Month: January 2026

  • В воскресенье в Баку ожидается мокрый снег, в регионах – мороз до −4°

    18 января в Баку и на Абшеронском полуострове возможны осадки в виде дождя с мокрым снегом.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Местами осадки будут интенсивными, к вечеру они постепенно прекратятся. Умеренный северо-западный ветер временами усилится.

    Температура воздуха в Баку и на Абшероне ночью составит 0-3, днем – 3-6° тепла. Атмосферное давление выше нормы – около 770 мм ртутного столба, относительная влажность воздуха – 75-85%.

    В регионах Азербайджана также прогнозируются осадки: местами дождь с мокрым снегом, в горных и предгорных районах – снег.

    Ночью температура воздуха опустится до -4°, днем ожидается 1-5° тепла. В горах ночью 5-10, в высокогорье – до −18°, днем – до 5° мороза.

    В горных и предгорных районах ожидается гололед.

  • Bazar günü Bakıya sulu qar yağacaq, 4 dərəcə şaxta olacaq – PROQNOZ

    Bakıda və Abşeron yarımadasında yanvarın 18-də bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, bəzi yerlərdə yağıntının intensivləşəcək, axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

    Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

  • Умер президент итальянского ФК “Фиорентина”

    Президент итальянской “Фиорентины” Рокко Коммисо умер в возрасте 76 лет.

    Об этом сообщила пресс-служба клуба.

    “После длительной болезни наш президент покинул нас, и сегодня мы все скорбим о его кончине”, – отмечается в информации.

    Клуб сообщил, что тренировочный центр “Фиорентины” “Виола Парк” получит имя Коммисо.

    Рокко Коммисо купил “Фиорентину” за $150 млн и в 2019 году стал ее президентом. После этого клуб выходил в финал Лиги конференций в 2023 и 2024 годах, а также в финал Кубка Италии в 2023 году. В текущем сезоне “Фиорентина” занимает 18-е место в чемпионате Италии.

  • İtaliya klubunun prezidenti vəfat edib

    İtaliyanın “Fiorentina” futbol klubunun prezidenti Rokko Kommiso 76 yaşında vəfat edib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Onun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir. Sabiq rəhbərin xatirəsini əbədiləşdirmək üçün komandanın “Viola Park” təlim mərkəzinə adı veriləcək.

    Qeyd edək ki, Rokko Kommiso 2019-cu ildən “Fiorentina”ya rəhbərlik edirdi.

  • Sumqayıtda biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs saxlanılıb

    Sumqayıt şəhərində biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı İ.Quliyev saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

    Araşdırma zamanı İ.Quliyevin zərərçəkənə birgə biznes qurmaq vədi verərək onun qızıl-zinət əşyalarını satdığı və pulu ələ keçirdiyi məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • İş başında sükanı buraxıb oyun oynayırdı – İşdən çıxarıldı (FOTO)

    Sosial şəbəkələrdə Bakıdan Gəncəyə yola düşən avtobusda sürücünün yol boyu dəfələrlə sükanı buraxaraq, hər iki əli ilə mobil telefonda oyun oynamasını əks etdirən görüntülər yayılıb. İddia olunub ki, sürücü nəqliyyat vasitəsini idarə etdiyi müddətdə diqqətini yoldan yayındıraraq həm özünün, həm də avtobusda olan sərnişinlərin həyatını real təhlükə altına atıb.

    Məsələ ilə bağlı AYNA-dan qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, görüntü ilə əlaqədar AYNA-da araşdırma aparılıb.

    “Məlum olub ki, “Uğurlu yol” MMC-yə məxsus 77-JK-411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Namiq Cənnətovdur. Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü daşıyıcı şirkət tərəfindən artıq işdən çıxarılıb.

    Qeyd edək ki, həmin sürücünün gələcəkdə digər marşrutlarda işlə təmin olunması məqsədəuyğun hesab edilmədiyindən, bütün daşıyıcılar bu barədə məlumatlandırılıb və onlara sərnişindaşıma norma və qaydalarına riayət edilməsi barədə bir daha tapşırıq verilib”, – qurumdan bildirilib.

  • İrəvanda İran əleyhinə keçirilən etiraz aksiyasının yeddi iştirakçısı saxlanılıb

    İrəvanda İran səfirliyi qarşısında keçirilən icazəsiz etiraz aksiyasının yeddi iştirakçısı saxlanılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

    “İran səfirliyi qarşısında keçirilən aksiyanın təhlükəsizliyi Ermənistan polisi tərəfindən lazımi qaydada təmin edilir. Yürüşə icazə verilməyib, bu səbəbdən yeddi nəfər inzibati qaydada həbs edilib”, – Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan bildirib.

