinfo xəbər verir ki, ittihama görə o, mebel düzəldəcəyi vədi ilə bir neçə nəfərə qarşı dələduzluq edib. Dəymiş ziyanın ümumi məbləği 110 020 manatdır.

    Teymur Məhərrəmov zərərçəkənlərin şikayətləri əsasında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq – təkrar törədildikdə), 178.2.3 (Dələduzluq – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

    Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. Teymur Məhərrəmov məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli sayıb.

    Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Teymur Məhərrəmovun həbsdə saxlanıldığı 11 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    “Marthvvood” MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Məhərrəmov Teymur İsrail oğludur. Şirkətin hazırda 7 972,06 manat vergi borcu var.

  • Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

    İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.

    Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən beş müxtəlif ictimai-iaşə obyektindən gedir.

    Bunların sırasına “Zəngəzur Harmony” hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.

    İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.

    Hərrac gələn il yanvarın 8-də keçiriləcək.

  • “Fənərbaxça” prezidenti prokurorluqda ifadə verdi

    “Fənərbaxça” prezidenti Sadettin Saran narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində prokurorluqda ifadə verib.

    İstanbul Baş Prokurorluğu tərəfindən başladılan araşdırma çərçivəsində səhər saatlarında İstanbul Ədalət Sarayına gələn Saranın dindirilməsi prosesi başa çatıb.

    Məlumata görə, ifadə verdikdən sonra geniş təhlükəsizlik tədbirləri altında məhkəmə binasından çıxarılan klub rəhbəri Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib. Orada Sadettin Sarandan narkotik maddə istifadə edib-etmədiyini müəyyən etmək məqsədilə qan və saç nümunələri götürüləcək.

    Qeyd edək ki, ekspertiza prosedurları tamamlandıqdan sonra S. Saranın yenidən məhkəməyə gətiriləcəyi gözlənilir.

    Xatırladaq ki, ötən gün klub rəhbərinin evində axtarış aparılmışdı.

  • 14 yaşlı qıza əxlaqsız hərəkət edənlər həbs olundu

    Ağsuda yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş qanunazidd əməllərə görə 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

    Rayon sakinləri olan iki nəfər 2011-ci il təvəllüdlü G.M.-ya (ad və soyad şərtidir) qarşı əxlaqa və qanunvericiliyin tələblərinə zidd hərəkətlər törədiblər.

    Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı V. İlyasov və 26 yaşlı R.Vəlizadə müəyyən edilərək saxlanılıblar.

    Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
    //qafqazinfo

  • В Турции продолжается расследование крушения военно-транспортного самолета C-130

    В Турции продолжается расследование крушения военно-транспортного самолета C-130, произошедшего в ноябре в Грузии у границ с Азербайджаном, заявил министр национальной обороны Турции Яшар Гюлер.

    Как передает Median.Az, об этом сообщает TRT.

    По его словам, изучение бортового самописца разбившегося самолета продолжается в TUSAŞ. Министр подчеркнул, что самолеты C-130 считаются одними из самых безопасных в мире и эксплуатируются примерно в 70 странах.

    Яшар Гюлер отметил, что после авиакатастрофы Турция направила на проверку все самолеты C-130, находившиеся на вооружении национальных ВВС.

    “После завершения проверки эксплуатация этих самолетов будет продолжена”, – добавил он.

    “Черный ящик разбившегося самолета все еще изучается в TUSAŞ. Комиссия по расследованию аварии продолжает работу, расследование пока не завершено. Каким бы ни был итог, мы доведем его до общественности с полной прозрачностью”, – заявил министр.

  • Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA

    “C-130″lar hazırda hələ də dünyanın 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur”.

    Median.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər illik qiymətləndirmə iclasında gündəmdəki məsələlərlə bağlı sualları cavablandırarkən deyib.

    Yaşar Gülər Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib:

    “Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik. Biz 1964-cü ildən “C-130″lardan istifadə etməyə başlamışıq. O vaxtdan bəri belə bir qəza baş verməmişdi. “C-130″lar hazırda hələ də dünyanın düz 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur. Bu qəzadan sonra bütün “C-130″ təyyarələrimizin hamısında yoxlamalar gücləndirilib. Bu yoxlamanı başa vurduqdan sonra təyyarələrimizdən istifadə etməyə davam edəcəyik”.

    “Qəzaya uğramış təyyarəmizin qara qutusu hələ də TUSAŞ-da (Türk Aerokosmik Sənayesi) araşdırılmağa davam edir. Qəza araşdırma qrupumuz da işlərini davam etdirir. Hələ ki, tamamlanmayıb. Təyyarəmizin qəza səbəbi ilə bağlı nəticə nə olursa olsun, bunu şəffaf şəkildə izahlı formada açıqlayacağıq”, – deyə Gülər əlavə edib.

  • Гражданин России наказан за использование поддельных водительских прав

    Гражданину России, обвиняемому в использовании поддельного водительского удостоверения, вынесен приговор.

    Как сообщает Median.Az со ссылкой на teleqraf.az, Эмиль Исмайылов (1990 г.р.) был признан виновным по статье 320.2 (использование поддельного документа) Уголовного кодекса Азербайджана.

    Согласно материалам дела, мужчина за денежное вознаграждение приобрёл поддельное водительское удостоверение Российской Федерации. Используя этот документ, 2 апреля 2024 года он обратился в ASAN xidmət №7 в Баку, на основании чего получил азербайджанское водительское удостоверение.

    В ходе проверки было установлено, что представленное российское удостоверение изготовлено не типографским способом, а методом электрофотографической печати и является полностью поддельным. После выявления несоответствий сотрудники ASAN xidmət изъяли как иностранное водительское удостоверение, так и выданное на его основе азербайджанское.

    В суде обвиняемый полностью признал вину. Он сообщил, что в августе 2023 года через некоего Эльдара заказал удостоверение за 200 000 рублей (примерно 4 000 манатов – ред.), зная, что документ поддельный. Обвиняемый заявил о раскаянии и попросил назначить наказание, не связанное с лишением свободы.

    Согласно приговору суда, мужчина оштрафован на 2 000 манатов.