Month: December 2025

  • Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

    Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb.

    Median.Az teleqraf.az-a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı – Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub.

    İttihama görə, Emil İsmayılov Rusiya Federasiyasına məxsus saxta sürücülük vəsiqəsini pul müqabilində əldə edib. O, bu sənəddən istifadə edərək 2024-cü il aprel ayının 2-də Bakı şəhərində yerləşən 7 saylı ASAN Xidmət mərkəzinə müraciət edərək sürücülük vəsiqəsi alıb.

    Araşdırmalar zamanı təqdim edilən Rusiya sürücülük vəsiqəsinin mətbəə üsulu ilə deyil, elektrofotoqrafik çap yolu ilə hazırlandığı və tam saxta olduğu müəyyən edilib. ASAN Xidmət əməkdaşları sənəddə uyğunsuzluq aşkar etdikdən sonra həm xarici, həm də onun əsasında verilmiş Azərbaycan sürücülük vəsiqəsini geri alıblar.

    Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, 2023-cü ilin avqustunda Eldar adlı şəxs vasitəsilə 200 min rubl müqabilində saxta sürücülük vəsiqəsi sifariş edib və sənədin saxta olduğunu bildiyi halda razılaşıb. Əməlindən peşman olduğunu deyən Emil İsmayılov barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edib.

    Məhkəmənin hökmü ilə Emil İsmayılov iki min manat məbləğində cərimə cəzasına məhkum edilib.

  • Известный российский людоед пришел в поликлинику и умер

    В Перми (РФ) на приеме у врача в поликлинике умер известный людоед Михаил Малышев.

    Об этом сообщает ura.ru.

    По данным издания, Малышев упал замертво в поликлинике на улице Липатова. Он пришел на прием к врачу и упал в фойе.

    Ранее сообщалось, что Михаил Малышев, известный как пермский людоед, после выхода из колонии устроился на работу в приют для бездомных животных.

    Малышев провел 23 года в местах лишения свободы за расправы с особой жестокостью. После его задержания оперативники нашли у него дома два холодильника с собачьим и человеческим мясом: с помощью подруги он заманивал жертв к себе домой, расправлялся с ними и расчленял, а потом ел. Из плоти жертв преступник готовил разные блюда, в том числе пельмени и пироги. В 2022 году Малышев вернулся в родную Пермь.

  • Həkim qəbuluna gələn rusiyalı adamyeyən poliklinikada ölüb

    Rusiyalı kannibal (adamyeyən) Mixail Malışev Permdəki poliklinikada həkim qəbulu zamanı ölüb.

    Bu barədə Ura.ru məlumat yayıb.

    Nəşrin məlumatına görə, həkim qəbuluna gələn Malışev foyedə huşunu itirərək yıxılıb və yerindəcə həyatını itirib.

    “Permli adamyeyən” kimi tanınan Mixail Malışev həbsxanadan azad edildikdən sonra heyvan sığınacağında çalışıb. O, xüsusilə qəddar cinayətlərinə görə 23 il həbsxanada yatıb.

    Müstəntiqlər onun evində it və insan əti olan iki soyuducu tapıblar. Malışev sevgilisinin köməyi ilə qurbanları evinə cəlb edib, öldürüb, parçalayıb və sonra yeyib. Cinayətkar insanların ətindən müxtəlif yeməklər hazırlayıb.

  • Binaların dağılmadan qorunması ilə bağlı yeni qayda mənzillərin qiymətinə necə təsir edəcək? (Video)

    Çoxmərtəbəli yaşayış binaları bundan sonra yeni qaydalarla tikiləcək. Söhbət hündürlüyü 200 metrdən çox olan binalardan gedir.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi ilə bağlı qaydaları təsdiqləyib. Bu normalar hündürlüyü 75 metrə qədər, 75 metrdən 200 metrə qədər və 200 metrdən çox olan binalar üçün nəzərdə tutulub.