    Qeyd edək ki, səfirlik qarşısındakı etiraz aksiyasını Ermənistanda yaşayan İran vətəndaşları keçirirlər. Aksiya iştirakçıları İran hakimiyyətinin müxtəlif İran şəhərlərində nümayişçilərə qarşı hərəkətlərinə etiraz edirlər və dini idarəetmə əvəzinə dünyəvi hakimiyyət tələb edirlər.

    Yürüş keçirmək niyyətində olan etirazçılara polis icazə vermir. Etirazçılar səfirlik binası yaxınlığında oturaq aksiyaya başlayıblar.

  • Müəllim şagirdi saçını qısaltmağa məcbur edə bilər?

    Son vaxtlar məktəblərdə şagirdlərin saç və saqqal məsələsi ətrafında müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə yuxarı siniflərdə oxuyan oğlan şagirdlərin saç və saqqallarını kəsməyə məcbur edilməsi ilə bağlı müəllimlər tərəfindən təzyiqə məruz qaldığı iddia olunur.

    Valideynlərdən birinin sözlərinə görə, 10-cu sinifdə təhsil alan oğlu müəllim tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalıb. İddiaya əsasən, müəllim şagirdin saçını dartaraq onu alçaldıb.

    Maraqlıdır, bəs görəsən, müəllim məktəbliləri saçlarını kəsdirməyə məcbur edə bilər?

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, ümumtəhsil məktəblərində müəllimlərin, məktəb rəhbərliyinin, şagirdlərin və valideynlərin hüquq və vəzifələri mövcuddur.

    Müəllim şagirdi saçını qısaltmağa məcbur edə bilər?

    Onun sözlərinə görə, bu kontekstdə xüsusilə şagirdlərin hüquqlarına diqqət yetirmək vacibdir:

    “Müəllimin şagirdin saçından tutması, ona fiziki və ya psixoloji təzyiq göstərməsi qətiyyən yolverilməzdir və bu, etik davranış qaydalarına tamamilə ziddir. Müəllim yalnız şagirdə şifahi irad bildirə, bu barədə valideyni məlumatlandıra bilər. Əgər bu da nəticə verməzsə, məsələ ilə bağlı məktəb rəhbərliyinə şifahi və ya yazılı müraciət edə bilər. Lakin hər hansı şagirdin saçından tutularaq fiziki və ya psixoloji təsirə məruz qoyulması qətiyyən qəbul edilmir”.

    Ekspert qeyd edib ki, şagirdlərin etik davranış qaydalarına uyğun geyim forması və zahiri görünüş tələbləri mövcuddur:

    “Saçın normadan artıq uzun olması da bu qaydalara zidd hesab olunur. Burada konkret ölçü məlum olmadığı üçün dəqiq qiymət vermək çətindir, lakin məktəblinin digər şagirdlərdən kəskin şəkildə fərqlənməsi və mənfi nümunə yaratması yolverilməzdir. Belə hallar məktəb mühitində intizam problemlərinə səbəb ola bilər. Əgər müəllim öz vəzifə və səlahiyyətlərini düzgün bilirsə, ilk növbədə şagirdə şifahi xəbərdarlıq edir, nəticə olmadıqda valideyni məlumatlandırır. Bundan sonra da problem həllini tapmazsa, məsələ məktəb rəhbərliyinə çıxarılır və zərurət yaranarsa, Pedaqoji Şura və ya Nizam-İntizam Komitəsi tərəfindən müvafiq tədbirlər görülür. Məktəb rəhbərliyi də istəməz ki, hər hansı şagird digərləri üçün mənfi örnəyə çevrilsin.

    Əgər valideynin iddia etdiyi kimi, şagirdin saçından tutulub ona fiziki və ya psixoloji təzyiq göstərilibsə, bu hal müəllimin etik davranış qaydalarına tam ziddir və araşdırılmalıdır. Lakin müəllim sadəcə saçın uzunluğunu müəyyən etmək məqsədilə toxunubsa və ya onun qısaldılmasının vacibliyini bildiribdirsə, bu zaman məsələ fərqli qiymətləndirilməlidir”.

