Month: January 2026

  • Cəfər Cabbarlının büstünün restavrasiyasına başlanıldı – Video

    Cəfər Cabbarlının adını daşıdığı Azərbaycanfilm kinostudiyasının həyətində yerləşən büstünün restavrasiyasına başlanılıb.

    Bu barədə Kinostudiyadan bildirilib.

    Bildirilib ki, büstün bərpası işlərinə Rəssamlıq Akademiyasının mütəxəssisləri cəlb olunur, növbəti mərhələdə ətrafda abadlıq işləri həyəta keçirilməsi nəzərdə tutulub.

    “Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının bazasında “Kinopark” layihəsi inkişaf etdirilir və tezliklə yekunlaşacaq. Nəticədə burada onlarla kinoşirkəti əhatə edən, yüzlərlə insanın çalışacağı məkan formalaşacaq və kino sənayesinin müxtəlif qurumları burada cəmləşəcək”, – məlumatda qeyd olunub.

  • Avtomobil kanala düşdü – Ölən var

    Ucarda yol qəzası olub.

    Hadisə rayonun Qazıqumlaq kənd yolunda baş verib.

    Belə ki, “Mercedes” markalı minik maşını su kanalına düşüb. Nəticədə, Coşqun Məmmədov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Suriyada kürd dili rəsmi status qazandı

    Suriya Prezidenti Əhməd əl-Şaraa kürdlərin hüquqlarının təmin olunmasına dair fərman imzalayıb.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, sənəddə kürdlərin Suriya cəmiyyətinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanır və ölkə tarixində ilk dəfə olaraq kürd dilinin dövlət dili kimi tanındığı qeyd edilir.

    Fərmana əsasən, kürdlərin əhalinin mühüm hissəsini təşkil etdiyi bölgələrdə məktəblərdə kürd dili tədris ediləcək.

    Bundan başqa, 1962-ci il əhali siyahıyaalınması zamanı vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası imkanı verilir.

  • Ötən gün narkotiklərlə əlaqəli 31 fakt müəyyən edilib

    Ötən gün narkotiklərlə əlaqəli 31 fakt müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, yanvarın 16-da qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

    Bakı və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 20 tüfəng, 6 patron darağı və 475 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

  • Bu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək

    İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr edilib.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

    Qanuna əsasən, işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər veriləcək:

    əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində;

    əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində.

  • Xaçaturyanın xəstəxanadan fotosu – Video

    Xəbər verdiyimiz kimi, Vaqif Xaçaturyan yanvar ayının 14-də digər 3 erməni ilə birlikdə Ermənistan Respublikasının müvafiq qurumlarının nümayəndələrinə təhvil verilib.

    “Unikal” xəbər verir ki, Xaçaturyan təhvil verildikdən sonra İrəvanın Nork-Maraş Xəstəxanasına köçürülüb.

    Onun qızı Vera Xaçaturyan erməni KİV-ə atasının xəstəxanadan olan fotosunu göstərib.

  • Alim Qasımovun nəvəsinin toyundan VİDEO

    Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toyu olub.

    Şəhər restoranlarından birində keçirilən məclisə şou-biznes nümayəndələri də qatılıb.

    Toyda Alim Qasımovun ailə üzvləri ilə rəqsi maraqla qarşılanıb.

    Qeyd edək ki, Mövlanə ötən ilin yanvarında Fərid adlı bəylə nişanlanıb. F.Qasımovanın dörd övladı var. Onun böyük qızı Fatimə Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailəlidir.

  • Sumqayıtda aptekdə yanğın başlayıb

    Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 36-cı məhəlləsində yerləşən apteklərin birində baş verib.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

    Yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

    Yanğının baş vermə səbəbləri araşdırılır.

  • “Günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqənizə geri dönün!” – Nazirlik xəbərdarlıq etdi

    Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

    Müraciətdə soyuq hava şəraitinə görə qaz və elektrik qızdırıcı cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi istənilib:

    “Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır. Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər”.

    Müraciətdə, həmçinin, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur:

    “Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən də uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq vacibdir. Bundan başqa, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir”.

    Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində havanın yağıntılı olacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

  • В Нахчыване автобус столкнулся с автомобилем

    В Нахчыване произошло дорожно-транспортное происшествие (ДТП).

    Как сообщает Report, в квартале Хатаи автомобиль KIA столкнулся с автобусом внутригородской маршрутной линии №9.

    В результате ДТП жители города – Тахмина Гахраман гызы Абдуллаева (1987 г.р.), Ламия Руфат гызы Гафарова (1987 г.р.) и Вафа Гусейн гызы Велиева (1981 г.р.) – получили травмы.

    Пострадавшие были госпитализированы в отделение скорой медицинской помощи больницы Нахчыванской Автономной Республики.

    На месте происшествия работают сотрудники полиции.

    По данному факту ведется расследование.