    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, hazırda paytaxtda istifadə müddəti bitmiş 11 minə yaxın yaşayış binası və 1 500-ə qədər qəzalı bina var. 2040-cı ilə qədər köhnə binaların sökülməsi nəzərdə tutulur. Onların yerində binalar tikilərkən yeni təsdiq edilən qaydalara uyğun tikiləcək.

    Bəs bu addım evlərin qiymətinə necə təsir edəcək?

    Ekspert hesab edir ki, evlərin qiyməti mərtəbələrinə və görünüşünə görə dəyişə bilər.

    Elnur Fərzəliyev onu da əlavə edib ki, belə hündürlükdə binalar gələcəkdə az sayda tikiləcək. Nəticədə həmin binalarda mənzillərin kvadratmetri 7-10 min manat civarında dəyişə bilər.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Региональное управление образования прокомментировало видео с неподобающим поведением учителя (Видео)

    В социальных сетях распространились видеокадры, на которых запечатлено неподобающее поведение учителя по отношению к директору средней общеобразовательной школы села Арабшахверди Гобустанского района. В связи с данным инцидентом было проведено расследование.

    Как передает Median.Az со ссылкой на Qafqazinfo, об этом сообщили в Нагорно-Ширванском региональном управлении образования.

    Согласно результатам проведенной проверки, инцидент, зафиксированный на видео, произошел 30 октября 2025 года.

    “В связи с нарушением “Правил этического поведения педагогических работников”, на основании соответствующего приказа руководителя образовательного учреждения, в отношении данного учителя была применена мера дисциплинарного взыскания.

    Вместе с тем подчеркиваем, что обеспечение деловой, здоровой эмоциональной и психологической среды в образовательных учреждениях, правильное управление взаимоотношениями между педагогами и другими участниками образовательного процесса, повышение авторитета педагогов являются важными направлениями, и эти вопросы постоянно находятся в центре внимания”, – отмечается в официальном заявлении.

  • Qobustanda müəllim direktora zor tətbiq edib? – Video

    Sosial şəbəkələrdə Qobustan rayonunun Ərəbşahverdi kənd orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən görüntülər yayılıb. Həmin video ilə bağlı araşdırma aparılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin 2025-ci oktyabrın 30-da baş verdiyi məlum olub.

    “Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna görə təhsil müəssisəsi rəhbərinin müvafiq əmrinə əsasən, həmin müəllim barəsində intizam tənbehi tədbiri görülüb.

    Bununla yanaşı bildiririk ki, təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsi, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin düzgün idarə olunması, təhsilverənlərin nüfuzunun yüksəldilməsi vacib istiqamətlərdəndir və bu məsələlər daim diqqətdə saxlanılır”, – deyə məlumatda qeyd edilib.

  • Açıq lüklər sürücülərə təhlükə yaratdı – Məsuliyyət kimin üzərinə düşür? (Video)

    Paytaxtın bəzi küçə və prospektlərində sürücülər təhlükəli yol şəraiti ilə üzləşirlər. Hərəkət zamanı qəfil qarşılarına açıq lük və ya dərin çalalar çıxır.

    Nəticədə, çuxura düşən avtomobillər ciddi texniki zərər görürlər. “Həftədə bir dəfə təkər dəyişirik. Çuxura düşürük, təkər yararsız vəziyyətdə qalır”, – deyə sürücülərdən biri narazılığını bildirib.

    Bəs bu kimi hallarda sürücüyə dəymiş ziyanı kim ödəməlidir? Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, məsuliyyət yol sahəsinə nəzarət edən qurumun üzərinə düşür: “Sürücülər üçün aydın və təhlükəsiz yol şəraiti təmin olunmalıdır. Bu, müvafiq dövlət qurumlarının borcudur”.

