Month: January 2026

  • Qırmızı diplomlar tarixə qovuşur?

    Xəbər verdiyimiz kimi, Azərbaycanda diplom və attestatlar artıq kağız üzərində təqdim edilməyəcək. Hər biri elektron formada olacaq. Bu qərardan sonra həm şagirdlərə, həm də tələbələrə maraqlıdır ki, “qırmızı diplom”, “qırmızı attestat” dövrü də başa çatdı?

    Bizim.Media mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib. Ekspert bildirib ki, diplomlar, attestatlar kağız formasında olmasa da, fərqlənmə ilə bitirildiyi elektron formada qeyd olunacaq.

    “Artıq illərdir ki, dünyada dövlət sənədləri kağız daşıyıcılarla verilmir, hər biri elektron qayda da verilir. Fərqlənmə diplomu, attestatı elektron qaydada təqdim olunacaq”.

    “Diplomla şəkil çəkdirib, paylaşmaq geridə qalır”.

    “Yəni, kimsə fərqlənmə diplomu ilə bitiribsə, bu, elektron qaydada qeyd olunacaq. Şəxsi işəgötürən də elektron formada onu görəcək. Kağız daşıyıcılar əsri başa çatdı” – deyə Elçin Əfəndi qeyd edib.

  • 30 yaşlı kişi toyda bıçaqlandı

    Göygöldə bıçaqlanma olub.

    “Unikal”ın məlumatına görə, rayon sakini 1996-cı il təvəllüdlü R.Ələkbərov bədənin iki bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Xəsarət alan şəxs dərhal əməliyyat edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə, 30 yaşlı kişi rayonda yerləşən “Fərdi” şadlıq sarayında keçirilən toy məclisində bıçaqlanıb.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Fakt araşdırılır.

  • Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? (Video)

    Son günlər ölkədə sənədsiz evlərlə bağlı müzakirələr yenidən gündəmdədir. Minlərlə ailənin illərdir yaşadığı, lakin hüquqi statusu olmayan evlərin taleyi cəmiyyətdə ciddi suallar doğurur: çıxarış almaq mümkündürmü, kimlər bu prosesdən yararlana biləcək, sənədləşmə hansı şərtlərlə aparılacaq?

    Eyni zamanda kirayə bazarında gözlənilən sərtləşmələr, qeyri-rəsmi icarəyə qarşı nəzarət mexanizmləri, ev qiymətlərinin 2026-cı ildə hansı istiqamətdə dəyişəcəyi ilə bağlı proqnozlar da vətəndaşları düşündürən əsas məsələlərdəndir.

    Digər tərəfdən, illərdir sakinlərin narazılığına səbəb olan “komendant pulu” mövzusu yenidən müzakirə masasına çıxarılıb. MTK-ların topladığı və təyinatı üzrə xərclənmədiyi iddia olunan vəsaitlər, liftlərin, işıqlandırmanın dayandırılması və yaranan sosial narazılıq bu məsələnin artıq hüquqi həll tələb etdiyini göstərir.

    Bu və digər suallara “TV Müsavat”ın efirində əmlak məsələləri üzrə ekspert Elnur Azadov cavablandırıb.

  • Novruz bu ölkədə rəsmi dövlət bayramı oldu

    Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa tərəfindən imzalanan yeni prezident fərmanı ilə Novruz bayramı Suriyada rəsmi dövlət bayramı elan edilib.

    Fərmana əsasən, 21 mart tarixində qeyd olunan və baharın gəlişini simvolizə edən Novruz ölkənin bütün bölgələrində ödənişli rəsmi tətil günü olacaq.

    Qeyd olunur ki, Novruzun dövlət bayramı statusu alması Suriyada uzun illərdir davam edən müzakirələrdən sonra qəbul edilən və siyasi-mədəni baxımdan mühüm addım kimi qiymətləndirilən qərarlardan biridir.

  • В Индонезии пропал самолет с пассажирами

    Самолет типа ATR 400, который принадлежит авиакомпании Indonesia Air Transport, потерял связь в Индонезии, в районе округа Марос, провинция Южный Сулавеси.

    Об этом сообщил индонезийский портал Detik.

    Глава оперативного отдела поисково-спасательной службы Анди Султан заявил, что на борту находится 11 человек.

    “На борту находятся восемь членов экипажа и три пассажира”, – уточнил он.

    Самолет выполнял рейс из Джокьякарты в Макассар. Точное местонахождение воздушного судна остается неизвестным.

    По информации спасательных служб, к операции привлекли 25 сотрудников, поисковые мероприятия проведут в несколько этапов.

  • İndoneziyada sərnişinləri olan təyyarə itib

    İndoneziya Hava Yollarına məxsus ATR-400 təyyarəsi Cənubi Sulavesi əyalətində itib.

    Bu barədə “Detik” məlumat verib.

    Yerli axtarış və xilasetmə xidmətinin əməliyyatlar şöbəsinin rəhbəri Andi Sultan bildirib ki, təyyarədə 11 nəfər olub.

    Təyyarə Yoqyakartadan Makassara uçub.

  • На Филиппинах число жертв оползня на свалке выросло до 35

    Число жертв схода оползня на мусорном полигоне в городе Себу в центральной части Филиппин возросло с 27 до 35.

    Об этом сообщил телеканал ABS-CBN News.

    По его данным, еще один человек числится пропавшим без вести. Филиппинские спасатели продолжают поисковую операцию.

    Напомним, что оползень на мусорном полигоне Себу произошел 8 января. В первые часы после инцидента под завалами были найдены живыми 12 человек. Ранее сообщалось о 10 погибших в результате инцидента.

  • Filippində tullantı poliqonunda baş verən uçqunda ölənlərin sayı 35-ə yüksəlib

    Filippinin mərkəzi hissəsindəki Sebu şəhərində tullantı poliqonunda baş verən uçqun nəticəsində həlak olanların sayı 27 nəfərdən 35-ə yüksəlib.

    Bunu “ABS-CBN News” telekanalı bildirib.

    Daha bir nəfər itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə əməliyyatı davam edir.

    Xatırladaq ki, Sebu şəhərində yanvarın 8-də zibil poliqonunda uçqun baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar altından 12 nəfər sağ çıxarılıb və onlar xəstəxanaya yerləşdirilib.

  • Цены на криптовалюту за последние сутки снизились

    Цена ведущей мировой криптовалюты – биткоина – упала ниже $95 300.

    За последние сутки криптовалюта подешевела на 0,2% и была продана по цене $95 209.

    В результате капитализация биткоина снизилась до $1 трлн 903 млрд.

    Цена эфириума (Ethereum), занимающего 2-е место по рыночной капитализации, за последние 24 часа снизилась на 0,13% до $3 300.

    Общая стоимость криптовалютного рынка за последние сутки снизилась на 0,03% до $3,23 трлн.

  • Dünyanın aparıcı kriptovalyutası cüzi ucuzlaşıb

    Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 95,3 min ABŞ dollarından aşağı düşüb.

    Kriptovalyuta son 24 saat ərzində 0,20 % ucuzlaşaraq 95 min 209 ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 1 trilyon 903 milyard ABŞ dolları həddinə enib.

    Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 0,13 % azalaraq 3,3 min ABŞ dolları olub.

    Kriptovalyuta bazarının toplam dəyəri son sutkada 0,03 % azalaraq 3,23 trilyon ABŞ dollarına düşüb.