    Ramin Nurəliyev əlavə edib ki, hazırda müşahidə olunan əsas problemlərdən biri də valideynlərin övladlarına söz keçirə bilməməsi və müəllimi müdafiə etmək əvəzinə şagirdi haqsız şəkildə müdafiə etməsidir:

    “Bu yanaşma düzgün deyil. Valideyn məktəb qaydalarına əməl olunması məsələsində müəllimin yanında olmalıdır. Əks halda, bu cür münasibət uşağın gələcək davranışlarında daha ciddi problemlərə yol aça bilər. Valideyn ilk növbədə övladına izah etməlidir ki, məktəbdə müəyyən qaydalar var və bu qaydalara hamı əməl etməlidir. Əgər saçın uzunluğu normadan artıqdırsa, bu mütləq şəkildə aradan qaldırılmalıdır. Təfərrüat tam məlum olmasa da, ümumi yanaşma ondan ibarətdir ki, müəllimə qarşı əsassız hücumlar yolverilməzdir və valideyn-məktəb əməkdaşlığı qorunmalıdır. Əgər valideynin qeyd etdiyi kimi, müəllim şagirdə qarşı alçaldıcı ifadələr işlədibsə, bu halda valideynin haqlı olduğunu demək olar. Çünki müəllim öz hüquq və vəzifələrini etik davranış qaydalarına uyğun şəkildə icra etməlidir. Qeyd edim ki, bu, mənim şəxsi fikrim və mövqeyimdir”.

    Onun sözlərinə görə, bu gün müəllimlərin şagirdlərə qarşı hər hansı fiziki və ya psixoloji zorakılıq göstərməsi yolverilməzdir:

    “Artıq əvvəlki dövrlərdə mövcud olan “əti sənin, sümüyü mənim” yanaşması keçmişdə qalıb. Zaman dəyişib, yanaşmalar dəyişib və təhsil sistemi də bu reallıqlara uyğun fəaliyyət göstərməlidir. Hazırda valideynlər ən kiçik problemlər zamanı belə müəllimi asanlıqla məsuliyyətə cəlb edə bilirlər. Məhz buna görə də müəllimlər, xüsusilə orta ümumtəhsil məktəblərində dərs prosesini həyata keçirərkən şagirdlərlə davranışda son dərəcə diqqətli olmalı, zorakılığa yol verməməlidirlər. Nə olursa-olsun, problemin mahiyyəti nə qədər ciddi olsa belə, şagirdə qarşı fiziki və ya psixoloji təzyiq göstərmək qətiyyən olmaz. Bu məsələ müəllimin hüquq və vəzifələrində də açıq şəkildə qeyd olunub. Müəllim emosional davranmaq əvəzinə, qanuni və mərhələli mexanizmlərdən istifadə etməlidir. İlk növbədə şagirdə şifahi xəbərdarlıq etməli, izahat almalı, daha sonra valideyni məlumatlandırmalıdır. Əgər problem bu mərhələdə də həllini tapmazsa, məsələ məktəb rəhbərliyinə təqdim olunmalıdır. Bu ardıcıllıqla hərəkət edildikdə, müəllim öz vəzifəsini düzgün şəkildə icra etmiş sayılır və gələcəkdə yarana biləcək problemlərə görə məsuliyyətdən kənarda qalır. Lakin müəllim bu prosedurları gözləmədən məsələni özbaşına həll etməyə çalışar, şagirdə qarşı fiziki və ya psixoloji zorakılığa yol verərsə, bu zaman bütün məsuliyyət birbaşa müəllimin üzərində qalır. Bu isə həm hüquqi, həm də etik baxımdan qətiyyən yolverilməzdir”.

  • Türkiyədə 21 yaşlı azərbaycanlı tələbə vəfat etdi – FOTO

    Türkiyədə azərbaycanlı tələbə vəfat edib.

    Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Alanyada qeydə alınıb.

    Tanverdi Salmanov adlı gəncin yaşadığı evdə qəfildən halı pisləşib.

    O təcili olaraq ailəsi tərəfindən Manavqat Dövlət Xəstəxanasına aparılıb. Lakin 21 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

    O Türkiyədəki universitetlərin birində Ali təhsil alırmış.

  • Maşınlardan maqnitofon oğurlayan şəxs tutuldu

    Avtomobillərdən maqnitofon oğurlayan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5 avtomobildən maqnitofon oğurlanıb.

    Hadisələr zamanı zərərçəkənlərə, ümumilikdə, 2144 manat maddi ziyan vurulub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 23 yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.