    Ekspert, həmçinin bildirib ki, sürücü bu cür vəziyyətlə qarşılaşıbsa, avtomobilinə ziyan dəyibsə, məhkəməyə müraciət edə və dəymiş zərərin ödənilməsini tələb edə bilər.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • Расширяются полномочия общего собрания членов Коллегии адвокатов Нахчывана

    Расширяются исключительные полномочия общего собрания членов Коллегии адвокатов Нахчывана.

    Как сообщает Oxu.Az, изменения отражены в проекте поправок к закону “О Коллегии адвокатов Нахчыванской Автономной Республики”,

    Согласно проекту, к компетенции общего собрания будут относиться:

    – утверждение устава Коллегии адвокатов, положений о дисциплинарной и квалификационной комиссиях, а также внесение в них изменений;

    – избрание председателя, его заместителей и других членов президиума Коллегии адвокатов, а также руководства и членов дисциплинарной комиссии;

    – утверждение бюджета Коллегии адвокатов и определение размера членских взносов.

    Также предусматривается, что общее собрание будет созываться президиумом Коллегии адвокатов не реже одного раза в три года.

    Внеочередное общее собрание может быть проведено по требованию одной трети членов коллегии либо по решению президиума. В этом случае президиум обязан в течение двух месяцев обеспечить его организацию и проведение.

  • Naxçıvan Vəkillər Kollegiyası üzvləri ilə bağlı YENİ QƏRAR

    Naxçıvan Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətləri genişləndirilir.

    Sözügedən məsələ “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, qanun aşağıdakı redaksiyada verilir.

    – Vəkillər Kollegiyasının Nizamnaməsini, Vəkillərin İntizam Komissiyasının Əsasnaməsini, Vəkillərin İxtisas Komissiyasının Əsasnaməsini təsdiq etmək və onlarda dəyişiklik etmək;

    – Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrini, sədr müavinlərini və digər üzvlərini, Vəkillərin İntizam Komissiyasının sədrini, sədr müavinini və digər üzvlərini seçmək;

    – Vəkillər Kollegiyasının büdcəsini və üzvlük haqqının məbləğini müəyyən etmək.

    Həmçinin Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı üç ildə bir dəfədən az olmayaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən çağırılacaq.

    Layihəyə görə, Vəkillər Kollegiyası üzvlərinin növbədənkənar ümumi yığıncağı Vəkillər Kollegiyası üzvlərinin üçdə birinin tələbi və ya Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı əsasında çağırıla bilər. Bundan başqa, Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı çağırıldıqda Vəkillər Kollegiyasının Rəyasət Heyəti iki ay ərzində onun təşkilini və keçirilməsini təmin edəcək.
    //oxu.az

  • СМИ: США представили проект “Восход солнца”, направленный на преображение Газы

    США представили проект “Восход солнца”, который направлен на преображение палестинской Газы до уровня высокотехнологичного мегаполиса. План стоимостью 112.1 млрд долларов разработали зять президента Соединенных Штатов Дональда Трампа Джаред Кушнер и спецпосланник Стивен Уиткофф.

    Об этом сообщила газета The Wall Street Journal (WSJ) со ссылкой на американских чиновников.

    Уточняется, что США собираются взять на себя около 20% расходов на восстановление анклава в течение 10 лет. Согласно плану, на территории Газы планируется обустроить технологичный курорт с интеллектуальными энергосетями и скоростными железными дорогами. Презентацию проекта показали потенциальным инвесторам, но некоторые американские чиновники, по данным издания, уже выразили сомнения по поводу его реализации.

    “Мы абсолютно уверены, что найдем инвесторов для восстановления и оказания всей гуманитарной поддержки в долгосрочной перспективе”, – приводит газета слова американского госсекретаря Марко Рубио.

    Сообщается, что презентация прошла конфиденциально, но не была засекречена. Подробностей о будущих странах-спонсорах строительства и подрядчиках не сообщалось, но среди потенциальных доноров на мероприятии присутствовали представители королевств Персидского залива, Турции и Египта. В плане также не было сказано о месте проживания 2 млн местных жителей на время реконструкции.